Peyğəmbərimiz (s.ə.s.) gələcəyə dair xəbərlər vermişdir

 
Peyğəmbərimiz (s.ə.s.) gələcəyə dair xəbərlər vermişdir

Gələcəkdən xəbər vermə məsələsi iki şəkildə özünü göstərir, birincisi, hər bir dövrdə bəzi ekstrasens və kahinlər gələcəyə dair yalan və ya təxmini xəbərlər verirlər. İkincisi, Quranın və Allah Rəsulunun verdiyi xəbərlərdir ki, hamısı da vaxtı çatanda gerçəkləşir.

Gələcək hadisələr bir yana qalsın, dövrün hadisələrini belə hərtərəfli, ən incə nöqtələrinə qədər araşdırıb danışmaq o qədər asan məsələ deyil. İnsan öz dövrünü, zamanını izah etməkdə çətinlik çəkirsə, ən məşhur politoloq, sosioloq və mütəfəkkirlər də daxil olmaqla, heç kim əlli, yüz il sonra olacaqları dəqiq və mütləq deyə bilməz. Bu mövzuda olsa-olsa, səbəb-nəticə prinsiplərinə, bir sıra tarixi qanunlara və təcrübələrə əsasən bəzi təxmini şeylər düşünmək olar.

Gələcəkdə baş verəcək hadisələr haqqında qəti söz söyləmək ancaq və ancaq Haqq-Təalaya aid bir işdir. Həmçinin ancaq peyğəmbərlər Allahın bildirməsi ilə gələcəyə dair xəbərlər verə bilər.

Tarixi yaxşı bilən, baş verən hadisələri və əldə edilmiş təcrübələri dərin analiz etməyi bacaran uzaqgörən insanlar gələcəklə bağlı təxmini xəbərlər söyləyə bilərlər. Ancaq bunlar əlamətləri görünən və dolayısilə, qeyb çərçivəsindən çıxıb “şəhadət” aləminə daxil olmuş təxmini məlumatlardır, məsələn, hava şəraitini, ana bətnindəki dölün vəziyyətini bilmək kimi. Halbuki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) gələcəyə dair xəbər verəndə həmin hadisələrin heç bir nişanəsi görünmürdü, ilk əlamətləri ortaya çıxmamışdı, hətta çıxması bir yana, mövcud şəraitdə gerçəkləşməsi qeyri-mümkün idi. Belə uzaq gələcək haqqında mütləq xəbərlər vermək ancaq Allahın izni və vəhyi ilə izah oluna bilər.

Bu məsələ ilə əlaqədar Quranda və hədislərdə bir çox nü­mu­nələr vardır, ancaq bir neçəsini verməklə kifayətlənəcəyik.

Rum” surəsinin birinci və beşinci ayələrində rumluların (Bizansın) məğlub olmasından, lakin doqquz il içində qalib gələcəyindən və bu hadisənin iman edənləri sevindirəcəyindən bəhs edilir. Qalibiyyət haqda xəbər Bizansın ağır məğlubiyyətindən sonra verilmişdi, yəni o ərəfədə Bizansın qalib gəlməsi mümkün görünmürdü. Rəsulullahın peyğəmbərliyini isbat etməyə çalışdığı bir vaxtda gələcəkdə olası bir hadisənin dəqiq tarixini ayələrlə verməsi çox əhəmiyyətlidir. Möminlər üçün sevindirici xəbər əsasən Bədir qələbəsinə işarə edirdi. Bədir döyüşü Hicrətdən iki il sonra baş verdi. Hicrətdən yeddi il əvvəl, yəni “Rum” surəsi nazil olanda möminlər elə ağır vəziyyətdə idi ki, yaxın gələcəkdə zəfər qazanacağını ehtimal etmək belə çətin idi. Bəli, çiçəklər açılhaaçılda baharın gəlişindən xəbər vermək asandır. Lakin qarın, buzun, çovğunun sərt vaxtında, qışın oğlan çağında bahardan xəbər vermək təmkin və səbir istəyir.

Hudeybiyyə müqaviləsinin, demək olar, bütün şərtləri zahirən Müsəlmanların əleyhinə idi və hətta səhabələrdən etirazla qarşılayanlar olmuşdu. Belə bir vaxtda nazil olan “Fəth” surəsi ilə Məkkə fəthinin müjdələnməsi də Allahın dəstəyini göstərir. Surə müsəlmanların əmin-amanlıq içində Məscidül-Harama girəcəyini və İslamın bütün dinlərə üstün gələcəyini qətiyyətlə bildirir.

Hədis qaynaqlarına baxanda Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) özündən sonra baş verəcək bir çox hadisəni təfərrüatı ilə xəbər verdiyini və bu xəbərlərin necə deyilmişsə, elə də baş verdiyini görürük.

1. Peyğəmbərimiz hələ Məkkə illərində Habbab bin Ərətə: “Allah bu dini tamamlayacaq; düşmənlərini məğlub edəcək və İslam ümməti müzəffər olacaqdır. Hətta bir qadın dəvəsinə minib Sənadan Hadramuta qədər dörd günlük səhranı (rahat) keçib gedəcək, (yolda kimsədən deyil) yalnız Allahdan qorxacaq”, – buyurmuş və bu müjdə Rəşidi xəlifələrin dövründə eyni ilə gerçəkləşmişdir. 2. “Məndən sonra xilafət otuz il davam edəcək. Sonra səltənət başlayacaq”, – buyurmuş və bu da baş vermişdir. 3. “Osman Quran oxuyarkən qətlə yetiriləcək”, – buyurmuş, Hz. Osman o cür şəhid edilmişdi. 4. “Xeybər qalası Əlinin vasitəsi ilə fəth ediləcək”, – deyə müjdə vermiş, Hz. Əli qalanı fəth etmişdi. 5. Özündən sonra Əhli-Beytdən birinci Hz. Fatimənin (r. anha) vəfat edəcəyini, Ümmi Haramın Kipr səfərində iştirak edəcəyini xəbər vermiş və verdiyi xəbərlər eyni ilə doğru çıxmışdı. 6. Bədir döyüşündən əvvəl, Qüreyş müşriklərinin öldürüləcəyi yerləri mübarək əli ilə bir-bir göstərmiş, onlar da həmin yerlərdə can vermişdi. 7. İstanbul, Misir, İran, Hindistan, Qüds və Kiprin fəth ediləcəyini də xəbər vermişdi…

Bütün xəbər və müjdələri doğru çıxan belə bir Zatın (sallallahu əleyhi və səlləm) Allah tərəfindən seçilmiş bir peyğəmbər olma­sına kim şübhə edə bilər? Gələcəyə dair verdiyi xəbərlərin gerçəkləşməsi bir gün əbədi gələcəyin də zühur edəcəyinə günəş kimi aydın və parlaq dəlil deyilmi?

Peyğəmbərimizin verdiyi qeybi xəbərlərə dair bir neçə məqamı vurğulamaq zəruridir:

Peyğəmbərimiz gələcəklə bağlı verdiyi xəbərlərdə heç vaxt “zənimcə, fikrimcə, təxmin edirəm, çox ehtimal ki və s.” bu kimi tərəddüd və ehtimal bildirən ifadələr deyil, daim “olacaq, gö­rə­cəksiniz, edəcəksiniz” şəklində mütləq ifadələr işlətmişdir.

Bir insanın şəxsən görmədiyi, təcrübədən keçirmədiyi, peşə həyatında qarşılaşmadığı və öz sahəsinə aid olmayan mövzu və məsələlərdə gələcəkdən danışması və ya danışıb dəqiq məlumat verməsi mümkün deyil. Halbuki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) peyğəmbərliyindən əvvəl nə bir ordu təşkil etmiş, nə müharibə aparmış, nə bir cəmiyyət, nə bir dövlət qurmuş, nə də böyük fəthlərdə olmuşdu. Buna baxmayaraq, hər sahədə insanlara rəhbər olmuş və gələcəklə bağlı qəti xəbərlər vermişdi ki, bunu da ancaq peyğəmbərliklə izah etmək olar.

Gələcək haqqında sadəcə təxmini fikirlər irəli sürülür, keçmiş hadisələr isə ağılla deyil, nəql edilməklə bilinir. Qədim kitablar, tarixi mənbələr, müqavilələr, qazıntılarda tapılmış sənədlər və araşdırmalar olmadan keçmiş haqqında danışmaq qeyri-mümkündür. Üstəlik, hər şeydən əvvəl Peyğəmbərimiz oxuma-yazma bilmirdi ki, sənədlərdən istifadə etsin. Həm də o dövrdə nə elmlər indiki kimi inkişaf etmişdi, nə də əldə o qədər sənəd, kitab var idi, qazıntı işi isə bəşər övladına hələ tanış deyildi. Bütün bunları nəzərə alanda Onun gələcək kimi, keçmişdən də mütləq xəbərlər verməsini peyğəmbərliyindən başqa nə ilə izah etmək olar?

Belə bir vəziyyətdə iki variant ortaya çıxır: birincisi, ya O şəxs iti zəkaya, dərin ağıla, əngin dühaya sahib olub keçmiş və gələcəyi görür və bilir, bütün zamanları əhatə edir, şərqi və qərbi, qurunu və dənizləri – uzaq-yaxın hər yeri görüb seyr edir və olmuş, olan və olacaq hər bir hadisəni təfərrüatı ilə eyni anda tamaşa edib unutmadan və qarışdırmadan hafizəsində saxlayır və nəql edir. Ya da bütün zamanın və məkanın Rəbbi, sahibi Allah-Təala tərəfindən aləmlərə rəhmət olaraq göndərilən Rəsul və vəhylə dəstəklənən Nəbidir.


Geri dön

GuNaY_83

  • 9 yanvar 2013 17:57
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Peyğəmbərimiz gələcəklə bağlı verdiyi xəbərlərdə heç vaxt “zənimcə, fikrimcə, təxmin edirəm, çox ehtimal ki və s.” bu kimi tərəddüd və ehtimal bildirən ifadələr deyil, daim “olacaq, gö­rə­cəksiniz, edəcəksiniz” şəklində mütləq ifadələr işlətmişdir.

--------------------

ZuZuM__

  • 21 dekabr 2012 13:17
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
HMM................

--------------------

solnuska

  • 17 dekabr 2012 20:40
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
HMM................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 17 dekabr 2012 17:54
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Hədis qaynaqlarına baxanda Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) özündən sonra baş verəcək bir çox hadisəni təfərrüatı ilə xəbər verdiyini və bu xəbərlərin necə deyilmişsə, elə də baş verdiyini görürük.

--------------------

nuraska

  • 17 dekabr 2012 16:02
  • Məqalə: 0
  • Şərh: 1298
  • Bal:
{awards}
Allah razi olsunn love

tessekurlerrrr

giden gitmisdir giden beni kayb etmisdir

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q

★WirinKa★

  • 17 dekabr 2012 01:32
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
tewekkurler

--------------------

★Azerbaijan girl★

  • 16 dekabr 2012 22:00
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
twkler.............

fatimeyinur

  • 16 dekabr 2012 20:34
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun muellif...

ღ★Diamond★ღ

  • 16 dekabr 2012 20:09
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Peyğəmbərimiz gələcəklə bağlı verdiyi xəbərlərdə heç vaxt “zənimcə, fikrimcə, təxmin edirəm, çox ehtimal ki və s.” bu kimi tərəddüd və ehtimal bildirən ifadələr deyil, daim “olacaq, gö­rə­cəksiniz, edəcəksiniz” şəklində mütləq ifadələr işlətmişdir

damla 505

  • 16 dekabr 2012 20:02
  • Məqalə: 5
  • Şərh: 1544
  • Bal:
{awards}
tewekkurler........................

--------------------
Torpagin ustunde risofka kimi gezme,cunki torpagin altinda senden zor oglanlar yatir

ღ★ Firuzə ★ღ

  • 16 dekabr 2012 19:51
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Peyğəmbərimiz oxuma-yazma bilmirdi ki, sənədlərdən istifadə etsin. Həm də o dövrdə nə elmlər indiki kimi inkişaf etmişdi, nə də əldə o qədər sənəd, kitab var idi, qazıntı işi isə bəşər övladına hələ tanış deyildi.

--------------------

BaLaCaN

  • 16 dekabr 2012 19:13
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
{awards}
Gələcəkdə baş verəcək hadisələr haqqında qəti söz söyləmək ancaq və ancaq Haqq-Təalaya aid bir işdir. Həmçinin ancaq peyğəmbərlər Allahın bildirməsi ilə gələcəyə dair xəbərlər verə bilər.

so_sad

  • 16 dekabr 2012 19:11
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

unfaithful

  • 16 dekabr 2012 18:42
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
Gələcəkdə baş verəcək hadisələr haqqında qəti söz söyləmək ancaq və ancaq Haqq-Təalaya aid bir işdir. Həmçinin ancaq peyğəmbərlər Allahın bildirməsi ilə gələcəyə dair xəbərlər verə bilər.

--------------------

Prank girl

  • 16 dekabr 2012 18:34
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Mis CApris

  • 16 dekabr 2012 17:57
  • Məqalə: 22
  • Şərh: 436
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
…♥
.♥………………………..♥………….♥
♥……………………..♥………………..♥
.♥………………….♥…………………….♥
..♥………………….♥……………………♥
…♥………………………………………♥
…..♥………………………………....♥
……..♥………………………….♥
………..♥………………….♥
…………..♥…………. .♥
………………♥…...♥
…………..…...…♥

solnuska

  • 16 dekabr 2012 17:56
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 16 dekabr 2012 17:39
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}

Hədis qaynaqlarına baxanda Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) özündən sonra baş verəcək bir çox hadisəni təfərrüatı ilə xəbər verdiyini və bu xəbərlərin necə deyilmişsə, elə də baş verdiyini görürük.

--------------------

DILEKLER

  • 16 dekabr 2012 17:39
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}