Qar dənələri

 
Qar dənələri

Qar dənələri

Qar dənələrini araşdıran bir insan bu dənələrin çox müxtəlif formalara

sahib olduqlarını görəcək. Bir kub metr qarda təxminən 350 milyon

ədəd qar dənəciyi var. Bunların hamısı altıbucaqlı və kristalvari

quruluşdadır, ancaq hər biri fərqli formalara malikdir. Bu formaların,

fərqli şəkillərin necə yarandığı, simmetriyanın necə qurulduğu sualları

alimlər tərəfindən illərdir araşdırılır. Əldə edilən hər məlumat

isə qar dənələrindəki möhtəşəm sənəti ortaya çıxarır.

***

İncə və kiçik təbəqələr, çox budaqlı ulduzlar ya da kiçik iynə

başlıqlarına bənzər şəkillərdəki qar dənələrinin meydana gəlməsi

tamamilə heyrətamizdir. Bir qar dənəsi 200-dən çox buz kristalından ibarətdir.

Qar kristalları mükəmməl nizam içində düzülmüş su molekullarından meydana gəlir.

Memarlıq şahəsəri olaraq xarakterizə edilən qar kristalları su

buxarının buludlardan keçərək soyuması nəticəsində formalaşır.


***

Proses belə baş verir: Su buxarının içində nizamsız şəkildə hər yerə

dağılmış su molekulları buludlardan keçərkən temperaturun düşməsiylə

aktivliklərini itirir. Daha az hərəkət edən su molekulları bir müddət sonra

qruplaşmağa başlayır və nəticədə bərk forma alır. Ancaq qruplaşmalarda

heç də nizamsızlıq yoxdur, əksinə həmişə bir-birinə bənzəyən mikroskopik

altıbucaqlı olaraq birləşirlər. Hər qar dənəsi əvvəlcə bir altıbucaqlı su

molekulundan meydana gəlir, daha sonra digər altıbucaqlı su molekulları da

gəlib bu ilk parçaya əlavə olunur. Ekspertlərə görə bir kristalın formasını

təyin edən təməl xüsusiyyət bu altıbucaqlı su molekullarının

zəncirin halqalarının bir-birlərinə birləşməsidir.

***

Əslində kristal zərrəcikləri istiliyə və rütubətə görə eyni formada

olmalı idilər, amma tamamilə fərqli şəkillərə bürünürlər.

Niyə bütün qar dənələrində altıbucaqlı simmetriya var?

Niyə hər bir qar kristalı digərindən fərqlidir? Kənarları niyə düz yox,

bucaqlı quruluşdadır? Oxşar suallara alimlər hələ də cavab tapmağa çalışırlar.

Ancaq ortada açıq-aşkar yaradılış gerçəyi var.


Geri dön

Just For Legend

  • 11 dekabr 2010 17:20
  • Məqalə: 409
  • Şərh: 3198
  • Bal:
Maraqli melumata go re minnettaram

--------------------

Asiyan

  • 11 dekabr 2010 03:16
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
Məlumatım yox idi bundan.Teşekkürlər.

Sergio Ramos

  • 10 dekabr 2010 22:47
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
maraqlı xəbərdi

--------------------

CandyGirl

  • 10 dekabr 2010 21:39
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
cox qesenqdi

--------------------

Ulya

  • 10 dekabr 2010 21:18
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox maraqlidi

Azeri_Gozeli

  • 10 dekabr 2010 20:46
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekurler yaxsi xeberdi))

--------------------

eleviyya

  • 10 dekabr 2010 20:25
  • Məqalə: 5
  • Şərh: 58
  • Bal:
{awards}
maraqli xeberdi hec melumatim yox idi bu haqqda tewekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 65

 

Top 10 Müəllif

Ayka Wirinkaヅ
Xəbərləri: 1
Cəmi: 36
 
Tipa_Krutaya
Xəbərləri: 1
Cəmi: 66
 
qirilmis qelb
Xəbərləri: 1
Cəmi: 50
 
ヅ▶Azeko◀ヅ
Xəbərləri: 1
Cəmi: 46
 
·٠• Sevgi Nağılı •٠·
Xəbərləri: 1
Cəmi: 257
 
_leka_the_one_
Xəbərləri: 1
Cəmi: 39
 
EsKeR_BaLaM
Xəbərləri: 1
Cəmi: 42
 
♣LeGEnd of Kİng♣
Xəbərləri: 1
Cəmi: 201
 
ヅKapriznaya Dəlişkaヅ
Xəbərləri: 1
Cəmi: 199
 
Sαmmyyy_✰
Xəbərləri: 1
Cəmi: 321