Sosial şəbəkə xəstəliyi

 
Sosial şəbəkə xəstəliyi

Amerikalı alimlərin araşdırmasına görə, sosial şəbəkələr insanı arıqladır. Amerika Ürək Assosiasiyasının (AHA) keçirdiyi sorğu əsasında müəyyən olunub ki, həddindən artıq kök və köklükdən əziyyət çəkən insanlar özlərini çox vaxt tənha hiss edirlər.

Həkimlərin fikrincə, kök gənclər bir-birini anladıqca, dərdlərini biri-biri ilə bölüşdükcə arıqlayırlar. Bir sözlə, “Facebook” və digər sosial şəbəkələr onlara arıqlamaq üçün bir motivasiya verir. Bəs amerikalı alimlərin fikirləri nə dərəcə doğrudur?

Sualların cavabını sosial şəbəkələrin ən aktiv istifadəçiləri və ekspertlər cavablandırır:

Həyatı sosial şəbəkələrlə bağlı olan, günün əsas hissəsini virtual həyatda keçirən Asif Əmirov da kompüter qarşısında çox oturmağın arıqlamağa səbəb olacağının mümkünlüyünü bildirir. Azərbaycan Tibb Universitetini bitirən Asif tibb kitablarında belə bir fikirlə rastlaşmadığını deyir:

“Kompüter qarşısında çox oturmaq adamı arıqlada bilər. Amma səbəb oturaq həyat tərzi və hərəkətsizliklə bağlı ola bilər. Bu isə əzələləri atrofiyaya uğradar, zəifləməyə gətirib çıxarar. Bütün günü sosial şəbəkədə olanlar yemək istəmir və ya bunu unudur, nəticədə arıqlaya bilirlər. Amma sosial şəbəkələr yorğunluq, baş ağrısı da yaradır. Bundan başqa, bağırsaqlarda da problemlər yarada bilər. Hətta tibbi mənbələrdə düz bağırsağın yara olmasına səbəb kimi də uzun müddət kompüter qarşısında olmaq göstərilir”.

Facebook”un aktiv istifadəçilərindən Nərmin Nöqtə də görünüşcə arıq olsa da, bunun sosial şəbəkələrlə bağlı olduğunu düşünmür. Amma o, sosial şəbəkənin müsbət əhval-ruhiyyə yaratmasını da təsdiqləyir:

“Mən hər zaman arıq olmuşam və hər zaman şən əhval ruhiyyədəyəm. Buna görə də, düşünmürəm ki, bu xüsusiyyətləri məndə “Facebook” formalaşdırıb. Düzdür, kompüterdən uzun müddət istifadə insanlarda müxtəlif xəstəliklərə səbəb olur. Amma istənilən sosial şəbəkə insanı sosiallaşdırır. Vizual olaraq görünmədən istənilən məsələ barədə fikir deməyə, gün ərzində yığdığı stressi boşaltmağa, əsəblərini sakitləşdirməyə imkan verir. Bu elə bir formadır ki, canlı ünsiyyət olmadığından istənilən fikri ifadə etmək imkanı yaranır. Mən də sosial şəbəkələrdə ağlıma gələni ortaya qoyub, ruhumu, beynimi ağır yükdən xilas edirəm, rahatlayıram. Günün istənilən vaxtı fikrimi rahat şəkildə ifadə edə bildiyimə görə özümü xoşbəxt hiss edirəm və müsbət əhval-ruhiyyədə oluram”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, bu proses yalnız asılı insanlarda müşahidə oluna bilər:

“Gündəlik işlərimizin böyük bir hissəsi sosial mediada olduğundan deyə bilərəm ki, proses yalnız asılı insanlarda müşahidə oluna bilər. Sosial mediadan asılılığın arıqlamağa və ya digər problemlərə yol açması mümkündür. Ancaq bu sahədə sosial medianın hansısa ciddi nəticələrə səbəb olacağını düşünmürəm”.

Psixoloq Xatirə Səfərovanın fikrincə, sosial şəbəkələrdən istifadə edən insanlarda arıqlamaq prosesinin getməsi mümkün deyil. Bəzi insanlarda isə əksinə kökəlmə baş verir:

“Uzun müddət sosial şəbəkələrdə vaxt keçirən insanda bulemiya prosesi müşahidə olunur. Yəni bu insanlar həddindən artıq arıqlaya və ya kökələ bilər. Əks halda insanlar bütün günü sosial şəbəkədə olar və arıqlayardılar. Sosial şəbəkələrdən çox istifadə edənin arıqlamasının yeganə səbəbi teratanin hormonunun həddindən artıq aktiv olmasıdır. Məsələn, insan sevəndə yemək yemək istəmir, hətta su ilə də qidalana bilər. Bu an insanın beynində xoşbəxtlik hormonları aktivləşir. Bu zaman qanın tərkibində kortizol yaranır, qanda şəkərin miqdarı artır, bu da insanın özünü tox hiss etməsinə səbəb olur. Eyni zamanda sosial şəbəkədə də insanlarla ünsiyətdə olub, xoş sözlər eşidən zaman insan zövq alır, yeməkdən də imtina edir. Ehtiyac bazası dolan insanın beyni digər qidaları istəmir”.


Geri dön

GuNaY_83

  • 9 yanvar 2013 15:40
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
teşekürler..........

--------------------

ZuZuM__

  • 21 dekabr 2012 14:59
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
“Kompüter qarşısında çox oturmaq adamı arıqlada bilər. Amma səbəb oturaq həyat tərzi və hərəkətsizliklə bağlı ola bilər. Bu isə əzələləri atrofiyaya uğradar, zəifləməyə gətirib çıxarar. Bütün günü sosial şəbəkədə olanlar yemək istəmir və ya bunu unudur, nəticədə arıqlaya bilirlər. Amma sosial şəbəkələr yorğunluq, baş ağrısı da yaradır. Bundan başqa, bağırsaqlarda da problemlər yarada bilər. Hətta tibbi mənbələrdə düz bağırsağın yara olmasına səbəb kimi də uzun müddət kompüter qarşısında olmaq göstərilir”.

--------------------

SmiLe_LiFe

  • 16 dekabr 2012 17:18
  • Məqalə: 465
  • Şərh: 3186
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Arzu_zadeh

  • 16 dekabr 2012 14:33
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
cox sag ol...

--------------------

so_sad

  • 15 dekabr 2012 19:36
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
teşekürler..........

solnuska

  • 15 dekabr 2012 19:15
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
TWK...................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ESBaggins

  • 15 dekabr 2012 18:39
  • Məqalə: 0
  • Şərh: 49
  • Bal:
{awards}
çox dogru qeyd edilib...her şçeyden normal istifade etmek lazımdır.bütün gün internet qarşısında oturmaq da düzgün deyil ...xebere göre teşekkür smile

ZaLaToY PaReN

  • 15 dekabr 2012 16:53
  • Məqalə: 12
  • Şərh: 1320
  • Bal:
{awards}
Twk xebere gore...

GuNaY_83

  • 15 dekabr 2012 16:19
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
xebere gore tesekkur...

--------------------

✰GoLd GirL✰

  • 15 dekabr 2012 14:25
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
“Uzun müddət sosial şəbəkələrdə vaxt keçirən insanda bulemiya prosesi müşahidə olunur.

TAYNA VOSTOKA

  • 15 dekabr 2012 13:55
  • Məqalə: 653
  • Şərh: 4001
  • Bal:
{awards}
Həyatı sosial şəbəkələrlə bağlı olan, günün əsas hissəsini virtual həyatda keçirən Asif Əmirov da kompüter qarşısında çox oturmağın arıqlamağa səbəb olacağının mümkünlüyünü bildirir.

--------------------

ZuZuM__

  • 15 dekabr 2012 13:54
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
meqaleye gor tesekkur edirem

--------------------

ShoKKi_MoKKi

  • 15 dekabr 2012 13:33
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
xebere gore tesekkurrr..

--------------------

ღ★Diamond★ღ

  • 15 dekabr 2012 12:57
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
“Kompüter qarşısında çox oturmaq adamı arıqlada bilər.
ne yaxwi wink

Zehra Awiqi

  • 15 dekabr 2012 10:54
  • Məqalə: 39
  • Şərh: 2948
  • Bal:
{awards}
xebere gore twk

--------------------
http:// [?] Загрузить с интернета:

susan test

  • 15 dekabr 2012 10:48
  • Məqalə: 3
  • Şərh: 432
  • Bal:
{awards}
xebere gore tesekkureler

--------------------
dostlarimm

ZuZuYaM-ZuZu

  • 15 dekabr 2012 10:47
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
melumata gore sag ol

--------------------
Ushudunse soyle sevgilim Bir qat daha SEVERIM seni.....

fatimeyinur

  • 15 dekabr 2012 10:20
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore tesekkur...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 39
Cəmi: 61

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 155
 
The Shield
Xəbərləri: 47
Cəmi: 310
 
Darling
Xəbərləri: 45
Cəmi: 930
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 17
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
CaKoNDa
Xəbərləri: 6
Cəmi: 6
 
 
{slinks}