Valideynlərin nəzərinə!

 
Valideynlərin nəzərinə!

Bu mərkəzlərdə körpələr qrup şəklində hərəkət etdirilir, onlar üçün kollektiv oyunlar və ilkin təlim-tərbiyə proqramları nəzərdə tutulur. Sözsüz ki, istənilən cür nəzarət nəzarətsizlikdən yaxşıdır. Amma unutmaq olmaz ki, həmin mərkəzlərdə gün uzunu körpəyə cavabdeh olan dayələr bəzən bu işi yetərincə bacarmırlar. Çox vaxt valideynlər elə zənn edirlər ki, uşaq bağçalarına yalnız dayəliyi tam bacaran adamlar işə götürülür. Bu fikir heç də həmişə doğru olmadığından əsas məsuliyyəti valideynlər öz üzərilərinə götürməyə çalışmalıdırlar. Uşaq bağçası ailəni əvəz edə bilməz. Uşaq bağçalarının başqa bir mühüm xüsusiyyəti də var. Bir çox analar körpəni yıxılmaqdan, adi hadisələrdən qorumaqda ifrata varırlar. Onlar əslində körpəni ətraf aləmin qəribəliklərini anlamaqdan məhrum edirlər. Adətən, belə körpələr uşaq bağçasına daha çox maraq göstərirlər.

Qadın həm işləyib, həm də layiqli ana ola bilərmi?

İşləməyə məcbur olmayan, əri tərəfindən ehtiyacları ödənən qadın ən azı ilk on ayda körpəsini saxlamalıdır. Əgər bu müddət ərzində ana körpəyə qulluğu özünə yeganə vəzifə bilsə, bu qərar həm onun özü, həm də körpəsi üçün faydalıdır. Əslində, hamı gözəl başa düşür ki, körpəyə qulluq özü mühüm bir iş və peşədir.
Ana bütün vaxtını körpəyə sərf edib, uşaq məktəbə getdiyi zaman onunla qədərincə məşğul olarsa, övladının mənəvi inkişafına dəyərli sərmayə qoymuş olur. Sözsüz ki, bu sərmayədən gələcəkdə böyük faydalar götürüləsidir. Övladın çətinliklərə müqavimət tutumu günbəgün artır, o başqaları ilə isti münasibət qurmağı öyrənir. Valideynlər bu gün övladına sərf etdiyi hər dəqiqənin əvəzini gələcəkdə neçə qat artıq alacaqlar. Çünki düzgün təlim-tərbiyə nəticəsində övlad daha tez müstəqilləşəcək, öz istedad və imkanlarını daha tez işə salacaq. Körpəyə münasibətdə hər bir diqqətsizlik gələcəkdə qat-qat artıq diqqət tələb edəcəkdir. Ananın nə vaxt fəaliyyətə başlaması onun peşəsindən, iş yerindən, dayədən, ananın iş vaxtından, analıq məsuliyyətini yerinə yetirmək üçün imkandan asılıdır.

İşləməyə məcbur olan ana vaxtını elə tənzimləməlidir ki, günorta evə gəlib körpəsini yedirə bilsin. Bu qayda körpə 2,5-3 yaşına çatanadək davam etməlidir. Kiçik fasilələrdə uşağa baş çəkmək onu tənha qoymaqdan daha yaxşıdır. Belə olsa körpə daha az narahatçılıq keçirər. Əgər ayrılıq uzun sürməsə, hətta körpə də bu ayrılığa dözə bilər. Əgər valideyn gündə bir neçə saat körpəsi ilə ola bilərssə, həftədə beş gün də işləyə bilər. Bu həm körpə, həm də valideyn üçün çox yaxşıdır. Belə proqram şərait yaradır ki, ana körpəsini görüb, onu yedirtsin.

Ona görə də idarə və təşkilatlar evdə körpəsi olan işçiləri üçün xüsusi proqram tənzimləməlidir. Hər bir işləyən ana müəyyən fasilələrlə işdən çıxıb, körpəsi ilə görüşməli, öz analıq vəzifələrini yerinə yetirməlidir. Amma qəribədir ki, idarə və təşkilatlar öz işçilərinin ailə vəziyyətlərinə diqqət göstərmirlər. Kişilər uzunmüddətli məzuniyyətlərə göndərilir, parçalanmış ailənin necə görüşəcəyi barədə qətiyyən düşünülmür. Əgər idarə və təşkilatlar uyğun ehtiyacları nəzərə alsalar, ailənin psixoloji sağlamlığı nizamlanar, eləcə də, istefalarla az rastlaşarlar. Buna görə də idarə və təşkilatlar məzuniyyətə göndərdikləri işçinin ailə ilə bağlı xərclərini də nəzərə almalıdırlar.

Əgər uşaq xəstələnirsə, bu xəstəlik işləyən ana üçün problemlər yaradır. Heç bir ana xəstə körpəsini tənha qoyub işə getmir. Bunu hiss edən uşaq özünü xəstəliyə vurur ki, anasından ayrılmasın. Uşaq öz daxili ehtiyacını ödəmək istəyir. Ailənin dolanışığı üçün işləməyə məcbur olan bütün analar uyğun problemlərlə üzbəüzdürlər. Valideynlərə tövsiyə edilir ki, hətta işdən qalmaq olsa belə, övladlarını tənha buraxmasınlar.


Geri dön

GuNaY_83

  • 8 yanvar 2013 18:29
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tewekkurler

--------------------

love time

  • 28 dekabr 2012 12:18
  • Məqalə: 34
  • Şərh: 745
  • Bal:
{awards}
melumata gore tesekkur...

--------------------

solnuska

  • 13 dekabr 2012 21:12
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN.................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 12 dekabr 2012 11:35
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler

--------------------

Bitanesiyim

  • 11 dekabr 2012 22:06
  • Məqalə: 5
  • Şərh: 233
  • Bal:
{awards}
TEWEKKURLER

★Azerbaijan girl★

  • 11 dekabr 2012 22:02
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tewekkurler

ღ★Diamond★ღ

  • 11 dekabr 2012 21:24
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
meqale ucun twkrrrrrr

DILEKLER

  • 11 dekabr 2012 20:51
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
tewekkur bacis meqale ucun

ZaLaToY PaReN

  • 11 dekabr 2012 19:56
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
Twk xebere gore...

ღ★ Firuzə ★ღ

  • 11 dekabr 2012 19:34
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Əgər uşaq xəstələnirsə, bu xəstəlik işləyən ana üçün problemlər yaradır. Heç bir ana xəstə körpəsini tənha qoyub işə getmir

--------------------

solnuska

  • 11 dekabr 2012 19:11
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Çox vaxt valideynlər elə zənn edirlər ki, uşaq bağçalarına yalnız dayəliyi tam bacaran adamlar işə götürülür. Bu fikir heç də həmişə doğru olmadığından əsas məsuliyyəti valideynlər öz üzərilərinə götürməyə çalışmalıdırlar.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

fatimeyinur

  • 11 dekabr 2012 19:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
melumata gore tesekkur...

KRiPToS

  • 11 dekabr 2012 18:45
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
Əşii,hələ cavan oğlanaam məən love wink

--------------------

ZuZuM__

  • 11 dekabr 2012 18:32
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
ikinci serhde mennen tongue

--------------------

Dalga

  • 11 dekabr 2012 18:32
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Məlumat üçün təşəkkürlər

--------------------

SmiLe_LiFe

  • 11 dekabr 2012 17:32
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 8
Cəmi: 31

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}