Milad

 
Milad

Milad — xristianlıqda əsas bayramlardan biri,

İsanın doğumu qeyd olunan gündür.

Qərb xristianlıginda, o cümlədən katolisizmdə və bir neçə

pravoslav Kilsəsində 25 dekabr, pravoslavlıqda isə 7 yanvar tarixinə düşür.

ABŞ-da Milad federal bayramlarından biridir.

Miladın İslamda olan analoqu - Mövlud. Xristian aləminin

ən əlamətdar və təntənəli törənlərindən sayılan “Milad” bayramı

ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin

şərəfinə qeyd olunur. Dünya xristianları mənsub olduqları

məzhəblərdən asılı olaraq, bu bayramı müxtəlif günlərdə

(25 dekabr; 6-7 yanvar) keçirirlər və o hazırda yüzdən artıq ölkədə

rəsmi dövlət bayramı sayılır. Xristianların bu bayramı qeyd etmələri

haqqında ilk məlumatlar IV əsrə aiddir. Lakin xristian ənənəsində İsa

Məsihin dünyaya gəlməsinin dəqiq tarixi barədə fikirlər mübahisəlidir

və hakim ruhanilər tərəfindən bu məsələ hər məzhəbə görə fərqli izah olunur.

Məsələ burasındadır ki, xristianlar bu bayramı hələ ilk dövrlərdə indikinə

nisbətən fərqli keçirirmişlər. Çünki əvvəllər İsa Məsihin dünyaya gəlməsi ilə

onun vəftiz (mənəvi paklıq üçün müqəddəs suya salınma) edilməsi

tarixi eyni vaxtda qeyd edilirdi. Birinci dəfə Roma Papası Yulinin

dövründə (IV əsrin birinci yarısı) Katolik kilsəsi İsa Məsihin dünyaya

gəlməsi ilə vəftiz olunması bayramını bir-birindən ayıraraq “Milad”ı

dekabr ayının 25-də qeyd etməyə başlamışdır. Katoliklər tərəfindən

məhz bu tarixin seçilməsi təsadüfi deyil. Bəzi mülahizələrə görə,

bu tarix ilk xristianların mart ayının 25-də qeyd etdikləri Pasxa və

Tanrının bədənləşməsi (İsanın ana bətninə düşməsi) gününün

üzərinə 9 ay əlavə edilməsi ilə yaranmış və ən uzun qış gecəsi

olan vaxtla üst-üstə düşmüşdür. Bəziləri isə bunu tam başqa səbəblərlə,

yəni bütpərəst romalıların həmin tarixdə qeyd etdikləri

“Yenilməz Günəşin doğulması” bayramı ilə əlaqələndirirlər.

Pravoslav ənənəsində də bayramın fərqli tarixi mövcuddur.

Onlara görə, qədimdə “Milad” köhnə qayda ilə yanvar ayının 6-sı,

yaxud yeni qaydaya əsasən, yanvarın 19-da qeyd edilirdi.

İlk xristianların bu tarixlə bayram keçirmələrinin fəlsəfəsini

pravoslavlar belə izah edirdilər ki, etiqada görə İsa Məsih bəşər

övladı kimi “İkinci Adəm” sayılır. O mənada ki, birinci Adəm

günah işləyərək bəşəriyyəti zülmətə, ikincisi isə bu günahları yuyaraq

insanları Tanrı nuruna qovuşdurmuşdu. Ona görə ilk kilsə

mənsubları yekdil fikrə gələrək İsa Məsihin də Adəmin yaradıldığı

tarixdə, yəni ilin birinci ayının 6-cı günü dünyaya gəldiyini qeyd etmişlər.

Hazırda pravoslavlar bu tarixdə İsa Məsihin vəftiz olunması

bayramını keçirirlər. Qədimdə Epifani adlanan bu bayramın

həm vəftizi, həm də miladı əks etdirdiyi bildirilir. Müasir

dünyada isə yeni qaydaya görə, pravoslavlar Milad bayramını

yulian təqviminə əsasən, yanvar ayının 7-si qeyd edirlər.

Kilsə nizamnaməsinə uyğun olaraq, dindar pravoslavlar

bayramdan qabaq davamlı oruc tuturlar. Bu oruc bayram

ərəfəsində daha ciddi və sərt ehkamlarla müşayiət olunur.

Məsələn, nizamnaməyə əsasən, yanvar ayının 2-dən

(yeni qaydaya görə) balıq yeməyə icazə verilmir.

Milad gecəsindən birneçə gün əvvəl isə bayram əhval-ruhiyyəsini

qaldırmaq məqsədilə ibadət vaxtları İsa Məsihin dünyaya

gəlməsini tərənnüm edən dini mahnılar və bayramın mahiyyətini

açıqlayan kanonlar oxunur. Kilsələrdə, həmçinin İsa Məsihin

doğumu ilə bağlı İncil mətnləri qiraət olunur. Bayram axşamı isə

oruc daha da sərtləşdirilir. Adətə görə, ilahi təntənənin intizarının

nişanəsi olaraq hava qaralana, yəni göydə ilk ulduz görünənə qədər

qida qəbul edilməməlidir. Ulduzun görsənməsi simvolik olaraq

Vifleyem ulduzunu xatırladır. Çünki xristian rəvayətlərinə görə,

məhz bu ulduz kahin və çobanları yeni dünyaya gəlmiş İsanın

beşiyi başına gətirmişdir. Katoliklərlə pravoslavlar arasında bayram

ənənəsində oxşar cəhətlər olduğu kimi, fərqliliklər də mövcuddur.

Məsələn, katoliklərdə də bayram ərəfəsində xüsusi ehkamları olan

sərt oruc tutulur. “Xaçaturan” adlandırılan bu orucu tutanlar bal,

buğda və arpa dənlərindən hazırlanan toxum şirəsi qəbul edirlər.

Adətə görə, xaçaturan göydə ilk ulduzun görünməsi ilə bitir.

Milad ibadəti katoliklikdə üç dəfə icra olunur: gecəyarı,

sübh tezdən, günorta. Simvolik olaraq bu ibadətlər İsa Məsihin

Tanrı Atada, Məryəm Ananın bətnində və hər xristianın qəlbində

doğulmasını tərənnüm edir. XIII əsrdə xristian müqəddəsi

Assizli Fransiskonun zamanında məbəddə ibadət məqsədilə

içərisinə körpə İsanın heykəlciyi yerləşdirilən axur qoyululurdu.

Sonralar katoliklər axuru təkcə məbəddə deyil, evlərdə də

qoymağa başladılar. Zaman keçdikcə dini və milli adətlər birləşərək

Milad bayramının koloritini zənginləşdirdi. Məsələn, uşaq və

gənclərin ev-ev gəzərək təbrik mahnıları oxumaları və onun

müqabilində ev sahibindən hədiyyə almaları buna misal göstərilə bilər.

İlk vaxtlar bu bayramda, hətta bütpərəst ənənə qalıqları özünü göstərmişdir.

Evdə xüsusi ayinlə “milad odunu”nun yandırılması buna misal idi.

Odunu təntənə və mərasimlə evə gətirib, onda xaç işarəsi cızaraq,

üzərinə buğda səpib, bal, şərab, yağ tökərmişlər. Həmçinin, odunun

üzərinə yemək qırıntıları qoyaraq, canlı varlıq kimi onunla söhbət edər,

şəninə şərab içərmişlər. Müasir dövrdə isə katoliklər Milad günü

qohumlarlı ilə birgə içi doldurulmuş hind quşu və milad pudinqilə

(şirniyyat növü) bəzədilmiş bayram süfrəsi ətrafında toplaşaraq

sevinclərini bölüşür, bir-birini təbrik edərək xoş arzular söyləyir və hədiyyə verirlər.


Geri dön

only-girl

  • 5 aprel 2011 20:36
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
twk maraglidi

--------------------

X_angel

  • 14 dekabr 2010 22:08
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
twk xebere

Just For Legend

  • 11 dekabr 2010 19:22
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnattaram

--------------------

CandyGirl

  • 10 dekabr 2010 17:22
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
superdi eeeeeeee

--------------------

Azeri_Gozeli

  • 10 dekabr 2010 16:00
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
supeer

--------------------

Ulya

  • 9 dekabr 2010 20:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozel yazidi winked

Sergio Ramos

  • 9 dekabr 2010 18:46
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

AskZede

  • 9 dekabr 2010 18:41
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Ilk Serh menden Cox xosuma geldi twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}