"Allaha borc vermək istərdinmi?"

 
"Allaha borc vermək istərdinmi?"

Mən Yunusu, mən Hallacı anladım
Mən Şəms adlı o günəşdən od aldım
Səni bulan Aşiqlərdən yol aldım
Qapını aç, bu quluna, ey Rəbbim!


Əziz dost!

Allaha borc vermək istərdinmi heç?
Heç ürəyindən nə vaxtsa ona borc vermək keçdimi?
Keçmədisə bunu həmən etsən peşman olmazsan, dost...
Borc olaraq nə verə bilirəm deyə çox düşünmə... Çünki sənin sahib olduğun hər şey əslində Onundur. Hətta övladın belə... Dünyada hər şeyin sahibi O-dur, O!...
Deyə bilərsən ki, əgər hər şey Allaha məxsusdursa, hər şeyin sahibi Allahdırsa, o zaman mən ona nə borc verə bilərəm? – Haqlı sualdır.
Amma var...
“Quran”da belə deyilir: “Mənə gözəl bir borc verin!”
Biz Allahımıza təkcə bir şey borc verə bilərik. Onun adı İMANdır...
İman etmək Ona gözəl bir borc vermək deməkdir... Əgər qəlbdən, tam səmimiy¬yətinlə verirsənsə əmin ol ki, o sənə qat-qat artığını verəcək. Əmin ol!... – Sadəcə səmimi İman... Bu imanın necə olmasını isə Şəms Təbrizi gözəl izah edirdi. O deyirdi, bəzi insanlar var, məhz cəhənnəm dəhşəti yaxud cənnət rüşvəti üçün iman eləyirlər. Kim kimi aldadır!? Bəziləri hətta qıldıqları namazın belə hesabını tuturlar. İman səmimi olmalıdır... Həzrəti Musanın dağda rastlaşdığı çoban kimi... Gerçək İman necə olur bu tarixi hekayədə o qədər gözəl izah olunur ki...
***
Həzrəti Musa bir gün dağları dolaşanda uzaqdan yoxsul və yalqız bir çoban görür. Ətrafda heç kim yox imiş... Çoban dizi üstə çöküb, əllərini göyə açıb dua edirmiş. Bu durum Musanın elə xoşuna gəlir ki, çobana yaxınlaşır. Çobanın ona kiminsə yaxınlaşdığından xəbəri də olmur. Çünki dayanmadan yalvarır, dua edirmiş. Se¬vinərək çobana yaxınlaşan Musa çobanın dualarını eşidəndə çox pis olur. Çoban deyirmiş: “Allahım! Mən Səni o qədər çox sevirəm ki!... Nə istəsən edərəm, yetər ki, Sən istə. Sürüdəki ən yağlı qoyunumu belə kəs desən, gözümü qırpmadan Sənin üçün kəsərəm. Qoyunun qovurması çox gözəldir. Allahım, quyruq yağını götürüb plovuna tökürsən, dadından doymaq olmur”... Sözünə - “dua”sına davam edir çoban: “Allahım yetər ki, Sən istə, ayaqlarını yuyaram. Qulaqlarını təmizləyərəm, bitlərini qıraram. Mən Səni nə qədər çox sevirəm. Sənə çox heyranam!”
Musa bu eşitdiyi dualardan çox əsəbiləşir və qışqıraraq çobanın duasını kəsir: “Sus, cahil adam! Neylədiyini bilirsənmi? Allah bəyəm insandırmı ki, plov yesin? Allahın ayaqlarımı var, yuyasan? Bu cür duamı olar? Bu cür duamı edərlər? Gör, nə qədər günaha batırsan. Dərhal tövbə elə!”
Çoban Musanın bu sözlərini eşidən kimi o qədər pis olur ki... Özünü günahkar hiss etməyə başlayır. Tövbə edir, bir daha belə dualar etməyəcəyinə söz verir, üzr is¬təyir. Həmin gün Musa axşama qədər oturub çobana duaları, necə dua etməyi öyrədir, əzbərlədir və “Allah məndən razı olar, yaxşı bir iş gördüm” deyərək yoluna davam edir. Amma o gecə bir səs eşidər Həzrəti Musa. Səslənən Rəbbimiz imiş: “Ey Musa, sən bu gün nə elədin? Sən ayırmağa gəlmişdin, yoxsa görüşdür¬məyə? O qərib çobanı danladın. Onun mənə nə qədər yaxın olduğunu dərk edə bilmədin. Ağzından çıxan sözləri bilməsə də, o çoban inancında çox səmimi idi. Qəlbi təmiz, niyyəti saf idi. Biz sözlərə deyil niyyətə baxarıq. Sözlərə baxsaydıq, yer üzündə insan qalmazdı! Biz çobandan razıydıq. Başqasına mədh olan söz sənə ağıdı. Ona bal olan sənə zəhərdir. Sən eşitdiklərini inkar və küfr saydın, amma biləsən bir qəbahəti varsa belə onunku çox şirin qəbahətiydi”.
Bəli, saf niyyət! Səmimiyyət!...
İman saf niyyətli və səmimi olmalıdır. Saf niyyətlə və səmimiyyətlə edilmiş iman bizim Allaha verə biləcəyimiz yeganə borcdur ki, onun da əvəzini o bizə qat-qat ödəyər...
Əziz dost, söylə, Allaha borc vermək istəyirsənmi?...

"Allaha borc vermək istərdinmi?"


Geri dön

✰Karabakh Girl✰

  • 3 yanvar 2013 21:49
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
Xəbərə görə sağolun...

DILEKLER

  • 23 dekabr 2012 11:15
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
“Allahım! Mən Səni o qədər çox sevirəm ki!... Nə istəsən edərəm, yetər ki, Sən istə. Sürüdəki ən yağlı qoyunumu belə kəs desən, gözümü qırpmadan Sənin üçün kəsərəm. Qoyunun qovurması çox gözəldir. Allahım, quyruq yağını götürüb plovuna tökürsən, dadından doymaq olmur”

SmiLe_LiFe

  • 16 dekabr 2012 17:28
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

GuNaY_83

  • 12 dekabr 2012 12:27
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

solnuska

  • 11 dekabr 2012 20:31
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Əziz dost!

Allaha borc vermək istərdinmi heç?
Heç ürəyindən nə vaxtsa ona borc vermək keçdimi?
Keçmədisə bunu həmən etsən peşman olmazsan, dost...
Borc olaraq nə verə bilirəm deyə çox düşünmə... Çünki sənin sahib olduğun hər şey əslində Onundur. Hətta övladın belə... Dünyada hər şeyin sahibi O-dur, O!...
Deyə bilərsən ki, əgər hər şey Allaha məxsusdursa, hər şeyin sahibi Allahdırsa, o zaman mən ona nə borc verə bilərəm? – Haqlı sualdır.
Amma var...

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ZuZuM__

  • 11 dekabr 2012 19:58
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
edtafurullah o ne demekdi???

--------------------

SmiLe_LiFe

  • 11 dekabr 2012 16:33
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

girl in love

  • 11 dekabr 2012 13:45
  • Məqalə: 0
  • Şərh: 490
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.
oxudum cox maraqli idi...

--------------------
bu gunki aglim olsaydi,dunen etdiklerimi etmezdim
amma dunen etdiklerimi etmeseydim,bu gunki aglim olmazdi...

ShoKKi_MoKKi

  • 10 dekabr 2012 22:36
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

LoVe_HaTe

  • 10 dekabr 2012 22:04
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
TESEKKURLER..............

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

SaD_AngeL

  • 10 dekabr 2012 21:47
  • Məqalə: 0
  • Şərh: 1033
  • Bal:
{awards}
ALLAH razi olsun.........

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

DILEKLER

  • 10 dekabr 2012 21:15
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

so_sad

  • 10 dekabr 2012 20:57
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH razi olsun

Priya

  • 10 dekabr 2012 20:37
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Əslində qəlbində bir damla belə olsa, imanlı şəxslər var.Amma onu daha da gücləndirmək hər kəsin bacara biləcəyi bir iş deyil.O anlamda ki, tənbəllik insanın qarşısını kəsir.İnanın tənbəllik olmasaydı, çox insan imanını artırardı, Allahın izniylə.Bu tənbəllik isə təbiidir.Zəmanəmizdən, kəşf olunan texnikadan irəli gəlir.Hər iş bu qədər asanlaşdığı üçün iman zəyifləyir.Mən belə düşünürəm.
Təşəkkürlər.

--------------------




love emo

  • 10 dekabr 2012 20:25
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
Beli dost vermek isteyirem..Yerleri ve goyleri yaradan o UCA REBBIMIZE ALLAHA SEVGIM SONSUZ VE TUKENMEZDIR..MEN ALLAHIMA ONU TANIMASAM BELE SONSUZ SEVGI MEHEBBETLE BAGLANMISAM..BUTUN ANLARDA ONA DUA EDIREM VE BILIREMKI HEMIN AN YALNIZ ALLAH MENIM DUALARIMI ESIDIR..HER SEY ALLAHIN ELINDEDIR.EGER O ISTEMESE BIZ HECNEYI EDE BILMERIK..MEN YAXSILIQ ETMEYI SEVIREM LAKIN BUNU CENNET UCUN ETMIREM SADECE OLARAQ QELBIMDEN GELDIYI UCUN EDIREM...
AXIRA KIMI OXUDUM ALLAH RAZI OLSUN..OXUMAGINIZI TOVSIYE EDIREM COX IBRETLI BIR HEKAYE IDI.

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

ღ★ Firuzə ★ღ

  • 10 dekabr 2012 20:19
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
“Allahım! Mən Səni o qədər çox sevirəm ki!... Nə istəsən edərəm, yetər ki, Sən istə. Sürüdəki ən yağlı qoyunumu belə kəs desən, gözümü qırpmadan Sənin üçün kəsərəm. Qoyunun qovurması çox gözəldir. Allahım, quyruq yağını götürüb plovuna tökürsən, dadından doymaq olmur”...

--------------------

fatimeyinur

  • 10 dekabr 2012 20:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH razi olsun...

aksana1993

  • 10 dekabr 2012 20:03
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
DEYERLI MEQALE UCUN ALLAH SIZDEN RAZI OLSUN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

★Azerbaijan girl★

  • 10 dekabr 2012 19:43
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun tewekkur

Gözlüklü

  • 10 dekabr 2012 19:36
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Allah razi olsun

solnuska

  • 10 dekabr 2012 19:27
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Mən Yunusu, mən Hallacı anladım
Mən Şəms adlı o günəşdən od aldım
Səni bulan Aşiqlərdən yol aldım
Qapını aç, bu quluna, ey Rəbbim!

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ღ★Diamond★ღ

  • 10 dekabr 2012 19:02
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Mən Yunusu, mən Hallacı anladım
Mən Şəms adlı o günəşdən od aldım
Səni bulan Aşiqlərdən yol aldım
Qapını aç, bu quluna, ey Rəbbim!

barsa yek

  • 10 dekabr 2012 19:01
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
ALLAH razi olsun!!!

--------------------

ZaLaToY PaReN

  • 10 dekabr 2012 18:46
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

DILEKLER

  • 10 dekabr 2012 18:14
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
“Ey Musa, sən bu gün nə elədin? Sən ayırmağa gəlmişdin, yoxsa görüşdür¬məyə? O qərib çobanı danladın. Onun mənə nə qədər yaxın olduğunu dərk edə bilmədin. Ağzından çıxan sözləri bilməsə də, o çoban inancında çox səmimi idi. Qəlbi təmiz, niyyəti saf idi. Biz sözlərə deyil niyyətə baxarıq. Sözlərə baxsaydıq, yer üzündə insan qalmazdı! Biz çobandan razıydıq. Başqasına mədh olan söz sənə ağıdı. Ona bal olan sənə zəhərdir. Sən eşitdiklərini inkar və küfr saydın, amma biləsən bir qəbahəti varsa belə onunku çox şirin qəbahətiydi”.

GuNaY_83

  • 10 dekabr 2012 18:07
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag oL...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 53

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}