Bakı gecələrindən reportaj

 
Bakı gecələrindən reportaj


Hələ heç qış girməmişdi. Gecələr iliyimə işləyən soyuqlar məni yayın bürkülü gecələrində qışı arzuladığım kimi, indi də yayı arzulamağa vadar edirdi. İstər-istəməz Bakının səsli-küylü yay gecələrini boz-bulanlıq qış gecələri ilə müqayisə etməyə başladım.Bir yay gecəsi idi. Evdəki təklik məni sıxırdı. Otaq yoldaşlarım hansısa kafeyə və ya restorana şou əhli ilə çənə vurmağa getmişdilər. Gecə saat 2 radələrində qayıtdılar. Fotoqraf Zaur Zaman şələ-şüləsini yığışdırıb çəkilişə getdi. Qardaşı İlkin Zamanov isə o biri otaqda yenicə sifariş verdiyi DJ aparatı ilə “güləşirdi”. Qulaqcıqları başına keçirib “özündən getmişdi”. Saat 4-ə qədər onun hərəkətlərini izlədim. Hərdən otaqda hənirtimi hiss edib qulaqcıqlarını başından çıxarır:
- Zülü, darıxmırsan?
- Yox işində ol, maraqlıdır. Mən sənə mane olmuram?
- Yox. Qoy tam öyrənim, diskotekalar təşkil edərik. Bomba olar hə?
- Hə, pis olmaz, - könülsüz cavab verdim.
Saat 4-ə qədər həvəskar DJ İlkin Zamanovun aparatla "güləş"ini izlədim. Düzü, məni fikir götürmüşdü ki, Bakıda adlı-sanlı şirkətin birində memar işləyən və bir çox yeni tikililərin memarı olan bu insan doğrudanmı öz sənətini buraxıb DJ-lik etmək istəyir. Saat 4-də bu fikirlərlə beynimi yorub doğru-dürüst bir qənaətə gələ bilmədim. Geyinib evdən çıxdım...
Bürkülü hava
Bakının Nizami küçəsindəki (Tarqovaya) kirayə qaldığımız iki otaqlı, kondisionerli mənzildən dəhlizə çıxanda elə bil “parnoya” girdim. Bürküdən sanki sifətim qarsındı. Tələsik küçəyə çıxdım. Küçə də ondan beşbetər. Elə bil havada isti bir tozanaq vardı. Nədənsə, yeni bərpa olunmuş binalara baxdıqca Bakı mənə ənliyi-kirşanı normadan artıq olan qadını xatırlatdı. Məhəllədən çıxıb Nizami küçəsinə buruldum. 14-15 yaşlarında iki yeniyetmə parkdakı “zontikli qız” heykəlinin dizinin dibində oturub torbadan yapışqan iyləyirdilər. Biri artıq “o söz idi”. Az qala heykəli canlı varlıq hesab edib dizlərinə sarılmışdı. Hərdən də tullanıb heykəl qızın beton dodaqlarından öpməyə çalışırdı. Amma vəziyyəti buna imkan vermədiyindən dizləri ilə kifayətlənirdi.
O biri isə burnunu sellofan torbanın içinə soxub var gücü ilə yapışqanın ətrini ciyərlərinə çəkirdi. Daha bədbəxt bilmirdi ki, elə Bakının havasını qoxlasa, bir yox, yüzlərlə maddənin qoxusunu ciyərlərinə çəkməklə “kayf” tuta bilər. Bir xeyli onların hərəkətlərini müşahidə elədim. Qızın ayaqlarını qucaqlayan oğlan uşağı başını qaldırıb xumarlanmış gözləri ilə tərs-tərs sifətimə baxdı:
- Nə olub dayı, dəvə nalbəndə baxan kimi nə zilləmisən gözlərini. Meylin çəkir, gəl qonaq ol, - deyə əlindəki torbanı mənə tərəf uzatdı və küçə uşaqlarına xas tərzdə hırıldadı.
“Payın çox olsun”, - deyib yoluma davam elədim. Bir xeyli parkda gəzişdim. Zibil qablarını eşələyən səfillərin, skamyalarda yatan sərxoşların hərəkətlərini müşahidə edib yoluma davam etdim.
Gecə barlarından çıxan sərxoş əcnəbilər istisna olmaqla, demək olar ki, parkda kimsə gözə dəymirdi. “Azərbaycan” kinoteatrının yanından dənizkənarı parka buruldum.
“Köhnə Bakı” restoranının qarşısında bir fahişə əcnəbi müştərisi ilə sövdələşirdi. Deyəsən, qiymət barədə razılığa gələ bilmirdilər. “Qız üzünü müştərisinin tərcüməçisinə tutub təkrar edirdi. Bu ... de ki, 40 manata indi yarım kilo ət vermirlər Bakıda, qalmışdı ....
Əcnəbi ilə fahişənin dialoqu mənə 90-cı illəri xatırlatdı. O vaxt nəinki namuslu qızlarımız, heç fahişələr belə əcnəbilərlə yaxınlıq etmirdilər. Öz-özümə fikirləşdim ki, artıq fahişələrdə də milli dəyər qalmayıb...
Bir xeyli dayanıb əcnəbi ilə milli fahişəmizin sövdələşməsinə qulaq asdım... Deyəsən, bunlar razılığa gələnə oxşamırdılar. Yoluma davam edib Kukla Teatrının qarşısındakı yeraltı keçiddən Dənizkənarı Milli Parka çıxdım.
Şəhərin mərkəzindən fərqli olaraq kanalizasiya qoxuyan Milli Parkda adamlar qaynaşırdı. Bulvarın kanalizasiya qoxuyan havasını uda-uda Muzey Mərkəzinə qədər irəlilədim. Diqqətimi cəlb edəcək elə maraqlı bir hadisəyə rast gəlmədim. Muzeyin yanından yolu keçib məhləyə döndüm.
“Stoyanşik”i oyadıb maşının açarlarını aldım. Soruşdu ki, gecə vaxtı hara belə. Dedim, dənizə gedirəm. Mənə bir xeyli həsəd apardı:
- Kefdəsən ey, vallah.
- Demə, demə, “Füzuli dərd əlindən dağa çıxdı, dedilər bəxtəvər yaylağa çıxdı”.
Deyəsən, heç mənasını başa düşmədi. Gülümsəyib açarları mənə uzatdı:
- Heyf “simen”dəyəm, yoxsa mən də səninlə gedərdim, - dedi.
Qonşunun “smen”də olmasına sevinib maşının mühərrikini işə saldım. Maqnitofonun düyməsini basıb Tarkanın internetdən yenicə yüklədiyim sonuncu mahnısını tapdım. Musiqinin həzin sədaları altında məhlədən çıxdım. Fransa səfirliyinin qarşısındakı piştaxtadan bir ədəd siqaret, bir banka enerjiverici içki alıb yola düzəldim. Səməd Vurğun küçəsi ilə üzüyuxarı yolboyu gecə barlarının qarşısına yığışmış gənclərlə şitləşən yarıçılpaq fahişələrin hərəkətlərini seyr edə- edə “Gənclik” metrostansiyası yaxınlığındakı “Azpetrola” daxil oldum. 10 AZN-lik yanacaq vurub eyni mənzərəni seyr edə-edə Azadlıq prospekti ilə Neftçilər prospektinə çıxdım. Prospektə yenicə burulmuşdum ki, yol kənarında dayanan mini yubkalı, ənlikli-kirşanlı bir “kişi” diqqətimi cəlb elədi. “Xanımça” ilə sövdələşən “İnfinitin”i keçib Heydər Əliyev prospektinə buruldum...
Metronun “Məşədi Əzizbəyov” stansiyasına yaxınlaşanda yol kənarında dayanan təxminən 30-35 yaşlarında bir qadın və onu maşına əyləşdirməyə çalışan bir neçə taksi sürücüsünün yanında maşını saxladım. Heç bilmirəm bu cəsarəti hardan tapdım. Arxa qapını içəri tərəfdən açıb qadına oturmasını işarə etdim. Qadın maşına yaxınlaşıb başını pəncərədən içəri uzatdı:
- Hara gedirsiniz?
-Sizə hara lazımdır?
-Binəyə gedirəm.
-Əyləş, mən də Buzovnaya, yolüstü ataram.
-Pulum yoxdur, - deyə qadın gözünü süzdürdü.
-Eybi yoxdur, otur, yolumun üstüdür.
Qadın hırıldaya-hırıldaya arxa oturacağa əyləşdi. Maşını yenicə tərpətmişdim ki, qadın soruşdu:
- Siz doğrudan məni pulsuz aparacaqsınız?
- Neyləyim, demədiniz pulum yoxdur?
- Pulum yoxdur, amma pula gedənim var...
- Saxlayın onu başqa sürücülərə...
- Ciddi deyirsiniz?
- Ciddi deyirəm, siz heç pulsuz müştəri yola salmamısınız?
- Olub, niyə olmayıb ki.
- Bəs nəyə görə pulsuz?
- Nə bilim, yazığım gəlib...
- Təsəvvür edin ki, mənim də sizə yazığım gəlir...
Bir anlıq araya sükut çökdü. Artıq qadını maşına mindirməyimə peşman olmağa başlayırdım. Mənə elə gəldi ki, Binəyə hansısa müştərisinin yanına gedir. Yoxsa “iş”dən gəlirsə, niyə pulu olmasın ki... Beynimi yoran bu suallara aydınlıq gətirmək üçün soruşdum:
- Binəyə nəyə gedirsiniz?
- Evə gedirəm.
- Bu vaxt niyə gedirsiniz, müştərinin yanında qala bilmirdiniz səhərə kimi?
- Yox, mən “naçovka”ya çıxmıram, həm də bu gün, nədənsə, “alver”im olmadı...
- Deyirsən “naçovka”ya çıxmırsan, az qala səhər açılır...
- Hə, hər saxlayan maşınla çənə döyə-döyə vaxtın necə keçdiyindən xəbərim olmayıb.
- Deyəsən dedin ki, yoldaşın da var, eləmi?
- Hə, var, - narazı tərzdə cavab verdi.
- Həqiqi yoldaşındır?
- Yoldaşın geydirməsi də olur ki? Suala sualla cavab verdi.
- Bəs evə gedəndə yoldaşın soruşmur səhərin bu vaxtı haradan gəlirsən?
- Adətən bu vaxta qalmıram. Ona demişəm restoranda qabyuyan işləyirəm. Belə gec gedəndə deyirəm toy vardı...
- Bəs nə əcəb razı olur, sizin bu vaxt evə gəlməyinizə?
- Razı olmayıb neyləyəcək, ona mən baxıram.
- Niyə, işləmir?
- Yox.
Sualı davam etdirməyə düzü, cürət etmədim. Qorxdum ki, yalandan da olsa, ərini ya şikəst edəcək, ya da müharibə əlili, ya içki aludəçisi, ya narkoman.
Ona görə də susmağa üstünlük verdim.
Artıq Binə Hava Limanına yaxınlaşırdıq ki, araya çökmüş sükutu qadın pozdu. Yolun kənarında dayanan yeniyetməyə işarə edib öz-özünə deyinməyə başladı:
- Görəsən bu yetim neyləyir bu vaxt burda?
-Maraqlıdır sizə?
Qadın sualımı cavablandırmasa da, güzgüdən mənə baxıb dişlərini ağartdı. Maşını yolun kənarına çəkib saxladım.
- Maraqlıdırsa, gedin soruşun, - deyib başımla düşməsini işarə etdim.
Qəfil reaksiyadan çaşbaş qalsa da, maşından düşüb dayanacağa tərəf addımladı.
Yolayrıcından Buzovna istiqamətinə burulub dəniz kənarına çıxdım. Gündüz olduğu qədər olmasa da, dəniz kənarında xeyli maşın vardı. Kimsəyə mane olmamaq üçün maşınlardan uzaq bir yerdə dayandım. Bir qədər uzanıb gözümün acısını almaq istəyirdim ki, ağ rəngli "VAZ-2107" markalı “Jiquli” gəlib məndən təxminən 15-20 metr aralıda dayandı. İçindən ortayaşlı bir kişi və elə eyni yaşda bir qadın düşdü. Nədənsə, ay işığında qadının siluetini bir neçə dəqiqə öncə yolda düşürtdüyüm qadına bənzətdim. Maşının kənarındaca əyinlərini soyunub dəniz kənarında bir-iki dəqiqəlik gəzdilər. Sonra hər ikisi maşının arxa oturacağına əyləşdi. Sonra maşının yan şüşəsində təkcə kişinin başı qaldı. Sonra hər ikisi yox oldu. Bütün bu proseslər təxminən 3-5 dəqiqə çəkdi. Sonra bir təsadüf nəticəsində tanış olduğum partrullar peyda oldu. “Haqqını” alıb mənə yaxınlaşdı.
- Jurnalist, mənim borcum çoxalır deyəsən? Bəlkə xaş yeməyə gedək?
- Hörmətin artıq olsun rəis, sizə nuş olsun. Vaxt gələr, borcunu silərsən, - dedim.
Patrullar getdikdən sonra ağ 07-nin sürücüsü yaxınlıqdakı qamışlığa tərəf getdi. Oradan iki torba ilə qayıtdı. Maşının yük yerinə qoyub aradan çıxdı.
Artıq dan yeri sökülmüşdü. Günəş üfüqdən boylanırdı. Bir tərəfdən dalğaların səsi, bir tərəfdən günəşin şüası məni xumarlandırırdı. Günəş üfüqdən boylandıqca çimərlikdəki maşınların sayı da çoxalırdı...
İndi isə nə günəş doğurdu, nə maşınların sayı çoxalırdı. Bir iki idmançı istisna olmaqla dəniz kənarı sanki yetim qalmışdı. Ürəyimdən keçdi ki, kaş indi hava isinəydi və yayda olduğu kimi özümü dalğaların qoynuna atıb yorğunluğumu çıxarardım. Bu təəssüf hissi ilə də şəhərə döndüm.
Şəhərdə heç bir şey dəyişməmişdi. Dəyişən yalnız fəsil idi. Bakının qış gecəsi də elə yaydakı kimi idi. Yenə hansısa “kişi” yubka geyinib yol kənarına çıxır, yenə hansısa fahişə müştərilərlə sövdələşir, yenə hansısa yeniyetmə torbadan yapışqan iyləyib daş heykələ sarılır. Dəyişən bir şey də vardı ki, indi Bakı səması yuxusuzluqdan əziyyət çəkən fahişələrin siması kimi bozarmışdı.


Geri dön

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 15:55
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
baki geceleriiiiiiiiiiiiiiiiiiiiiiiiiii

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

CandyGirl

  • 13 dekabr 2010 21:49
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
baki geceleriiiiiiiiiiiiiiiiiiiiiiiiiii wink

--------------------

Grace_Angel

  • 13 dekabr 2010 15:18
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore axira kimi oxumadim amma maraqlidir mutleq oxuyaceyam...

--------------------

MuslimGirl

  • 13 dekabr 2010 14:49
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

sevgi yalandir

  • 13 dekabr 2010 14:40
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler maraqli idi

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

yagmur585

  • 13 dekabr 2010 12:36
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
6 aydir bakiya getmirem samaliyota minmek olmaz mene inan belay love

Asiyan

  • 13 dekabr 2010 03:13
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
Hmmm maraqlı idi,sonunacan oxudum.Çox sağ ol.

Sergio Ramos

  • 13 dekabr 2010 00:16
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
axıra kimi oxumağa həvəs çatmadı sonra oxuyarıq təşəkkür

--------------------

Ulya

  • 12 dekabr 2010 23:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
oxucuyam mutleq":)

Azeri_Gozeli

  • 12 dekabr 2010 23:19
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
yarsina kimi oxudum axira kimi oxuyanmadim ama oxuyacam sag ol dostik))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 23
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}