Skripkaçı..skripkanın nə günahı var?

 
Skripkaçı..skripkanın nə günahı var?

Niyə elə çalırsan, oğlan, niyə elə yanıqlı çalırsan? Skripkanı niyə elə ağladırsan? Onun nə günahı var?

Niyə yana-yana çalıb ürəkləri dağlayırsan? Bilmirsən ki, sevgidən yananlar var? Niyə yanıqlı-yanıqlı çalıb sevənləri, həsrət çəkənləri dəli edirsən? Bilmirsən ki, çaldığının səsi gələndə ürəkləri qubar olanlar var?

Niyə rəhmin gəlmir əzab çəkənlərə? Məgər bilmirsən ki, sən çalanda ürəkləri şam kimi əriyənlər var? Niyə rəhmin gəlmir sevənlərə? Bilmirsən ki, sevərək ayrılanlar var? Çaldığının səsini eşidəndə gözlərindən yaş axıdanlar var?

Ay insafsız, skripkanı niyə elə ağladırsan, niyə elə sızladırsan, bəs onun nə günahı var?

Yəqin, sən də sevmisən. Sevib həsrət çəkmisən. Əl çatmayan sevgini naləyə, fəryada çevirib dərdini skripkaya söyləmisən. Elə o vaxtdan da skripkan ağlayır. Aləmə car çəkə-çəkə dərdini sevənlərə deyir. O gündən də skripkanın qəmli səsi qoşulub nakam sevgililərin ürəkdən qopan ahlarına. Onlarla birgə nalə çəkir, fəryad edir.

Dayan, oğlan, dayan, çalan əllərin var olsun! Amma dayan, daha qəmli mahnılar çalma, dayan! Yazığın gəlsin sevib, həsrət çəkənlərə. Yazığın gəlsin sevgi deyə nalə çəkib, ölmək istəyənlərə, yazığın gəlsin. Çalma qəmli mahnılar, dayan! Özün də oyan, sevginin acı yuxusundan, düş xəyalındakı vüsal taxtından, çıxart xülya nəşəsini başından!

Bəsdir ürəkləri qubar etdiyin! Bəsdir ürəkləri titrətdiyin! Skripkanın səsi gələndə dərindən ah çəkənlərə, hönkür-hönkür ağlayanlara, için çəkib hıçqıranlara yazığın gəlsin. Yazığın gəlsin, dayan, çalma daha qəmli mahnılar, çalma, dayan!!!

Skripkaçı..skripkanın nə günahı var?


Geri dön

ZuZuM__

  • 21 dekabr 2012 15:59
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
SKRIPKANI COX SEVIREM TWK.........

--------------------

solnuska

  • 16 dekabr 2012 03:35
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
SKRIPKANI COX SEVIREM TWK.........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

barsa yek

  • 16 dekabr 2012 00:00
  • Məqalə: 28
  • Şərh: 2725
  • Bal:
{awards}
En sevdiyim musiqi aletlerinden birisidi.twk

--------------------

come back

  • 15 dekabr 2012 23:59
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
canim eladir cox beyendim ellerine sagliq recourse
mene yazidigim bir hekayeni xatirlatdi bu kamanci wink

Мой Мир

  • 15 dekabr 2012 22:43
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
Çalma qəmli mahnılar, dayan! recourse
Canim cox gozeldi twk eidrem..

--------------------
∞♥

GuNaY_83

  • 15 dekabr 2012 16:47
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
cox sag ol...

--------------------

l love LONDON

  • 15 dekabr 2012 15:54
  • Məqalə: 0
  • Şərh: 303
  • Bal:
{awards}
CALMA DAHA QEMLI MAHNILAR,CALMA,DAYAN super twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 56
Cəmi: 75

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 54
Cəmi: 155
 
The Shield
Xəbərləri: 50
Cəmi: 310
 
Darling
Xəbərləri: 47
Cəmi: 933
 
aytc.sza
Xəbərləri: 38
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 19
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 306
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}