21 dekabr "qiyamət günü" dünya ölkələrini silkələdi

 
21 dekabr "qiyamət günü" dünya ölkələrini silkələdi

Dünyada 21 dekabr qorxusu şiddətlənir; Fransa hökuməti dağlara çəkilən əhalinin qabağını alır; ABŞ və Rusiyada da rəsmi səviyyədə təlaş var...

Elə gün olmur ki, dünyada qiyamət günü ilə bağlı yeni məlumat dərc olunmasın. Daha çox Şərq insanının inandığı deyilən 21 dekabr tarixi ilə bağlı Qərb ölkələrində də qəribə proseslər cərəyan edir. Fransadan başlayaq. Rusiya mətbuatının yazdığına görə, Fransada insanlar Buqaraş dağının ətəklərinə və yamaclarına axışır. Polisdən və hərbçilərdən ibarət nəzarət-buraxılış kordonları isə vətəndaşların bura axınının qarşısını almağa çalışır. Axının yaşanmasının səbəbi isə on minlərlə fransızın, habelə digər millətlərdən olan insanların Buqaraş dağını son sığınacaq kimi görməsidir.

Hakimiyyət isə dekabrın 23-ə qədər həmin dağa yaxınlaşmağı yasaqlayıb. Xatırladaq ki, dağın ətəyində də Buqaraş adlı yüksəklik yerləşir və burada da 200-ə yaxın insan yaşayır. Onlar da kəndlərinə olan insan selindən narahatçılıq keçirirlər. Kəndin bələdiyyə rəhbəri isə inanır ki, bura gələnlərin arasında media mənsubları da çoxluq təşkil edəcək. Bu isə gələcəkdə kəndin turizm obyekti kimi məşhurlaşmasında rol oynayacaq.

Fransızların qiyamət gününə inanan kəsimi hesab edir ki, hündürlüyü 1231 metr olan bu dağın ətəyində yadplanetlilərin bazası var. Onların bu inancına görə, Korbyer dağ massivindəki Buqaraş yüksəkliyi “bəşəriyyətin son xilas yeri” olacaq. Bu inamın əsasında isə fransız yazıçısı Jül VerninYerin mərkəzinə səyahət” romanı olub. Sözügedən roman məhz həmin dağa görə yazılıb. Bundan başqa, “Üçüncü səviyyəli yaxın təmaslar” filminin bəzi səhnələri də məhz o dağda çəkilib.

ABŞ hökuməti isə Mayya təqviminə görə, dünyanın 21 dekabrda yox olacağı ilə əlaqədar iddialardan təşvişə düşən xalqını sakitləşdirmək üçün hərəkətə keçib. Hökumət özünə aid rəsmi internet saytında (www.usa.gov) yazıb: “Dünyanın 2012-ci ildə yox olacağı ilə əlaqədar qorxunc iddialar yalnız quru və boş iddiadır”.

Şərhdə, həmçinin bildirilib ki, internetdə Mayya təqviminin 21 dekabrda sona çatdığı (ki, çatmamaqdadır), bir quyruqlu ulduzun fəlakətə gətirib çıxaracağı (tamamilə səhvdir), bilinməyən bir planetin gizlicə dünyaya yaxınlaşıb toqquşacağı (qətiyyən doğru deyil) və buna bənzər bir çox iddialar yer alıb. Bu iddiaların çoxlu sayda adamın, xüsusilə də uşaqların dəhşətə düşməsinə səbəb olduğunu deyən hökumət yetkililəri ABŞ Milli Aerokosmik Agentliyinin (NASA) qiyamətlə əlaqədar minlərlə məktub aldığını, məktubların bəzilərinin yaxınlaşan son səbəbi ilə intihar etməyi düşünən insanlar tərəfindən yazıldığını qeyd edib.

ABŞ hökuməti dünyanın 21 dekabrda, ya da 2012-ci il bitmədən əvvəl hər hansı bir gün yox olmayacağını vurğulayıb. Yazılı bəyanatda bildirilib ki, planetlərin toqquşması üçün əvvəlcə 2012-ci ilin may ayı göstərilsə də həmin vaxt heç nə olmadığı üçün bu tarixi dekabr ayına “sürüşdürənlər” ortaya çıxıb: “Dekabrda da belə bir hadisə baş verməsə, görəsən, sonra dünyanın sonu üçün hansı tarixi deyəcəklər?

Saytda NASA-nın iddiaları çürütmək üçün hazırladığı video üçün də link verilib.

NASA isə son günlərdə açıqlayıb ki, əgər planetlərin toqquşması xəbəri gerçək olsaydı, bu haqda alimlər ən azı 10 il əvvəldən nəsə bilərdilər. Bundan başqa, alimlər bildirib ki, əgər 21 dekabrda dünya ilə toqquşacaq olsaydı, Niburunu indidən açıq səmada görmək mümkün olardı.

Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov da 21 dekabrda qiyamətin qopacağı ilə bağlı iddiaları təkzib edib, Onun sözlərinə görə, təbiətdə insanlıq üçün bir çox təhdidlər olsa da bunlar qlobal bir problem yaratmır: “Rusiya dünya üzərindəki təbii hadisələri izləyə bilmək üçün bütün materiallara sahibdir. Əldəki məlumatlar universal fəlakətlərin 10-15 milyon ildə bir olduğunu göstərir. Dünya üzərində ən son belə təbii fəlakətlər bir neçə əsr əvvəl reallaşdı. Yaxın zamanlarda təbiət nizamında dəyişikliklər gözlənilə bilər, amma bunlar qlobal bir problem yaratmır”.

Qar yağması, buzlanma, sel, daşqın və subasmalar kimi təbii fəlakətlərin Rusiyanın 24 saat yaşandığını deyən nazir daha sonra bunu bəyan edib: “Şübhəsiz ki, bunlar gələcəkdə baş verəcək hadisələrdir və biz bunlara hazırlaşmalıyıq”.

Daha öncə də Rusiya Səhiyyə Nazirliyinin rəsmisi Gennadi Onişenko qiyamət ssenariləri ilə bağlı olaraq xalqın psixoloji sağlamlığının zədə aldığını demişdi: “Bu cür dedi-qoduları ortaya atanlar iddia etdikləri şeyləri 22 dekabr günü isbatlamalı olacaqlar”.

Rusiya parlamentinin bir çox üzvləri də qiyamət xəbərləri ilə əlaqədar hərəkətə keçib. Müxalifət partiyası LDPR-dən olan Mixail Deqtaryov bu məsələ ilə bağlı həmkarları ilə görüşdüklərini, Rusiya televiziyalarına mövzu ilə bağlı xəbərlərdə həssas olmaları üçün məktub yazdığını bildirib.

Xatırladaq ki, Mayya tarixi 2012-ci il, dekabrın 21-də sona çatır. Bir çox insanlar bu tarixdə dünyanın sonunun gələcəyinə inanır. Bu söhbətlərdən faydalanmaq istəyən bəzi kəmfürsətlər isə qiyamət günündə “qorunmaq istəyən” axmaqların cibini “boşaltmaq” üçün ağıla gələn və gəlməyən hər bicliyə əl atır. Belə sarsaq adamlar üçün yeraltı sığınacaqlar təşkil edən kim, qiyamət günü lazım olacaq əşyaların (ərzaq, paltar, şam) alverinə qurşanan kim...


Geri dön

GuNaY_83

  • 3 yanvar 2013 18:49
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
xeber ucun twk

--------------------

B_L_A_T_N_O_Y

  • 16 dekabr 2012 02:17
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
{awards}
TEWEKKURLERR

solnuska

  • 8 dekabr 2012 19:56
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
BOW SOHBETDI TWK AMMA

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ramil abdullayev

  • 7 dekabr 2012 17:57
  • Məqalə: 0
  • Şərh: 184
  • Bal:
{awards}
21 dekabr geler her seyi bilerik

SmiLe_LiFe

  • 7 dekabr 2012 17:49
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

GuNaY_83

  • 7 dekabr 2012 16:49
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Sitat: dilekler
xeber ucun twk

--------------------

aynur123

  • 7 dekabr 2012 13:54
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
{awards}
hamisi bow weydiii . her wey Allahin elindedirr

LoVe_HaTe

  • 7 dekabr 2012 00:33
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tesekkurler.............................................................

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

★WirinKa★

  • 7 dekabr 2012 00:13
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
tewekkurler)))

--------------------

DILEKLER

  • 6 dekabr 2012 23:13
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
xeber ucun twk

leyluwka_20

  • 6 dekabr 2012 22:35
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
ewww bow soobetdiiiiii))))))

--------------------

unfaithful

  • 6 dekabr 2012 22:19
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
Ehh,məqalə üçün təşəkkürlər....

--------------------

OP_MENI_SEVIM_SENI

  • 6 dekabr 2012 19:48
  • Məqalə: 0
  • Şərh: 45
  • Bal:
{awards}
ama biwey olsa qewey olar |:D

--------------------
Ya gözlerin aklımda
Yada aklım adında
Ya hayalin karşımda
Ya Sesin kulagımda
Ya ben çıldırıyorum
Yada çok seviyorum
Ya sevmek çok güzel
Yada sevilen çok özel...

fatimeyinur

  • 6 dekabr 2012 19:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore tesekkur edirem...amma Allahdan basqa hec kim qiyametin ne vaxt qopacagini bilmez...

AGLAYAN MELEK

  • 6 dekabr 2012 19:35
  • Məqalə: 0
  • Şərh: 252
  • Bal:
{awards}
ay da nece inanirlar e

ღ★ Firuzə ★ღ

  • 6 dekabr 2012 17:10
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
camaat 26sina falan bilet alirki wenliklere getsin siz de bu yalanlara inanmaqla vaxt kecirirsiz....ele wey olmucaq cunku men deirem wink

--------------------

so_sad

  • 6 dekabr 2012 17:06
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrr

...BARSA FANATI....

  • 6 dekabr 2012 16:59
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
cox sag ol...

Prank girl

  • 6 dekabr 2012 16:58
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Banned1

  • 6 dekabr 2012 16:58
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrr

qaranliqda_isiq

  • 6 dekabr 2012 16:52
  • Məqalə: 0
  • Şərh: 143
  • Bal:
{awards}
inanmiram hamisi bos seylerdi twk

ZaLaToY PaReN

  • 6 dekabr 2012 16:34
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
Twk xebere gore... ama inanmiram

Dj_Tural

  • 6 dekabr 2012 16:31
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
dunya dagilannan sora bura dunyanin dagilmasi haqqindada xeber qoyarsuz)))))))usaq usaq seylere inanirsiz eee bu xeber vapse bele xeberler hec lezet elemirde

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

different

  • 6 dekabr 2012 16:10
  • Məqalə: 0
  • Şərh: 133
  • Bal:
{awards}
xurafat am inanmiram

::Jessica Alba::

  • 6 dekabr 2012 15:31
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
tewekkurleeeeer

seher kuleyi

  • 6 dekabr 2012 15:00
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
ALLAH komeyimiz olsun

Dj aka

  • 6 dekabr 2012 14:45
  • Məqalə: 37
  • Şərh: 1063
  • Bal:
{awards}
tongue O gozleyib nece gun qaldi deyirsiz eee.....

Nece inanirsiz bunlara?

lol

--------------------
Qeyretsiz insan ipsiz iyneye benzer. Ne qeder cehd etsede tikis alinmaz!

everyday

  • 6 dekabr 2012 14:38
  • Məqalə: 0
  • Şərh: 91
  • Bal:
{awards}
ALLAH agil versin bawqa hecne demirem.inananlara da daha sozum yoxdu.......

--------------------
I LOVE MY LIFE

Gözlüklü

  • 6 dekabr 2012 14:27
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Inanmiram.Dagilirsada dagilsin bele dunayda yasamaqdansa yasamamaq yaxsidi

ღ★Diamond★ღ

  • 6 dekabr 2012 14:23
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
melumata gore twkrr

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 42
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}