Dərinizi gözəlləşdirməyin gözəl yolu

 
Dərinizi gözəlləşdirməyin gözəl yolu

Meyvə və tərəvəzlərin orqanizmə xeyri barədə çox yazılıb, çox deyilib.
Azadinform xəbər verir ki, çiy halda olan bu məhsullar orqanizmin vitaminlərə, mikroelementlərə olan tələbatını ödəyir. İstər yay, istərsə də qış aylarında meyvə və tərəvəz bol olur. O da məlumdur ki, hər dəfə bu məhsulları istifadə etdikdən sonra qabıqları qalır ki, onları dərhal zibil qabına atırıq. Həmin zaman biz həm də üzümüzün vitamin mənbəyilə vidalaşırıq. Odur ki, səhvimizi düzəldib yemədiyimiz hissələrdən üzə qulluq vasitələri hazırlamaq yerinə düşərdi. Bununla yanaşı, yediyimiz meyvələrdən bir neçə ədəd saxlayaraq maskalar hazırlamaq da olar.

Məsələn, çiyələkli maskalar hər növ dəri üçün yararlıdır. Maskanı hazırlamaq üçün üç orta ölçülü çiyələyi əzib içinə hərəsindən bir çay qaşığı xama və bal qatın. Yaxşı qarışdırın. Üzünüzə qoyub 15-20 dəqiqə saxlayın. Maskanı pambıqla təmizləyin.

Xiyar universal məhsuldur. Onun tərkibindəki maddələr bir çox hallarda yararlıdır. Xiyar dərini təravətləndirir, təmizləyir və qırışları ləğv edir. Xiyarın qabığını sadəcə, üzünüzə qoymaqla siz artıq dərinizi vitaminləşdirmiş olursunuz. Qabıqlar 20 dəqiqə üzünüzdə qalsın. Üzü yumağa ehtiyac yoxdur. Xiyardan şirə hazırlayıb mütəmadi olaraq onu üzünüzə sürtə bilərsiniz.

Pomidor maskasını hazırlamaq üçün bir iri, ətli pomidorun qabığını soyub əzin. Üzünüzü əvvəlcədən losyonla təmizləyin. Sonra pomidoru dərinizə qoyub 20 dəqiqə saxlayın. Bundan sonra ilıq qaynanmış suyla üzünüzü yuyun. Pomidor gün yanmalarında çox xeyirlidir, o, qıcıqlanmanı ləğv edir və sakitləşdirir.

Moruq maskası üçün təqribən 100 qram giləmeyvəni əzin, bir çay qaşığı südlə qarışdırıb 10-15 dəqiqəlik üzünüzə sürtün. Sonra ilıq suyla yuyun.

Kələm maskası üçün təzə kələmin yarpaqlarını ətçəkən maşından keçirin. Alınan məhlulu bir ədəd çalınmış yumurtayla qarışdırın. Üzünüzə sürtüb 15 dəqiqə gözləyəndən sonra yuyun. Kələm mikroelementlərlə və vitaminlərlə zəngin olduğundan dəri üçün əvəzolunmazdır.

Qarağat maskası əsasən yağlı dəri üçün nəzərdə tutulub. Bir neçə giləmeyvəni götürüb əzin, orta həcmli bişmiş kartofu əzib qarışdırın. Alınan məhlul 15 dəqiqə üzdə qalmalıdır. Bu maska genişlənmiş məsamələrdən əziyyət çəkən xanımlar üçün xüsusilə yararlıdır.

Turp maskasını hazırlamaq üçün onu əvvəlcə sürtkəcdən keçirməlisiniz. İki xörək qaşığı turpa bir çay qaşığı süd və bir az limon turşusu əlavə edin. Maskanı üzünüzdə 15 dəqiqə saxlayın. İlıq qaynanmış suyla yuyun.

Əgər dəriniz qurudursa, istifadə etdiyiniz maskalara bir neçə damcı günəbaxan və yaxud zeytun yağı əlavə edin.


Geri dön

leyluwka_20

  • 4 yanvar 2013 21:51
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
Kələm maskası üçün təzə kələmin yarpaqlarını ətçəkən maşından keçirin. Alınan məhlulu bir ədəd çalınmış yumurtayla qarışdırın. Üzünüzə sürtüb 15 dəqiqə gözləyəndən sonra yuyun. Kələm mikroelementlərlə və vitaminlərlə zəngin olduğundan dəri üçün əvəzolunmazdır.

--------------------

SmiLe_LiFe

  • 25 dekabr 2012 14:18
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

V_E_R_S_A_C_E

  • 25 dekabr 2012 00:54
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
TESEKKUR.MEN HEC VAXT MASKALARDAN ISTIFADE ETMEMISEM GEREK OLMAYIB INDIDE YOXDU CUNKI SIMAM XOSUMA GELIR BIR PROBLEM YOX HELEKI YENEDE FIKRIMDE QALDI ))))))))

DILEKLER

  • 20 dekabr 2012 12:54
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
tesekkur edirem meslehete gore...

GuNaY_83

  • 20 dekabr 2012 11:42
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tesekkur edirem meslehete gore...

--------------------

Prank girl

  • 19 dekabr 2012 21:51
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

★Azerbaijan girl★

  • 19 dekabr 2012 21:32
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tewekkurler :)

solnuska

  • 19 dekabr 2012 19:11
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK RECEPTE GORE............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

fatimeyinur

  • 19 dekabr 2012 19:11
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkur edirem meslehete gore...

ღ★Diamond★ღ

  • 19 dekabr 2012 18:40
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
çiyələkli maskalar hər növ dəri üçün yararlıdır.

ღ★ Firuzə ★ღ

  • 19 dekabr 2012 18:15
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Kələm maskası üçün təzə kələmin yarpaqlarını ətçəkən maşından keçirin. Alınan məhlulu bir ədəd çalınmış yumurtayla qarışdırın. Üzünüzə sürtüb 15 dəqiqə gözləyəndən sonra yuyun. Kələm mikroelementlərlə və vitaminlərlə zəngin olduğundan dəri üçün əvəzolunmazdır.

--------------------

ZuZuM__

  • 19 dekabr 2012 18:10
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
ehtiyac yoxdu tesekkurler

--------------------

unfaithful

  • 19 dekabr 2012 18:06
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
Təşəkkürlər məsləhətlər üçün...... winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}