“Hökm vermək” xəstəliyi

 
“Hökm vermək” xəstəliyi


Nəsildən-nəsilə, əsrdən-əsrə keçən gözəl sözlərimiz var. Məsələn, “Hər şeydə bir xeyir var”, “Hər şeyin xeyirlisi”, “Sizin şər bildiyiniz şeylərdə xeyir, xeyir bildiyiniz şeylərdə şər var” və s. kimi. Çin mütəfəkkiri Lao Tszının çox sevdiyi bir rəvayət isə belədir:
Bir kənddə qoca bir kişi var idi. Bu qoca çox kasıb yaşayırdı. Ancaq çox gözəl bir atı var idi. Bu ata görə kral da onu qısqanırdı. Hətta, kral bu at üçün xəzinəsinin hamısını verməyə hazır idi. Qoca isə həmişə:

- Bu at mənim üçün təkcə at deyil, həm də dostdur. Adam öz dostunu necə sata bilər? – deyirdi.
Bir gün at yoxa çıxdı. Kənd camaatı qocanın başına yığışdı:
- Axı biz sənə demişdik, bu atın heyifini səndə qoymayacaqlar. Əgər vaxtında bu atı krala satsaydın, indi dünyanın ən varlı adamı olardın. Ancaq indi nə atın var, nə də var-dövlətin.
Qoca:
- Hökm vermək üçün tələsməyin. Hələlik bir həqiqət var ki, at yoxa çıxıb. Atımın itməyi bədbəxtlikdir, yoxsa xoşbəxtlik onu Allah bilir.
Kəndlilər qocaya güldülər. Ancaq aradan 15 gün keçməmiş at qayıtdı. Yanında da bir ilxı at. Sən demə at dağa gedibmiş. Kəndlilər qocanın yanına gəlib üzr istədilər:
- Sən haqlı çıxdın. Atının itməyi heç də bədbəxtlik deyilmiş. Əvvəl bir atın var idi, indi bir ilxı atın var.

Qoca yenə etiraz etdi:

- Siz yenə də hökm vermək üçün tələsirsiniz. Siz yalnız atın qayıtdığını deyin. Çünki həqiqət budur. Qalanları isə sizin təxəyyülünüzdür. Bundan sonra nə olacaq məlum deyil. Bir-iki cümləsini oxumamış bir kitab haqqında necə hökm vermək olar?
Kəndlilər bu dəfə də qocaya güldülər. Bir həftə keçməmiş qocanın oğlu atların birindən yıxılıb ayağını sındırdı. Kəndlilər yenə qocanın başına yığışdılar:
- Sən bu dəfə də haqlı çıxdın. Bu atların ucbatından oğlun ayağını sındırdı.

Qoca:

- Siz deyəsən, “hökm vermək” xəstəliyinə tutulmusunuz. Yaxşı olar ki, tələsməyəsiniz. Təkcə bir həqiqət var ki, oğlum ayağını sındırdı. Ancaq bundan sonra nə olacaq, onu Allah bilir.
Bir neçə həftə sonra düşmənlər böyük bir ordu ilə ölkəyə hücum etdilər. Kral əli silah tutanların hamısını döyüşə çağırdı. Qocanın oğlundan başqa kənddə əli silah tutan kim varsa, döyüşə getdi. Kənddə hamı yas tutdu. Çünki bu döyüş adi bir döyüş deyildi. Bu döyüşdə qalib gəlmək çətin idi. Kəndlilər yenə qocanın başına yığışdılar:
- Sən bu dəfə də haqlı çıxdın. Ayağı sınıq olduğu üçün oğlunu döyüşə aparmadılar. Bizimkilər isə ölümə getdilər. Ancaq səninki ayağı sınıq da olsa, yanındadır…

Qoca:

- Siz yenə də tələsirsiniz. Mənim oğlum yanımdadır, sizinkilər isə döyüşdə. Ancaq bunun hansının bədbəxtlik, hansının xoşbəxtlik olduğunu Allah bilir…
Və Lao Tszı rəvayətini bu nəsihətlə tamamlayır: “Heç vaxt tələsik hökm verməyə çalışmayın. Ağlınız sizi hökm verməyə məcbur etsə də, siz təmkinli olun. Çünki “səfər” davam edir. Bir yol qurtaranda, başqa bir yol başlayır. Bir qapı bağlananda, başqa bir qapı açılır”…


Geri dön

DILEKLER

  • 10 dekabr 2012 21:19
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
tewekkurler............

/.....................

SmiLe_LiFe

  • 9 dekabr 2012 00:17
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

GuNaY_83

  • 5 dekabr 2012 11:05
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sagol meqale ucun

--------------------

DILEKLER

  • 5 dekabr 2012 00:02
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
Heç vaxt tələsik hökm verməyə çalışmayın. Ağlınız sizi hökm verməyə məcbur etsə də, siz təmkinli olun. Çünki “səfər” davam edir. Bir yol qurtaranda, başqa bir yol başlayır. Bir qapı bağlananda, başqa bir qapı açılır”…

LoVe_HaTe

  • 4 dekabr 2012 22:15
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
TWK...................

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

Friendly_Girl

  • 4 dekabr 2012 22:07
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
tesekkurler....

--------------------

canim ablamin ilk hediyesi

so_sad

  • 4 dekabr 2012 20:17
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah razi olsun

solnuska

  • 4 dekabr 2012 20:05
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Hər şeydə bir xeyir var”, “Hər şeyin xeyirlisi”, “Sizin şər bildiyiniz şeylərdə xeyir, xeyir bildiyiniz şeylərdə şər var”

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

DILEKLER

  • 4 dekabr 2012 18:07
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
Heç vaxt tələsik hökm verməyə çalışmayın. Ağlınız sizi hökm verməyə məcbur etsə də, siz təmkinli olun. Çünki “səfər” davam edir. Bir yol qurtaranda, başqa bir yol başlayır. Bir qapı bağlananda, başqa bir qapı açılır”…

Banned1

  • 4 dekabr 2012 17:07
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Allah razi olsun

unfaithful

  • 4 dekabr 2012 16:55
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
oxumadım,seçilmişlərə atdım,nə vaxtsa mütləq oxuyacam.Çox sağol,ALLAH razı olsun...

--------------------

SmiLe_LiFe

  • 4 dekabr 2012 15:16
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin


Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

classic_guiter_girl

  • 4 dekabr 2012 14:58
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerr

ღ★Diamond★ღ

  • 4 dekabr 2012 13:51
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
cox sagol meqale ucun

GuNaY_83

  • 4 dekabr 2012 12:47
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH razi olsun C.I

--------------------

..::MisS DioR::..

  • 4 dekabr 2012 12:40
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
cox saq olun...... smile

--------------------

Priya

  • 4 dekabr 2012 12:08
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Çox çox çox maraqlıydı.Sağ olun.

--------------------




fatimeyinur

  • 4 dekabr 2012 11:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cox sag olun...

Prank girl

  • 4 dekabr 2012 11:09
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

ZuZuM__

  • 4 dekabr 2012 10:43
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
allah razi olsun

--------------------

_TUNAR_MAMEDOV_

  • 4 dekabr 2012 09:57
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
MARAQLI HEKAYE UCUN TWKLER...

--------------------

nuraska

  • 4 dekabr 2012 09:17
  • Məqalə: 0
  • Şərh: 1298
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}