Bacarıqsız dediklərimizin böyük zövqü

 
Bacarıqsız dediklərimizin böyük zövqü

Gözəllik, zövq deyiləndə ağıla ilk qadınlar gəlir. İnsanların dərk etdiyi bir şey var, o da ən gözəl əl işi qadınlara məxsusdur, ən gözəl zövq qadınlarındır, qadınlar ən yaxşısını bilir və s. Əslində kişilər də qadınlar qədər zövqlüdür, hətta kişi əli dəyən iş bir başqa dizayna malik olur və daha fərqli görünür. Buna görə də bəlkə dizaynerlərin, zərgərlərin, çiçəkçilərin, hətta aşpazların böyük bir qismini kişilər təşkil edir.

Şəhərin mərkəzində yerləşən gül dükanında da hər şey ilk baxışdan diqqəti çəkir. Zövqlə bəzənmiş, qapısından pəncərəsindən gül tökülən salonun sahibi isə adət etdiyimiz üzrə kişidir və bütün bu gözəllik onun əl işidir. Gülçü Xalid Muradlı 10 ilə yaxındır ki, bu işlə məşğuldur. Orta təhsillidir. Marağı rejissorluğa olsa da, həyat onu gülçülüyə gətirib: "Ali məktəb mənim üçün xəyal olaraq qaldı. Kinorejissor olmaq istəyirdim, amma imtahandan keçə bilmədim. Cavan idim və başa düşürdüm ki, bekar gəzmək mənlik deyil. İşləmək lazımdır deyib, işə başladım".

Xalid bildirir ki, ilk işə başlayanda gül satışı ilə məşğul olmaq çətin görünürdü. Zamanla işində ustalaşdıqca çətinlik də yox olub: "İlk təcrübəmi Bakıda tanınmış gül dükanlarının birində başladım. Yeni idim. Yaxşı buket bağlamaq, hədiyyə təşkil etmək mənə ilk baxışdan xoş təsir etmişdi. O zaman başa düşdüm ki, mən ən yaxşısını edə bilərəm. Etdim də. Gördüyünüz bu salonu şərik açmışam və güllərimə söz yoxdur".

Güllərdən danışan Xalid hər gülün öz kaprizi, öz baxımı və təbii ki, öz qiyməti olduğunu bildirir. Güllər Hollandiyadan gətirilir, amma bununla yanaşı yerli güllər də çoxluq təşkil edir. Bayramlarda isə İran və Türkiyədən gətirilən güllər üstünlük təşkil edir. Ən bahalı gül Orxideya gülüdür ki, bunun qiyməti 40-50 manat arası dəyişir. Qızılgüllər 3-6 manat, digər rəngli güllər isə 5-10 manat arasıdır. Ən ucuz gül isə qərənfildir, dənəsi 20 qəpik: "20 yanvar hadisələrindən əvvəl qərənfil güllərin şahı olub. 20 yanvardan sonra qərənfillərin statusu dəyişdi və artıq bu gülləri qəbir üstünə aparırlar. Əslində qərənfil bahalı güllərdən qat-qat daha gözəldir, amma nədənsə heç kim ona dəyər vermir".

Buketlərə gəlincə, müsahibim bildirir ki, ən gözəl buketləri məhz kişilər bağlayır. Qadın nə qədər zövqlü olsa da, ağır buketləri bağlamaq, yaxud saatlarla güllərdən kompozisiya hazırlamaq onlara görə deyil. Salonda ən ucuz buketlər 6 manatdır. Ən baha buketlər isə 400-500 manat arasındadır. Buketlərin qiyməti onların bağlanması, çeşidi və rahatlığından asılıdır: "Bahalı buketlər əsasən gəlin buketləridir. Mirvarilərlə bağlanması və rahat əldə tutulması qiymətə təsir edir. Əvvəllər daha vulqar görünüşlü güllər tələb olunurdu. Buket 1-2 gül və qalanı kağız sellafonlardan yığılırdı. İndi tələb tamam başqadır. Qızılgüllər daha çox alınır və sadə bağlanışa üstünlük verilir. Buket bağlamaq zövq, ideya tələb edir. Bir buket maksimum 15 dəqiqəyə bağlanır".

Gəlin maşını bəzəklərinə gəlincə, Xalidin sözlərinə görə, müştərilər həm orijinal maşın bəzəyi istəyir, həm də iki güllə kifayətlənirlər: "Çalışırıq ki, müştərini tam fərqli maşın bəzəyi ilə razı salaq. Lakin müştərinin istəyinə uyğun qapılara sadə gül bağlayırıq".

Kişi zövqünün gözəlliyini bu ünvanda tamamlayıb, tamam fərqli ünvana üz tuturuq. "Zər qədrini zərgər bilər" deyib bu dəfə kişi zərgərlə söhbətə davam edirik. Dadaş Hüseynov 21 ildir zərgərdir. İşini sevir və qadın zərgərlərin əl işini bəyənmədiyini bildirir: "Əli qızılla oynayıb, cibi qəpiklə yellənən zərgərlərdənəm. 21 ildir bu işlə məşğulam. Zərgər adı gələndə hamı elə bilir başımdan pul yağır. Yuxusuz gecələrimdə, yorulanda düşünürəm ki, əlimdəki iş hansısa xoşbəxt ailənin ilk zinəti olacaq, onda daha da ruhlanıram. Qadın zərgərlərin əl işini bəyənmirəm. Kişi o komplekti özü taxmadığı üçün öz xəyal dünyasını işinə qatmır. Müştəri nə istəyir, onu hazırlayır".

Zərgərin sözlərinə görə, zövqlər inanılmaz dərəcədə dəyişkəndir. Bəzən sadə tel boyunbağı istəyən xanım bir müddət sonra qohumu üçün qarışıq kompozisiya istəyir. Bəzən isə xəyal qırıqlığına uğrayan ailələr olur: "Aldıqları qızılın əslində qızıl olmadığını anlayanlar, ehtiyacdan nişan üzüyünü əritdirənlər və bu kimi insanları çox görmüşəm. Əli qızılla oynamaq da bir şey deyil. Zərgərlik incə işdir. Hövsələ, zövq tələb edir. "Kişinin kobud əlləri bacarmaz" deməklə deyil, bunu deyən insanlar kişinin hansı gözəlliklər yaratdığına baxsın".

Əvvəllər oğlanlar arasında gülçü, zərgər, aşpaz, rəqqas olmaq üçün kompleks mövcud idisə, artıq bu hal tamam dəyişib. Kişi zövqünə güvənənlər isə narazılıq etmir.


milli.az


Geri dön

GuNaY_83

  • 8 yanvar 2013 19:39
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
meqaleye gore twk

--------------------

SPY_GIRL

  • 14 dekabr 2012 20:19
  • Məqalə: 56
  • Şərh: 1595
  • Bal:
{awards}
bunlar senin sozlerin ola bilmez qardawim!!

--------------------


© Profile Original & Official®
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌

✔ Official Copyright 2012-2013

SaD_AngeL

  • 13 dekabr 2012 20:47
  • Məqalə: 0
  • Şərh: 978
  • Bal:
{awards}
Tewekkurler...

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

so_sad

  • 13 dekabr 2012 20:31
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
maraqliydi.........

solnuska

  • 13 dekabr 2012 20:21
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
HMM.......................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

SmiLe_LiFe

  • 13 dekabr 2012 16:17
  • Məqalə: 465
  • Şərh: 3186
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

LoVe_HaTe

  • 13 dekabr 2012 11:54
  • Məqalə: 53
  • Şərh: 2238
  • Bal:
{awards}
tesekkurler

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

GuNaY_83

  • 13 dekabr 2012 11:52
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
cox sag ol...

--------------------

love emo

  • 13 dekabr 2012 07:19
  • Məqalə: 30
  • Şərh: 2475
  • Bal:
{awards}
Yarisini oxudum tesekkurler..

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

Arzu_zadeh

  • 13 dekabr 2012 01:09
  • Məqalə: 167
  • Şərh: 5560
  • Bal:
{awards}
tewekkurler............

--------------------

ツMrs.Crazy ツ

  • 12 dekabr 2012 23:35
  • Məqalə: 120
  • Şərh: 3558
  • Bal:
{awards}
tewekkurler

★Azerbaijan girl★

  • 12 dekabr 2012 22:52
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
tewekkurler

pussycatdolls

  • 12 dekabr 2012 22:11
  • Məqalə: 0
  • Şərh: 359
  • Bal:
{awards}
maraqli idi TWK feel

--------------------
Seni cinayet mecellesinin sevgi maddesine uygun olaraq,icazesiz qelbime hakim oldugun ucun omurluk ureyime hebs edirem.Efv fermanin yoxdu cunki "SENI SEVIREM"

fatimeyinur

  • 12 dekabr 2012 21:07
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkur...

ღ★Diamond★ღ

  • 12 dekabr 2012 21:03
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
meqale ucun saol

ZaLaToY PaReN

  • 12 dekabr 2012 20:44
  • Məqalə: 12
  • Şərh: 1320
  • Bal:
{awards}
Twk xebere gore...

solnuska

  • 12 dekabr 2012 20:43
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
twk xebere gore................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

dj_asqa.

  • 12 dekabr 2012 20:41
  • Məqalə: 5
  • Şərh: 1382
  • Bal:
{awards}
xebere goe twk

Friendly_Girl

  • 12 dekabr 2012 20:30
  • Məqalə: 21
  • Şərh: 2989
  • Bal:
{awards}
tesekkurler...

--------------------

canim ablamin ilk hediyesi

damla 505

  • 12 dekabr 2012 20:27
  • Məqalə: 5
  • Şərh: 1466
  • Bal:
{awards}
tewekkurrrrrrrrr

--------------------
Torpagin ustunde risofka kimi gezme,cunki torpagin altinda senden zor oglanlar yatir

SmiLe_LiFe

  • 12 dekabr 2012 20:23
  • Məqalə: 465
  • Şərh: 3186
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 65

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 43
Cəmi: 631
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 35
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}