Peyğəmbərimizlə əlaqədar vəzifələrimiz

 
Peyğəmbərimizlə əlaqədar vəzifələrimiz

Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) qarşı vəzifələrimizi bu cür sıralaya bilərik:
Ona inanmaq

Bütün peyğəmbərlərə iman etmək şərt olduğu kimi, peyğəmbərlərin sonuncusu Nəbilər Sərvəri Hz. Məhəmməd Mustafaya da (sallallahu əleyhi və səlləm) inanmaq şərtdir. Müsəlman Ona inanmadan nə nicat tapa bilər, nə də imanlı qəbul olunar. Bunu Qurani-Kərim buyurur: “(Ya Rəsulum!) De: Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir ilah yoxdur. O dirildir və öldürür. Buna görə də Allaha iman edin, eləcə də Onun sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanın və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!” (“Əraf” surəsi, 7/158), “Elə isə Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura (Qurana) iman gətirin! Allah etdiyiniz əməllərdən agahdır!” (“Təğabun” surəsi, 64/8), “Həqiqətən, möminlər ancaq Allaha və Onun Peyğəmbərinə iman gətirən, könüldən inanan kimsələrdir” (“Nur” surəsi, 24/62)

Hər bir peyğəmbər kimi Hz. Məhəmməd Mustafa da Allah tərəfindən göndərilmişdir, dolayısilə, mükəlləflər Allaha, peyğəmbərə və peyğəmbərin gətirdiyinə iman etməlidir. Allah Rəsuluna inanmadan nə həqiqi imana sahib olmaq mümkündür, nə də İslamı qəbul etmək. “Hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirməsə, (bilsin ki) Biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq!” (“Fətih” surəsi, 48/13) ayəsi də buna işarə edir.

Ona itaət etmək

Müsəlmanlar üçün Allah Rəsulu təkcə bir elçi və vəhyi çatdıran deyil, əksinə, həm İslam dini və həyat tərzinin canlı timsalı, həm də hər dövrdə tərəddüdsüz sədaqət və itaət tələb olunan hakim və rəhbərdir. Rəsulullahın bir müəllim və rəhbər kimi vəzifəsi Allahın kəlamı, əmrləri, təlimatı və qanunlarını qullara anlatmaq, çatdırmaq və açıqlamaq olmuşdur. Bir vəli və mürəbbi (tərbiyəçi) kimi vəzifəsi müsəlmanları Qurani-Kərimin təlimi və Allahın qanunları ilə yetişdirmək, təhsil və istiqamət verməkdir. Məqsədi və hədəfi isə Quranda mötəbər və məqbul sayılan həyat tərzinin canlı mücəssəməsinə çevrilməkdir. Bu baxımdan Hz. Məhəmməd Mustafa (sallallahu əleyhi və səlləm) hər söz və hərəkəti ilə İslamiyyətin canlı timsalıdır. Ona baxan hər kəs Qurana xas söz, davranış və həyatın canlı nümunəsini görür.

Quranın bir çox ayəsində Allaha itaətlə yanaşı peyğəmbərə itaət də əmr edilmiş və hər iki iman ayrılmaz bütöv kimi təqdim olunmuşdur. Bu ayələrdə Rəsulullaha itaət Allahı sevməyin şərti kimi göstərilmiş və ondan üz çevirmək küfr əlaməti sayılmışdır.

Peyğəmbərə itaət Onun söz və hərəkətlərini yerinə yetirmək deməkdir. Müsəlmanlar üçün Allah və Rəsuluna itaət bir mükəlləfiyyətdir. Heç bir müsəlman Allah və Rəsulunun qərar verdiyi mövzuda öz fikrini irəli sürmək, istədiyi kimi hərəkət etmək haqqı yoxdur. Hər bir mömin qadın və kişiyə Ona tabe olmaq əmr edilmişdir.

Qurani-Kərimdə namaz və zəkat əmrlərinin ardınca Allah Rəsuluna itaət əmri gəlir, bu da Rəsulullaha itaətin namaz və zəkat kimi şərt və fərz olduğunu göstərir. O, dini təbliğdə məsumdur, sünnəsi də vəhylə yoğrulmuşdur. Onun bütün hərəkət və sözləri Allahdandır, Rəbbin bəyanlarından süzülür: Allah üçün hökm verir, çünki O, sadiq və məsumdur.

Allah Rəsuluna Onun sünnəsinə sarılmaq və gətirdiklərini qəbul etməklə itaət edilir. Qurani-Kərim Rəsulullahın, xüsusən də, inananlara Allahın böyük bir lütfü olduğunu göstərir, Ona imanın Ona itaətdən başladığını bildirir, həm də insanlar üçün ən gözəl örnək kimi göstərir, Ona insanlara təbliğ edib öyrətməsi üçün Quranla birlikdə çox vaxt sünnə mənasına gələn hikmətin də verildiyini təsbit edir, vəhyin yalnız Quranla məhdudlaşmadığını bəyan edir, bir çox yerdə Rəsulullaha itaəti Allaha itaətlə birlikdə verdiyi kimi, fərd olaraq Ona itaətin vacibliyini də vurğulayır.

Rəsulullaha itaət Onu Allaha şərik etmək deyil. Ona (sallallahu əleyhi və səlləm) sırf Allahın Rəsulu, seçdiyi peyğəmbər olduğuna, dini təbliğ etdiyinə, hidayət və əmrləri çatdırdığına görə, sırf Allah rizası üçün tabe olmaq və Onun yolu ilə getməkdir.

Xülasə, Allaha itaətlə Rəsuluna itaət bir-biri ilə sıx bağlıdır, biri digərini tələb və zəruri edir. Ancaq Allah kimi sevməklə Allah üçün sevmək arasında böyük fərq vardır ki, birinci şirk və küfrdür.

Onu sevmək

Allaha sevgidən sonra, Rəsulunu da sevmək fərzdir. Çünki O, insanların zəlalətdən aydınlığa, küfrdən imana çıxmasında böyük vəsilə olmuşdur. Eyni zamanda O, əxlaqın və dinin yaşanmasında möminlərə ən gözəl nümunədir. Bu mənada möminlərin Rəsulullahı sevməsindən təbii nə var ki?

Hərçənd Uca Allah da həm özünün, həm də Hz. Məhəmməd Mustafanın (sallallahu əleyhi və səlləm) hər şeydən çox sevilməsini istəmişdi: “(Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qəbiləniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz! "(“Tövbə” surəsi, 9/24)

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisində: “Məni ananızdan, atanızdan, övladlarınızdan və hər kəsdən çox sevmədikcə həqiqi iman etmiş olmazsınız”, (Buxari, İman, 8) – buyuraraq bu sevginin vacibliyini vurğulamışdır.

Rəsulullahı qəlbən sevmək möminə imanın mənəvi zövqü­nü daddırır. Mömin bu sevgi olmadan yemək yeyib dadını bil­məyən insanlar kimi iman və İslam zövqündən məhrum qalır. Möminin axirətdə birlikdə olmaq istədiyi insanların başında Hz. Məhəmməd Mustafa (sallallahu əleyhi və səlləm) gəlir və təbii ki, dünyada da (Allahdan sonra) ən çox Onu sevməlidir.

Ona salət və salam gətirmək (dua etmək )

Möminlərin bir vəzifəsi də Rəsulullaha (sallallahu əleyhi və səlləm) salət və salam gətirməkdir.Bir çox hədisdə Allah Rəsuluna salət və salam gətirməyin əhəmiyyəti vurğulanmışdır. Rəsulullah: “Yanında adım çəkildiyi halda mənə salavat gətirməyənin burnu (yerlə) sürtülsün”, – (Tirmizi, Daavat, 110) buyurmuşdur. “Qiyamət günü mənə ən yaxın insan ən çox salavat gətirəndir” (Tirmizi, Salət, 327), “Əsl xəsis yanında adım çəkildiyi halda mənə salavat gətirməyəndir”. (Tirmizi, Daavat 110) Ayrıca Əhzab surəsi 56-cı ayədə də “ Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu–deyin!)” buyrulur.

meneviyyat.az

Peyğəmbərimizlə əlaqədar vəzifələrimiz


Geri dön

GuNaY_83

  • 5 yanvar 2013 18:55
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
ALLAH RAZI OLSUN...

--------------------

SmiLe_LiFe

  • 9 dekabr 2012 16:51
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

fatimeyinur

  • 8 dekabr 2012 19:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

GuNaY_83

  • 8 dekabr 2012 16:45
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH razi olsun....

--------------------

SmiLe_LiFe

  • 8 dekabr 2012 15:06
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

latin girl

  • 8 dekabr 2012 13:26
  • Məqalə: 1
  • Şərh: 93
  • Bal:
{awards}
ALLAH RAZI OLSN BAXIN BAX BELE WEYLER YAZIN

--------------------
Əlimdən bir şey gəlmir artıq. Sən məni sevməyəndən sonra,nə edə bilərəmki??? : /

LoVe_HaTe

  • 8 dekabr 2012 00:07
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tesekkurler

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

ShoKKi_MoKKi

  • 7 dekabr 2012 23:24
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH razi olsun....

--------------------

AnAm ZeHrA

  • 7 dekabr 2012 22:12
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
Allah (c.c) cumlemizden razi olsun!

--------------------
....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
...

Banned1

  • 7 dekabr 2012 21:35
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ALLah razi olsun

SaD_AngeL

  • 7 dekabr 2012 20:28
  • Məqalə: 0
  • Şərh: 1033
  • Bal:
{awards}
ALLAH razi olsun....

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

Friendly_Girl

  • 7 dekabr 2012 20:06
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

canim ablamin ilk hediyesi

ღ★ Firuzə ★ღ

  • 7 dekabr 2012 19:50
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
“ Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu–deyin!)”

--------------------

solnuska

  • 7 dekabr 2012 19:18
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Ghost of legend

  • 7 dekabr 2012 19:08
  • Məqalə: 13
  • Şərh: 1199
  • Bal:
{awards}
tewekkurler

Prank girl

  • 7 dekabr 2012 18:58
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

so_sad

  • 7 dekabr 2012 18:58
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

NeZNaKoMKa.

  • 7 dekabr 2012 18:55
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
Onu sevmək

Allaha sevgidən sonra, Rəsulunu da sevmək fərzdir. Çünki O, insanların zəlalətdən aydınlığa, küfrdən imana çıxmasında böyük vəsilə olmuşdur. Eyni zamanda O, əxlaqın və dinin yaşanmasında möminlərə ən gözəl nümunədir. Bu mənada möminlərin Rəsulullahı sevməsindən təbii nə var ki?

ALLAH'imdan sonra.. onun RESUL'unu sevirem

tewekkurler meqale ucun..

--------------------

ღ★Diamond★ღ

  • 7 dekabr 2012 18:54
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirməsə, (bilsin ki) Biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq!” (“Fətih” surəsi, 48/13) ayəsi də buna işarə edir.

ZaLaToY PaReN

  • 7 dekabr 2012 18:31
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

GuNaY_83

  • 7 dekabr 2012 18:31
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RazI OlsuN...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 26
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}