Dünyanın ən pozitiv insanları latın amerikalılardır

 
Dünyanın ən pozitiv insanları latın amerikalılardır

Dünyanın ən xoşbəxt adamları heç də inkişaf etmiş ölkələrdə yaşamırlar. Tam əksinə olaraq, varlı Qətərin və vətəndaşlarının uzunömürlü olması ilə şöhrət tapmış Yaponiyanın sakinləri deyil, Latın Amerikasının kasıb sakinləri daha çox müsbət emosiyalar hiss edirlər. Trend-in məlumatına görə, bunu"Gallup" şirkətinin apardığı tədqiqat göstərib.

Şirkət təxminən 148 ölkədə 150 min insan arasında sorğu keçirib. Bütün respondentlərə eyni suallar verilib. Onlardan dünənki günü necə keçirdikləri, yaxşı istirahət edib-etmədikləri, çox gülümsədikləri və güldükləri, maraqlı bir iş gördükləri və ya yeni nəsə öyrənə bildikləri, həmçinin ətrafındakıların hörmətini sınaqdan keçirdikləri və həzz hiss etdikləri soruşulub.

Nə qədər qəribə olsa da, həmin suallara Panama və Paraqvayın (hər biri 85 faiz), eləcə də Salvador və Venesuelanın (hər biri 84 faiz), Trinidad və Tobaqo, Tailandın (83 faiz), Qvatemala və Filippinin (82 faiz), Ekvador və Kosta-Rikanın (81 faiz) sakinləri daha müsbət cavab veriblər. Beləliklə, pozitiv ölkələr reytinqində liderlər onluğundan səkkizinin Latın Amerikasında yerləşdiyi məlum olub.
Reytinqin ən aşağı mövqelərində Sinqapur, Ermənistan və İraq yerləşir. Habelə Serbiyanın, Yəmənin, Gürcüstanın, Belarusun, Madaqaskarın, Litva və Toqonun sakinləri çox az müsbət emosiyalar hiss edirlər.

Hamı tərəfindən qəbul edilmiş təsəvvürlərin əksinə olaraq, Haitidə də xoşbəxtlik yoxdur. Burada əhalinin hiss etdiyi müsbət emosiyaların miqdarı Əfqanıstanın göstəriciləri ilə uyğun gəlir.
Turizm ölkəsi olan Türkiyədə vəziyyət dünyanın ən kasıb ölkələrindən biri olan, hələ 10 il əvvəl vətəndaş müharibəsinin getdiyi Syerre-Leonedə olduğundan azacıq yaxşıdır. Zəngin Bəhreyn Krallığı isə reytinqdə Pakistan, Moldova və Ukraynadan geridə qalır.

Rusiya ilk yüzlüyə daxil olmadan siyahının ikinci hissəsinin ortasında, təxminən İran və Bosniya və Herseqovina arasında yer alıb. Rusiya Federasiyasının Qazaxıstan, Türkmənistan, Tacikistan kimi coğrafi qonşuları siyahının yuxarı hissəsində yer alıblar. Çad və Ruanda da onlarla eyni mövqedədir. İtaliya və İsrail də bu diapazonda hesab olunur.

İtaliyanların qonşusu ispanlar Fransa və Almaniya sakinlərindən daha çox müsbət emosiyalara malikdirlər. Qətər və Özbəkistan sakinləri həyata oxşar nikbin münasibət ifadə ediblər. Kanadalılar özlərini amerikalılardan, irlandlar isə britaniyalılardan xoşbəxt hesab edirlər.

Qeyd edək ki, belə paradoksal nəticələr bəzi ekspertləri reytinqə şübhə ilə yanaşmağa məcbur edib. Ancaq həyata sevinə bilən kasıb sakinlərin özlərinin fikrincə, burada təəccüblü heç nə yoxdur. Onlar hesab edirlər ki, bəzi mədəniyyətlərin təməlini tarixən həyatın daha çox pozitiv açarda qəbul edilməsi təşkil edir. Başqalarında isə əksinə, həyatdan narazılıq hissi milli mentalitetin bir hissəsidir.

Bu tezisi paraqvaylı Mariya Solis adlı küçə alverçisinin sözləri qismən əks etdirir: "Həyat qısadır və kədərlənmək üçün heç bir əsas yoxdur. Çünki əgər varlı olsaydıq belə, bizim yenə də çoxlu problemlərimiz olacaqdı"...


Geri dön

leyluwka_20

  • 4 yanvar 2013 16:45
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
Turizm ölkəsi olan Türkiyədə vəziyyət dünyanın ən kasıb ölkələrindən biri olan, hələ 10 il əvvəl vətəndaş müharibəsinin getdiyi Syerre-Leonedə olduğundan azacıq yaxşıdır. Zəngin Bəhreyn Krallığı isə reytinqdə Pakistan, Moldova və Ukraynadan geridə qalır.

--------------------

✰Karabakh Girl✰

  • 3 yanvar 2013 23:33
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Sitat: Favorit Qiz
tesekkurlerrrrrrrrrr

ZuZuM__

  • 31 dekabr 2012 03:47
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
melumata gore tesekkur edirem size...

--------------------

Favorit Qiz

  • 30 dekabr 2012 11:22
  • Məqalə: 0
  • Şərh: 34
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrr

--------------------
seni coooooooooooooox sevirEM NAZIM

so_sad

  • 22 dekabr 2012 14:44
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Sitat: solnuska
"Həyat qısadır və kədərlənmək üçün heç bir əsas yoxdur. Çünki əgər varlı olsaydıq belə, bizim yenə də çoxlu problemlərimiz olacaqdı"...

fatimeyinur

  • 22 dekabr 2012 11:45
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
melumata gore tesekkur edirem size...

ღ★ Firuzə ★ღ

  • 21 dekabr 2012 20:18
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Bu tezisi paraqvaylı Mariya Solis adlı küçə alverçisinin sözləri qismən əks etdirir: "Həyat qısadır və kədərlənmək üçün heç bir əsas yoxdur. Çünki əgər varlı olsaydıq belə, bizim yenə də çoxlu problemlərimiz olacaqdı"...

--------------------

solnuska

  • 21 dekabr 2012 19:24
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
"Həyat qısadır və kədərlənmək üçün heç bir əsas yoxdur. Çünki əgər varlı olsaydıq belə, bizim yenə də çoxlu problemlərimiz olacaqdı"...

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

TAYNA VOSTOKA

  • 21 dekabr 2012 19:04
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Şirkət təxminən 148 ölkədə 150 min insan arasında sorğu keçirib.

--------------------

ღ★Diamond★ღ

  • 21 dekabr 2012 18:55
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
mence italyanlar smile

Shokoladka

  • 21 dekabr 2012 18:34
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
XEBERE GORE TSKLER

--------------------


★Azerbaijan girl★

  • 21 dekabr 2012 18:29
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
hiss olunur ele uzlerinde twklerrrrrrrrrrrrrrrr

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 21 dekabr 2012 17:50
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
tewekkurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

GuNaY_83

  • 21 dekabr 2012 17:48
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Tewekkurler...

--------------------

DILEKLER

  • 21 dekabr 2012 17:30
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
Tewekkurler...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}