"Dünyanın sonu"a bir həftə qaldı

 
"Dünyanın sonu"a bir həftə qaldı

Mayya təqviminin sona çatacağı və 21 dekabr 2012-ci ildə dünyanın sonunun gələcəyinə inananlar bu tarixə sayılı günlər qaldığı üçün ciddi təlaş keçirir. Çünki adi təqvimlə baxanda “qiyamət günü”nə cəmi bir həftə qalıb. Yaxın bir həftə üçün azərbaycanlılar şam, konserv tədarükü görür. Amma dünyada daha “perspektivli” hazırlıqlar aparılır.

Bir neçə nümunəni oxucuların nəzərinə çatdıraq. Çində yaşayan Liu Çiyuanın hazırladığı bu təcili tədbir diqqət çəkib. Şəkildə gördüyünüz bu “Nuhun gəmisi” çəlikdən hazırlanıb. Çəkisi ağır olan bu kürələri daşımaq üçün 4 nəfər lazımdır. Pekinin cənubundakı Hebey şəhərinin Çiantun kəndində yaşayan Liu bu sığınacağın suda da üzə biləcəyini, hətta bəzilərinin özlərinə aid motoru olduğunu bildirib. Beləliklə, bu sığınacaq sunami və fırtına kimi təbii fəlakətlərdə də həyatı xilas edə bilər. Hava və su keçirməyən bu kürələrin içində 14 nəfər də sığışa bilər. Kürədə təhlükəsizlik kəməri və oksigen balonları da var.

Bir neçə ay öncə də Yang Zongfu adlı çinli bir iş adamı təxminən 250 min dollara inşa etdiyi həyatda qalma kürəsini ictimaiyyətə təqdim etmişdi. Yang bu mini sığınacağın içindəki rezervlərin və həyata dəstək sistemlərinin üç nəfərlik kiçik bir ailəyə 10 ay çatacağını demişdi.

Düşünməyin ki, 21 dekabr söhbətlərinə təkcə bizim ölkədə inananlar var. Hazırda Fransanın cənubundakı 200 nəfərlik Buqaraş kəndində də eyni təlaş yaşanır. Çünki bu kəndin də qiyamətdən salamat çıxacağı deyilir. Polis kəndə gedən yolları bağlasa da daha öncədən orada otel rezerv etdirənlər az deyil.

Fransanın təyyarə bileti satışı ilə bağlı araşdırma aparan firması “Skyscanner”in araşdırmasına görə, 21 dekabr tarixindən öncə Fransanın cənubuna, tək tərəfli (ancaq gediş) bilet satışı 41 faiz artıb.

Türkiyənin İzmir şəhərindəki Şirincə kəndinin də 21 dekabrdan salamat qurtulacağı yayılan şayiələr arasında olduğu üçün hazırda İzmirə bilet satışında 30 faizlik artım diqqət çəkir. Uçuşların tək tərəfli olaraq axtarılması isə insanların kəhanətə necə inandıqlarını sübut edir.

Mayya mədəniyyətinə ev sahibliyi edən Amerikada isə Yeni il hazırlığı bütün sürəti ilə davam edir. Fransanın AFP xəbər agentliyinin müxbiri Meksika və Orta Amerikaya gedərək orada qiyamət öncəsi edilənləri araşdırıb. Agentlik Meksika, Qvatemala, Salvador və Hondurasda qiyamətin qutlamalarla qarşılanacağını açıqlayıb. Qiyamətin qopacağına yox, yeni dövrün başlanacağına inananlar dekabrın 21-də bir araya gəlib festivallar düzənləyəcək. Qvatemalanın dövlət naziri Otto Perez Molina və Honduras prezidenti Porfirio Lobo da bayram tədbirlərinə qatılacaq.

Habertürk kanalında yayımlanan “Təkə tək” verilişində isə 21 dekabrla bağlı müzakirə aparılıb. Astroloq Öner Döşer onu deyib ki, Mayya təqvimindən 20 ədəd var. O təqvimlərin birində deyilir ki, mayyalıların 5 min 200 illik döngüsü yekunlaşır. Ancaq 5 min 125 illik yeni bir təqvimləri başlanır. Mayaların daha uzun döngüləri də var. Mayalar 5 min 125 min illik döngüyə 13 baktun deyirlər: “Mayyalıların zaman anlayışı bizdən fərqlidir. Əslində mayyalıların dedikləri dünyanın sonu-filan deyil, zamanların sonudur. Biz mayyalılar deyincə ibtidai bir qəbilə düşünürük. Əslində isə onların müdhiş bir riyazi bazası var”.

Astroloq deyib ki, 21 dekabr günü mayyalılar üçün qaranlıqdan aydınlığa keçid kimi qəbul edilir. Onun sözlərinə görə, “3 gün qaranlıq olacaq, çox böyük soyuqlar olacaq, heç işıq əldə edə bilməyəcəyik” deyə bir qayğıya qapılmamalıyıq: “2012-ci ilin fevralında Neptunun dövrəyə girməsi ilə ruhi səfərimizi və intuisiyalarınızı ön plana çıxaracağıq. Bəzi şeylərin yavaş-yavaş fərqinə varmağı öyrənəcəyik. Hər cür enerji formulu dünya üzərinə açıla bilər. Xəstəxanalarda yeni sistemlər və təbii ki, dramatik dəyişikliklər, iqtisadi sahələrdə önəmli ortaqlıqlar dünyada gündəmə gələ bilər. Bu, 2024-cü ilə qədər yaşanacaq bir dövrün bir parçasıdır. Yeni bir düzənə doğru gedirik. Bu dəyişim 2015-ci ilə qədər davam edəcək”.

Bu arada http://www.nasa.gov/topics/earth/features/2012.html saytında insanlar bu günlə bağlı öz yeni suallarını yollayaraq 21 dekabr təlaşına aydınlıq gətirmək istəyir. Sual-cavabda diqqəti çəkən əsas detal qiyamət təlaşı ilə bağlı sual verənlərin kimliyi olub. Sübut edilib ki, bu təlaşa daha çox amerikalılar düşür. Təşkilatdan deyiblər ki, dünyanın sonu ilə bağlı iddialar şumerlər tərəfindən ortaya atılıb. Bu iddia Nibiru adlı bir planetin dekabrda dünya ilə toqquşacağı ehtimalına söykənir. NASA yetkililəri bu toqquşma üçün daha öncə 2003-cü ilin may ayının versiya kimi irəli sürüldüyünü, lakin bu, baş verməyincə 2012-ci ilin dekabrının variant kimi səsləndirildiyini deyib.

Nibiru ilə bağlı əllərində heç bir ip ucu olmadığını deyən NASA yetkililəri sayta bunları yazıb: “Əgər bu planet həqiqət olsaydı və dünya ilə toqquşacaq bir nöqtədə bulunsaydı, bunu ən azı 10 il əvvəldən bilərdik. Həqiqətən də, 21 dekabrda dünya ilə toqquşacaq olsaydı, Niburunu indidən göy üzündə çılpaq gözlə görə bilməli idik”.


Geri dön

love time

  • 28 dekabr 2012 12:16
  • Məqalə: 34
  • Şərh: 745
  • Bal:
GOPDA OLSA MARAQLIDI TWK

--------------------

ZuZuM__

  • 21 dekabr 2012 16:49
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
TWK BACIS MEQALE UCUN

--------------------

solnuska

  • 16 dekabr 2012 04:13
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
BOW SOBETLERDI ................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

★Azerbaijan girl★

  • 14 dekabr 2012 23:21
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
twkler.............

DILEKLER

  • 14 dekabr 2012 22:07
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
TWK BACIS MEQALE UCUN

ツMrs.Crazy ツ

  • 14 dekabr 2012 17:10
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
KEF ELIYIN MILLET. fellow OLCEYIKDEE 1GUN NEDEN QORXURSUZEE fellow
1 heftelik... dunya tadini cikartin tongue bully

so_sad

  • 14 dekabr 2012 17:02
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Sitat: Angelka)))
eee inanirsiz sizde bunaa??????? menasiz sohbetdii dee atiblar ortaligaaa
nc nc nc nc

SmiLe_LiFe

  • 14 dekabr 2012 16:49
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Angelka)))

  • 14 dekabr 2012 16:11
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
eee inanirsiz sizde bunaa??????? menasiz sohbetdii dee atiblar ortaligaaa tongue
nc nc nc nc

nuraska

  • 14 dekabr 2012 15:52
  • Məqalə: 0
  • Şərh: 1298
  • Bal:
{awards}
nc nc nc Deqiq olsun saniyesi saatida olsun rica etsem yazarmisiniz nc nc nc gulunc gune qalasuz

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q

pussycatdolls

  • 14 dekabr 2012 15:11
  • Məqalə: 0
  • Şərh: 386
  • Bal:
{awards}
bezmediniz bu xeberden?
iwiniz yoxdu olum gunlerini sayirsiniz?

--------------------
Seni cinayet mecellesinin sevgi maddesine uygun olaraq,icazesiz qelbime hakim oldugun ucun omurluk ureyime hebs edirem.Efv fermanin yoxdu cunki "SENI SEVIREM"

Dj aka

  • 14 dekabr 2012 15:09
  • Məqalə: 37
  • Şərh: 1063
  • Bal:
{awards}
aydaaaaaaaaaaaaa besdide bu xeberler daha +_+

--------------------
Qeyretsiz insan ipsiz iyneye benzer. Ne qeder cehd etsede tikis alinmaz!

ღ★Diamond★ღ

  • 14 dekabr 2012 12:53
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
offf bezdim uje bu xeberlerdennnnnn

ZuZuM__

  • 14 dekabr 2012 11:55
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
ecebb oturmuwuq gunleri sayiriqq

--------------------

GuNaY_83

  • 14 dekabr 2012 11:20
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
hee lap yaxwi wink cox sag ol...

--------------------

fatimeyinur

  • 14 dekabr 2012 11:16
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore tesekkur edirem...inanmiram...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}