Allah kimləri sevir, kimləri sevmir?

 
Allah kimləri sevir, kimləri sevmir?

Qurani-Kərimin bəzi ayələrində “Allah bunları sevir, bunları sevmir” şəklində Rəbbimizin razı olduğu və ya sevmədiyi xüsusiyyətlər açıq-aşkar bəyan olunmuşdur. Burada bir mühüm xüsusu vurğulamaq lazımdır: Rəbbimizi tanıyıb bilmək, Ona yaxınlaşmaq, Onu sevmək və Onun tərəfindən sevilmək, bir sözlə, Allahın razılığını qazanmaq bizim yaradılış qayəmizdir. Elə isə belə bir yazının dar çərçivəsində verilənlərlə kifayətlənməyib başda Qurani-Kərim və hədisi-şəriflər olmaqla İslamın əsas qaynaqlarına və İslam alimlərinin sanballı əsərlərinə mütəmadi olaraq müraciət etməli və bizi Allaha, ilahi rizaya aparan vəsilə və vasitələri araşdırmalıyıq. Bununla yanaşı, aşağıda məalını verdiyimiz ayələr, inşallah, Rəbbimizin istədiyi kimi bir qul olma və Onun razılığını qazanma yolunda bizim üçün bir addım, bir pillə olacaqdır.

Allah kimləri sevir?
“(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü­ təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir”. (“Bəqərə” surəsi, 195)


“Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!” (“Bəqərə” surəsi, 222)

“(…) kim əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah onları sevər”. (“Ali-İmran” surəsi, 76)

“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların qüsurlarından keçərlər. Allah belə yaxşılıq edənləri sevər”. (“Ali-İmran” surəsi, 134)

“Neçə-neçə peyğəmbərlər gəlib-getmiş və rabbanilərlə (Arifi-bil­lah olan, elminə əməl edən alim, Allaha inanan) birlikdə (düş­mənlə) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri mü­sibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (düşmənə) bo­yun əymişlər. Allah belə səbir edənləri sevər!” (“Ali-İmran” surəsi, 146)

“Onlar bu vəziyyətdə ancaq belə dedilər: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Bizi sabitqədəm elə (düşmənlə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!” Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini (Cən­nəti) verdi. Allah yaxşı iş görənləri sevər!” (“Ali-İmran” surəsi, 147-148)

“Allahın mərhəməti səbəbi ilə sən onlarla (döyüşdən qaçıb­ son­ra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba,­ sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb ge­dər­dilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlan­ma dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!” (“Ali-İmran” surəsi, 159)

“Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah adil olanları sevər!” (“Maidə” surəsi, 42)


“Ey iman gətirənlər! Sizdən kim dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” (“Maidə” surəsi, 54)

“(Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!” (“Tövbə” surəsi, 108)

“Əgər iki mömin dəstəsi bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər siz də vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və ədalətlə hərəkət edin. Şübhəsiz ki, Allah adil olanları sevər!” (“Hucurat” surəsi, 9)

“Allah dininizə görə sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə, insafla rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (“Mumtəhinə” surəsi, 8)

Allah kimləri sevmir?

“(…) Həqiqətən, Allah özünü bəyənənləri, fəxarət (lovğalıq) edənləri sevməz!” (“Nisa” surəsi, 36)

“(Ya Rəsulum!) Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) şəkildə insanlar arasında hökm edəsən. (Günahsızla günahkarı tam ayırd et və günahsızın əleyhinə) xainləri müdafiə edən olma! Allahdan bağışlanma dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir! Özlərinə) xəyanət edən kəsləri müdafiə etmə! Şübhəsiz ki, Allah xəyanət və günah etməkdə həddi aşanları sevməz!” (“Nisa” surəsi, 105-107)

“Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər istisnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!” (“Nisa” surəsi, 148)

“Elə insanları var ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qəddarıdır. (O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki Allah fitnə-fəsadı sevməz!” (“Bəqərə” surəsi, 204-205)

“Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbir­lə­rindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxar­lar. Çünki onlar: “Alış-veriş də sələm kimi bir şeydir!” – de­yir­di­lər. Halbuki Allah alış-verişi halal, sələmi (faizi) isə haram (qadağan) etmişdir. İndi kim Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar), onun hökmü Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah küfrdə, günah işləməkdə həddi aşanı sevməz!” (“Bəqərə” surəsi, 275-276)

“Ya Rəsulum, de ki: “Allaha və Peyğəmbərə itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!” (“Ali-İmran” surəsi, 32)


“Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər! Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər. Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artırar. Biz onların arasına qiyamət gününə qədər davam edəcək düşmənçilik və kin saldıq. Onlar müharibə odunu alovlandırdıqca Allah onu söndürər. Onlar yer üzündə sırf fitnə-fəsad törətmək üçün çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!” (“Maidə” surəsi, 64)

“Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!” (“Maidə” surəsi, 87)

“Ey Adəm oğulları! Hər namaz vaxtı məscidə gedərkən gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (“Əraf” surəsi, 31)

“Rəbbinizə için-için, yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!” (“Əraf” surəsi, 55)

“Həqiqətən, Qarun Musa qövmündən idi. Onlara (İsrail­ oğullarına zülm etməkdə, Musanın üzünə ağ olmaqda və təkəbbürlü davranmaqda) həddini aşmışdı. Biz ona o qədər xəzinələr vermişdik ki, açarlarını bir dəstə güclü-qüvvətli adam zorla daşıya bilərdi. Qövmü ona belə dedi: “(Malınla qürrələnib) fərəhlənmə. Şübhəsiz ki, Allah (sərvəti ilə) qürrə­lənənləri sevməz!” (“Qasas “surəsi 76)

“Allahın sənə verdiyindən axirət yurdunu qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma (ehtiyacın qədər saxla). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!” (“Qasas” surəsi, 77)

“Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), müxtəlif dadlı xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!” (“Ənam” surəsi, 141)

“Sizin ilahınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın qüdrət və əzəmətini, vəhdaniyyətini) inkar edər. Onlar (haqqa boyun qoymağı, Allaha iman gətirməyi) özlərinə sığışdırmazlar. Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!” (“Nəhl” surəsi 22-23)

“Şübhəsiz ki, Allah iman gətirənləri hifz edər. Allah, həqi­qətən, heç bir xaini, nankoru sevməz!” (“Həcc” surəsi, 38)

“İnkar edənin küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə) rahat mənzillər hazırlamış olarlar ki, (Allah) iman gətirib saleh əməl edənlərə Öz lütfündən (Öz kərəmindən) mükafat versin. Şübhəsiz ki, (Allah) kafirləri sevməz!” (“Rum” surəsi, 44-45)

“(Hz. Loğmanın övladına öyüdü): Oğlum! Namazı­ la­yi­qincə qıl, (insanları) yaxşı işlər görməyə təşviq et, pis işlərdən çəkindir. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir! Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (“Loğman” surəsi, 17-19)

“Və o kəslər üçün ki, onlar zülmə (təcavüzə) məruz qaldıqda (həddi aşmadan) intiqam alarlar (zalımdan zülmü­ mü­qa­bi­lində əvəz çıxar, caniyə də etdiyi cinayətin cəzası nədirsə, onu verərlər). Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!” (“Şura” surəsi, 39-40)

“Mallarını xalqa göstərmək (şöhrət qazanmaq) üçün xərc­lə­yənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sev­məz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!” (“Nisa” surəsi, 38)


Rəbbimiz, bizləri xoşnud olduğu bütün gözəl vəsflərə sahib olan və sevmədiyi cəhətlərdən də fərsəx-fərsəx uzaq duran qullarından eyləsin.


Geri dön

GuNaY_83

  • 15 yanvar 2013 13:15
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların qüsurlarından keçərlər. Allah belə yaxşılıq edənləri sevər”. (“Ali-İmran” surəsi, 134)

--------------------

leyluwka_20

  • 4 yanvar 2013 15:26
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
“Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!” (“Bəqərə” surəsi, 222)

--------------------

ZuZuM__

  • 31 dekabr 2012 01:03
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
“Rəbbinizə için-için, yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!” (“Əraf” surəsi, 55)

--------------------

Nara Neznakomka

  • 24 dekabr 2012 00:12
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
“(Ya Rəsulum!) Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) şəkildə insanlar arasında hökm edəsən. (Günahsızla günahkarı tam ayırd et və günahsızın əleyhinə) xainləri müdafiə edən olma! Allahdan bağışlanma dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir! Özlərinə) xəyanət edən kəsləri müdafiə etmə! Şübhəsiz ki, Allah xəyanət və günah etməkdə həddi aşanları sevməz!” (“Nisa” surəsi, 105-107)

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

ZuZuM__

  • 23 dekabr 2012 16:24
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
“Rəbbinizə için-için, yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!” (“Əraf” surəsi, 55)

--------------------

ShoKKi_MoKKi

  • 23 dekabr 2012 00:36
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
“Rəbbinizə için-için, yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!” (“Əraf” surəsi, 55)

ALLAH Sizden RAZI OLSUN...

--------------------

unfaithful

  • 22 dekabr 2012 22:02
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
“(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü­ təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir”. (“Bəqərə” surəsi, 195)
Allah razı olsun........

--------------------

solnuska

  • 22 dekabr 2012 21:28
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
“Rəbbinizə için-için, yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!” (“Əraf” surəsi, 55)

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

★Azerbaijan girl★

  • 22 dekabr 2012 21:11
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah butun bendelerini sevir...

fatime gul

  • 22 dekabr 2012 20:35
  • Məqalə: 0
  • Şərh: 1099
  • Bal:
{awards}
Allah baqisliyan ve mehribandi

SaD_AngeL

  • 22 dekabr 2012 20:27
  • Məqalə: 0
  • Şərh: 1033
  • Bal:
{awards}
ALLAH razi olsun.........

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

Angry Boy

  • 22 dekabr 2012 20:24
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
allah razi olsun her kesin yardimcisi olsun

DILEKLER

  • 22 dekabr 2012 19:57
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

fatimeyinur

  • 22 dekabr 2012 19:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
“Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!” (“Bəqərə” surəsi, 222)

“(…) kim əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah onları sevər”. (“Ali-İmran” surəsi, 76)

cox sag olun...

::KraSaV4iK::

  • 22 dekabr 2012 19:34
  • Məqalə: 49
  • Şərh: 2233
  • Bal:
{awards}
Allah kimləri sevir?
“(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü­ təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir”. (“Bəqərə” surəsi, 195
)

--------------------

seher kuleyi

  • 22 dekabr 2012 19:33
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
ALLAH razi olsun

so_sad

  • 22 dekabr 2012 19:07
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH razi olsun

ღ★ Firuzə ★ღ

  • 22 dekabr 2012 18:58
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razi olsun....

--------------------

DILEKLER

  • 22 dekabr 2012 18:44
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
“Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər istisnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!” (“Nisa” surəsi, 148)

mariana

  • 22 dekabr 2012 18:39
  • Məqalə: 9
  • Şərh: 834
  • Bal:
{awards}
duzdur ? duzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

solnuska

  • 22 dekabr 2012 18:23
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
“Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər istisnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!” (“Nisa” surəsi, 148)

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ღ★Diamond★ღ

  • 22 dekabr 2012 18:08
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!” (“Bəqərə” surəsi, 222)

TAYNA VOSTOKA

  • 22 dekabr 2012 17:53
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
“Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!”

--------------------

Prank girl

  • 22 dekabr 2012 17:51
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah her bir bendesini sevir

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

✰GoLd GirL✰

  • 22 dekabr 2012 17:40
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun

GULCIN_ROSE

  • 22 dekabr 2012 17:32
  • Məqalə: 2
  • Şərh: 1051
  • Bal:
{awards}
“(…) kim əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah onları sevər”. (“Ali-İmran” surəsi, 76)

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

GuNaY_83

  • 22 dekabr 2012 17:32
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH Razi OlsuN..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 48
Cəmi: 120

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}