
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki,
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəkdir. Səhər yarımadanın bəzi yerlərində duman olacaqdır. Axşam buludluluğun artacağı, gecəyə doğru yağış yağacağı gözlənilir.
Temperaturun gecə 6-10°, günün birinci yarısında 15-18°, axşamüstü 10°-yə yaxın isti, Bakıda gecə 7-9° isti, günün birinci yarısında 15-17°, axşamüstü 10°-yə yaxın isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaqdır. Axşamdan başlayaraq havanın yağıntılı olacağı ehtimalı var.
Temperaturu gecə 3° şaxtadan 2°-dək isti, günün birinci yarısında 9-14°, günün ikinci yarısında 4-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaqdır. Axşamdan başlayaraq havanın yağıntılı olacağı ehtimalı var.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, günün birinci yarısında 12-17°, günün ikinci yarısında 5-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaqdır. Axşamdan başlayaraq havanın yağıntılı olacağı ehtimalı var.
Temperaturun gecə 2-6° isti, günün birinci yarısında 11-16°, günün ikinci yarısında 7-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Axşamdan başlayaraq havanın yağıntılı olacağı ehtimalı var.
Temperaturun gecə 4-9° isti, günün birinci yarısında 13-18°, günün ikinci yarısında 5-10° isti, dağlarda gecə 0-4° isti, günün birinci yarısında 11-16°, günün ikinci yarısında 4-8°-yə yaxın isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, arabir duman olacaqdır.
Temperaturun gecə 2-7°, günün birinci yarısında 10-15°, günün ikinci yarısında 7-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, arabir duman və çiskin olacaqdır.
Temperaturun gecə 5-9°, günün birinci yarısında 12-17°, günün ikinci yarısında 9-13° isti, dağlarda gecə 5-10° isti, günün birinci yarısında 13-18°, günün ikinci yarısında 7-11°-yə yaxın isti olacağı gözlənilir.
milli.az