Ramil Səfərovdan xəbər var

 
Ramil Səfərovdan xəbər var


Həbsdə olan zabitimiz macar dilində sərbəst danışır,

hazırda ingilis dilini öyrənir, mütəmadi idmanla məşğul olur


Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti, hüquq elmləri doktoru,

professor İlham Rəhimov rəsmi dəvətlə dekabrın 6–7-də Macarıstanda səfərdə olub.

Bu barədə verən İlham Rəhimov deyib ki, Budapeştdə ölkənin bir sıra

dövlət və hökumət rəsmiləri ilə maraqlı görüşlər keçirib.

İlham Rəhimovun yadda qalan görüşlərindən biri Macarıstanda həbsdə olan

həmyerlimiz Ramil Səfərovla olub. Onun sözlərinə görə, Ramil Səfərov

həbsxanada özünü çox ləyaqətli və təmkinli aparır:

“Görüş zamanı imkanım oldu ki, həbsxana rəhbərliyi və Ramil

Səfərovun dustaq yoldaşları ilə təmasda olum. Bu insanlar Ramilin

nümunəvi davranışından, səmimiliyindən razılıqla danışırdılar.

O, həbsxanada olduğu vaxtdan da səmərəli istifadə etməyə çalışıb.

Macar dilində sərbəst danışa bilir, hazırda ingilis dilini öyrənir,

mütəmadi olaraq idmanla məşğul olur. Ramil Azərbaycanda gedən

proseslərdən də xəbər tutur, xüsusilə Qarabağla bağlı prosesləri yaxından izləyir.

Mən onun çoxlu kitablar mütaliə etdiyinin də şahidi oldum.

Mən Ramillə görüşdən böyük məmnunluq duydum.

Ramilin ötən 7 ildə sınmamağı, nikbinliyi və məğrurluğu onun

ruhən çox güclü olduğunun göstəricisi idi. O deyirdi ki,

Azərbaycan xalqı sağ olsun, çətin anlarında onu tək buraxmayıb

və bu gün onun yalnız mənəvi dəstəyə ehtiyacı var.

Ramillə görüşdə Azərbaycana salamını çatdırmağımı xahiş etdi”.

İlham Rəhimov Budapeştdə rəsmi şəxslərlə görüşündə Ramil Səfərovun Azərbaycana

ekstradisiyası barədə də müzakirələr aparıb.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 11:58
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
COX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLIDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Azeri_Gozeli

  • 10 dekabr 2010 22:47
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
coox sag ol

--------------------

CandyGirl

  • 10 dekabr 2010 17:58
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
lap yaxsi wink

--------------------

Sergio Ramos

  • 9 dekabr 2010 17:28
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
biz sənin yanında olmasaqda ürəyimiz həmişə səninlədi...
ALLAH köməyin olsun

--------------------

Ulya

  • 9 dekabr 2010 16:52
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol yaziya gore

SHADOW

  • 9 dekabr 2010 16:02
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
MOVZUYA GORE SAG OL EL AZINNNA RAMIL KIMI OGLANLARI UNUTMAQ OLMAZ!!!!!!!!!!!!!!!!!!!!! COX SAG OL

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 70

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 63
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 32
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}