Gerçək qəm və həqiqi ibadət

 
Gerçək qəm və həqiqi ibadət

Bəndəliyin praktik yönü - din üçün nigaran olmaqdadır
Görək, dinimiz hansı nigarançılıq və qəmi həqiqi qəm sayır və insanın o istiqamətdə düşünməsini, əməl etməsini tövsiyə edir? Allahın Rəsulu (s) belə buyurur: “Hər kim sübh tezdən yuxudan dursa, onun canında din qəmi olsa, Allah-Təala öz lütf-inayəti, fəzli ilə ona daimi (əzəldən əbədiyə qədər) kifayət olma, qane olma ruhiyyəsi verər. Və hər kəs ki, sübh tezdən duranda qəlbində (din qəmi deyil) digər bir qəm, kədər olsa Allah Təala ona bir qoşun göndərər və orada özünəməxsus müharibə başlayar”. Hədisdən göründüyü kimi, Allah Rəsulu (s) özünün mübarək buyuruşunda bizlərə səhər yuxudan qalxan zaman hansı məsələlər ətrafında düşünməyimizi, nədən ötrü narahat olmağımızı çatdırır. Təəssüflər olsun ki, biz əksər vaxt tövhidpərəstliyin, Allahın varlığına inamın nəzəri əsaslarını bilsək də, bunun praktik əsaslarını öz gündəlik yaşayışımızda yaşatmırıq. Bir növ bəndəlik mücərrəd bir anlayış alıb. Halbuki Allaha bəndə olmaq mücərrəd bir məsələ deyil, həyatın özündədir, həyatla iç-içədir. Əziz İslam Peyğəmbəri (s) bizə burada Allaha bəndəliyin praktik yönünü göstərir. Allaha bəndəliyin praktik yönü insanın səhər tezdən Allahın dini üçün nigarançılıq keçirməsindədir. Bir çox mütəfəkkirlərin, bir çox ustadların həyatlarına diqqət yetirdikdə, mütaliə etdikdə görürük ki, onlar Allah-Təaladan din qeyrəti, din dərdi diləyirlər. Bir çox ariflərin, bir çox şəhidlərin, bir çox övliya və salehlərin yazılarında, vəsiyyətlərində, münacatlarında bu hala tez-tez rast gəlirik. Bu da onların öz vəzifələrini dərk etməsi anlamına gəlir. Məhz buna görədir ki, həmin alimlər, övliyalar Allahın əziz və izzətli bəndələri olublar. Onlar üçün dünya dərdini çəkmək öz mənasını itirib. Onlar Allaha tərəf bir addım atıblar, Onun buyurduğu kimi, dünyanın dərdini çəkməmək istiqamətində addım atıblar, Allah da onlara qane olmaq, kifayətlənmək ruhiyyəsi verib və onları izzətli edib.

Din dərdlisi olmaq, din məcnunu olmaq nə deməkdir?
Allaha etiqadı olan insan, həqiqətən, oturub, öz həyatına hərtərəfli baxsa, görəcək ki, onun bütün varlığı, bütün yaşayışı, mövcudiyyəti dinlə bağlıdır. Bir insan səhər yerindən duran zaman qəlbində din qeyrəti çəksə, din üçün narahat olsa, qəmlənsə, Allah-Təala buna elə bir izzət verər, elə bir qane olmaq nemətini verər ki, o biri problemləri hamısı bunun yanında çox kiçik görsənər. Həmin problemlər özü-özünə həll olacaq. Allah özü həmin insanın işlərini həll edən olar. Və bu insan elə bir hala gəlib çatar ki, onun digər dərdləri din dərdinin yanında heç olar. Allah buna zəmanət verir. Deyir, sən Mənim dinim barəsində düşün, Mən sənin digər əndişələrini özüm həll edəcəm. Eyni zamanda hədisdən anlaşılan budur ki, bir insan sübh tezdən dursa, din qəmindən, nigarançılığından digər qəmlər, digər narahatlıqlar onun qəlbində yer alsa, o elə bir də ayılar ki, bütün günü o yan-bu yana qaçır, amma dərdləri qurtarmır. Bu gün bir dərd varsa, sabah biri də çoxalır. Və hədisdə də deyildiyi kimi, belə insan bir növ problemlərin, əndişələrin, qəmlərin məngənəsində qərq olar və onun dünya ilə bağlı narahatlıqları bitmək bilməz. Çünki dünya üçün əndişələnən zaman deyil, din üçün, axirət üçün əndişə duyan zaman Allah-Təala insana qane olmaq nemətini bəxş edir və onu qəni edir.

Allah nəzdində qane olan insan

Məsələni bir qədər də sadələşdirsək, deyə bilərik ki, Allah Rəsulunun məntiqində insan səhər duran zaman düşünməlidir ki, bu gün mənim dinimin nə kimi problemləri var, mən bu problemlər qarşısında nə edə bilərəm? Buna baxmayaraq, təəssüf ki, insanlar adətən səhərlərini öz problemləri ilə açırlar. Amma Peyğəmbər (s) məntiqində izzətli insan, qane olan insan - səhər duranda din dərdini çəkən insandır. İnsan gərək təftiş aparsın ki, özünün vəziyyəti, ailəsinin vəziyyəti, yaşadığı mühitin vəziyyəti din baxımından necədir, hansı mərhələdədir.

Biz adətən gözləmə mövqeyində oluruq. Amma dinimizin məntiqində bizim vəzifəmiz cəmiyyətdə dinlə bağlı hansısa neqativ hadisələrə spontan reaksiya verməklə bitmir, Allah-Təala bu məsələyə daha konseptual baxış istəyir. Allahın Rəsulu (s) buyurur ki, müsəlman səhər yerindən din dərdi ilə durmalıdır. Yəni “bu gün mən dinim üçün nə edə bilərəm” əndişəsi ilə səhərini açmalıdır. Məsələn, indi üzü məhərrəmliyə doğru gedirik. Siz diqqət etsəniz, adətən bayramlara, məsələn, Novruz bayramına hələ bir ay əvvəldən, iki ay əvvəldən hazırlıqlar gedir, planlaşma aparılır, nələrin bişiriləcəyinin, hansı şirniyyatlar hazırlanacağının bəri başdan hesab-kitabı aparılır, amma eyni şövqlə məhərrəmliyə hazırlaşmalarını görmürük. Ona görə ki, insanlar səhər yerindən qalxan zaman hər şey barəsində düşünür, amma dinindən başqa. Məsələn, indidən proqram yazan varmı ki, bu Məhərrəmlik ayında öz evində nə edəcək? Bu məhərrəmlik dönəmində qonşularla nə edəcəyini, necə onları da bu işə cəlb edəcəyini, onların da məhərrəmliyi hiss etmələri üçün nəsə edəcəyini planlaşdıran çoxmu? Göründüyü kimi, dinin qeyrətini çəkmək - əslində mücərrəd bir məsələ deyil, bizim öz yanımızdadır. Amma biz buna diqqət etmirik. Məhərrəmlik üçün nəsə edə bilən insanlar mütləq nə edə biləcəkləri istiqamətində çalışmalıdır. Teatr hazırlayanlar teatr hazırlamalı, məqalə yaza bilənlər məqalə yazmalıdır, qonşularına təbliğ edə bilən qonşularına təbliğ etməlidirlər. Heç nə bacarmayan onu edə bilər ki, hər görənə desin ki, məhərrəmliyə az qalıb. Əlindən bir şey gəlməyən ən azı bir disk və ya kaset alıb, özünə söz verə bilər ki, mən bir ay ərzində maşınımda bu diski oxutduracağam. Və yaxud marşruta minəndə sürücüyə deyə bilər ki, mahnı deyil, bu diski və ya kaseti qoy, məhərrəmlikdir.

Bunlar özü-özünə olmur ki! Sovetin repressiyalı 70 ilində qorunub saxlanılan Tasua-Aşura ənənələri əmanət kimi bizlərə çatdırılıb. Biz bu gün nisbətən azad mühitdə bunu qoruyub saxlaya bilməsək, deməli, dinin qeyrətini çəkməmişik deməkdir. Din, Allaha bəndəlik bizim üçün mücərrədlikdən o yana keçməyib. Bütün bunlar bizim mövcud dərdlərimizdir və gerçək nigarançılıq da məhz belə məsələlər ətrafında olmalıdır. Və unutmamaq lazımdır ki, insanın nigarançılığı, duyduğu qəm geniş mənada onun ibadətinin də keyfiyyətini müəyyənləşdirir. Əgər nigarançılığı dünya üçün olsa, o zaman ibadətləri həqiqi ibadət deyil, zahirdə ibadət kimi görsənən ritual kimi xarakterik olar. Əgər əndişəsi, qəmi hədisdə də deyildiyi kimi, din üçün olsa, o zaman onun ibadətləri Əziz İslam Peyğəmbərinin (s) Əbuzərə (r.ə) tövsiyə etdiyi həqiqi ibadət növündən olacaq.

İbadətin əvvəli - Allahı tanımaqdır

Keçək İslam məntiqində həqiqi ibadət bəhsinə. Əziz Peyğəmbər (s) özünün dəyərli səhabəsi olan Əbuzər Qəffariyə (r.ə) özünün qiymətli nəsihətlərində necə ibadət etməyi, ibadətdən necə faydalanmağı öyrədir. Peyğəmbər (s) bu dəyərli nəsihətlərində Əbuzərə (r.ə) buyurur: “İbadətin əvvəli - Allahı tanımaqdır”. Bu buyuruşdan anlaşılan budur ki, Allahın tanımağın müxtəlif mərhələləri var. Bunun ən minimum mərhələsi budur ki, insan Allahın var olduğunu, Onun insanların, aləmlərin yaradıcısı olduğunu bilsin. Bu minimum səviyyədə Allahı tanıma olmasa, insan ibadətin digər mərhələlərinə çata bilməz. Ən minimum Allah tanıma mərhələsi - Allahın var olduğuna inanmaqdır. İnsan inandıqdan sonra Allahın sifətləri haqda, Onun felləri haqda düşünsə, təfəkkür etsə, bir mərhələyə gəlib çatacaq ki, zehnində olan, düşüncələrində olan nəzəri Tövhid onun qəlbinə yerləşəcək. Bir başqa ifadə ilə desək, zehnində olana qəlbi ilə də iman gətirər. Buna ibadətin birinci mərhələsi deyirlər.
İbadətin ikinci mərhələsinə gəlincə, Həzrət Peyğəmbər (s) buyurur: “(İbadətin ikinci mərhələsi) Allahın Peyğəmbərinin (s) risalətinə iman gətirməkdir”. Göründüyü kimi, Allah Rəsulu (s) ibadətin ikinci mərhələsi kimi, özünün nübuvvətinə imanı göstərir. Həzrət Peyğəmbərin (s) nübuvvətinə iman gətirmək - onun tapşırıqları qarşısında qeyd-şərtsiz itaət deməkdir. Onun buyuruşlarını özünün həyatının nüvəsinə gətirmək deməkdir.

Əhli-beytə (ə) sevgi - ibadətdir
Hədisin davamında görürük ki, ibadətin üçüncü mərhələsi Əhli-beytə (ə) məhəbbətdir. Burada Əhli-beytə (ə) məhəbbət deyəndə, Peyğəmbərimiz (s) sevimli səhabəsi üçün Əhli-beyti (ə) belə şərh edir: “Əhli-beyt (ə) o kəslərdir ki, Allah Təala onlardan istənilən çirkliyi uzaq edib və onları pak qərar verib. Ey Əbuzər (r.ə), bil ki, Allah-Təala Əhli-beytimi (ə) ümmətim üçün Nuhun (ə) gəmisi kimi qərar verib. O gəmiyə minən - nicat tapar, ondan qaçan isə qərq olar”. Allah Rəsulu (s) buyurur ki, necə ki, Nuhun (ə) gəmisi ümməti üçün nicat yeri idi, mənim də Əhli-beytim (ə) eyni ilə onun kimidir - ümmətimin nicat yeridir. Allahın Rəsulu (s) bilirdi ki, bu hədis ondan sonra yayılacaq. Bilirdi ki, özünün rehlətindən sonra bu hədis barəsində müxtəlif söz-söhbətlər dolacaq. Ona görə də özünün ən əziz səhabələrindən olan Əbuzərə (r.ə) buyurur ki, Əhli-beyti (ə) sevmək - ibadətin bir mərhələsidir. Daha sonra bu sevginin nə üçün olmasının səbəbini izah edərək şərh verir: “Mənim Əhli-beytim (ə) - ümmətim üçün Nuhun gəmisi kimidir”. Həzrət Nuh (ə) neçə yüz il təbliğdən sonra, neçə yüz il öz peyğəmbərlik missiyasını gətirdikdən sonra çox az adam hidayət olur. Buna görə də Allah onları qərq edir. Yalnız Nuhun (ə) gəmisinə minənlər istisnadır. İslam Peyğəmbərinin (s) Əhli-beyti (ə) - ümmət üçün həmin Nuhun (ə) gəmisi kimdir. Sanki Peyğəmbər (s) görür ki, zaman gələcək, məcazi mənada böyük bir tufan olacaq və bu tufandan, seldən nicat tapmağın yolu Əhli-beytdədir (ə). Nuh (ə) dönəmində kimlər xilas olaraq nicat tapdılar? Əlbəttə, o gəmiyə minənlər. Amma o gəmiyə minməyənlər qərq oldular. İndi Allah Rəsulu (s) da özünün Əhli-beytinin (ə) dəyərini, ümmət üçün lazımlığını belə bir bənzətmə ilə başa salır. Gəmidən qaçanların qərq olub boğulduğu kimi, Əhli-beytdən (ə) də uzaq düşən qərq olmuşdur deməkdir. Deməli, Əhli-beyti (ə) sevən şəxslər, onun yanında olanlar, Nuhla (ə) gəmiyə minənlər kimi nicat tapır.

“Hittə qapısı”

Allahın Rəsulu (s) vəsiyyətinin davamında buyurur: “Əhli-beytim (ə) - Allahın bəni-İsrail üçün qərar verdiyi ”Hittə Qapısı" kimidir". “Hittə Qapısı” nədir? Bəni-İsrail Allah-Təalanın o qədər nemətindən sonra nemətlərə küfr etdikləri üçün Allah-Təala onları cəzalandıraraq, 40 il biyabanlarda tək buraxır. Onlar da öz növbələrində peşmançılıqlarını bildirmək üçün Allah-Təalaya yalvarırlar, Allah da onların tövbələrini qəbul etmək üçün “Hittə qapısı”nı təyin edir. O zaman “Hittə” deyərək daxil olanlar bağışlanırlar, bir növ xilas olurlar. “O kəslər ki, o qapıdan daxil oldular, onlar amanda oldular”. “Hittə”nin lüğəti mənası “bir şeyi aradan aparmaq” deməkdir. “Hittə qapısı” - bəni-İsrailin Allahın nemətlərinə küfr etmələrinin bağışlanmasının, istiğfarlarının, tövbələrinin qəbul olunmasının səbəbi oldu. Buradan bizlərin də nicat tapmağımız üçün bir xüsusiyyət ortaya çıxır. O xüsusiyyət də bundan ibarətdir ki, Əhli-beyt (ə) “Hittə qapısı” kimidir. Tövbə etmək istəyən gərək Əhli-beytə (ə) üz tutsun, o qapıdan gəlsin və Əhli-beyti (ə) vasitə qərar versin. Necə ki, o vaxt bəni-İsrail qövmünün yolunu azan zaman günahları heç cür bağışlanmırdı, yalnız Allahın təyin etdiyi “Hittə qapısı”na üz tutandan sonra tövbələri qəbul oldu və nicat tapdılar. Peyğəmbərin (s) ümməti də Əhli-beyt (ə) yolu ilə gələn zaman bağışlanacaq. Buradan çıxan nəticə budur ki, biz özümüzü Peyğəmbər (s) ümməti hesab ediriksə, bu dinin nümayəndələri hesab ediriksə, o zaman Əhli-beyti (ə) öz bağışlanmağımız üçün qərar verməli, onlara təvəssül etməliyik. Çünki Əhli-beyt (ə) Allahın “Hittə qapısı”dır.

İbadətin zahiri daxili ibadət olmadan məna kəsb etmir

Sonda hədisdən çıxan bir nəticə də bundan ibarətdir ki, əslində Allahın nəzərində həqiqi ibadət adətən toplumda işlədilən və anlaşılan ibadət deyil. Həzrət Peyğəmbərin (s) nəsihət etdiyi həqiqi ibadət üç xüsusiyyətdə cəmləşib: birinci - Allahı tanıma, ikincisi - Peyğəmbərin (s) risalətinə iman və nəhayət, üçüncü mərhələ - Əhli-beytə (ə) sevgi. Diqqət etdikdə görürük ki, həqiqi ibadət hər şeydən öncə ritual əməllərdən öncə daxildən gələn ibadətdir, daxili yönəlişdir. Allah Rəsulunun (s) buyurduğu ibadətin hər üç mərhələsi daxili ibadətə yönəldilib. Bu üç ibadəti keçən insan zahiri ibadətləri də etməlidir. Çünki ibadətin zahiri forması da olduqca önəmlidir. Amma bu, bir həqiqətdir ki, ibadətin zahiri, görünüşü daxili ibadət olmadan məna kəsb etmir. Deməli, zahiri ibadətlər Allahı tanıma, Peyğəmbərin (s) risalətinə iman və nəhayət, Əhli-beytə (ə) sevgi kimi daxili ibadətlər olmadan heç bir məna kəsb etmir.
Allahım, bizlərə həqiqi müsəlman olmağı nəsib et.
Allahım, bizim zahiri ibadətlərimizi daxili ibadətlərimizlə vəhdətdə qərar ver.
Allahım, bizə dinin qeyrətini çəkməyi nəsib et.
Allahım, Sənə bəndə olmağı, “əbd” olmağı bizlərə nəsib et. Allahım, bizim işlərimizin tədbirini öz üzərinə götür.
Allahım, bizə Səni tanımağı nəsib et, bizə Səni tanıyaraq ibadət etməyi nəsib et.
Allahım, Zəmanə Sahibinə (ə.f) mərifətimizi kamil et ki, Səni tanımağımız kamil olsun. Amin!


Geri dön

leyluwka_20

  • 4 yanvar 2013 17:27
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
Məsələni bir qədər də sadələşdirsək, deyə bilərik ki, Allah Rəsulunun məntiqində insan səhər duran zaman düşünməlidir ki, bu gün mənim dinimin nə kimi problemləri var, mən bu problemlər qarşısında nə edə bilərəm? Buna baxmayaraq, təəssüf ki, insanlar adətən səhərlərini öz problemləri ilə açırlar. Amma Peyğəmbər (s) məntiqində izzətli insan, qane olan insan - səhər duranda din dərdini çəkən insandır. İnsan gərək təftiş aparsın ki, özünün vəziyyəti, ailəsinin vəziyyəti, yaşadığı mühitin vəziyyəti din baxımından necədir, hansı mərhələdədir.

--------------------

ZuZuM__

  • 31 dekabr 2012 04:08
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
Allah sizden razi olsun...

--------------------

fatimeyinur

  • 22 dekabr 2012 20:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah sizden razi olsun...

GULCIN_ROSE

  • 22 dekabr 2012 18:24
  • Məqalə: 2
  • Şərh: 1051
  • Bal:
{awards}
Allahım, bizlərə həqiqi müsəlman olmağı nəsib et.
Allahım, bizim zahiri ibadətlərimizi daxili ibadətlərimizlə vəhdətdə qərar ver.
Allahım, bizə dinin qeyrətini çəkməyi nəsib et.
Allahım, Sənə bəndə olmağı, “əbd” olmağı bizlərə nəsib et. Allahım, bizim işlərimizin tədbirini öz üzərinə götür.
Allahım, bizə Səni tanımağı nəsib et, bizə Səni tanıyaraq ibadət etməyi nəsib et.
Allahım, Zəmanə Sahibinə (ə.f) mərifətimizi kamil et ki, Səni tanımağımız kamil olsun. Amin!

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

katara_paris

  • 22 dekabr 2012 13:16
  • Məqalə: 0
  • Şərh: 440
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.ALLAH BIZI QORUSUN.

--------------------
Ş+S+G

solnuska

  • 21 dekabr 2012 19:42
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN......

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

SmiLe_LiFe

  • 21 dekabr 2012 15:31
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Banned1

  • 21 dekabr 2012 15:04
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Allah razı olsun..

Gun--ka

  • 21 dekabr 2012 12:09
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
Allahım, bizlərə həqiqi müsəlman olmağı nəsib et.
Allahım, bizim zahiri ibadətlərimizi daxili ibadətlərimizlə vəhdətdə qərar ver.
Allahım, bizə dinin qeyrətini çəkməyi nəsib et.
Allahım, Sənə bəndə olmağı, “əbd” olmağı bizlərə nəsib et. Allahım, bizim işlərimizin tədbirini öz üzərinə götür.

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

ღ★Diamond★ღ

  • 21 dekabr 2012 11:49
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Allaha etiqadı olan insan, həqiqətən, oturub, öz həyatına hərtərəfli baxsa, görəcək ki, onun bütün varlığı, bütün yaşayışı, mövcudiyyəti dinlə bağlıdır

ZuZuM__

  • 21 dekabr 2012 11:26
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
tewekkuler

--------------------

DILEKLER

  • 21 dekabr 2012 11:04
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
Sitat: GuNaY_83
ALLAH Razi OlsuN..

SaD_AngeL

  • 21 dekabr 2012 10:36
  • Məqalə: 0
  • Şərh: 1033
  • Bal:
{awards}
AMIN.....ALLAH razi olsun............

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

(sweet girl)

  • 21 dekabr 2012 10:36
  • Məqalə: 15
  • Şərh: 1705
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..xebere gore twkler

GuNaY_83

  • 21 dekabr 2012 10:30
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH Razi OlsuN..

--------------------

tek oglan

  • 21 dekabr 2012 08:56
  • Məqalə: 6
  • Şərh: 255
  • Bal:
{awards}
xebere gore twkk

--------------------
Eslinde her insan bir romandir ve bir az qehremandir.Gun geler anlayar ki,xerclediyi tek wey xeyallari deyil,zamandır.......
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}