Hansı hallarda yalan danışmaq caizdir

 
Hansı hallarda yalan danışmaq caizdir[/center

[center]“Yalan” olmamış bir şeyi olmuş, olan bir şeyi olmamış və yaxud olduğundan fərqli şəkildə göstərməkdir. Doğrunun əksi olan yalan pis xislətdir. Hətta yalançılar belə yalanı sevmir. Dürüstlük isə gözəl cəhətdir. Yalançıların özləri belə işlərinə yaramadığına görə etiraf etməsələr də, sözü ilə əməli bir, doğru-dürüst insanları təqdir edirlər.

Həm Qurani-Kərimdə, həm də hədisi-şəriflərdə yalan kafir və ya münafiqə xas xüsusiyyət sayılır. Doğruluq (sadiqlik) isə peyğəmbərlərin və saleh qulların ən bariz vəsflərindən biridir. Hələ peyğəmbərlik vəzifəsi verilməmişdən əvvəl “Muhəmmədul-Əmin” ünvanı ilə anılan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) doğruluğu ən yüksək səviyyədə təmsil etmişdir.

Doğruluğun mömin, yalanınsa kafir xüsusiyyəti olması ilə yanaşı, bəzi İslam alimləri bir-iki hədisə əsaslanaraq çox zəruri hallarda üç yerdə yalan danışmağın mümkünlüyü haqda hökm vermişlər: döyüş zamanı düşməni aldatmaq üçün, küsülüləri barışdırarkən və ərlə arvadın arasını düzəldərkən.

Bu hökmü verən əksər hədis alimlərinin qənaəti belədir: burada rüsxət (icazə) verilən yalan olmamış bir şeyi olmuş kimi göstərmək deyildir. Burada danışan söz oyunu, istiarə və məcaz kimi vasitələrdən istifadə edərək sözü elə deyir ki, qarşı tərəf həmin sözdən danışanın nəzərdə tutduğu mənanı deyil, təlqin etmək istədiyi mənanı başa düşür. Məsələn: döyüş vaxtı düşməni aldatmaq üçün: “Hökmdarınız öldü!” – deyirsiniz. Bu kəlmə ilə siz daha əvvəl ölmüş hökmdarı nəzərdə tutursunuz, amma düşmən döyüş zamanı onlara rəhbərlik edən hökmdarı başa düşür. Beləcə siz bir anın içində düşmən arasına çaxnaşma salır, döyüş əhvali-ruhiyyəsinin pozursunuz.

Məsələnin daha yaxşı başa düşülməsi üçün bir başqa misal da verək. Deyək ki, siz iki küsülü müsəlmanı barışdırmaq istəyirsiniz. Birinin “Allahım, bütün müsəlmanlara kömək ol, Məhəmməd ümmətinin günahlarını bağışla” deyə dua etdiyini eşidirsiniz. O biri müsəlmanın yanına gedib: “Bax filankəs sənin üçün dua edir. Sənin haqqında gözəl diləklər diləyir”, – deyirsiniz. Bu sözləri deyərkən duanın bir Müsəlman olaraq həmin adama da aid olduğunu düşünürsünüz. O da elə başa düşür ki, küsülü olduğu adam onun üçün xüsusi dua edir və ona münasibəti yumşalır.

Beləcə İslam alimlərinin sadəcə yuxarıda qeyd olunan üç yerdə və zəruri hallarda izin verdiyi yalan bu növdəndir. Bu iki misalda deyilən sözlər həqiqətdən uzaq olmasa da, tam doğru da deyildir. Bunlar açıq-aşkar olmasa da, bir mənada üzrlü və ya üstüörtülü yalanlardır. Ona görə də bu məsələdə çox həssas olmaq lazımdır. Əslində, müəyyən bir məsələni nə açıq-aşkar yalanlarla, nə də üstüörtülü yalanlarla müsbət istiqamətdə birdəfəlik həll etmək mümkün deyildir. Həqiqət gec-tez mütləq üzə çıxır. Üstüörtülü şəkildə də olsa, deyilən yalanın üzə çıxması aradakı etibara xələl gətirir. Bu isə faydadan çox zərər deməkdir.

Müasir dünyamızda bu məsələ daha çox önəm kəsb edir. Bu gün haramla halal, yaxşı ilə pis, yanlışla doğru bir-birinə qarışıb. İnsanlar bəsit şeylərə görə rahat-rahat yalan danışırlar. Bu səbəbdən də dövrümüzün böyük İslam alimi yuxarıda bəhs edilən rüsxətin (icazənin) müəyyən dövr üçün verildiyini və bu gün qüvvəsini itirdiyini qeyd edir. Bu İslam aliminin bizim üçün meyar təşkil edəcək fikirlərinə nəzər salmaq faydalı olar:

Küfrün (Allahı və iman həqiqətlərini inkar etmək) bütün növləri yalandır. İman isə doğruluqdur. Onun üçün də yalanla doğruluq şərqlə qərb, cəhənnəm odu ilə nur, küfrlə iman qədər bir-birindən uzaqdır. Peyğəmbərimizi və əshabını ən uca məqamlara yüksəldən doğruluqdur. Yalançı peyğəmbər Müseyləmeyi-Kəzzabı və onun ardınca gedənləri alçaldan da məhz yalandır.

Keçmişdə bəzi İslam alimlərinin məsləhət və zərurət üçün verdikləri rüsxətdən (icazədən) indiyədək çox sui-istifadə edilmişdir. Bu gün yalan o qədər geniş yayılmışdır ki, yer üzündə etibar və hüzurdan əsər-əlamət qalmayıb. Ona görə də bu gün yalana qəti şəkildə izin verilmir.

Nəticə etibarilə müsəlmanın qarşısında iki yol qalır. Ya doğru danışmaq, ya da susmaq. Üçüncü yol yoxdur. Bəli, hər söylədiyin doğru olmalıdır, lakin zaman və məkandan asılı olaraq bəzən susmaq daha xeyirlidir. Doğrunu danışmaq əgər söyləyənə və ya həqiqətə zərər verəcəksə, bu yerdə susmaq daha məq­sə­dəuyğundur.

Mövzunu Peyğəmbərimizin gözəl bir tövsiyəsi ilə yekunlaşdıraq:

“Allaha və axirət gününə iman gətirən ya xeyir söyləsin, ya da sussun!” (Müslim, İman: 74)

(“Şura” surəsi, 30) məallı ayə bu həqiqəti ifadə edir. Ancaq bəzən də Haqq-Təala sırf qulunun günahlarını bağışlamaq, onu mənən yüksəltmək və ona savab qazandırmaq üçün müsibətlər göndərə bilər. Belə bir müsibətlə üzləşən qul öz səhvləri haqqında düşünməli, əgər varsa, onları düzəldib tövbə etməli və dişini-dişinə tutub səbir etməlidir. Bu iki ayə sözügedən mövzuda ən gözəl meyar olmalıdır:

“Səbirli insanlar onlardır ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allaha məxsusuq və (vaxtı gələndə) Onun yanına (Onun hüzuruna) qayıdacağıq!” – deyirlər” (“Bəqərə” surəsi, 156).

“Ola bilsin ki, sizin xoşunuza gəlməyən hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuşdur” (“Nisa” surəsi, 19)

Xülasə, xeyir də, şər də Allahdandır. Ancaq şəri insan özü is­tə­yir, dolayısilə, nəticəyə görə də o, məsuliyyət daşıyır. Xeyri istəyən də, yaradan da Allahdır, amma sonsuz mərhəmət sahibi Rəbbimiz qulunu sırf niyyətinə gərə mükafatlandırır. Burada isə qulun vəzifəsi qüsurları özündən, gözəllikləri Rəbbindən bilmək, görmək, bir müsibətlə üzləşəndə də səbir etməkdir.

Rəbbimiz bizləri xəta və günahlarını özündən bilən, xəstəlik və müsibətləri səbir və təvəkküllə qarşılayan, bütün xeyir və gözəllikləri də Allahdan görüb Ona şükür edən qullarından eyləsin.


Geri dön

GuNaY_83

  • 11 yanvar 2013 20:10
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
ALLAh razi olsun

--------------------

leyluwka_20

  • 4 yanvar 2013 18:42
  • Məqalə: 12
  • Şərh: 5782
  • Bal:
{awards}
Həm Qurani-Kərimdə, həm də hədisi-şəriflərdə yalan kafir və ya münafiqə xas xüsusiyyət sayılır. Doğruluq (sadiqlik) isə peyğəmbərlərin və saleh qulların ən bariz vəsflərindən biridir. Hələ peyğəmbərlik vəzifəsi verilməmişdən əvvəl “Muhəmmədul-Əmin” ünvanı ilə anılan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) doğruluğu ən yüksək səviyyədə təmsil etmişdir.

--------------------

so_sad

  • 22 dekabr 2012 19:52
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
ALLAh razi olsun

DILEKLER

  • 21 dekabr 2012 11:50
  • Məqalə: 128
  • Şərh: 5164
  • Bal:
{awards}
ALLAh razi olsun

ZuZuM__

  • 20 dekabr 2012 23:43
  • Məqalə: 430
  • Şərh: 6748
  • Bal:
{awards}
GorDugun kaDar varDim...BakTiGin yerDe...DinLeyebiLdiGin kaDar konuSTum asLinDa....AnLayabiLdiGin kaDar...anLaTTim heR Seyi...SimDi SusaBiLdiGim kaDar suSUyoRum Ve ayNi oYunu oYnuYoruM......."..GorMeDim"..."DuyMaDim"....BiLmiYoruM"
;...

--------------------

solnuska

  • 20 dekabr 2012 21:26
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
HEC YALAN DANISA BILMIREMKI DANIWSAMDA AZ ZAMANDA USTU ACILIR

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

unfaithful

  • 20 dekabr 2012 19:46
  • Məqalə: 31
  • Şərh: 3486
  • Bal:
{awards}
ALLAH razı olsun.......

--------------------

ღ★ Firuzə ★ღ

  • 20 dekabr 2012 18:20
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
Müasir dünyamızda bu məsələ daha çox önəm kəsb edir. Bu gün haramla halal, yaxşı ilə pis, yanlışla doğru bir-birinə qarışıb. İnsanlar bəsit şeylərə görə rahat-rahat yalan danışırlar. Bu səbəbdən də dövrümüzün böyük İslam alimi yuxarıda bəhs edilən rüsxətin (icazənin) müəyyən dövr üçün verildiyini və bu gün qüvvəsini itirdiyini qeyd edir. Bu İslam aliminin bizim üçün meyar təşkil edəcək fikirlərinə nəzər salmaq faydalı olar:

--------------------

★Azerbaijan girl★

  • 20 dekabr 2012 17:16
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Allah razi olsun tewekur

seher kuleyi

  • 20 dekabr 2012 15:51
  • Məqalə: 0
  • Şərh: 251
  • Bal:
{awards}
ALLAh razi olsun

TAYNA VOSTOKA

  • 20 dekabr 2012 13:05
  • Məqalə: 653
  • Şərh: 4001
  • Bal:
{awards}
Yalançıların özləri belə işlərinə yaramadığına görə etiraf etməsələr də, sözü ilə əməli bir, doğru-dürüst insanları təqdir edirlər.

--------------------

ღ★Diamond★ღ

  • 20 dekabr 2012 12:39
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Həm Qurani-Kərimdə, həm də hədisi-şəriflərdə yalan kafir və ya münafiqə xas xüsusiyyət sayılır

Gun--ka

  • 20 dekabr 2012 12:26
  • Məqalə: 3
  • Şərh: 3016
  • Bal:
{awards}
Rəbbimiz bizləri xəta və günahlarını özündən bilən, xəstəlik və müsibətləri səbir və təvəkküllə qarşılayan, bütün xeyir və gözəllikləri də Allahdan görüb Ona şükür edən qullarından eyləsin.

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

DILEKLER

  • 20 dekabr 2012 12:23
  • Məqalə: 128
  • Şərh: 5164
  • Bal:
{awards}
Müasir dünyamızda bu məsələ daha çox önəm kəsb edir. Bu gün haramla halal, yaxşı ilə pis, yanlışla doğru bir-birinə qarışıb. İnsanlar bəsit şeylərə görə rahat-rahat yalan danışırlar. Bu səbəbdən də dövrümüzün böyük İslam alimi yuxarıda bəhs edilən rüsxətin (icazənin) müəyyən dövr üçün verildiyini və bu gün qüvvəsini itirdiyini qeyd edir. Bu İslam aliminin bizim üçün meyar təşkil edəcək fikirlərinə nəzər salmaq faydalı olar:

girl in love

  • 20 dekabr 2012 11:25
  • Məqalə: 0
  • Şərh: 460
  • Bal:
{awards}
AMIN,ALLAH RAZI OLSUN...

--------------------
bu gunki aglim olsaydi,dunen etdiklerimi etmezdim
amma dunen etdiklerimi etmeseydim,bu gunki aglim olmazdi...

GuNaY_83

  • 20 dekabr 2012 11:07
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
“Ola bilsin ki, sizin xoşunuza gəlməyən hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuşdur” (“Nisa” surəsi, 19)
[/
i]

--------------------

Prank girl

  • 20 dekabr 2012 11:03
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

S.N

  • 20 dekabr 2012 10:50
  • Məqalə: 15
  • Şərh: 1657
  • Bal:
{awards}
twkler...maraqlidi..

SaD_AngeL

  • 20 dekabr 2012 10:43
  • Məqalə: 0
  • Şərh: 978
  • Bal:
{awards}
ALLAH razi olsun...........

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 46

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}