Yeni ilin tarixi

 
Yeni ilin tarixi

Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var.

İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb.

Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan,

Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə

hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb.

Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi

ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında

suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış.

İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər.

12 gün ərzində təntənəli mərasimlər davam edərmiş.

Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış.

Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış.

Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə,

bu bayramda “qul ağaya çevrilərmiş”. Yeri gəlmişkən,

“Karnaval” sözü babil dilindən tərcümədə “gəmi-dəniz” deməkdir.

Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir.

Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla

döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki,

Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər

Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan

onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə

bu ənənə Qərbi Avropaya yayılıb.

Yeni ilin tarixiYeni ilin tarixiYeni ilin tarixi

Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin

yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş.

Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz

ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş

səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və

həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır.

Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə

təsadüf edən həmin günü “Günəş qapısı” adlandırarmışlar.

Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi

qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən

romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim

aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları

dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi.

Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum

günü - İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.

Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı.

Və məlum oldu ki, İsa Peyğəmbərin doğum günü də elə

dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram

həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini,

həm də Milad gününü özündə birləşdirmiş oldu.


Geri dön

Just For Legend

  • 11 dekabr 2010 19:49
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
maraqli xebere gore minnattaram

--------------------

Sergio Ramos

  • 9 dekabr 2010 17:41
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkür gözəl xəbər üçün

--------------------

Ulya

  • 9 dekabr 2010 17:08
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
superdi.cox sagol winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 34
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}