İslami ''Terror"dan bəhs etmək mümkündür?

 
İslami ''Terror"dan bəhs etmək mümkündür?

İslam, Müsəlmana, ətrafı ilə yaxşı əlaqə yaratmasını, insanları özündən məmnun

etməsini əmr edər. Əksin isə əsla.

Necə ki Allah Elçisi (s.ə.v.) Müsəlmanı belə təsvir edər:

"Müsəlman, əlindən və dilindən kimsəyə zərər verməyən insandır." (1)

Barışdan, xoşgörüşdən, dialoqdan hər vaxt Müsəlman qazanclı çıxar.

Çünki Müsəlman həmişə haqqın və doğrunun nümayəndəsidir.

Haqq və doğrular isə insanlığa ancaq barışla, xoşgörüşlə, dialoqla yayılar;

hirslə, şiddətlə, qorxutma və qarşıdurma ilə deyil.

Baxın Hucurat Surəsindəki xəbərdarlıq da barış və həmrəyliyi haralara daşımaqdadır:

"Ey insanlar! Biz sizi bir kişi ilə bir qadından yaratdıq, müxtəlif qövm, qəbilə

və irqlərə böldük ki bir-birinizlə tanış olasınız, köməkləşəsiniz. "(2)

Görürsünüz ki ayə, irqləri, qövm, qəbilə və dövlətləri bir-biriylə döyüşsünlər,

qüvvətliləri zəiflərini əzsinlər deyə yaratdıq demir.

Tam əksinə, tanış olsunlar, köməkləşsinlər deyə xəbərdarlıq edir.

Tanış olub köməkləşincə nə olacaq? Müsəlman özündə olmayan texnologiyanı

yaxşı münasibət qurduqlarından alacaq, özündə bol olan bir çox obyektin

istehsalını da onlara ixrac etmək surətiylə inkişaf edəcək.

Ayrıca təmsil etdiyi haqq və doğruları da bu sırada göstərmiş olacaq.

Beləcə həm maddi, həm də mənəvi baxımdan insanlığa xidmət edəcək,

təmsil etdiyi İslamı təqdim etmə fürsəti tapacaq.

Qurani Kərim bu mövzuda Müsəlmanı səbirli və həzmli olmağa

dəvət edərkən açıq xəbərdarlıqlarda da olmuşdur.

Mədinədə müşriklərlə Müsəlmanlar bir yerdə yaşayırdılar.

Bilindiyi üzrə müşriklər, möminlərin tam ziddi inanc və düşüncədə idilər;

amma bir yerdə yaşayırlar, bir çətinlik söz mövzusu olmurdu.

Bundan da Allah Rəsulu (səv) məmnun olurdu. Çünki barışdan İslam qazanır,

Müsəlmanı görən müşriklər vicdanlarıyla baş-başa qalıb mühasiblik edir, İslama girirdilər.

Bunu sezən Gatafanlı müşriklərdən biri qarışıqlıq çıxarmaq istəyirdi.

Bu səbəblə bir ara üz-üzə gəldiyi Həzrəti Ömərə yersiz sözlər söyləməyə başladı.

Beləcə möminlərlə müşriklərin arasında bir gərginlik və etibarsızlıq başladı.

İki cəbhə halına çevrildilər.

Bu sırada Casiyə Surəsindəki ayələr (14-15) gəldi.

Bu ayələrdə Möminlərin müşriklərlə gərginlik çıxarmamalarını bildirildi.

"Kim saleh əməl işlərsə öz lehinə, kim də pis əməl işlərsə o öz əleyhinədir.

Sonunda hamınız Allaha dönəcəksiniz. Hesabınız orada görüləcək.

Əsla siz burada bir-birinizin hesabını görməyə qalxmayın."

İfadə etdiyimiz bu ayələr müşriklərlə yaxşı dolanmağı, məcbur qalmadıqca

bir hesablaşmağa gedilməməsini; çünki hesabı axirətdə Allahın görəcəyini bildirirdi.

Bu müdhiş bir xəbərdarlıq və irşaddır. İslam dini, bizim kimi düşünməyən

və yaşamayanın hesabını bu dünyada görmək icazəsini bizə vermir.

Çünki hesablaşma işi Allaha aiddir. O da axirətdədir, deyilirdi.

Qısacası İslam da terror yoxdur, amma lazım olduğunda hərb etmək vardır.

Bunun da şərtləri İslam hüququnda çox dəqiq olaraq və bütün təfsilatıyla

təyin olunmuşdur. Bunlara uyğun olaraq edilən hərblər maddi cihad, əksinə isə anarxiyadır.


Geri dön

_RONALDO_

  • 3 may 2011 21:18
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
YAXSI XEBERDI


--------------------

nilayka

  • 19 fevral 2011 17:23
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sagol seire gore

--------------------

Ulya

  • 20 dekabr 2010 16:56
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
xebere gore twk

Sergio Ramos

  • 17 dekabr 2010 18:17
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Dinə aid xəbərlər çox olmalıdı

--------------------

MuslimGirl

  • 17 dekabr 2010 16:39
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
İslami ''Terror"dan bəhs etmək mümkündür?

Mence, xeyr. Amma bezileri Islamin adina leke getirir. Tesekkurler

CandyGirl

  • 17 dekabr 2010 16:37
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
YAXSI XEBERDI wink

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}