Darıxmaq

 
Darıxmaq


Darıxmaq…

Necə əcayib bir hissdir, necə qəribə bir duygudur…

Darixmaq…

Həsrətin ağırlığı, o dayanılmaz ağırlığı…

Zamanla artıq daşıya bilmirsən, çiyinlərin çökər sanki, amma bəlli etmirsən…

Darıxdığın insanı bərk-bərk qucaqlamaq istəyirsən…

Çox dəhşət bir şeydi… Qollarınız, bədəninin həsrətində

olduğu bədəni qucaqlamaq istəyir… Aclıq kimi, susuzluq kimi…

Amma olması mümükünsüzdür bilirsən və get gedə qolların gücsüzləşir, bədənin çökür…

Baxırsan ki, gözlər nəmlidir… Əl vursalar ağlayacaqsan kimi…

Göz yaşların sanki bir işarə gözləyir… Onlar sanki çoxdan hazırdılar ağlamağa…

Amma ağlaya bilmirsən…

Yavaş-yavaş içinizdə olan ağır havanı hiss edirsən…

Ona demək istədiyiniz sözlər boğazınızda düyünlənib sanki…

Artıq çox gecdir deyə düşünürsən…

Kaş ki-lər beyni bir qurd kimi yeyib dağıdır…

Gecələr yatmağa imkan vermir… Kaş Ki...

Həmişə özünüzə umid verirsiniz… Zaman su kimi keçir…

Bu da keçəcək… O dönəcək… Az qaldı… Biraz sebr et…

Ağlama sil göz yaşlarını… Görməsin heç kim… Səsini də düzəlt…

Kimsə eşidər üzgün olduğunu… Və içinizdən gələn bir səs…

Darıxmaq nə pis bir hiss imiş…

Darıxmaq insani daha həssas edir…

Sanki burnunuzun ucu göynəyir… Hər gün eyni acı…

Onunla yatıb, onunla oyanırsız… Bu artıq darıxmağın son nöqtəsidir…

Darıxmaq atəşdən bir köynəkmiş… Çox pis duyğuymuş…

Səbri öyrənməkmiş, nə qədər böyük olsaq da, əslində hələ də balaca

olduğumuzu anlamaqdır… Darıxmaq hər şeyimiz olsa da,

bəzən gücsüz olduğumuzu anlamaqdır…

Yaxşı bir aktyor olmaqmış darıxmaq…

Darıxmaq ruhun köçməsinin səbəbi olmaqmış…

Bəzən bitti… Dönməz… Gəlməz… Qayıtmaz deyə düşünərsən…

Buna umidin tükəndiyi, səbrin intihar etdiyi gün deyirlər…

Və bəzən də əgər getməsəydi… Əgər qalsaydı…

Birdən gələn telefon səsi ya bir qapı döyüntüsü ilə

ayılırsan və yenə də… Getdi daha! Gəlməz daha! Gecdi daha!

Dönməz daha! Yollar çox vəfasızdır, götürdüklərini,

uzaqlara apardıqlarını qaytarmırlar…

Bəlkə də gedənlər dönmək istəmirlər?!

Nə bilmək olar…

Darıxmaq ən güclü insanı da dizləri üstünə

yıxmağı bacaran, hisslərin ən acımasızıdır...


Geri dön

_RONALDO_

  • 11 mart 2011 00:29
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
darixmaq pis seydir

--------------------

nilayka

  • 9 fevral 2011 21:59
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
winked

--------------------

Just For Legend

  • 11 dekabr 2010 19:47
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnattaram

--------------------

MiYasKa KrEoZi

  • 10 dekabr 2010 01:37
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
{awards}
♥Princess♥,
SerSeRi_RuzGaR,
Ulya,
Sergio Ramos,


bEyenDiyiNiz4un saGoLunnN.... feel winked


--------------------

Sergio Ramos

  • 9 dekabr 2010 17:43
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
gözəl sözlərdi təşəkkür

--------------------

Ulya

  • 9 dekabr 2010 17:10
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
superdi.tesekkur edirem

SerSeRi_RuzGaR

  • 9 dekabr 2010 16:53
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
love love recourse tongue TeweKkur_EdIReM_SaGOl_))))))))))))))))) winked

--------------------
<<<$aLunKa>>>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 46
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}