TV vasitəsilə ərə getmək istəyən qızlar ancaq pullu oğlan axtarır

 
TV vasitəsilə ərə getmək istəyən qızlar ancaq pullu oğlan axtarır


"Bu qızların çoxu keçmiş sevgililərində qıcıq yaratmaq üçün ora çıxır"

Bütün dövrlərdə qızların ərə gedə bilməyib qarıması faktları olub. Bu qızların çoxu abırına qısılıb "ər axtarışı"na çıxmayıb. Dədə evində oturub nə vaxtsa bir kişinin atasının "elçi daşı"nda oturacağı ümidilə yol gözləyib. Bəzən taleyi üzünə gülənlər də, ömrünü ata evində başa vuranlar da olub. Dünən Azərbaycan qızlarının ərə gedə bilməməsi indiki kimi kütləvi deyildi. O vaxt heç olmasa on qızdan doqquzu ailə həyatı qura bilirdi. Bu gün isə səkkiz qızdan 6-7-sinə bu səadət nəsib olmur. Bunun da müxtəlif sosioloji, psixoloji, mənəvi səbəbləri var.

Ərə gedə bilməyən qızlarımızın müəyyən bir qismi müxtəlif vasitələrlə Türkiyəyə, Ərəb ölkələrinə, Rusiyaya ərə gedib. Onların sırasında xoşbəxtlik quşu çiyninə qonanlar da, boşanıb "alqı-satqı" obyekti olanlar da az deyil. Sonuncular evə qayıtmağı özünə sığışdırmayıb bəzən pis yollara da düşüb.

Axır illər ailə həyatı qurmaq sarıdan problemlə üzləşən qızlardan bəziləri müəyyən internet saytları, evləndirmə qurumları vasitəsilə ərə gedib. Lakin çox vaxt bu evlilik qızlarımızı bədbəxt edib. Onların çoxu pullu, varlı, ev-eşikli ər axtarışında olduğu üçün edilən şirnikləndirici təkliflərə uyaraq özlərini oda atır. Bunun da mənfi nəticələri məlumdur. Bu faktlar qızları müvəqqəti olaraq təsadüfi evlilikdən saxlasa da, son vaxtlar onlar arasında bu işə meyl artıb.

Onlar bu istəklərini ANS-in "Toy olsun" və ATV-nin "Onun yarısı" layihələrində reallaşdırmaq istəyir. Bunu artıq edənlər də var. Verilişə qatılarkən "halal süd əmmiş", dürüst adamla ailə həyatı qurmaq bəyanatı verən qızların çoxunun proqramın gedişi zamanı saxtakarlıq etdiyi üzə çıxır. Belə ki, qızlara rayon, kənd yerlərindən talib çıxırsa, onlar həmin namizədlərə "hə" demir, onlara birbaşa rədd cavabı verir. Deyirlər ki, biz rayon yerinə ərə getmirik. Hətta rayon və kəndlərdən verilişlərə qatılan qızlar belə əyalətlərə gəlin köçmək istəmir. Hamısı "məni almaq istəyən oğlanın Bakıda evi, işi, şəraiti" olmalıdır" deyir. Bu yaxınlarda evlilik proqramlarında bir neçə belə hadisə baş verdi. Ailə həyatı qurmaq niyyətilə verilişə gələn qızlardan biri ona talib olmaq istəyən oğlanı Azərbaycanın rayonlarından birindən olduğu üçün rədd elədi. Onun ardınca Rusiyada yaşayan bir soydaşımız həmin xanıma talib olmaq istədiyini telefon vasitəsilə çatdırdı. Qız "bu oğlana getməyə dəyər" deyib onu proqrama dəvət elədi. Bildirdi ki, rayonda can çürütməkdənsə, Rusiyada firavanlıq içində yaşamağı üstün tutur. Heç qız oğlanın orada evli olub-olmadığı ilə də maraqlanmadı. Qızlarımız rayonlardan gələn təklifləri saf-çürük etmədən onları rədd edir, amma xaricdən gələn istənilən təklifi can-başla qəbul edir. Proqramlardan birində belə bir hadisə oldu: İsraildən verilişə gələn soydaşımız özünə qız seçsə də, qısa zamandan sonra onun orada evli olduğu meydana çıxdı. Belə faktlar onlarladır. Ərə gedib ev-eşik, oğul-uşaq sahibi olmaq istəyilə verilişlərə gəldiyini deyən qızların çoxunun yalan danışdığı qısa zamanda üzə çıxır. Məlum olur ki, onlar bura varlı, pullu ər tapmaq üçün gəlir. Qəribə həvəsdir. Onlar birbaşa deyir ki, "pulun var gəl tanış olub evlənək, pulun, evin yoxdursa xoş getdin". Bəlkə də onlar düz edir. Bilmirik.

Psixoloq Nərgiz Allahverdiyeva bizimlə söhbətində bildirdi ki, bu verilişlərə ərə gedib boşanmışlar, yaxud həyat yoldaşı vəfat edənlər daha çox qatılır. Psixoloqun sözlərinə görə, onlar əvvəlki həyatlarında kasıbçılıq gördükləri üçün varlı şəxslə ailə həyatı qurmağa nail olmağa çalışırlar: "İnternet və bu verilişlər vasitəsilə özünə həyat yoldaşı axtaranların statistikasına fikir versəniz görərsiniz ki, onların çoxunun əvvəl ailə həyatı olub. Özünə varlı, ev-eşikli ər axtaranların məqsədi heç də əsl sevgi tapmaq deyil. Belə olmasaydı, onlar rayonlu oğlanlara "yox" deməzdi. Bəlkə o oğlanın ürəyi, xasiyyəti elə gözəldir ki, onu heç bir var-dövlətə dəyişmək olmaz. O qızlar məndən inciməsin, onların çoxunun istəyi anormaldır. Düşünürəm ki, bu iddiada olanların ailə şəraiti elə də yaxşı deyil. Kasıbçılıq, problem, maddi sıxıntı içində yaşadıqları həyatı firavanlığa dəyişmək istəyirlər. Onlar düşünür ki, xaricdə yaşayan kişilərin yaxşı pulu, ev eşiyi olur. Təəssüf ki, çox zaman bu evlilik qızları sevindirə bilmir. Ora reklam xatirinə çıxanlar da var. Onlar da fikirləşir ki, bəlkə özünə varlı ər tapa bildi. Görürsüz, gül kimi oğlanlara rayonda yaşadıqlarına görə qızlar "hə" demir. Elə bil ki, rayonlar qızlar üçün sürgün yeridir. Təəssüf ki, müasir qızların çoxu varlı adama gedib seriallardakı kimi həyat sürmək istəyir. Bu da hər adama qismət olmur. Onlar varlı ər axtarmaqdansa, yaxşı, keyfiyyətli insan axtarsalar daha yaxşı olar. Çünki insanın yaxşı insana daha çox ehtiyacı var".

N.Allahverdiyeva deyir ki, bəzi qızlar öz gözəlliyinə arxayın olaraq oğlanları təhqir edir. Psixoloqun bildirdiyinə görə, evlilik proqramlarında evlənmək istəyən qızlar əsasən həyatda insanlarla normal dil tapa bilməyən, psixoloji problemə malik olan insanlardır: "Bu qızlar ətrafda heç kəslə münasibət qura bilmir.

Bu onların yaşadığı gərginliklə bağlıdır. Ora çıxıb varlı adama ərə getmək istədiyini deyən qızların həyatını araşdırsan görərsən ki, onlar bir neçə dəfə sevgi problemi yaşayıb, oğlanlar tərəfindən rədd edilib. Onların bir çoxu keçmiş sevgililərində qıcıq yaratmaq üçün efirə çıxır.

Məqsədləri oğlana "gördün səndən yaxşısına, pullusuna ərə gedirəm" deməkdir. Yəni bu üsulla oğlanlardan qisas alırlar. Azərbaycan elə böyük ölkə deyil ki, qızların ərə getməsi televiziya vasitəsilə həyata keçirilsin. Dədə-baba qaydası ilə də ərə getmək tam mümkündür. Qız sifariş verir ki, filan cür oğlanla evlənmək istəyirəm.

Bu kənardan çox gülməli görünür. O satlıq mal deyil ki, istədiyini alasan. Gənclər ailə quranda görünüşə yox, xasiyyətə önəm verməlidir. Bir şeyi də qeyd edim ki, ərə getmək istəyən qızların bir çoxu həddindən artıq aqressivdir. Bu da onların problemli həyat sürməsindən irəli gəlir".


Geri dön

Just For Legend

  • 18 dekabr 2010 19:23
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
Bele de ki eceb eliyirler pullu oglan axtarirlar,pullu oglanin agli var ki,o pulu qazana bilib de,hem de bexti var ki,pulu var da,niye de yox,men shexsen en yaxsisina laiq bilirem ozumu,YAK CTO QIZLARA DA MESLEHET BILIREM,SEVGI UREK BOSH SOHBETDIR,CALISIN GELECEYINIZI DUSUNUN,OVLADLARINIZI DUSHUNUN INDIDEM,GELECEK PULDADIR,AC QARINA SEVGI OLMUR

--------------------

фея

  • 18 dekabr 2010 16:26
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
ay bu verlise baxanda cin tepeme vurur. qizin ozu qepiye deymez ev is aqilli oglan isteyirler da sorusmurlarki sen gormusen ele serait? angry angry

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Angel777

  • 18 dekabr 2010 15:57
  • Məqalə: 3
  • Şərh: 33
  • Bal:
{awards}
hee duz deyirsiz ancaq varli istiiirler tongue

--------------------

EZIZGUL

  • 18 dekabr 2010 15:28
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
SUPER VERLISDIR!!!!!!

only-girl

  • 18 dekabr 2010 14:16
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
duz deyirsiz eledi

--------------------

sevgi yalandir

  • 18 dekabr 2010 14:04
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurlerr fellow

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

CandyGirl

  • 18 dekabr 2010 11:20
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
duz deyirsiz eledi

--------------------

legendra

  • 18 dekabr 2010 11:08
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
men ele cpox uzulurem ki bele verlislere baxa bilmediyime gore is saatimla ust uste dusur wink lol
deyirem milletimiz lap casibe bilmirler neye el atsinlarki tv izlensin yaziqd bu millete qizlarda aldanib utanmaz utanaz bu verilislere cixirlar ayibdiyee bizim ucun

Morning_Star

  • 18 dekabr 2010 10:41
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Oğlanlar da evli qız axtarır

Krutoy_Parin

  • 18 dekabr 2010 03:33
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
xebere gore tewekkurler

Sergio Ramos

  • 18 dekabr 2010 02:53
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
baxmıram belə verilişlərə çünki, gənc nəsli düzgün yola aparmır

--------------------

Milawka

  • 18 dekabr 2010 02:08
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}
H[center]MMM DOSİ XEBERE GORE COX SAGOL BİSEN NECEDİ İNDİKİ QİZLAR TEBİİ Kİ BEZİLERİ SEN DEMİŞKƏN TƏMTƏRAQLİ EV EŞİK GOZEL SƏRAİT AXTARİRLAR. AMMA SADECE ONU FIKIRLEWMEK LAZIMDI KI GOZEL SERAIT TEMTERAQLI HEYAT HEC DE XOWBEXTLIK DEYIL ELE AILELER TANIYIRAM KI MILYONU VAR AMMA DI GEL KI HEC XOWBEXT DEYILLER. HEE 1 DE NECE VAXTDI FIKIR VERMIWEM ORA HEMWE YA AILESI DAGILAN YA BOWANAN YA DA NESE PROBLEMI OLANLAR GELIR . 1 NORMAL INSANIN ORA GELDIYINI GORMEDIM. PSIXOLOQ BURDA DUZ DIYIB KI O INSANLARDA NESE PROBLEM VAR ONLAR NORMAL HEYAT SURMUYUBLERNESE PROBLEMLERI VAR INSANLARLA ELAQE QURMAQDA.
SORA QALDI KI RAYONDA YAWAMAGA OLAR SADECE UNUDURLAR KI OLAR DA RAYONNAN GELIBLER DUZDU HEMIWE YAWADIGIN YERDEN AYRILMAQ CIXIB GETMEY 1 AZ INSANA TESIR EDIR/ AMMA NE ETMEK OLAR XANIM GELIN KOCUR. BES EVVELKILER NE ETMELIYDILER? ANA-ATADAN NEQEDER UZAQDA YAWIYIRDILAR.
HEEE 1 DE MEN COX TEESSUF ELIREM O ATALARA KI OZ OGULLARINI DIMIREM OZ QIZDARINI ORA GONDERIRLER KI GET ORDA ER TAP COX UZR ISDIREM SOZME GORE. AMMA BU REALLIQDI CUNKI ATANIN OGULU GONDERMESI ELE DE QEBAHET DEYIL OGLANDIDA NOLAR KI AMMA QIZI ORA GONDERMEK NEBILIMEEE.... BELE YAXWI IDI ELE QAPIYA ELCI GELERDILER... EHHH VALLA DDANIWDIQCA ADAM DANIWMAQ ISDIYIR/
1 WEYI DE DEMEY ISDIREM ORA CIXAN EKSER QIZDAR 18 19 YAWDA OLAN QIZDARDI EKSERIYYET ... 1 WEYI DIMEY ISDERDIM KI NOLUB BELE VACIBDI ORA CIXMAQDANSA GET DERS OXU ELMNEN DERSNEN SAVADNAN MEWGUL OL SORA DA GUNAH OLAR DA DEYIL OLARI ORA QOYANDADI YENI HERWEY AILEDEN ASILIDI/

NEYSE DOSI COX DANIWDIMEEE DIYESEN winked tongue


XEBERE GORE COOX SAGOL ELADI UREYIM DOLU IDI BOWALTDIM

AAAAAAAAA 1 SOZ DIMEY YADIMNAN CIXDIYEE ONU DA DIYIM HANI BIZIM ADETLERIMIZ ENENELERIMIZ??? QIZ BEYENMEY ELCI GETMEY ??? EHHHHH recourse

GET-GEDE UNUDUKUR HER WEY COOOX TEESSUF recourse

Made_In_Bakinka

  • 18 dekabr 2010 01:43
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Heqiqetende :Ey heyat sen ne qeribesen: recourse

YazYamuru

  • 18 dekabr 2010 00:54
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
EEEEEEEEEEEEY HEYAT GOR NE GUNDEYiK belay belay

--------------------



OK

  • 18 dekabr 2010 00:35
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
TeweKKuR

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}