"Bezdim bu işdən!"

 
"Bezdim bu işdən!"

Yaşadığımız dövrün ən aktual problemlərindən biri də işə olan laqeydlik, həvəssizlikdir. Hər gün ictimai nəqliyyatda - metroda, avtobusda işə gedən insanları görəndə insanda belə bir fikir formalaşır: "Onlar öz işlərini sevmirlər". Maraqlıdır, işə olan laqeydlik, istəksizlik nədən qaynaqlanır? Bu biganəlikdir, yoxsa ruh düşkünlüyü?

Zəhmətkeşlərin yerini tənbəllər alıb

Əvvəllər ən ağır əkin-biçin işinə gedən insanlar belə deyə-gülə, oxuya-oynaya gedirdilər. Bu, Sovet İttifaqının tərkibində olan Azərbaycanda da belə idi. Ən böyük savaşlardan birinin iştirakçısı olmuş Azərbaycanda Böyük Vətən Müharibəsi zamanı ağır şərait belə işə olan əzmkarlığı sındıra bilmədi. Gənc qızlardan qoca qadınlara, əsa ilə gəzən kişilərdən bir qolu olmayan, bir qıçını cəbhədə qoyub qayıdan döyüşçülərə qədər hamı bütün günü çöllərdə, əkin-biçin sahələrində olurdu.

Zaman dəyişdi, iş anlayışı yeni müstəvilərə keçirildi, indi əvvəlki kimi ağır əkin-biçin işləri yoxdur, insanların əvəzinə çox işi texnika görür. Amma sanki insanların o zamankı əzmi də elə o işlərlə getdi. İndi bir çoxumuz ofis otaqlarında, kompüter qarşısında işləyirik. Rahat kreslo, qabağımızda buğlanan pürrəngi çay və yaxud sərin şirə də bizdə o ruh yüksəkliyini yarada bilmir. Bəs səbəb nədir?

Fiziki işdən möhkəm yapışın!

Psixoloq Arzu Cavadova deyir ki, bunun bir səbəbi var, o da oturaq həyat tərzidir:

"İnsanlar nə qədər fiziki işdən qaçırlarsa, bir o qədər xəstəliyə, mənəvi düşkünlüyə, aqressiv həyata yaxınlaşırlar. Oturaq işin fəsadları özünü tək fiziki olaraq göstərmir, bu, sadəcə, görünən tərəfdir, görünməyən tərəf, yəni psixoloji fəsadlar da var ki, bəzən fiziki fəsadlardan daha çox təsir edir".

Psixoloq deyir ki, oturaq işi olan insanlar səhər və axşam mütləq piyada gəzintiyə çıxmalı, iş saatlarında qısa aralıqlarla da olsa, fasilə verməli, bir neçə dəqiqə gəzişməlidirlər.

Həkim Samirə Alməmmədova isə fiziki işdən qaçmağın sonunun yaxşı olmayacağı qənaətindədir:

"Siz təsəvvür edin, biz nə qədər ərincək olmuşuq. İş yerində səhərdən axşama qədər oturmaq bizə kifayət eləmir, evə gedəndə nəqliyyatda oturmağa yer axtarırıq, evə çatan kimi tələsik işləri qurtarıb televizorun qabağında otururuq. Bu qədər oturmaq əvvəl-axır təhlükəni çağırır. İnsanlar oturaq işdən zövq ala bilmədikləri üçün işə həvəssiz gedir, "candərdi" işləyirlər. Bu cür iş isə heç şübhəsiz ki, effektiv olmayacaq, zövq almadığımız iş bizi depressiyaya sürükləyəcək, oturaq həyat min cür dərd yaradacaq".

Fiziki güc, ya inellektual bacarıq?

YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, əgər vaxtilə fiziki əmək daha önəmli idisə, indi kreativ və intellektual fəaliyyətə - bacarığa xüsusi üstünlük verilir:

"Amma unutmaq da olmaz ki, adamın insana çevrilməsində kollektiv əmək birgəyaşarlıqla yanaşı iştirak edib. İnsanlar əsrlər boyu fiziki əməyin vurduğu psixoloji-fizioloji zərbələrə qarşı məhz toparlaşaraq hansısa problemin həllini birgə iştirakla bacarıblar. Eyni zamanda yarış, rəqabət, haradasa qonşudan geri qalmamaq düşüncəsi insanları qabaqcıllığa sövq edirdi".

Əbilovun sözlərinə görə, indi təkcə işləməyə məcbur olan insanda bir növ süstlük var: "Sən işləsən də, məhsul ortaya qoysan da, qoymasan da, məvacibini ayın sonunda alırsan deyə, bir həvəssizlik hökm sürür. Qərbdə buna qarşı mükafatlandırma, işə yaradıcı münasibətin stimullaşdırılması, karyera yüksəlişi, tez-tez iş və yaşayış yerinin dəyişdirilməsi kimi metodlardan istifadə olunur".

İş bizə zövq verməlidir

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, unutmaq lazım deyil ki, psixoloji problemləri də sosial problemlər yaradır:

"İnsan o zaman işindən razı olar ki, işinin ciddi nəticəsini görsün. Əməkhaqqı aşağı olduqda, işinin müqabilində aldığı vəsaitin problemlərinin həllinə çatmadığını gördükdə insanda ruh düşkünlüyü yaranır. İqtisadiyyatımız elmi əsaslarla qurulsa, insanlar sırf öz potensiallarına görə iş tapsalar, bu cür problemlər olmaz. Əsas problem də odur ki, insanlarda öz əməyinə yaradıcı münasibət tələbatı yoxdur. Bu problemə laqeyd qalmamaq lazımdır".

İqtisadi keçid sistemləri də səbəb ola bilər

Yazıçılar Birliyi Muğan Bölməsinin sədri Namiq Hacıheydərli bizimlə söhbətində dedi ki, insanın sevib-seçdiyi yerə həvəslə getməsi təbiidir. Amma indi vətəndaşı xəyalların və arzuların gerçəkləşdirilməsindən, ürəyincə iş yeri seçməkdən daha çox, işləmək, harada olursa-olsun işləyib çörək pulu qazanmaq düşündürür:

"Deməli, bir zaman seçdiyi iş yerinə tələsən insan indi yalnız işləmək və ailəsini dolandırmaq xatirinə iş yerinə gedir. İnsanların işə həvəssiz getmələrinin birinci səbəbi budur. İkinci səbəb bir iqtisadi sistemdən tamam fərqli bir iqtisadi sistemə keçiddir. Sosializm yarışı, həvəsləndirici mükafatlar, ev və maşın növbəsi və digər bu kimi həvəsləndirici amillər insanları iş yerinə, kollektivə daha çox bağlayırdı. İndi isə artıq, demək olar ki, bunlar yoxdur".

Onun sözlərinə görə, üçüncü səbəb sosial ədalətin kəskin şəkildə pozulmasından yaranan ciddi psixoloji gərginlikdir:

"Alverçini komfortlu maşında görən piyada ziyalının, müftəxorun dəbdəbəli həyat sahibi olduğunu görən əli qabarlı fəhlənin, torpağından ayrılan kəndlinin, yaylağından uzaqlaşdırılan çobanın... psixoloji gərginlik, bəzən sarsıntı yaşaması təbiidir. Əlbəttə, bütün bunlar kapitalın hakim olduğu, diqtə etdiyi kapitalizmin mahiyyətindən doğur".

"İşə dəli kimi başlayırıq"

"Olaylar" informasiya agentliyinin redaktoru Elman Cəfərli isə bildirdi ki, bu problemi o da çoxdan müşahidə edir:

"Fikir verirəm, əksər Azərbaycan insanı hər gün işə candərdi gedir. Sevdiyi peşədə, sənətdə çalışsa belə. Çünki əmək haqqı ailəsini normal dolandırmaq gücündə deyil. Tibbi sığortası yoxdur, 8 saat əvəzinə 12 saat çalışır. Gələcəyə təminatı yoxdur. Normal istirahət edə bilmir. İldə bir dəfə yaxşı istirahət edib, ilboyu itirdiyi enerjisini bərpa edə bilmir. İnsanlarımızın çoxu işə çatana qədər əsəbləşir, işə artıq "dəli" kimi başlayır. Onları ya tərbiyəsiz avtobus sürücüsü əsəbləşdirir, ya günlərdir kanalizasiya borusu deşilsə də, təmir etməyən "JEK"-in "harın" müdirinə acıqlanır. İnsanların əksəriyyəti fikirlidir. "Gələn həftə iki toy var, pulu haradan tapacam?!", "Marketə borcum var, maaşın yarıdan çoxu ora gedəcək" düşüncələrilə işə gedən fikirsiz, zehin açıqlığı, fərəhlə işləyə bilərmi?"

İş yerində ruh yüksəkliyini necə yarada bilərsiniz?

Bütün dünyada problemə çevrilən iş yerində ruh düşkünlüyü məsələsi aktualdır. Beynəlxalq ekspertlər bu səbəblə ruh sağlığını qorumağın yolları, iş yerində həvəsli işləməyin sirlərini açıqladılar. Biz də o sirləri sizinlə bölüşürük.

Romantik duyğularınızı iş yerində unudun: İş, həyatımızı yoluna qoya bilmək üçün bizə lazım olan maddi qaynağı təmin edən bir vasitədir. Ona görə də şəxsi duyğularınızı işə gedərkən evdə qoyub gedin, iş həyatı ilə şəxsi həyatı bir-birinə qatmaq sizin peşəkar olmadığınız deməkdir.

Tarazlığa diqqət edin: İş yerində hər kəsin bir yeri, mövqeyi və əhəmiyyəti var. Bu məsələyə azacıq etinasız yanaşsaq, işdəki tarazlıq pozulacaq, rəhbərlik xəbər tutacaq, danlanacaqsınız. İşdəki mövqeyinizdən razı olmasanız belə, bunu dilə gətirməyin. Bütün iş yoldaşlarınızla eyni münasibəti saxlayın, biri ilə daha yaxın, digəri ilə uzaq məsafə qoymayın. Bu sizin işdəki atmosferinizə ciddi təsir edir.

Rəqabəti "yekəxanalıq"dan daha çox sevin: Qədərində olan bir rəqabət iş həyatında inkişaf etdirici və motivasiyanı artıran bir amildir. Amma bu rəqabətdənsə "mən hamıdan daha yaxşıyam" demək sizin işdəki əhvalınıza pis təsir edə bilər. Çünki sizdən daha yaxşı birini görəndə kefiniz pozulacaq və paxıllıq yaranacaq. Nəticədə bu, işə həvəsinizi öldürəcək.

İş yoldaşlarınızı sevmək məcburiyyətində deyilsiniz: Bəzən bizə "iş yoldaşlarımızı lap yaxından tanısaq, sevsək, iş həyatımız daha yaxşı olacaq" deyə məsləhətlər verirlər. Bunu unudun. İş yoldaşınızla sadəcə bir iş yoldaşı kimi davranın, amma mədəni və nəzakətli olun. İş yoldaşımızla münasibətimiz şəxsi müstəvilərə keçsə, işdə problemlər yaranacaq.

Uğur və uğursuzluq ortaqdır: Hər işdə uğur və uğursuzluq var, işdə uğur qazananda sevindiyiniz kimi uğursuzluq qazananda da təmkinli olun. Səbrlə səbəbini axtarın, işdən soyumayın.


Geri dön

GuNaY_83

  • 8 yanvar 2013 18:46
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tewekkurler

--------------------

DILEKLER

  • 16 dekabr 2012 18:12
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
SERHLERINIZE GORE TWK

SmiLe_LiFe

  • 14 dekabr 2012 17:51
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

solnuska

  • 13 dekabr 2012 20:56
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN XEBERE GORE...........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ZuZuM__

  • 12 dekabr 2012 14:20
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
men isdemirem oxuyuram pxaxaxaxax

--------------------

GuNaY_83

  • 12 dekabr 2012 10:40
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Sitat: Vampirka_Bella
İş bizə zövq verməlidir

--------------------

Banned1

  • 11 dekabr 2012 23:28
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
tewekkurler

★WirinKa★

  • 11 dekabr 2012 22:50
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
tewekkurler

--------------------

ღ★ Firuzə ★ღ

  • 11 dekabr 2012 22:27
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Uğur və uğursuzluq ortaqdır: Hər işdə uğur və uğursuzluq var, işdə uğur qazananda sevindiyiniz kimi uğursuzluq qazananda da təmkinli olun. Səbrlə səbəbini axtarın, işdən soyumayın.

--------------------

★Azerbaijan girl★

  • 11 dekabr 2012 21:54
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrrrrrrrr

Prank girl

  • 11 dekabr 2012 21:48
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

ღ★Diamond★ღ

  • 11 dekabr 2012 21:20
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
İş bizə zövq verməlidir

fatimeyinur

  • 11 dekabr 2012 21:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkur...

Gözlüklü

  • 11 dekabr 2012 20:45
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Tewekkuler

ZaLaToY PaReN

  • 11 dekabr 2012 20:35
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
Twk xebere gore..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 23

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}