Sevgi yoxsa ötəri hiss?

 
Sevgi yoxsa ötəri hiss?


Əvvəllər sevgi deyəndə ağla “çöllərə düşən Məcnun”, “Şirin üçün dağları yaran Fərhad” və sair gəlirdi. Hər biri öz sevgisinə qovuşmaq üçün çətinliklər aşmış, mübarizə etmiş və sevgilərini sübut etmişdilər. Amma zaman keçir, insanlar dəyişir. Bəzi anlayışlar da dəyişir. Elə sevgi anlayışı da. Əvvəllər oğlan bir qızın ürəyini fəth etmək üçün igidlik göstərərdi, indi isə pul, maşın, ev və sair kimi maddiyyat bəzi qızların ürəyini fəth etməyə kifayətdir. Əgər bu pul, maşın, ev oğlanın öz əməyinin nəticəsi olsa, yenə demək olar ki, oğlan əziyyət çəkib. Amma indi əksər oğlanlar “papa şotuna” nələrəsə nail olur. Başqa bir misal çəkim. Adi indi bir oğlan qıza 1-2 xoş söz deyən kimi, biraz yaxşı, yumşaq davranan kimi, qızlarımız artıq deyir ki “mən səni sevirəm”. Məgər sevgi 2-3 cümlə və hərəkətlərləmi yaranır? Bir qızın qəlbini fəth etmək üçün biraz artist olmaq indiki zamanda məncə bəs edər. Digər bir hal, əvvəllər oğlanlar sevdiyi qızın adına ləkə gətirəcək hərəkət etməzdi, amma indi “Səni sevirəm” adı ilə bulvarda pulsuz pornoqrafik kino göstərir. Yox elə düşünməyin ki, sevgi sözünü ancaq oğlanlar ucuz tutur. Əsla.. Bəlkə də bir neçə il əvvəl oğlanları günahlandırmaq olardı, amma indi qızlarımız oğlanlardan heç geri qalmır. Bəlkə də elə oğlanları vurub keçiblər. Yolda gedirsən, qız oğlana söz atır, qız özünü oğlana sırıyır, və ya gündə bir oğlana səni sevirəm deyir. Məgər “sevgi” bu qədər mi ucuz hissdir? Hər gün yenisini yaşamaq olsun? Bəziləri “Sevgidə qürur olmaz” deyib, “qurur ” sözünün əsl mənasını dərk etmədən özlərini elə alçaldırlar ki, insanın mənliyinə belə sıxmaz. Ona görə düşünürəm ki, indiki zamanda “Sevgidə qürur olmaz” yerinə “Sevgidə səviyyə olmaz, mədəniyyət olmaz” demək daha münasib olar. İndi hələ virtual sevgidə yaranıb. Oğlan 100 qıza bəlkə də səni sevirəm yazır, hər qızda buna inanır. Elə bilir ki, taa bu oğlan üçün bu qız təkdi. Elə eyni şeyi qızlar da edir. Bu kimi halları çox saymaq olar. Amma başınızı ağrıtmayacam. Bu sevgini görmək üçün başımızı qaldırıb ətrafa baxmaq kifayətdir.

Bəs sizin üçün “sevgi”, “Səni sevirəm” sözü nə məna daşıyır?


Geri dön

NATAVAN

  • 26 dekabr 2010 14:59
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
MENIM UCUN SEVGI HECNEDI INDIKI ZAMANEDE ISTIFADE EDIRLER SEVMIRLER

Just For Legend

  • 11 dekabr 2010 17:06
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
bosh hisslerdir

--------------------

Sergio Ramos

  • 10 dekabr 2010 23:19
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkür

--------------------

Azeri_Gozeli

  • 10 dekabr 2010 23:03
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler love

--------------------

Ulya

  • 10 dekabr 2010 23:01
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
♥Princess♥,
wink

Grace_Angel

  • 10 dekabr 2010 22:59
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore...

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}