Lazımsız kəşf

 
Lazımsız kəşf

Gənc ana təzə danışmağa başlayan oğlunun ağlına gələn şeyləri deməyindən hər zaman narahatçılıq duyur. Çünki uşağın evə gələn qonağa və ya qonaq olduqları evdə insanlara nələr deməsi bəlli deyildi. Hələ ki, uşaq dəcəldirsə,bu lap dəhşətli. Bir gün bu gənc ananın evinə yekə burun qonşuları qonaq gəlir.

Qadın dərhal narahatçılıq keçirməyə başlayır.Ya birdən uşaq qonşunun burnu haqqda nə isə desə....Amaaan,bu qonşunun yanında böyük eyib olar. Qonşu əsəbləşər və bir daha onlara gəlməz.Bu səbəbdən gənc qadın uşaq ağzını açıb söz demək istəyəndə onu danlamağa başlayır ”sakit ol get otağına”. Bu hal bir neçə dəfə təkrar olunur.Qonşu qadın isə dinməz-söyləməz olanları seyr edir.

Gənc ananın heç bir səbəb olmadan oğluna qarşı belə davranması qonşuda təəccüb doğurur. Ana isə uşağını hər görəndə coşduqca coşur,rəngi-ruhu qaçır,tərləyir. Uşağın hər hərəkətinə reaksiya verir. Gənc ananın fikrindəki tək kəlimə oğlunun anidən qonşunun yekə burnu haqqında nə isə deməsidir. Beləcə,qonşu ilə olan söhbət sadəcə salam,necəsəndən ibarət olur.


Nəhayət ana qonşudan 5-10 dəqiqəlik icazə istəyib,uşağını yatızdırmaq qərarına gəlir.10 dəqiqə davam edən fasilədən sonra ana uşağın yatmasına nail olur. Gənc qadın artıq rahatlaşmışdır. Nəhayət ki,qonşu qadınla şirin söhbət edəcəkdi.Həm də rüsvay olmayacaqdı. Amma ilk öncə gənc qadın qonaq otağına keçərək,qonşusundan nə içmək istədiyini soruşmaq qərarına gəlir.Çaymı,kofemi?


Lakin qonşunun burnu haqqda düşüncəsinin təsirində qaldığından qonaq otağına gedərək “içməyə nə istərdiniz?” yerinə,”Burnunuza nə istərdiniz?” sualını verir. Beləliklə,qorxduğu başına gəlir. Bəlkə də uşaq qonşunun burnuna söz atmayacaqdı.Ya bu haqqda demiş olsaydı da,qonşu “uşaqdır,anlamır”deyib keçə bilərdi.

Ya indiki durum,düşündüyündən daha gülünc alınmamışdımı? Bu,gənc qadına boşuna dərd axtarmağının cəzası idi. Yaşadığımız müddətdə yetərincə dərd qarşımıza çıxacaqsa,daha çoxunu özümüzün axtarmağımıza nə lüzum var ki? Hadisələr qaşısında insanların davranışı da belədir.Dərd olmayan məqamları özünüzə dərd edirsiniz. Və fikirdən daxilən çıxılmaz problemlərlə qarşı-qarşıya qalırsınız.

Bir ömür boyunca nailiyyətlər qazanmaq istəyirsinizsə,hər şeydən əvvəl dərd ixtira etmək xəstəliyindən qurtulmağa çalışmalısınız.Dərd-lazımsız kəşfdir,bunu unutmayın. Zənnimcə,dərd mənəvi ölümdür.Onu düşündükcə suallarınız bitib-tükənməz,narahatçılığınız isə əbədi olar.Odur ki,özünüzü gözəl düşüncələrə kökləyin.Daxili dünyanıza rəng qatmağa çalışın.

Həyatda gözəlliklərlə yanaşı bəzən özümüz bizi üzəcək çirkin düşüncələrin boynuna sarılırıq. Anlamalıyıq ki,əslində həyatdakı hər şey,hətta düşüncələrimiz də ya bilavasitə gözəldir, ya da nəticə etibarı ilə gözəldir. Ona görə də hər zaman gözəl görün. Gözəl görən,gözəl düşünər və gözəl düşünən həyatından ləzzət alar.


Geri dön

_RONALDO_

  • 8 mart 2011 23:37
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
Tşk maraqlıdı

--------------------

nilayka

  • 13 fevral 2011 13:13
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
Sitat: фея
cox saqol


--------------------

Ulya

  • 20 dekabr 2010 17:35
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
maraqlidi winked

фея

  • 18 dekabr 2010 17:00
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
”Burnunuza nə istərdiniz?”
winked cox saqol

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Morning_Star

  • 18 dekabr 2010 11:01
  • Məqalə: 47
  • Şərh: 813
  • Bal:
{awards}
Təşəkkürlər

YazYamuru

  • 18 dekabr 2010 01:13
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
belay HEYATIMIZ KIMi OOOOOOF OFFFFFFFF

--------------------



Sergio Ramos

  • 17 dekabr 2010 23:06
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
kəşflərin çoxu elə lazımsız olur

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 58

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}