Gözəlçə

 
Gözəlçə

Mən heç vaxt heç kəsə xor baxan deyiləm. Vallah, düz sözümdü. Düzdür, hərdən hiss edirəm ki, çoxundan üstünəm, amma üzə vurmuram – kimisə pərt etmək nəyə lazım? Məni həmişə çox istiyiblər. Uşaqlıqdan anam mənə gözəlçə, atam mələk deyirdi. Bütün günü güzgüyə baxardım. Gözəl göz-qaşım, bapbalaca burnum, qəşəng saçlarım, gülüşüm, boy-buxunum həmişə məni valeh edirdi. Hiss edirdim ki, hamıdan qəşəngəm. Həm də ağıllı və mehriban idim. Bunu ilk dəfə bağçada – qızlar mənim saçımı yolanda anlamışdım. Onlar mənə sarsaq deyirdilər. İnciyib eləmirdim – bilirdim ki, paxıllıq edirlər. Qızların heç biri mənimlə oynamırdı. Mənimlə yarışmaq ağıllarına da gəlmirdi. Bilirdilər ki, onsuz da mən hamını udacam. Onlar məndən çəkinirdilər, həm də özlərini mənə oxşadır, mənim kimi olmaq istəyirdilər. Düzdür, onda hirslənirdim, ağlayırdım, indi-indi başa düşürəm ki, bütün bunlar elə-belə olmayıb – axı mən hamıdan gözəl, hamıdan ağıllı idim. Məktəbə gedəndə də öz ədalətimə heyran olmuşdum. Sinifdəki ən eybəcər, ən gicbəsər qızlar mənimlə rəfiqəlik edirdilər. Çünki mən onlara yuxarıdan aşağı baxmırdım. Hamıdan gözəl olsam da heç vaxt qəşəng qızlarla dostluq etmirdim. Həm də mən çox tərbiyəli idim. Bunu da mən məktəbdə hiss etdim. Heç bir oğlan mənim yanımda oturmağa cəsarət etmirdi. Hətta küçədə görəndə də mənə salam vermirdilər. Təbii ki, hörmətimi saxlayırdılar. Məni görən kimi özlərini itirdilər. 8 Mart bayramında bütün qızlara hədiyyə verirdilər, mənə yox. Bilirdilər axı, mən tərbiyəliyəm və heç vaxt evə oğlan hədiyyəsi aparmaram. Son zəngdən sonra da heç bir oğlan mənə zəng eləmədi. Hərdən onlara ürəyim yanır. Bəlkə bu dəqiqə dəli kimi darıxırlar mənim üçün, amma zəng etməyə cəsarətləri çatmır, nə bilim. Keçən il gözəllik müsabiqəsinə getdim. Amma məni seçmədilər. İlk günlər fikirləşdim ki, yəqin rüşvət istəyirlər. Atam mənə deyəndə ki, “qızım, gözəllik müsabiqəsi hara, sən hara?”, o dəqiqə hər şeyi başa düşdüm. Mənim canım atam özü münsiflər heyyətini “görübmüş” ki, məni müsabiqəyə qoymasınlar. Atadı da, yəqin qısqanır.Nə isə...
GözəlçəGözəlçə
Məktəbi bitirib Tibb Universitetinə girdim.Və onunla ilk dəfə orada tanış oldum. O, hündürboy, gülərüz, cəsarətli oğlan idi. Onu bütün qızlar sevirdi. Mən də vurulmuşdum. Amma heç bir tədbir görmürdüm. Vaxt keçdikcə anlayırdım ki, o da məni sevir. Çünki qrupda hamı ilə söhbət edirdi, mənə tərəf isə heç baxmırdı. Yazıq çox utancaq idi. Amma bir-iki aydan sonra çox şey dəyişdi. O cəsarətlənib mənə yaxınlaşdı. İlk söhbətimiz sözbəsöz yadımdadı: “Ay qız, mənim yerimə bu məsələni həll edə bilərsən?..” Görün bu cümlədə nə qədər sevgi var.”Ay qız”, “ay qız”, o mənim adımı belə dilinə gətirə bilmirdi.Mən gülümsəyərək dəftəri götürdüm. O yazıq isə o saat çıxdı aradan. Bir saniyə də qalsaydı, dözməyib diz çökəcək, sevgisini etiraf edəcəkdi. Mən kimya məsələsini həll edib dəftəri ona qaytardım. Həmin gündən o mənimlə əlaqə saxlasın deyə tez-tez dəftərini mənə verərdi. Mən də bütün misalları həll edərdim, sonra da vərəqin qırağına ürək şəkli çəkərdim. Bir gün isə o, bütün gücünü toplayıb dedi: “O ürəkləri daha çəkmə...” Sevincimdən uçurdum. O mənim sevgimi qəbul etmişdi, ürəyimi demək sevgimi də qəbul etmişdi. O gündən biz bir cütlük olduq – hamıdan fərqli bir cütlük. O məni qısqandırmaq üçün gündə bir qızla gəzirdi. Dəlidi də... Hələ də inana bilmirdi ki, doğrudan onun sevgisinə razılıq vermişəm. Hətta iş o yerə çatmışdı ki, eybəcərin biri ilə yalandan nişanlanmışdı da. Bu oğlanların sevgisini başa düşə bilmirəm də... Necə ağılsız olurlar. Sonra bilmirəm necə oldu. Bir onu gördüm ki, damarlarım kəsilib. Atam məni həkimə apardı. Məni xeyli sorğu-sual etdilər. Düzdü, Tibb Universitetini bitirməyə hələ 3 il qalmışdı. Amma həkim atamın dediyi kimi məni işə qəbul etdi. İndi işləyirəm, öz otağım var, ciddi tətqiqatla məşğulam. Dəlilərin arasında onların vəziyyətini öyrənirəm. Xəstələr bilməsinlər deyə məni də onlar kimi geyindiriblər, onlara verilən dərmanlardan mənə də verirlər. Düzdü, bir az bezdirici olsa da xasiyyətim dəyişməyib. Mən heç vaxt heç kimə xor baxan deyiləm. Axı bu insanlara kömək etmək lazımdır. Ona görə də onları atıb getmərəm. Sevgilimsə bir dəfə də olsun gəlmir bura. Sadəcə məktub yazır. Onları da mənə göndərməmiş cırıb atır. Dəlidi də...


GözəlçəGözəlçə

Müəllif: QaraQan


Geri dön

leyluwka_20

  • 4 yanvar 2013 17:04
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
Cox tesirli idi..Tewekkurler.

--------------------

✰Karabakh Girl✰

  • 3 yanvar 2013 21:46
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Xəbərə görə sağolun...

ZuZuM__

  • 31 dekabr 2012 03:56
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
maragli idi..

--------------------

baby girl

  • 26 dekabr 2012 09:57
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
thank you maraqlidir

come back

  • 25 dekabr 2012 11:08
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler ela idi oxudum cox maraqli idi cox sagolun offf cox tesirli idi .

love emo

  • 24 dekabr 2012 12:30
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
maragli idi..

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

GULCIN_ROSE

  • 22 dekabr 2012 18:16
  • Məqalə: 2
  • Şərh: 1051
  • Bal:
{awards}
HMMMMMMMMMMMMMMMMM...TESEKKURLERRRR...

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

so_sad

  • 22 dekabr 2012 15:00
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Maraqlıdır..Təşəkkürlər.

^^Nazli^^

  • 22 dekabr 2012 14:30
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurler cox maraqli idi.

--------------------

fatimeyinur

  • 22 dekabr 2012 11:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkur....

NeZNaKoMKa.

  • 21 dekabr 2012 22:24
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
Sitat: Fizuw Ka
cox sagolun maraqli idi bunu oxumuwdum ama axira kimi yox Qaraqanindi bu....tewekkurler

Beli QaraQanindi.. qeyd etmiwem..



tewekkurler wehrler ucun..

--------------------

K...L

  • 21 dekabr 2012 19:51
  • Məqalə: 0
  • Şərh: 24
  • Bal:
{awards}
hmm maraqlidir ..tesirlidir

SaD_AngeL

  • 21 dekabr 2012 19:36
  • Məqalə: 0
  • Şərh: 1033
  • Bal:
{awards}
Cox maraqli idi.......ellerinize sagliq....secvimli meqalelerime atdimm..... winked

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

solnuska

  • 21 dekabr 2012 19:30
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
MARAQLI IDI TWK.........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

★Azerbaijan girl★

  • 21 dekabr 2012 18:35
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
qaraqan.......suppperrr tewekkurler

Gözlüklü

  • 21 dekabr 2012 17:52
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Oxumusdum bunu maraqlidi tewekkurler

Samir98

  • 21 dekabr 2012 17:12
  • Məqalə: 35
  • Şərh: 953
  • Bal:
{awards}
Maraqlıdır....Təşəkkürlər.

lie to the world

  • 21 dekabr 2012 16:53
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
cox sagolun bawdan axiracan cox maraqla oxudum ve beyendim...duzu cox yazigim geldi bu qiza...tewekkurler

--------------------

barsa yek

  • 21 dekabr 2012 15:57
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
tewekkurler

--------------------

ღ★ Firuzə ★ღ

  • 21 dekabr 2012 15:55
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
cox sagolun maraqli idi bunu oxumuwdum ama axira kimi yox Qaraqanindi bu....tewekkurler bully

--------------------

★WirinKa★

  • 21 dekabr 2012 15:48
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
tewekkurler

--------------------

dumann

  • 21 dekabr 2012 15:46
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
MUELLIFI QARAQANDI... ELADI

Banned1

  • 21 dekabr 2012 14:54
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
super))))))

SmiLe_LiFe

  • 21 dekabr 2012 14:53
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

R.M Fanatı...

  • 21 dekabr 2012 14:39
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
maraqlidir......

--------------------

ღ★Diamond★ღ

  • 21 dekabr 2012 14:37
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
qızım, gözəllik müsabiqəsi hara, sən hara?”, wink

seher kuleyi

  • 21 dekabr 2012 13:52
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
tesirli hekayedi

GuNaY_83

  • 21 dekabr 2012 13:30
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Cox sag oL..

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 21 dekabr 2012 13:28
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
tewekkurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

pussycatdolls

  • 21 dekabr 2012 13:28
  • Məqalə: 0
  • Şərh: 386
  • Bal:
{awards}
ELA.................................................

--------------------
Seni cinayet mecellesinin sevgi maddesine uygun olaraq,icazesiz qelbime hakim oldugun ucun omurluk ureyime hebs edirem.Efv fermanin yoxdu cunki "SENI SEVIREM"
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}