Bu bizik (Dostuma məktub)

 
Bu bizik (Dostuma məktub)

Əziz dost, biz dünyanın ən böyük gölü-Xəzərin qərb sahillərində yerləşən, zəngin təbii sərvətləri, əhəmiyyətli coğrafi mövqeyi olan, Azərbaycan adlı bir ölkədə yaşayırıq. Qədim tariximiz var. Şərq və Qərb sivilizasiyalarının qovşağında yerləşmişik. Ərazimizdən Şimalla Cənubu, Avropa ilə Asiyanı birləşdirən mühüm ticarət yolları keçir. Dünya mədəniyyətinin ən mühüm nailiyyətləri ilə hələ qədim zamanlardan tanışıq. Özgələrə münasibətdə həssas və dözümlüyük. Sağlam qidalı zəngin mətbəximiz və insanın ruhunu oxşayan gözəl musiqimiz var. Hələ qədimlərdən bir sıra sənət sahələrində ad çıxarmışıq. Dünya mədəniyyətini zənginləşdirən dahi şəxsiyyətlər yetişdirmiş, ixtira və kəşflər etmişik. Doqquz iqlim tipinə malik bərəkətli torpaqlarımız, çoxlu yeraltı və yerüstü sərvətlərimiz var. Bulaqlarımızın suyu saf və müalicəvidir. Ərazimizdə dəmir ağacından tutmuş, sabun ağacınadək demək olar ki, hər şey bitir. Azərbaycan həm də uzun ömürlü insanların yaşadığı olkədir.

Lakin ağbirçək ana yurdumuzun sinəsi çalın-çarpaz yaralarla doludur. Vətənimiz saysız hesabsız hücumlara məruz qalmışdır. Minbir əziyyətlə qurub yaratdıqlarımız viran edilmiş, abad şəhər və kəndlərimiz xarabaya çevrilmişdir. Torpaqlarımızın hər qarışı oğul və qızlarımızın qanı ilə suvarılmışdır. Dəyərli insanlarımız qul, sərvətlərimiz talan edilib yad ölkələrə aparılmışdır. Azadlığı sevirik. Bu nemət uğrunda dəfələrlə, iri və güclü dövlətlərlə müharibələr etmiş, sayı bilinməyən qurbanlar vermişik. Həm silahın, həm də siyasətin gücü ilə zaman-zaman qalib gəlib, öz dövlətimizi-evimizi qurmuşuq. Çoxlu qəhrəmanlar, sərkərdələr yetişdirmişik. Lakin hər dəfə təkəbbür və mənəm mənəmlik daxili birliyimizi pozmuş, bu üzdən qazandıqlarımızı itirib hər şeyi yenidən başlamaq məcburuyyətində qalmışıq.
Mütiliyə, qorxaqlığa və yaltaqlığa nifrət edirik. Kinli deyilik. Pislikləri tez unuduruq. Yadlar unutqanlığımızı qanmazlıq kimi qəbul edirlər. Dəbdəbəni çox sevirik. Bu səbəbdən nifrət etsək də, özümüzə münasibətdə yaltaqlığa rəvac veririk. Həqiqəti deyil, görmək istədiyimiz şeyi görür, eştmək istədiyimizi eşidirik. Nəticədə, tez-tez xəyanətlərin qurbanı oluruq. “Şirin” yalanı “acı” həqiqətdən üstün tutub riyakarları dost sayanda, müdriklərin - “Olmasaydı bu dünyada axmaqlar, ac qalardı, yəqin ki, yaltaqlar”- xəbərdarlığını, təəssüf ki, yada salmırıq.

Elmi, savadı güc sayırıq. Cırtdanımız ağılın gücü ilə nəhəng divə qalib gəlib. Qorxaqlığı sevməsək də zora daha çox hörmət edirik. Biz “...sərt, lakin ədalətli qərarlara boyun əyir, ali insanpərvərlik duyğularından qaynaqlanan mülayimliyi zəiflik kimi qəbul edir”ik. Buna baxmayaraq, həm də mərhəmətliyik. Ehtiyacı olan hər kəsə yardım etmək istəyirik. Lakin qarət və çapqınlar bizi var yoxdan çıxardığından, bunu etməkdən xoşlanmırıq. Təlabatlarımız çox olduğu üçün, pulu-paranı da çox sevirik. Düşmənlərimiz isə bu meylimizdən həmişə bizə qarşı istifadə etməyə çalışıblar.

Biz azadlığı məsuliyyətlə birləşdirə bilmirik. Əksəriyyətimiz elmli, müdrik adamları sevirik. Lakin özümüz düşünməyə, təhlil aparmağa tənbəllik edirik. Ehkamçıyıq. Proqnoz vermək, düzgün qiymətləndirmək bacarıqlarımız zəifdir. Çılğınlığımız və mənəm-mənəmliyimiz başqaları ilə əməkdaşlığımıza mane olur. Təkəbbürlü olduğumuz üçün qüsurlarımızı görmək istəmirik. Etiraf mədəniyyətimiz zəifdir. Bu səbədən insanlarla səmimi ünsiyyət yarada bilmirik. Səmimi olmadığımız üçün də bir birimizə etibar etmirik. Nəticədə, birləşə bilmirik. “Qohum qohumun ətini yeyər, sümüyünü bayıra atmaz!”- düşüncəsi ilə tayfa və bölgə maraqlarını, milli və dövlət maraqlarından üstün tuturuq. Beləliklə, xırdalanır, daha cılız və zəif oluruq.

Şeiri çox sevir, bəlağətli nitqi, təmtəraqlı cümlələri xoşlayırıq. Müəllimlərimiz hələ kiçik yaşlarımızdan bizə çoxlu şeir əzbərlədirlər. Görünür bu səbəbdən, əzbərçiliyiə meyilliyik. Tez-tez sözün qüdrətindən danışsaq da, öz sözlərimizin məna çalarlarına həssas yanaşmırıq. Biz təkəbbürlə qüruru, səxavətlə israfçılığı, qənaətlə xəsisliyi ayırmaqda çətinlik çəkirik. Az mütaliə edirik. Nitq mədəniyyətimiz xeyli zəifləyib.

Bu gün yaşadığımız Dünya çox sürətlə dəyişır. Sürət Zamanı həyatımızın qiymətli amilinə çevirir. “Vaxt-qızıldır!”- deyirik. Qızılın qədir-qiymətini bilsək də, nə özümüzün, nə də başqalarının vaxtını yetərincə dəyərləndirmirik. Həmişə harasa tələsir, çox zaman tələsdiyimiz yerə gecikirik. Müdrik babalarımızın, “Vaxtını öldürən-bəxtini öldürər!”- kəlamını bilsək də, hələlik, lüzumsuz işlərə vaxt sərf etməyi tərgidə bilmirik.
Biz tez-tez, “Roma papasından çox katolik olmaq” iddiasına düşürük. Axıradək oxumadığımız kitab, sonadək baxmadığımız film, mahiyyətini dərindən bilmədiyimiz
məsələlər barədə peşəkarlarla ciddi mübahisələrə girişirik. Bizi bu zaman həqiqəti tapmaqdan

daha çox, rəqib üzərində qələbə maraqlandırır. Ümumiyyətlə, biz rəqibə yarışdığımız tərəfmüqabili, bizi özümüzə göstərən “güzgü” kimi yox, düşmən kimi baxır, “əyriliklərimizi” düzəltməkdənsə, rəqibi məhv etməyə çalışırıq. Nəticədə, “əyri bitirik.”

Məişətimizdə, adət və ənənələrimizdə əsarət illərindən qalan çoxlu qadağalar var. Onlar bizə özümüzü ifadə etmək imkanı vermir, bizi mütiləşdirir. Özünəinam hissimiz zəifdir. Problemlərimizi həll etməkdənsə, onları ört-basdır etməyə çalışırıq. Natamamlıq kompleksi bizə başladığımız işi axıra çatdırmağa mane olur. İllərdir oturub bizi xilas edəcək mifik “ağ atlı oğlan”ı gözləyirik. Artıq anlamalıyıq ki, “xoş gələcək özü gəlməyəcək!”

Təmizliyi sevirik. Lakin, bunu yalnız yaşadığımız mənzilin ərazisi hüdudlarında təmin edirik. Qədimdə bizi əhatə edən ekosistemə harmonik uyğun həyat tərzi qura bilmişdik. Bu gün isə bioloji varlıq olaraq həyatımızın, içərisində yaşadığımız təbiətdən birbaşa asılı olduğunu yetərincə dərk etmirik. Ekoloji tərbiyəyə ciddi ehtiyacımız var.
Yaşlı adamlara sayğı, uşaqlara qayğı ilə yanaşır, “yol böyüyün, su kiçiyindir!”- deyirik. Lakin bu gözəl ənənəni də tədricən, itirməkdəyik. Çünki, belə nümunələri ətrafımızda getdikcə daha az görürük.

Ailəcanlıyıq. Övladlarımızı sevir, onları hər cür qayğı və problemlərin fövqündə böyütməyə çalışırıq. Onların əvəzindən düşünür, taleləri ilə bağlı istədiyimiz qərarları qəbul edirik. Bu onları asılı və passiv edir. Biz övladlarımızın mənəvi təlabatlarına az əhəmiyyət verir, onların maddi təminatını başlıca vəzifəmiz sayırıq. Bu vəzifənin hansı üsulla yerinə yetirilməsinin fərqinə varmadığımızdan, halal-haram məsələsində bəzən onlar üçün pis nümunə oluruq. Biz övladlarımızla aramızda “pərdə” saxlamağa çalışırıq. Bəzən bu “pərdə” o qədər qalın olur ki, bir birimizi “görmürük”. Ailə daxilindəki despotizm və ünsiyyət çatışmazlığı övladlarımızı bizdən uzaqlaşdırır, onlar bu təlabatlarını virtual aləmdə, yaxud, küçədə ödəməyə başlayırlar. Bu minvalla valideyin-övlad münasibətlərində gələcək konfliktlərin başlanğıcı qoyulur. Əsası törəmədən ayıra bilmədiyimiz üçün itirdiklərimiz qazandıqlarımızdan çox olur. “Nəqd olsun, soğan olsun!”- düşüncəsi ilə yaşadığımızdan, çox vaxt “acı soğan” yemək məcburiyyətində qalırıq.

Biz qanunları yadların sırıdığı məhdudiyyət sayır, onları sevmir və öyrənmirik. Bildiyimiz qanunlara isə, Sultan Süleymansayağı -“Qanun pozulanda, pozulur hər şey!”- düşüncəsi ilə deyil, Sezarsayağı -“Bil ki, əməl etməlisən sən həmişə qanuna, əgər onu pozursansa, poz hakimiyyət naminə!”- prinsipi ilə yanaşırıq. Belə cəmiyyətdə yaşamağın nə dərəcədə qorxulu olduğunu isə, təəssüf ki, əksəriyyətimiz hələ yetərincə dərk etmirik.

Ağac köklərindən məhrum olduqda, xalq tanrılarını unudub, adətlərinə nifrət etdikdə məhv olur. Biz qəribə müsəlmanıq, əlimizdə qədəh Allahdan dualarımızın müstəcab olmasını diləyirik. Lakin bu zaman Yaradana rişxənd etdiyimizin fərqinə belə varmırıq.

Övladlarımızın tərbiyəsində əsas rol oynayan xanımlarımız, şan-şöhrəti, zər-zibanı çox sevirlər. Onlar, bir əcnəbi xanımın müşahidə etdiyi kimi, “bahalı xəz kürkü açıq yay ayaqqabıları ilə də geyinə bilirlər.” Biz dəbdəbəli adları, təmtəraqlı titulları da xoşlayırıq. Çünki sözə qiyməti onun mənasına görə yox, deyənin ad-sanına görə veririk.
Əziz dostum, bu sətirləri oxuyarkən məni söyməyə tələsmə! Düşün!... Axı, mən təkcə öz müşahidələrimi və düşüncələrimi deyil, həm də klassiklərimizin dəfələrlə söylədiklərini yazmışam. Deyirlər, “qəlbi məşəl olanın sözü atəş olar!” Ürək yanmasa, ağızdan “od” çıxmaz, axı!.. Eyni zamanda, “Eh!... Biz düzələn millət deyilik!”- deyə düşünüb ruhdan da düşmə. Kökü çürüməmiş bir ağacın yeni pöhrələr verməsi mümkündür. Gövdəmiz yaralı olsa da, köklərimiz hələ safdır.
Bir vaxtlar cəhalət və çirkab girdabında boğulan Avropada “dörd məhşər atlısı” insanları dırnaqları altında əzərək çapırdı. Bunlar Albrex Dürerin məşhur tablosunda əks olunan Yoxsulluq, Xəstəlik, Müharibə və Ədalətsiz Məhkəmə “atlıları” idi. Təqribən bu dövrdə yaşamış məşhur riyaziyyatçı Q.V. Leybniz, bir siyasətçi ilə söhbətində: “Siz təlim-tərbiyə işini bütünlüklə bizə həvalə edin, biz yüz ildən az müddətdə bütün avropanı dəyişək!”- demişdi. Bu gün bizə də dəyişmək lazımdır. Azad, cəsarətli, təşəbbüskar, mübariz və yaradıcı təfəkkürə malik olan, dəyər verməyi, strateji düşünməyi bacaran, çalışqan, həssas, millətini sevən, ənənələrini bilən və onlara hörmətlə yanaşan, vətənpərvər və s. kimi keyfiyyətlərə malik yeni bir nəslin yetişdirilməsinə ehtiyacımız var. Bunun üçün bizə pedaqogika-psixologiya üzrə güclü mütəxəssislər, mütərəqqi ideyalar təbliğ edən maarifçilik saytları və TV proqramlar, müasir təlim texnologiyalarını tətbiq etməyi bacaran, yaxşı təmin olunmuş müəllimlər, strateji maraqlara xidmət edən dərsliklər, təkcə təchizatına görə deyil, həm də məzmununa görə yeni məktəblər lazımdır.
Əziz dost, hələ miladdan beş əsr əvvəl yaşamış Çin sərkərdəsi və hərbi nəzəriyyəçisi Sun-szı (Sunnu) müharibə ilə siyasətin əlaqəsindən bəhs edən traktatında çinlilərə düşmən dövləti məhv etmək üçün aşağıdakı tövsiyyələri vermişdi;

Düşmən hesab etdiyiniz ölkədə nə yaxşı şey varsa çürütməyə, gözdən salmağa çalışın;

Həmin ölkənin sayılan-seçilən, hörmətli şəxslərini hər vəchlə cinayətə sövq edin;

Mümkün qədər çox alçaq və ləkəli adamların rəhbər vəzifələrə təyin olunmasına nail olun;

Dövlətin vəzifəli şəxslərini nüfuzdan salın və lazım gələndə ifşa edin;

Bu məqsədlərinizə çatmaq üçün həmin dövlətin ən rəzil və əclaf adamları ilə əməkdaşlıq etməkdən çəkinməyin;

Düşmən olkənin vətəndaşları arasında mübahisələri qızışdırın və bacardıqca tez-tez toqquşmalar yaradın;

Cavanları qocaların üzərinə qaldırın;

Bütün mümkün üsullarla hökumətin normal fəaliyyətinə mane olun;
Bacardığınız qədər düşmən ordusunun təchizatına maneələr yaradın və ordu daxilində nizam-intizamın pozulmasına nail olun;
Düşmən əsgərlərinin (gənclərinin) iradəsini musiqi və mahnılarla (əyləncələrlə) ram edin;
Əlinizdən gələni edin ki, düşmənləriniz öz tanrılarını unudub, adətlərinə nifrət etsinlər;
İçinizdən əxlaqsız qadınları seçib onların içinə göndərin ki, çürümə prosesini başa çatdırsınlar;
Tərəfdaş tapmaq və məlumat əldə etmək üçün səxavətlə vəd, pul və hədiyyələr paylayın. Əla nəticələr verdiyi üçün, bu işdə qənaət etməyin.
Əziz qardaşım, müşahidələr göstərir ki, uzun sürən əsarət illərində müstəmləkəçilər bu üsulları maddə-maddə Azərbaycana tətbiq etmişlər. Bəlkə, elə Səməd Vurğun da bunları nəzərdə tutub, məşhur şeirində, ürək yanğısı ilə: “Bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin” -demişdi. Zənnimcə, bu gün Vətənini və Millətini sevən hər kəsin, xüsusən də, ziyalıların üzərinə zamanın qoyduğu bir missiya da qafamıza yeridilmiş bu virusların təmizlənməsi üçün mücadilə aparmaqdır. Düşünürəm, Sən və dostların ürəyi Vətən və Millət sevgisi ilə yananlardansınız. Bu səbəbdən, xahiş edirəm, oxuduqlarınla onları da tanış edəsən. Qoy, Allah Millətimizi imansız molladan, riyakar müəllimdən, rüşvətxor hakimdən, ziyankar alimdən və savadsız həkimdən qorusun! Amin!..


Hörmətlə: Mənim tarix müəllimim Aydın Allahverdiyev


Geri dön

GuNaY_83

  • 9 yanvar 2013 18:06
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Sitat: Bülüwka
Qəşəng xəbərdir

--------------------

ZuZuM__

  • 21 dekabr 2012 13:28
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
Qəşəng xəbərdir

--------------------

solnuska

  • 17 dekabr 2012 20:46
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN..................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

DILEKLER

  • 17 dekabr 2012 12:21
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
“Olmasaydı bu dünyada axmaqlar, ac qalardı, yəqin ki, yaltaqlar”

★Azerbaijan girl★

  • 16 dekabr 2012 22:12
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tewekkurler.........

fatimeyinur

  • 16 dekabr 2012 20:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
coox sag olun...

barsa yek

  • 16 dekabr 2012 20:33
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
Oxumadim yene de tewekkurler wink

--------------------

ღ★Diamond★ღ

  • 16 dekabr 2012 20:16
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Biz “...sərt, lakin ədalətli qərarlara boyun əyir, ali insanpərvərlik duyğularından qaynaqlanan mülayimliyi zəiflik kimi qəbul edir”ik.

damla 505

  • 16 dekabr 2012 19:28
  • Məqalə: 5
  • Şərh: 1544
  • Bal:
{awards}
twk.............................

--------------------
Torpagin ustunde risofka kimi gezme,cunki torpagin altinda senden zor oglanlar yatir

classic_guiter_girl

  • 16 dekabr 2012 19:26
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerr

unfaithful

  • 16 dekabr 2012 19:16
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
Təşəkkürlər.....

--------------------

Repery

  • 16 dekabr 2012 19:14
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Oxumadim Hovselem Catmadi....Yenede Twkrler...

--------------------

so_sad

  • 16 dekabr 2012 18:57
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
maraqliydi twk feel

Prank girl

  • 16 dekabr 2012 18:41
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
oxumadim yene de tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

solnuska

  • 16 dekabr 2012 18:04
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ELLERINIZE SAQLIQ TWK.........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

✰GoLd GirL✰

  • 16 dekabr 2012 17:45
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Qəşəng xəbərdir təşəkkür

DILEKLER

  • 16 dekabr 2012 17:34
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
maraqlidi menim esl dosilerim gunay 83 nuray hesenova sizi cox sevirem

SHARIM:)

  • 16 dekabr 2012 17:32
  • Məqalə: 2
  • Şərh: 369
  • Bal:
{awards}
xebere ilk serh menden
maragli ve bir o qederde ferqli xeberdi ellerine sagliq

GuNaY_83

  • 16 dekabr 2012 17:31
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 43
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 442
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 28
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}