Taun "Ölüm rəqsi"

 
Taun "Ölüm rəqsi"

Bəşər tarixində taunun üç pandemiyası məlumdur:

1.527-ci ildən 580-ci ilə qədər davam edən birinci pandemiya tarixə

"Justinianın taunu" adı ilə daxil olmuşdur. O, Misirdə başlamış,

Aralıq dənizinin liman şəhərlərinə və digər Yaxın Şərq ölkələrinə yayılmış

və Avropaya keçmişdir. Bu pandemiya zamanı təxminən 100 min insan

tələf olmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa

Böyük Qriqori Adrian qəsrinin üzərində Mələk Mikayılı taun epidemiyasının

sonunun çatmasına işarə olaraq, qılıncını qınına qoyarkən görmüş və o vaxtdan

qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır[1].

2."Böyük", yaxud "qara ölüm" adlı, 50 milyondan artıq insan təlafatına səbəb

olmuş ikinci pandemiya 1334-cü ildə Çində baş vermiş, sonralar Hindistana,

Afrikaya və Avropaya yayılmışdır. 1352-ci ildə Avropanın əhalisinin 1/3 hissəsi,

25 milyon adam taundan məhv olmuşdur[2]. 1364-cü ildə taun Asiyadan

Rusiyanın şimal-qərb, mərkəzi və cənub-şərq vilayətlərinə keçmişdir...

1442-ci ildə Venesiyada və demək olar ki, eyni vaxtda Rusiyada

ilk dəfə olaraq taun əleyhinə karantin tədbirləri tətbiq edilmişdir.

3.Taunun üçüncü pandemiyası 1894-cü ildə Honkonqda başlamış

bir milyondan çox insanın təlafatına səbəb olmuşdur. Sonrakı 10 ildə taun dünyanın

bütün kontinentlərinin 87 liman şəhərlərinə yayılmışdır, 12 milyondan

artıq adam qırılmışdır. Taunun üçüncü pandemiyası zamanı böyük kəşflər

edilmişdir: törədici mikrob ayrılmış (Q.İ. Minx, 1878, A. İersen, S. Kitazato 1894),

xəstəliyin yayılmasında siçovulların, çöl gəmiricilərinin və birələrin rolu

müəyyənləşdirilmiş, taunun təbii ocaqlılığı aşkar edilmişdir.

(D.K. Zabolotnı, 1912) 1802-ci ildə D. Samoyloviç birinci dəfə taun əleyhinə

ilk vaksinasiya təşəbbüsü göstərmişdir. Effektiv vaksina 1926-cı ildə

V.A. Xavkin və başqaları tərəfindən işlənib hazırlanmışdır.

Taun əleyhinə elmi əsaslandırılmış tədbirlərin həyata keçirilməsi XX əsrdə

dünyada taun epidemiyasını aradan qaldırmağa imkan vermişdir,

lakin xəstəliyin sporadik halları bu və digər

ölkələrdə təbii ocaqlarda həmişə qeyd edilir.


Geri dön

Asiyan

  • 23 dekabr 2010 06:40
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
thank youuuuuuuuuu recourse

Sergio Ramos

  • 23 dekabr 2010 00:07
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
oxumadım nəsə mənə maraqlı olmadı

--------------------

Ulya

  • 23 dekabr 2010 00:06
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

Just For Legend

  • 22 dekabr 2010 19:00
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqlli melumata gore cox sag olun

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 48

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}