Xədicə xanım kim olub?

 
Xədicə xanım kim olub?

Böyük İslam Peyğəmbərin (s) həyat yoldaşı həzrəti Xədicə (ə) hicrətdən 68-il əvvəl Məkkə şəhərində dünyaya göz açmışdır. Atasının adı Xuvəylid ibn Əsəd, anasının adı isə Fatimə binti Zaidət ibn Asim idi. O islamı qəbul edən ilk qadın idi. Həzrəti Əli (ə) “Qasiə” xütbəsində onun fədakarlığını xatırladaraq buyurur: “İslamın əvvəlindəki çətin anlarda, İslam dini Rəsulullahın (s), Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı. Mən də onların üçüncüsü idim.” (“Nəhcül-bəlağə”, 192-ci xütbə.)

O, Həzrəti Peyğəmbər (s) ilə evlənməzdən qabaq iki dəfə, Əbu Halət ibn Zurarə Təmimi və Ətiq ibn Aiz Məxzumi adlı şəxslər ilə ailə həyatı qurmuş və ərlərinin hər ikisi dünyadan getmişdilər. Müasir tədqiqatçıların nəzərincə isə Həzrəti Xədicə (ə) Rəsuli Əkrəm (s) ilə evlənməzdən öncə heç vaxt evli olmayıb.
Xanim Xədicənin (ə) əmisi Vərəqə, ərəblər arasından savadlı bir şəxs kimi tanınmışdır. O Tövrat və İncili çoxlu mütailə etdiyi üçün gözəl bilirdi. O, tez-tez deyərdi “Qureyş tayfasından bir nəfər insanları hidayət etmək üçün Allah tərəfindən peyğəmbərliyə seçiləcək və sərvətli bir qadınla ailə həyatı quracaq.” Həzrəti Xədicə (ə) bir gün yuxuda gördü ki, günəş Məkkənin üzərində dövrə vurub yavaş-yavaş aşağı enərək onun evinə daxil oldu. Xanim Xədicə (ə) öz yuxusunu əmisi Vərəqəyə danışdı. Vərəqə dedi:

-Şöhrəti aləmi bürüyəcək bir kişi ilə ailə həyatı quracaqsan. (“Biharul-ənvar”, 6-cı cild, səh: 104)

Həzrəti Xədicə (ə) 40 yaşında ikən Rəsuli Əkrəm (s) ilə (o zaman Peyğəmbər ömrünün 25-ci baharını yaşayırdı) ailə həyatı qurdu. Bu ailədən onun Qasim, Abdullah, Rüqəyyə, Zeynəb, Ummu Külsum və Fatimeyi Zəhra (s) adlı altı övladı oldu. İki oğlu Qasim və Abdullah uşaq yaşlarında ikən dünyalarını dəyişdilər.
O həzrət çox iffətli və ismətli olduğu üçün cahiliyyət zamanında ona “Tahirə” (ismətli xanim) ləqəbi vermişdilər.

Həzrəti Xədicə (ə) sərvəti ilə Məkkə əhli arasında adla idi. Məkkə xalqı onun sərvətiylə müzaribə yolu ilə alver edərdi. O xanım İslam Peyğəmbəri (s) ilə evləndikdən sonra bütün var-dövlətinin o həzrətin ixtiyarına verdi. Rəsuli Əkrəm (s) də onların hamısını İslamın inkişaf və yoxsul camaatın yolunda xərclədi. Bununla da islam dininin iqtisadiyyatı möhkəmləndi.

Həzrəti Xədicə (ə) “Şəbi Əbi Talib” mühasirəsi zamanı həyatının ən çətin dövrünü yaşadı. Şəbin mühasirəsindən çıxdıqdan bir il sonra (besətin doqquzuncü, ya onuncu ili) Peyğəmbərin (s) vəfalı sirdaşı Əbu Talibin vəfatından bir neçə gün keçməmişdi ki, dünyasını dəyişdi. İslam Peyğəmbəri (s) həmin ili “Hüzn və qəm-qüssə” ili adlandırdı.
Peyğəmbəri Əkrəm (s) Xədicənin (ə) ona göstərdiyi mehribanlıqları və fədakarlıqları heç vaxt unutmurdu. Həmişə onu xatırlayar və salam deyərdi. Həzrət onun haqqda buyurardı:
Hamı məni təkzib edəndə Xədicə məni təsdiq edərdi. Hamı məndən uzaqlaşanda, o mənə iman gətirdi. Məni tək-tənha qoymadı və müdafiə etdi. Allah ona rəhmət etsin...” (“Üsdul-qabə”, 8-ci cild, səh: 438.

Hacı Zakir Babayev
İlahiyyatçı


Geri dön

GuNaY_83

  • 9 yanvar 2013 15:41
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
ALLAH razi olsun.....

--------------------

ZuZuM__

  • 21 dekabr 2012 15:00
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
COX SAQ OLUN..............

--------------------

SaD_AngeL

  • 16 dekabr 2012 23:05
  • Məqalə: 0
  • Şərh: 1033
  • Bal:
{awards}
ALLAH razi olsun.....

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

DILEKLER

  • 16 dekabr 2012 14:34
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

solnuska

  • 16 dekabr 2012 02:59
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN...............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

so_sad

  • 15 dekabr 2012 19:30
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

solnuska

  • 15 dekabr 2012 19:16
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
“Hamı məni təkzib edəndə Xədicə məni təsdiq edərdi. Hamı məndən uzaqlaşanda, o mənə iman gətirdi. Məni tək-tənha qoymadı və müdafiə etdi. Allah ona rəhmət etsin...” (“Üsdul-qabə”, 8-ci cild, səh: 438.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ZaLaToY PaReN

  • 15 dekabr 2012 16:59
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
Twk xebere gore...

GuNaY_83

  • 15 dekabr 2012 16:21
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

--------------------

ZuZuM__

  • 15 dekabr 2012 14:04
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
allah razi olsun

--------------------

TAYNA VOSTOKA

  • 15 dekabr 2012 13:55
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
-Şöhrəti aləmi bürüyəcək bir kişi ilə ailə həyatı quracaqsan. (“Biharul-ənvar”, 6-cı cild, səh: 104)

--------------------

ShoKKi_MoKKi

  • 15 dekabr 2012 13:51
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

--------------------

::KraSaV4iK::

  • 15 dekabr 2012 13:03
  • Məqalə: 49
  • Şərh: 2233
  • Bal:
{awards}
Xedice xanim MEHEMMED PEYGEMBERIMIZIN HEYAT YOLDASIDIRRRRRRRRRRRR

--------------------

ღ★Diamond★ღ

  • 15 dekabr 2012 12:59
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Qureyş tayfasından bir nəfər insanları hidayət etmək üçün Allah tərəfindən peyğəmbərliyə seçiləcək və sərvətli bir qadınla ailə həyatı quracaq

Zehra Awiqi

  • 15 dekabr 2012 11:01
  • Məqalə: 39
  • Şərh: 3019
  • Bal:
{awards}
ALLAH SIZDEN RAZI OLSUN

--------------------
http:// [?] Загрузить с интернета:

susan test

  • 15 dekabr 2012 10:51
  • Məqalə: 3
  • Şərh: 453
  • Bal:
{awards}
tesekkureler

--------------------
dostlarimm

fatimeyinur

  • 15 dekabr 2012 10:27
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah sizden razi olsun...Cox gozel meqale idi...tesekkur edirem...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}