Şeytandan qorunmağın yolu Allaha sığınmaqdır

 
Şeytandan qorunmağın yolu Allaha sığınmaqdır

Bunlar düşmənlərimizdir. Düşməndən qurtarmağın yolu dosta sığınmaqdır. Gerçək dost Allahdır. Ona görə də hər işi başlayanda etibar, bərəkət, davamlılıq üçün Allahın adını çağırır və şeytanı oradan qovuruq: Əuzi-Billahi-Minəş-Şeytanirr-Racim (Şeytanın şərindən Allaha sığınıram) demək alınmaz bir qalaya girib, müdafiə olunmaq kimidir. Şeytan düşməndir, amma hər insana gücü yetəcək qədər də güclü deyil. Allah-Təalanın insana verdiyi haqlardan biri də sığınma haqqıdır. Dini terminologiyada buna “istiazə” deyilir. Bütün bəlalardan qorunmağın yolu Allaha sığınmaqdır.

Su içən zürafə kimi

Dünyanın ən hündür heyvanı olan zürafə normal vəziyyətdə heç bir yırtıcıdan qorxmur. Çünki nə aslan, nə pələng, nə də bir başqası onun bu uzun boyu qarşısında bir şey ələ keçirə bilmir. Amma bu zürafələrin də çox zəif məqamları var ki, o anda gələn hər hansı bir hücumla çox asanca məğlub olurlar. Zürafənin qabaq ayaqları çox uzundur. Ona görə də bu heyvan su içmək üçün qabaq ayaqlarını xeyli aralı qoyur ki, ağzı suya çatsın. Amma bu məqam zürafənin ən zəif anıdır. Yüngülcə itələyən kimi aşıb yıxılır və ayağa qalxana qədər düşmənin yeminə çevrilir.

Bu misalı ona görə gətirdik ki, həmişə Haqqın yolunda olan, könlünü Allaha bağlamış möminlər şeytan üçün alınmaz qaladır. Şeytan zəif ruhlu, məğlubiyyətə meyilli insanları aldadıb ovuna çevirir. Həqiqi müsəlman sağlam duruşu olan insan deməkdir, sağlamlıqsa insanın Allahla əlaqəsi sayəsində əldə edilir. Qurani-Kərimdə də bildirilir ki, doğru yolda (sırati-müstəqim) olanlara şeytan zərər verə bilməz. Amma içimizdə daha bir düşmənimiz var ki, biz onu iradəmiz altına almadıqca hər an o, bizi əl-qolu bağlı girov kimi şeytanın qarşısına ata bilər. Nəfsdən danışırıq.

Nəfs nədir?

Nəfs haqqında alimlər müxtəlif mülahizələr irəli sürürlər. Hər halda ortaq məxrəc olaraq, belə demək mümkündür ki, nəfs yaradılışdan insan bədəninin bütün istəklərinin məcmusudur, o istəklərə nəzarət edən bir gücdür. Bir mənada nəfs elə insanın özüdür, onun əxlaq, tərbiyə kriteriyalarıdır. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) açıq buyurmuşdur ki, sizin ən böyük düşməniniz nəfsdir və Özü də Peyğəmbər olsa belə, hər gün azı yetmiş dəfə “Allahım, göz yumub-açıncaya qədər də olsa məni nəfsimlə baş-başa buraxma” deyə dua edərmiş. İnsan nəfsinin haqlı istəkləri var və onları təmin etmək bizim borcumuzdur. Ümumiyyətlə, bəzilərinin dediyi kimi, “nəfsi öldürmək” kimi bir anlayış doğru deyil. Sadəcə, nəfsi imanın və iradənin gücü ilə tərbiyə etmək, daim nəzarət altında saxlamaq mümkündür. “Allahdan qorxmaq” anlayışının əsas ağırlıq nöqtəsi də elə bu məqama düşür. Belə ki, insan heç vaxt özünə arxayın olmamalı, hər an nəfsini sorğu-suala çəkməli və onun haqsız istəklərini rədd etməlidir. Nəfsin istəklərindən imtina etmək (əlbəttə, haqsız istəklərdən söhbət gedir) insanı mənən ucaldır və bu da bildirilmişdir ki, nəfsimiz axirətdə bizim yaxşı və ya pis adam olmağımıza şahid duracaq. Kim nəfsinə “çor” demədən onun istəklərini birbəbir yerinə yetiribsə, axirətdə nəfsi onun əleyhinə şəhadət verəcək.

Quranın bildirdikləri

İlk insanın, Həzrəti Adəmin yaradılmasına qədər şeytan Allahın qulluğunda olan məxluqlardan olub. Bütün şeytanlar cindir, amma bütün cinlər şeytan deyil. Cinlər arasında da müsəlmanlar, möminlər, Allaha ibadət edənləri var.

Quranda bildirilir ki, Allah-Təala Adəmi yaradanda bütün mələklərə və cinlərə əmr etdi ki, ona səcdə etsinlər. Əslində bu səcdə ibadət səcdəsi deyildi, təzim, ehtiram səcdəsi idi. Hər işin hikmətini Allah bilir, amma hər halda bizə belə gəlir ki, Allah-Təala bu əmri ilə mələkləri və cinləri imtahana çəkirdi. Hamısı baş əydi, iblisdən başqa.
Allahın əmrinə üsyan etdiyi üçün iblis lənətləndi, cənnətdən qovuldu, amma qiyamət gününə qədər Adəmin soyundan gələnlərlə savaşmaq, daha doğrusu, onları doğru yoldan azdırmaq üçün möhlət istədi. Allah-Təala o möhləti verdi, amma onu da açıq-aydın bildirdi ki, şeytan Haqq yolda olan Adəm övladına heç bir zərər yetirə bilməz. Qurani-Kərimdə şeytan haqqında deyilir:

O, sizin açıq-aydın düşməninizdir”. Bəli, şeytan insanla imtahana çəkildi, o imtahanı uduzdu, lənətləndi və əbədi cəhənnəmi haqq elədi. İndi isə insan şeytanla imtahana çəkilir. Yəni insan hər gün şeytanla güləşmək üçün xalçaya çıxan pəhləvan kimidir, kimi udur, kimi uduzur.

Bəziləri yanlış olaraq, Allah-Təala ilə şeytanı qarşı-qarşıya qoymaq istəyirlər. Allah-Təalanın nə şəriyi, nə ortağı, nə bənzəri, nə də qarşılığı ola biləcək bir ad, bir ünvan, bir varlıq mövcud deyil. Şeytanın hədəfi də, düşməni də, qalib gəldiyi, məğlub olduğu rəqibi də insandır. İnsan da məxluqdur, şeytan da və dünya həyatı adlanan bu ömürdə biz ağlımız kəsəndən son nəfəsimizə qədər şeytanla savaşmalıyıq.

İnsanın iki zəif anı

İki cür insan şeytanın toruna asanlıqla düşür: Allahın mərhəmətindən ümidini kəsmiş və cənnətin açarını cibində bilən, yəni ümidsizlər və artıq arxayınlaşmışlar. Şeytan belələrini asanlıqla ovlayır. Əgər bir insan ümidini kəsirsə, demək, Allah-Təalanın Qurani-Kərimdə bildirdiyi “Həblül-Mətin”dən, yəni o qopmaz, qırılmaz ipdən, doğru yoldan, insanı Allahın mərhəmətinə qovuşduracaq həyatdan uzaq düşür. Beləsi sürüdən azıb qalmış və qurd-quşa yem olan qoyuna bənzəyir.

Artıq arxayınlaşmış və hər gün nəfsini hesaba çəkməyən insan da şeytanın asan ovudur. Mənəm-mənəmlik xəstəliyi, özünü bəyənmişlik, xudbinlik elə bir xəstəlikdir ki, insanı asanlıqla şeytanın ovuna çevirə bilər. Ona görə də dünya görmüş, haqqı batildən ayıra bilən insanlar tərif eşidən kimi “Əstəğfirüllah” deyirlər. Çünki nəfs nəzarətdən çıxarsa, insanı bir andaca yerlə bir edə bilər. Ümumiyyətlə, bir fikri vurğulamaq istəyirik ki, “yaxşı olmaq” yoxdur, “yaxşı olmağa çalışmaq” var, hər gün yenidən doğulmuş kimi qalxmaq, hər gün yaxşı olmağa çalışmaq, hər axşam ölürmüş kimi yatağa girmək.

20 il və bir an

Şeytan xidmətçi sifəti ilə böyük bir övliyanın qapısına gəlir və 20 il ona xidmət göstərir. Bir dəfə necə olursa, şeytan həmin övliyanı hansısa günah işə təşviq etmək istəyir. Övliya acıqlı bir şəkildə “rədd ol burdan, məlun şeytan!” deyir. Şeytan artıq maskasının deşildiyini anlayır və açıq söhbətə gedir:

- Mənim şeytan olduğumu nə zaman öyrəndin?

- İlk gəldiyin gündən mən səni tanımışam.

Şeytan üslubunu dəyişdirir:

- And içə bilərəm ki, bu zamana qədər gördüyüm, tanıdığım, qapısında xidmət etdiyim insanların heç biri sənin qədər imanlı, Allaha bağlı olmayıb. Bu 20 ildə mən nə qədər əlləşdimsə, səni haqq yoldan bir addım da azdıra bilmədim.

Övliya daha da sərtləşir:

- Ey məlun! İyirmi ildə edə bilmədiyini indi bir andamı eləmək istəyirsən? Nə düşünürsən, elə bilirsən ki, sənin bu riyakar üslubuna, tərifli sözlərinə, zəhərli dilinəmi aldanacam? Dəf ol qapımdan, gözüm səni görməsin.

Dosta sığının

Peyğəmbərimiz buyurur: “Siz şeytanın şərindən Allaha sığınıram” dediyiniz anda şeytan zopa yemiş sıpa kimi soncuqlaya-soncuqlaya yanınızdan qaçır”.

İnsan hər an sərhəddə dayanmış keşikçi kimi gözünü qırpmadan nəfsindən və şeytandan gələn hücumlara qarşı ayıq olmalıdır. Dua iki cür olur: dillə və əməllə. İnsan dilində də, əməlində də Allaha sığınmalı, düşmənlərindən qorunmalıdır. Allah-Təala buyurur ki, şeytanın gücü sizin yolunuzun üstündə qurulmuş hörümçək toru kimidir. Şeytanın silahı insanı vəsvəsəyə, qorxuya salmaqdır. Haqq yoldan azmışla, haramı, halalı seçməyənlə, səhərdən axşamadək günah içində olanla şeytanın işi olmaz. Çünki şeytanın onlardan qoparacağı bir şey yoxdur, onlar onsuz da şeytanın əlində-ovcunda, cibindədirlər. Ən güclü şeytanlar ən imanlı insanlarla əlləşər, onlardan bir şey qoparmağa çalışar.

Düşməni tanıyaq

İnsan bir düşməndən qorunmaq üçün, əvvəlcə, onu tanımalıdır. Şeytanı tanımaq ona qarşı dayana bilməyin əsas şərtlərindəndir. Şeytan haqqında şişirdilmiş, uydurma söhbətlərə aldanmayın. Şeytan düşməndir, amma öhdəsindən gəlinməyəcək bir güc sahibi də deyil. Sadəcə, bu düşməndən qorunmaq üçün biz könlümüzü dünyanın ötəri, aldadıcı, yıpradıcı duyğularından, zövqlərindən qoparıb əbədiyə bağlanmalıyıq. Əgər Allaha layiqli dost ola bilsək, aldığımız hər nəfəsdə, atdığımız hər addımda Allahı düşünsək, şeytan bizə zərrə qədər də zərər verə bilməz, hələ desən, bizim daha həssas, daha dürüst olmağımıza səbəb olar. Yəni güclü müsəlman düşməndən də xeyir çıxara bilir.


Geri dön

leyluwka_20

  • 4 yanvar 2013 01:00
  • Məqalə: 12
  • Şərh: 5782
  • Bal:
Nəfs haqqında alimlər müxtəlif mülahizələr irəli sürürlər. Hər halda ortaq məxrəc olaraq, belə demək mümkündür ki, nəfs yaradılışdan insan bədəninin bütün istəklərinin məcmusudur, o istəklərə nəzarət edən bir gücdür. Bir mənada nəfs elə insanın özüdür, onun əxlaq, tərbiyə kriteriyalarıdır. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) açıq buyurmuşdur ki, sizin ən böyük düşməniniz nəfsdir və Özü də Peyğəmbər olsa belə, hər gün azı yetmiş dəfə “Allahım, göz yumub-açıncaya qədər də olsa məni nəfsimlə baş-başa buraxma” deyə dua edərmiş. İnsan nəfsinin haqlı istəkləri var və onları təmin etmək bizim borcumuzdur. Ümumiyyətlə, bəzilərinin dediyi kimi, “nəfsi öldürmək” kimi bir anlayış doğru deyil. Sadəcə, nəfsi imanın və iradənin gücü ilə tərbiyə etmək, daim nəzarət altında saxlamaq mümkündür. “Allahdan qorxmaq” anlayışının əsas ağırlıq nöqtəsi də elə bu məqama düşür. Belə ki, insan heç vaxt özünə arxayın olmamalı, hər an nəfsini sorğu-suala çəkməli və onun haqsız istəklərini rədd etməlidir. Nəfsin istəklərindən imtina etmək (əlbəttə, haqsız istəklərdən söhbət gedir) insanı mənən ucaldır və bu da bildirilmişdir ki, nəfsimiz axirətdə bizim yaxşı və ya pis adam olmağımıza şahid duracaq. Kim nəfsinə “çor” demədən onun istəklərini birbəbir yerinə yetiribsə, axirətdə nəfsi onun əleyhinə şəhadət verəcək.

--------------------

ZuZuM__

  • 31 dekabr 2012 00:13
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Arzu_zadeh

  • 28 dekabr 2012 12:29
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
BEYENDIYINIZE SEVINDIM

--------------------

solnuska

  • 23 dekabr 2012 21:59
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
Düşməndən qurtarmağın yolu dosta sığınmaqdır.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

unfaithful

  • 23 dekabr 2012 18:01
  • Məqalə: 31
  • Şərh: 3486
  • Bal:
{awards}
ALLAH razı olsun...............

--------------------

fatimeyinur

  • 23 dekabr 2012 14:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun...

ZuZuM__

  • 23 dekabr 2012 13:31
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

seher kuleyi

  • 23 dekabr 2012 13:06
  • Məqalə: 0
  • Şərh: 251
  • Bal:
{awards}
ALLAH razi olsun

GuNaY_83

  • 23 dekabr 2012 12:56
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
ALLAH razi olsun...

--------------------

so_sad

  • 23 dekabr 2012 12:09
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
Allah razi olsun

★Azerbaijan girl★

  • 23 dekabr 2012 12:04
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Allah razi olsun tewekkurler/..............

Gun--ka

  • 23 dekabr 2012 11:59
  • Məqalə: 3
  • Şərh: 3016
  • Bal:
{awards}
İnsan bir düşməndən qorunmaq üçün, əvvəlcə, onu tanımalıdır. Şeytanı tanımaq ona qarşı dayana bilməyin əsas şərtlərindəndir. Şeytan haqqında şişirdilmiş, uydurma söhbətlərə aldanmayın. Şeytan düşməndir, amma öhdəsindən gəlinməyəcək bir güc sahibi də deyil. Sadəcə, bu düşməndən qorunmaq üçün biz könlümüzü dünyanın ötəri, aldadıcı, yıpradıcı duyğularından, zövqlərindən qoparıb əbədiyə bağlanmalıyıq. Əgər Allaha layiqli dost ola bilsək, aldığımız hər nəfəsdə, atdığımız hər addımda Allahı düşünsək, şeytan bizə zərrə qədər də zərər verə bilməz, hələ desən, bizim daha həssas, daha dürüst olmağımıza səbəb olar. Yəni güclü müsəlman düşməndən də xeyir çıxara bilir.

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

ღ★Diamond★ღ

  • 23 dekabr 2012 11:37
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Şeytan zəif ruhlu, məğlubiyyətə meyilli insanları aldadıb ovuna çevirir.

Dj aka

  • 23 dekabr 2012 10:55
  • Məqalə: 37
  • Şərh: 1016
  • Bal:
{awards}
Nəfs nədir?

Nəfs haqqında alimlər müxtəlif mülahizələr irəli sürürlər. Hər halda ortaq məxrəc olaraq, belə demək mümkündür ki, nəfs yaradılışdan insan bədəninin bütün istəklərinin məcmusudur, o istəklərə nəzarət edən bir gücdür. Bir mənada nəfs elə insanın özüdür, onun əxlaq, tərbiyə kriteriyalarıdır. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) açıq buyurmuşdur ki, sizin ən böyük düşməniniz nəfsdir və Özü də Peyğəmbər olsa belə, hər gün azı yetmiş dəfə “Allahım, göz yumub-açıncaya qədər də olsa məni nəfsimlə baş-başa buraxma” deyə dua edərmiş. İnsan nəfsinin haqlı istəkləri var və onları təmin etmək bizim borcumuzdur. Ümumiyyətlə, bəzilərinin dediyi kimi, “nəfsi öldürmək” kimi bir anlayış doğru deyil. Sadəcə, nəfsi imanın və iradənin gücü ilə tərbiyə etmək, daim nəzarət altında saxlamaq mümkündür. “Allahdan qorxmaq” anlayışının əsas ağırlıq nöqtəsi də elə bu məqama düşür. Belə ki, insan heç vaxt özünə arxayın olmamalı, hər an nəfsini sorğu-suala çəkməli və onun haqsız istəklərini rədd etməlidir. Nəfsin istəklərindən imtina etmək (əlbəttə, haqsız istəklərdən söhbət gedir) insanı mənən ucaldır və bu da bildirilmişdir ki, nəfsimiz axirətdə bizim yaxşı və ya pis adam olmağımıza şahid duracaq. Kim nəfsinə “çor” demədən onun istəklərini birbəbir yerinə yetiribsə, axirətdə nəfsi onun əleyhinə şəhadət verəcək.

--------------------
Qeyretsiz insan ipsiz iyneye benzer. Ne qeder cehd etsede tikis alinmaz!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 34
Cəmi: 58

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 48
Cəmi: 128
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 786
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 28
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}