Bakı tıxaclardan nə vaxt qurtulacaq?

 
Bakı tıxaclardan nə vaxt qurtulacaq?


Böyük və səliqəsiz avtoparkı xatırladan paytaxtda tıxac gündəlik həyat tərzinə çevrilib

Hər gün Bakıda müşahidə olunan tıxac paytaxt sakinlərinin əsəblərini korlayır. Bakı tıxaclardan getdikcə daha çox sıxılır. Sürücülər bu problemi hələlik bacardıqları kimi həll etmək məcburiyyətindədir. Hazırda böyük və səliqəsiz avtoparkı xatırladan paytaxtda tıxac gündəlik həyat tərzinə çevrilib. Mənzil başına çatmaq isə Bakı sakinləri üçün əməlli-başlı müşkülə çevrilib.
“Tıxaclardan boğaza yığılmışıq. Tıxacın yaranmasına əsas səbəblərdən biri də sürücülərin günahıdır. Avtomobilləri harda oldu saxlayırlar. Arxadan gələn sürücünü düşünmürlər”, - deyə sürücü Emil Qasımov qeyd edib.
Saatlarla yolda qalmaq insanların əsəb və vaxt itikisilə yanaşı, həm də maliyyə itkisinə gətirib çıxarır. Tıxaclarda öz mobilliyni itirən avtomobillər yavaş-yavaş sıradan çıxır. “Tıxaclarda ilişib qalmaq həm də avtomobil üçün ziyandır. Həm yanacaq çox aparır, həm də maşının tez sıradan çıxmasına səbəb olur”, - deyə Yaqub Paşayev bildirib.
Yolların tıxanmasında sürücülərin günahı da az deyil. Belə ki, onsuz da dar olan küçələrdə necə gəldi saxlanan maşınları yəqin hər bir paytaxt sakini müşahidə edib. Park etmə qaydalarını pozanlara qarşı hazırda 15 manatdan 20 manata qədər cərimə və avtomobilin evakuatorla cərimə meydançasına aparılma kimi tədbirlər görülür.
Nəqliyyat Nazrliyinin mətbuat katibi Namiq Həsənov bildirib ki, maşınların sərbəst dayanması üçün 30-dan artıq yola çib tikilib. Yəni, yol sağ tərəfdən içəriyə doğru genişləndirilib.
“Belə çiblərin yaxın gələcəkdə 600-ə çatdırılması gözlənilir. Bundan başqa yeraltı dayanacaqların da sayı artılır”, - deyə Namiq Həsənov vurğulayıb.
Qeyd edək ki, hazırda respublikada bir milyondan artıq avtomobil var ki, onun da yarıdan çoxu paytaxt küçələrində hərəkət edir. Şəhərin mərkəzində hərəkət edən avtomobillərin sayını azaltmaq məqsədilə yaxın vaxtlarda bir sıra şəhərlərdə olduğu kimi Bakıda da alternativ pullu yollar tikiləcək. Oxşar problemlərlə üzləşən digər meqapolislərin təcrübəsilə tanış olaq. Məsələn, Mexikoda tək nömrəli avtomobil sahibləri həftənin bir günü, cüt nömrəlilər isə digər günü avtomobillərini şəhərə çıxarır. Sinqapurda isə dövlət idarələrində, ictimai qurumlarda iş saatı növbəlilik prinsipinə əsaslanır. Tıxacla bağlı ən radikal üsul hələlik Londonda həyata keçirilir. Belə ki, bu şəhərin mərkəzində hərəkət etmək üçün avtomobil sürücüsü 8 funt sterlinq ödəmələdir. Bu tədbirlər sayəsində ictimai nəqliyyatın hərəkət sürəti Londonda 21 km/saat artıb. Mərkəzdəki avtomobillərin sayı əvvəlkilə müqayisədə 1/3 qədər azalıb. Moskvanın yeni meri də köhnə problemi həll etmək üçün xüsusi proqram qəbul edib. Bu barədə Moskva Meriyasının mətbuat xidmətinin nümayəndəsi Aleksandr Anasovski bildirib.
“Moskvada hazırda qeyri-qanuni park edilən maşınlara qarşı ciddi tədbirlər görülür. Xüsusilə də daha çox gediş-gəlişli yolların kənarındakı maşınlar dərhal oradan götürülür. Bundan başqa həmin avtomobil sahibləri böyük məbləğdə cərimə olunur”, - deyə Aleksandr Anasovski vurğulayıb.
İstanbul Böyükşəhər Bələdiyyəsi isə köhnə avtomobillərin, həmçinin əyalətlərdən olan köçün qarşısını almaq üçün xüsusi standartlar qəbul edib. Bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin nəqliyyat işləri üzrə nümayəndəsi İnal Yılmaz bildirib. “Müşahidə kameraları üzərində çalışırıq. Problemin həlli hazırda müşahidə kameralarıdır. Biz problemin bu sistemlər vasitəsilə həll olunacağını gözləyirik”, - deyə İnal Yılmaz qeyd edib.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 12:09
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
COX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLIDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Just For Legend

  • 11 dekabr 2010 17:11
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Maraqli melumata go re minnettaram

--------------------

Sergio Ramos

  • 10 dekabr 2010 23:17
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
burdakılara şükr edin xaricdəkiləri görməmisiniz

--------------------

Shady Lady

  • 10 dekabr 2010 22:43
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
Tixaci yaradan ele suruculer ozleridi.Bir birlerinin yoluna girirler,dushunmurler ki bashqasi da bizim kimi telesir.Ne qeder korpuler tikilse de yene de xeyri yoxdu.Twk.

Azeri_Gozeli

  • 10 dekabr 2010 22:12
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
melumata gore sag ol

--------------------

Ulya

  • 10 dekabr 2010 22:00
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
hele Bakiya sukur.Turkkiyede saatlarla tixaclarda qalirlar wink

CandyGirl

  • 10 dekabr 2010 21:54
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
hec vaxt elbette

--------------------

R_O_M_A

  • 10 dekabr 2010 21:47
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
onda bakinin maragi olmaz

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 27

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}