Yuxudan doymamaq faydalıdır

 
Yuxudan doymamaq faydalıdır


Yuxudan məhrum olmaq mənfi informasiyanın

yaddaşda möhkəmlənməsinə mane ola bilər


Adətən çətin vəziyyətlərdə deyirlər: yuxu və vaxt ən yaxşı dərmandır.

Tokiodakı Milli Nevrologiya və Psixiatriya Mərkəzinin alimləri aşkar ediblər ki,

hərdən yuxudan doymamaq faydalıdır. Yuxu yaddasaxlama prosesində

mühüm rol oynayır. O, informasiyanın kiçik müddətli xatırlanmasının

uzunmüddətliyə keçməsi üçün vacibdir. Lakin həyatda bəzi hadisələr baş verir ki,

onu xatırlamaq heç də lazım deyildir. Zorakılığa məruz qalmış və yaxud

ciddi zədələr almış insanda posttravmatik stress pozuntusu inkişaf edə bilər.

Faciəli hadisələrin bir an xatırlanması həyəcanlı qorxu yaradır,

insan həmin hadisədən uzun müddət keçdikdən sonra belə daim gərginlik hissi keçirir.

Psixonevroloqların sözlərinə görə, stress vəziyyətlərdə insanın orqanizmində

böyük miqdarda kortizol və adrenalin əmələ gəlir. Onlar beyinin baş vermiş

hadisənin qavranmasına məsul olan hissəsinə təsir edir. Yaponiya alimləri

bununla əlaqədar hesab edirlər ki, yuxudan məhrum olmaq mənfi

informasiyanın yaddaşda möhkəmlənməsinə mane ola bilər.

Bu fərziyyəni yoxlamaq məqsədi ilə tədqiqatçılar könüllülər üzərində eksperiment aparıblar.

Könüllülərə avtobusların sakit hərəkətini və yaxud dəhşətli qəzanı əks etdirən

videoçarxlar göstərilib. Bundan sonra bəzi könüllülərə yatmaq imkanı verilib,

digərlərini isə yuxulamağa qoymayıblar. Sonra alimlər yol-nəqliyyat hadisəsi ilə

əlaqədar qorxu hissinə dair sınaqdan keçirilənlər üzərində yoxlama aparıblar.

Məlum olub ki, videoçarxlara baxdıqdan sonra yatmayanlar yoldan qorxmurlar.

İkinci qrup könüllərdə isə əks nəticələr alınıb.

Tədqiqatın rəhbəri Kenesi Kiruyama xoşagəlməz hadisədən sonra

yuxudan məhrum olunmanın posttravmatik stress pozuntusunun

qarşısını aldığını deyib. "Əldə etdiyimiz məlumatlar yuxusuzluğun

rolunu aydınlaşdırmağa və stress pozuntusu ilə yeni mübarizə üsulunun

işlənib hazırlanmasına kömək göstərə bilər”.


Geri dön

Sergio Ramos

  • 11 dekabr 2010 22:11
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
insan gərək ən azı 8 saat yuxu yatmalıdır

--------------------

sevgi yalandir

  • 11 dekabr 2010 18:53
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEWEKKURLER MARAQLI XEBERDIII

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 11 dekabr 2010 18:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
he cox sagol winked

YazYamuru

  • 11 dekabr 2010 17:14
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
BU YUXU MENİ GİC EDİB SEHER 6 OLMAMIŞ YATA BİLMİREM belay

--------------------



Just For Legend

  • 11 dekabr 2010 16:47
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Maraqli melumata go re minnettaram

--------------------

MuslimGirl

  • 11 dekabr 2010 15:35
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Maraqlidir. Amma cox yatmaq da yaxsi is deyil. Tesekkurler

Angel-Xranitel-666

  • 11 dekabr 2010 14:51
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
Cox sag ol

--------------------
AnGeL-xRaNItEl ti super

Azeri_Gozeli

  • 11 dekabr 2010 12:12
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 21
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}