İnsanı dəli edəcək hiss: ondan necə qorunmalı?

 
İnsanı dəli edəcək hiss: ondan necə qorunmalı?

Bəzən qaydasında gedən işlər dolaşır, sağlamlıq problemləri, işlərdə uğursuzluq, halsızlıq da bu problemlərə əlavə olunur. Bir çox insanlar bütün bədliklərə başlıca səbəb kimi bədnəzəri əsas gətirirlər. Deyirlər ki, mənə nə elədisə, göz elədi. "Nəzərə gəldim, üzərimdə nəfs var" və s. bu kimi fikirlərdə olan insanlar astroloqlara, bioenergetik həkimlərə və el həkimi kimi tanınan "nəzərçi"lərə üz tuturlar.

Öncədən bildirək ki, deyilənlərdə kifayət qədər həqiqət var, gözlərdə kəsici şüanın az və ya çox olması da doğrudur. Belə gözlər insanın aurasına qəzəblə, həsədlə, hətta qibtə ilə tuşlananda onu kəsə, zədələyə, hətta hərəkətinin əks istiqamətinə döndərə də bilər. Əgər gözün şüası ürəyin üstündəki cərəyan burulğanına düşsə, ürək xəstələnir, mədənin üstündəki cərəyan burulğanına düşsə, mədə ağrıları başlayır. Belə nöqtələr isə orqanizmdə 24 yerdədir ki, onlar daim hərəkətdədir. Amma onların aradan götürülməsi üçün metodlar da az deyil. Dini üsullarla yanaşı, parapsixoloji üsullar da var.

Bioenergetik həkim Rafiq Cərullayevin sözlərinə görə, nəzər bir növ elektrik cərəyanı kimi daxil olduğu insanın bədəninə yayılaraq, özünü müxtəlif formalarda büruzə edir. Bəzi insanların üzərlərində müxtəlif muncuqlar, təsvirlər, dualar gəzdirərək nəzərin təsirini yox edə biləcəklərini düşündüklərini deyən R.Cərullayev, bunun yanlış fikir olduğunu deyir. Onun fikrincə, nəzəri dua, muncuq, hər hansı əşya ilə aradan götürmək mümkün deyil.

Müsahibim bildirir ki, nəzər, kəm göz sahibi olan şəxsin ruhundan irəli gələn bir təsirdir. Nəzər sahibinin gözünə gözəl görünən hər hansı bir əşyaya, şəxsə qarşı həsəd hissi yaranır. Paxıllıq etdiyi, sahib olmaq arzusunda olduğu, qısqandığı, xoşuna gələn hər hansı bir şeyə "kaş məndə olaydı, mənim olaydı" fikri yaranır. İstəyinə çata bilməyəndə isə qarşısındakının zərərə uğramasını, məhv olmasını, xəstələnməsini, bədbəxtliyini arzulamağa başlayır. Bu cür qısqanclıq hissinin nəticəsində nəzər sahibində güclü mənfi enerji yaranır. Bu enerji onun daxilində qalarsa, həmin şəxs ya xəstə olur, ya da onun özünə zərər dəyir. Gözlər ilə ötürülən bu enerji insanlara, əşyalara düşərsə, onlara güclü zərər verir.


Həkimin dediyinə görə, bütün insanlara, heyvanlara və cansız əşyalara da nəzər dəyə bilər. "Cəmiyyət arasında belə bir fikir var ki, bəzi insanlar daha çox nəzərə gəlir. Evlilik yaşına gəlmiş yetkin, gənc qızlar, toy vaxtında gəlin və kürəkən, hamilə qadınlar, gözəl üzlü insanlar, ağıllı olanlar, mükəmməl bədən quruluşuna sahib olanlar və kiçik uşaqlar daha çox nəzərə gəlirlər".

Cərullayevin fikrincə, nəzərin meydana gəlməsində gözlər yalnız bir vasitədir. Əsl təsir ruha və ya nəfsə aiddir. İnsanın xaricə açılan pəncərəsi göz olduğu üçün xarici aləmdə olan və cərəyan edən hər şeyi beynə çatdırır. Və bütün mənfi enerji də göz vasitəsilə kənara atılır. Nəzər dəyməsi göz vasitəsilə meydana gəldiyi üçün nəzəri təsirli olan insanlara kəm gözlü insanlar deyilir.

"Nəzər dəymənin təsiri müxtəlif dərəcələrdə ola bilər. Biz bunu alfa, beta, qamma şüalarıyla açıqlaya bilərik. Bunların hər birinin təsiri fərqli olduğu üçün verdiyi zərər də müxtəlifdir. Qibtə edilməklə atılan nəzər alfa şüasına bənzəyir. Bu nəzərin təsiri çox olmur və dəydiyi insana böyük zərər vurmadan tez keçir. Orta şiddətli nəzər dəyməsi beta kimi qiymətləndirilir. Bu nəzər həsəd və reallaşan ani istəksiz bir baxışın nəticəsində meydana gəlir. Bu nəzər növü digərinə görə daha təsirli və zərərlidir. İnsana, heyvana və obyektlərə təsir etdiyində zərər verir. İnsanı xəstə, heyvanları tələf, obyektlərə böyük təsir edə bilər. Qamma şüasına bərabər olan nəzər isə çox şiddətlidir. Ölümə belə səbəb ola bilər. Belə insanlar mütləq bioenergetik həkimlər tərəfindən müalicə edilməlidir".

Çox zaman insanlar nəzər dəymənin qarşısını almaq üçün mavi gözmuncuqlarından istifadə edirlər. Uşaqlar, daha çox nəzərə gəldikləri üçün ilahi dua və qoruyuculardan xəbəri olmayan cahil insanlar uşaqların üzərinə mavi nəzər muncuğu və dualar taxaraq, onları qorumağa çalışırlar. Müsahibim hesab edir ki, mavi muncuq cahillikdir.

Türk elm adamlarının fikrincə, qəhvəyi və yaşıl gözlü insanlar daha çox nəzərə gəlir. Ən təsirli nəzər şüaları isə mavi və sarı rəngli gözlərdə yaranan şüalardır.

Mavi gözlü insanlar ən çox qəhvəyi, boz, yaşıl, sarı və qara gözlülərə nəzər vura bilər. Sarı gözlülər mavi, qara, qəhvəyi, boz, yaşıl gözlülərə, yaşıl gözlülər boz, qara, qəhvəyi, sarı və mavi gözlülərə mənfi nəzər şüası verə bilir. Yəni nəzərin dəyməsində gözlərin rəngi mühüm əhəmiyyət daşıyır.

Gözəl insanlara, mal-mülk sahiblərinə, işində müvəffəqiyyətli olan insanlara, yeni olan inkişaflara, yeni evlənən gənclərə, yeni doğulan uşaqlara, yeni alınan avtomobillərə, evə, bağa-bağçaya daha çox nəzər dəyir.

Həkimin dediyinə görə, nəzərin fizioloji, psixoloji və parapsixoloji təsirləri var. "Nəzər dəymə baş gicəllənməsi, ürəkbulanması, bulanıq görmə, refleks pozulmaları, gözlərin qızarması, göz dairəsinin böyüməsi, səbəbsiz əsnəmələr, müxtəlif xəstəliklər, sızanaqlar, əldə və ya başqa bir yerdə ziyillərin çıxması, göz çibanları, qaş tökülməsi, saç tökülməsi, cinsi zəiflik, saqqal və saç qıran, mədə ağrısı, dodaq quruması, əl-ayaq ağrıması, bel ağrısı, burun qaşınması, qulaq cingildəməsi kimi fizioloji dəyişikliklərlə özünü büruzə edir. Psixoloji təsirləri isə daha çox narahatedicidir. Bura tiklərin əmələ gəlməsi, yuxu sıçramaları, əl titrəməsi, yorğunluq hissi, yuxusuzluq, gözlərin bir nöqtəyə dikilməsi, gülmə xəstəliyi, ani böhran və stress, xasiyyətsizləşmə, kəkələmə, düşüncədə axmaqlama, ürək atışlarının tezləşməsi, kabus görmə, səbəbsiz göz yaşları, yuxuda göz muncuğu görmək və s. aiddir. Parapsixoloji təsirlər isə insan həyatını alt-üst edə bilir. Bərəkətin çəkilməsi, işlərdə uğursuzluq, şansın bağlanması, boşanma, evlilikdə səbəbsiz mübahisələr, yoxsulluq nəzərin parapsixoloji təsirləri arasındadır".

R.Cərullayevin bildirdiyinə görə, qadınların nəzəri kişilərdən daha güclüdür. Əgər nəzərdən qorunmaq istəyirsinizsə, bir az sadəliyə və qapalılığa üstünlük verin. Sizə aid olanları, ailə xoşbəxtliyinizi, var-dövlətinizi reklam etmək sizə ancaq zərər vura bilər.

Dəyən zərərləri aradan qaldırmaq olmasa da, nəzərin qarşısını almaq mümkündür. Bunun üçün bioenergetik həkimlərə müraciət etmək yetərlidir
.


Geri dön

GuNaY_83

  • 8 yanvar 2013 18:46
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
twkler..maraqlidi

--------------------

SmiLe_LiFe

  • 14 dekabr 2012 17:50
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

solnuska

  • 13 dekabr 2012 20:55
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK...................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

pussycatdolls

  • 12 dekabr 2012 15:06
  • Məqalə: 0
  • Şərh: 386
  • Bal:
{awards}
bunlar bilirdim.
yenede twk

--------------------
Seni cinayet mecellesinin sevgi maddesine uygun olaraq,icazesiz qelbime hakim oldugun ucun omurluk ureyime hebs edirem.Efv fermanin yoxdu cunki "SENI SEVIREM"

ZuZuM__

  • 12 dekabr 2012 14:18
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
deymezzzzzzzzz

--------------------

GuNaY_83

  • 12 dekabr 2012 10:39
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler

--------------------

(sweet girl)

  • 12 dekabr 2012 10:13
  • Məqalə: 15
  • Şərh: 1705
  • Bal:
{awards}
twkler..maraqlidi

love emo

  • 11 dekabr 2012 23:07
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
Twkler:-)thanksss.

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

★WirinKa★

  • 11 dekabr 2012 22:45
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
tewekkurler

--------------------

ღ★ Firuzə ★ღ

  • 11 dekabr 2012 22:25
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Dəyən zərərləri aradan qaldırmaq olmasa da, nəzərin qarşısını almaq mümkündür. Bunun üçün bioenergetik həkimlərə müraciət etmək yetərlidir.

--------------------

angeL :)

  • 11 dekabr 2012 22:11
  • Məqalə: 39
  • Şərh: 2313
  • Bal:
{awards}
oxumadim yen de twklerrrrrr

--------------------

YaLnızLıq deYə biR şeY taPdıM..:'(

YaşA YaşA biTmiR...:-/

★Azerbaijan girl★

  • 11 dekabr 2012 21:51
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thankssssssssssssssss

Prank girl

  • 11 dekabr 2012 21:47
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

ღ★Diamond★ღ

  • 11 dekabr 2012 21:18
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
twkrrrrrrrrrrrrrrrrrr

fatimeyinur

  • 11 dekabr 2012 20:58
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
melumata gore tesekkurler...

DILEKLER

  • 11 dekabr 2012 20:43
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
hmm maraqlidi twk

Gözlüklü

  • 11 dekabr 2012 20:41
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Meni cox wey dei eleyir tewekkurler

ZaLaToY PaReN

  • 11 dekabr 2012 20:32
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
Twk xebere gore...ilk serh menden :)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 55

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}