Zidanla Materazzi barışdı

 
 Zidanla Materazzi barışdı


Materazzi: "Bu, uzun zamandır mənim istədiyim an idi"

2006-cı il Dünya Kubokunun finalı heç kimin yadından çıxmaz. Matçın sonuna dəqiqələr qalarkən Materazzinin soyüşlərinə tab gətirməyərək ona baş zərbəsi endirən Zidan meydandan qovulmuşdu. Bu iki futbolçu yaxınlarda barışıb. Bunu isə italyan oyunçu deyib. Materazzi bu barədə «La Gazzetta Dello Sport» danışıb: «Oteldən çıxırdım, bəzi insanlar məni dayandırmaq istəyirdilər. Çünki Zidan maşınını mənim maşınımın yanında saxlamışdı və içəri daxil olmağa hazırlaşırdı. «Burada bir problem görmürəm deyərək» oteldən çıxdım və Zidanla qarşılaşdıq. Onu görmüşkən, deyəcək sözlərim vardı. O sözlər ki, ancaq onun və mənim bilməyim lazım gələn, ikimizin arasında qalacaq sözlər. Bir az çox danışdım. Söhbətin sonuna yaxın əlimi sıxmaq istədi, əlini sıxdım və üzümə baxana qədər əlini buraxmadım. Bu, uzun zamandır mənim istədiyim an idi».
2006-cı il il iyulun ayının 9-da Dünya Kubokunun final matçında Berlinin «Olimpiya» stadionunda üz-üzə gələn Fransa və İtaliya millilərinin oyunu 90 dəqiqədə 1:1 hesabı ilə başa çatmışdı. Buna görə də komandalar əlavə 30 dəqiqə oynamaq məcburiyyətində qalmışdı. Görüşün 110-cu dəqiqəsində bir mübahisənin ardınca Zidan Materazzini başıyla vuraraq qırmızı vərəqə almışdı. İtaliya millisi isə penaltilərlə qalib gələrək Dünya Kubokunu qazanmışdı.
Zidan karyerasını bitirsə də, Materazzi «İnter»də çıxışını davam etdirməkdədir.


Geri dön

Morning_Star

  • 14 dekabr 2010 15:47
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
Materazzi-yə dəyən kəllə hələ də yadımdadır

CrazyGirl

  • 12 dekabr 2010 19:36
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Hmm lap yaxsi,hemise mehriban olsunlar smile

--------------------
Sən varsansa həyat çox gözəl!

Ulya

  • 12 dekabr 2010 19:12
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
lap yaxsi. winked

Azeri_Gozeli

  • 12 dekabr 2010 19:02
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

--------------------

Sergio Ramos

  • 12 dekabr 2010 18:58
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkür bilirdim biraz köhnə xəbərdi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 327
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}