Göz

 
Göz

Sözün Cövhəri Peyğəmbərimiz Həzrəti-Məhəmməd (s.ə.s.) buyurmuşdur: Qonşuna xeyirxahlıq elə ki, kamil mömin olasan. Peyğəmbərimiz Həzrəti-Məhəmməd (s.ə.s.) buyurmuşdur: Özün üçün istədiyini başqaları üçün də istə ki, həqiqi müsəlman olasan.

Canmirzə gözünün birini kiçik yaşlarından itirmişdi. Yaşıdları ilə ox-yay oynayarkən “düşmən”in yayından çıxan ox onun gözünə sancılmışdı. Aldığı təqaüd və bir də o zaman “setka” adı ilə tanınan çanta toxumaqla keçinirdi. Mayıflığı ilə yanaşı, zarafatcıllığı ilə də seçilirdi Canmirzə. Uşaqlığımız onun və yaşıdlarının gəncliyinə təsadüf etmişdi. Bütün işlərini bir-birilərinə kömək etməklə görərdilər o nəslin adamları. Kərpicindən tutmuş, damına qədər evlərini də yardımlaşıb tikərdilər. Toy-bayramda geyindikləri bir dəst ucuz kostyum və bir ağ köynəkdən başqa, bir şeyləri yox idi onların. Hər biri yaşamaq eşqi ilə dolu idi və bu eşq onların enerji mənbəyi idi. O kasıb həyat içində zəngindən zəngin olan ruh dünyaları yamaqlı corabları, nimdaş paltarları içərisində çox rahat və xoş bir ovqatla axıb gedirdi.

Kəndimizdə Mirzəbaba adlı bir kinomexanik də vardı. Böyük-kiçik, hamı ona hörmət bəsləyirdi. Mirzəbaba işini bilən adam idi. Rayona gələn bütün yeni filmləri dərhal kəndə gətirir, kənd klubu tamaşaçı ilə dolub-daşar, o da planını artıqlaması ilə yerinə yetirərdi. Kənd klubu hamımızın sevimli yeri idi. Klubda kinoya baxa bilmək üçün dərslərimizi qabaqcadan hazırlayardıq ki, bizləri klubda görən müəllimlərin danlağına məruz qalmayaq. Canmirzə də kino həvəskarı idi. Bu zarafatcıl insan həmişə Mirzəbaba ilə deyişərdi. Bir gözü görmədiyi üçün istəyirdi ki, Mirzəbaba ondan birseriyalı kino üçün iyirmi deyil, on qəpik, ikiseriyalı kino üçün də iyirmi qəpik alsın. Mirzəbaba da zarafatda Canmirzədən geri qalmırdı. O da deyirdi ki, sağlam tamaşaçılar iki gözü olduqları üçün filmi o qədər də diqqətlə izləmirlər, sən isə bir gülləsi qalmış ovçu kimi son dərəcə diqqətlə izləyirsən, deməli, sən daha çox pul verməlisən.

Zarafat bir yana qalsın, gözün olması hələ hər şey demək deyil, çünki baxmaq və görmək ayrı-ayrı şeylər imiş. Rəhmətlik Şeyx Nizaminin “Dözümü, yumşaqlığı, təmkini yerdən öyrən, Hər şeydən vaz keçməyi əsən yellərdən öyrən” vəsiyyəti dilimin əzbəri olsa da, bu dünyada yaşayıb, onun dərd-sərinə biganə qalmaq, göz yummaq mümkün olmur. Bu günlərdə ən mötəbər mükafat sayılan Nobel mükafatının verilməsi məni bu yazını yazmağa sövq etdi. Son illərdə bu ali mükafatın haqqı olanlara verilməsi istisna, “paylanması” da heç ürəyimcə deyil. Qaşınmayan yerdən qan çıxarıb, ölkələri qana bulayan, illərlə tikilmiş kəndləri, şəhərləri tar-mar edən, günahsız insanların həyatlarına son qoyan insanlara da Nobel mükafatının təqdim olunması onun təyinatına uyğun gəlmir.

Uzağa getmədən müqayisə aparaq. Bir nəfərin ölümünə görə dünya müharibəsi başlayan Avropa humanitar yardım aparan “Mərmərə” gəmisində doqquz türk vətəndaşını heç bir hüquq normalarına əməl etmədən, dünyanın gözü qarşısında vəhşicəsinə qətlə yetirən İsrailə “gözün üstə qaşın var” deməməklə yanaşı, dünya sülhünün qorunub saxlanması naminə bu cinayətə qarşı silaha əl atmayan Türkiyənin fədakarlığını niyə görmədi?

Hər yerə ağız atan yaralı canavar kimi öz vətəndaşlarını qətlə yetirməkdən usanmayan Əsəd rejimi ya özü, ya da kimlərinsə küyünə gedərək, Türkiyə ərazisində də günahsız insanları öldürməyə cəsarət edəndə, dünyanın ürəyini ağzına gətirən həyəcan dolu anlarda, Türkiyənin, bəlkə də, bu vaxtacan görünməmiş bir səbir, təmkin nümunəsi göstərməsi bu mükafata layiq deyilmi?

Cavabsız qalacaq daha bir sual: - Bu sivil dünyada hansı Avropa ölkəsi ərazisinin iyirmi faizinin işğal olunması faktına dünya ictimaiyyətindən ədalət gözləyərək, müxtəlif beynəlxalq təşkilatların nüfuzuna hörmət edərək illərlə dözüb dayanar? Yaxın-uzaq ölkələrin haqq və hüquqlarına hörmət bəsləyib, vicdanların oyanmasını umaraq tapdanmış haqq və hüquqlarının bərpa olunmasını gözləyən Azərbaycan Nobel mükafatına layiq deyilmi?

Üstəlik, heç kəsə sirr deyil ki, Nobel mükafatının mayası Azərbaycanda yoğurulub. İsveçdə doğulub, İtaliyada vəfat etsə də, Alfred Nobelin vəsiyyəti ilə təsis olunmuş Nobel Fondunu təşkil edən kapitalın əsas hissəsi Azərbaycanda qazanılmışdır. Mənə elə gəlir ki, alimlərimiz, siyasətçilərimiz, ictimai xadimlərimizdən neçələri Nobel mükafatına layiq olsalar da, hansı səbəblərdənsə, hələlik, ona sahib ola bilməyiblər. Heç olmazsa, bu torpaqdan halallıq naminə o mükafat Azərbaycana da gəlməlidir...

Bir gözü olmadığı üçün kinomexanik Mirzəbabaya iyirmi qəpiyin yarısını verməyə haqqı olduğunu israr edən Canmirzə elə o bir gözü ilə hələ də bu haqsız dünyanı seyr etməkdədir. Mirzəbaba isə Haqq dünyasında nələrin şahidi olur, bir Allah bilir. Bir də ki, baxmaq hələ görmək deyil ki. Görmək var, görmək də var. Nə yazıq ki, bu yazıya əlavə etdiyim hekayətdə təsvir olunan “müdrik” insan kimi görənlər hələ də var: Avropa kəndlərindən birində iki qonşudan birinin ağ, o birisinin də qara atı vardı. Qonşular tez-tez atlarını səhv salıb, mübahisə edirdilər. Bir gün bir qəza nəticəsində ağ atın quyruğu qopur və qonşular bundan sonra öz atlarını rahatca ayıra bilirlər və mübahisə də olmur. İşin tərsliyindən, bir gün qara atın da quyruğu qopur və qonşuların mübahisəsi yenidən qızışır və onlar məsələnin həlli üçün kəndin “müdrik” sakininə müraciət etməli olurlar. “Müdrik” adam da atları diqqətlə gözdən keçirib, deyir: - Nə deyirsiniz deyin, sizin ikiniz də korsunuz. Görmürsünüz ki, ağ at qara atdan üç santimetr hündürdür?...

Bəli, gözlər başda olsa da, baxmaq istədikləri hər şeyə könüldən boylanır, könül görməzsə, gözlər eləcə baxa- baxa qalar, ancaq görməz. Necə deyərlər, könüldən uzaq olan gözdən də iraq olar. Ancaq kamil ruhdan su içib saflaşan, saflaşdıqca dərinləşən, dərinləşdikcə vicdanın insaf kimi ləziz neməti ilə zənginləşən könüllərdən boylanan gözlər hər şeyi öz rəngində görər, bu gözlərin sahibi hər şeyi öz adı ilə adlandıra bilər. Allah bizləri daim hər şeyi öz rəngində görən və hər şeyi də öz adı ilə çağıranlardan eləsin.


Geri dön

GuNaY_83

  • 9 yanvar 2013 15:11
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Sözün Cövhəri Peyğəmbərimiz Həzrəti-Məhəmməd (s.ə.s.) buyurmuşdur: Qonşuna xeyirxahlıq elə ki, kamil mömin olasan. Peyğəmbərimiz Həzrəti-Məhəmməd (s.ə.s.) buyurmuşdur: Özün üçün istədiyini başqaları üçün də istə ki, həqiqi müsəlman olasan.

--------------------

love time

  • 28 dekabr 2012 12:17
  • Məqalə: 34
  • Şərh: 745
  • Bal:
{awards}
YAXSI DI TWK

--------------------

ZuZuM__

  • 21 dekabr 2012 16:50
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
twk ela meqaledi

--------------------

solnuska

  • 16 dekabr 2012 04:13
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Sözün Cövhəri Peyğəmbərimiz Həzrəti-Məhəmməd (s.ə.s.) buyurmuşdur: Qonşuna xeyirxahlıq elə ki, kamil mömin olasan. Peyğəmbərimiz Həzrəti-Məhəmməd (s.ə.s.) buyurmuşdur: Özün üçün istədiyini başqaları üçün də istə ki, həqiqi müsəlman olasan.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

PSIXOPATKA

  • 15 dekabr 2012 12:49
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
AMIN INWALLAH

--------------------

DILEKLER

  • 14 dekabr 2012 22:09
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
MARAQLIDI TWK

damla 505

  • 14 dekabr 2012 20:27
  • Məqalə: 5
  • Şərh: 1544
  • Bal:
{awards}
tewekkur...... fellow fellow fellow

--------------------
Torpagin ustunde risofka kimi gezme,cunki torpagin altinda senden zor oglanlar yatir

so_sad

  • 14 dekabr 2012 17:00
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
teşekkür edirem

SmiLe_LiFe

  • 14 dekabr 2012 16:50
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

angel jale

  • 14 dekabr 2012 16:36
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
twk edirem yaxsi meqaledi

pussycatdolls

  • 14 dekabr 2012 15:13
  • Məqalə: 0
  • Şərh: 386
  • Bal:
{awards}
twk ela meqaledi

--------------------
Seni cinayet mecellesinin sevgi maddesine uygun olaraq,icazesiz qelbime hakim oldugun ucun omurluk ureyime hebs edirem.Efv fermanin yoxdu cunki "SENI SEVIREM"

ღ★Diamond★ღ

  • 14 dekabr 2012 12:54
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
hmm twkrrrrrrrrrrr

ZuZuM__

  • 14 dekabr 2012 11:58
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
uzun meqaledi tewekkur edrem

--------------------

GuNaY_83

  • 14 dekabr 2012 11:19
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol....

--------------------

fatimeyinur

  • 14 dekabr 2012 11:16
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkur edirem size...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 12
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}