"Toy olsun"a gedən xanımların məqsədi nədir ?

 
"Toy olsun"a gedən xanımların məqsədi nədir ?

Axır illər ailə həyatı qurmaq sarıdan problemlə üzləşən qızlardan bəziləri müəyyən internet saytları, evləndirmə qurumları vasitəsilə ərə gedib. Lakin çox vaxt bu evlilik qızlarımızı bədbəxt edib. Onların çoxu pullu, varlı, ev-eşikli ər axtarışında olduğu üçün edilən şirnikləndirici təkliflərə uyaraq özlərini oda atır. Bunun da mənfi nəticələri məlumdur. Bu faktlar qızları müvəqqəti olaraq təsadüfi evlilikdən saxlasa da, son vaxtlar onlar arasında bu işə meyl artıb.


Onlar bu istəklərini ANS-in "Toy olsun" və ATV-nin "Onun yarısı" layihələrində reallaşdırmaq istəyir. Bunu artıq edənlər də var. 1) Verilişə qatılarkən "halal süd əmmiş", dürüst adamla ailə həyatı qurmaq bəyanatı verən qızların çoxunun proqramın gedişi zamanı saxtakarlıq etdiyi üzə çıxır. Belə ki, qızlara rayon, kənd yerlərindən talib çıxırsa, onlar həmin namizədlərə "hə" demir, onlara birbaşa rədd cavabı verir. Deyirlər ki, biz rayon yerinə ərə getmirik. Hətta rayon və kəndlərdən verilişlərə qatılan qızlar belə əyalətlərə gəlin köçmək istəmir. 2) Hamısı "məni almaq istəyən oğlanın Bakıda evi, işi, şəraiti" olmalıdır" deyir. Bu yaxınlarda evlilik proqramlarında bir neçə belə hadisə baş verdi. Ailə həyatı qurmaq niyyətilə verilişə gələn qızlardan biri ona talib olmaq istəyən oğlanı Azərbaycanın rayonlarından birindən olduğu üçün rədd elədi. Onun ardınca Rusiyada yaşayan bir soydaşımız həmin xanıma talib olmaq istədiyini telefon vasitəsilə çatdırdı. Qız "bu oğlana getməyə dəyər" deyib onu proqrama dəvət elədi. Bildirdi ki, rayonda can çürütməkdənsə, Rusiyada firavanlıq içində yaşamağı üstün tutur. Heç qız oğlanın orada evli olub-olmadığı ilə də maraqlanmadı.



Psixoloq Nərgiz ALLAHverdiyeva deyir ki, bəzi qızlar öz gözəlliyinə arxayın olaraq oğlanları təhqir edir. Psixoloqun bildirdiyinə görə, evlilik proqramlarında evlənmək istəyən qızlar əsasən həyatda insanlarla normal dil tapa bilməyən, psixoloji problemə malik olan insanlardır: "Bu qızlar ətrafda heç kəslə münasibət qura bilmir.

Bu onların yaşadığı gərginliklə bağlıdır. Ora çıxıb varlı adama ərə getmək istədiyini deyən qızların həyatını araşdırsan görərsən ki, onlar bir neçə dəfə sevgi problemi yaşayıb, oğlanlar tərəfindən rədd edilib. 3) Onların bir çoxu keçmiş sevgililərində qıcıq yaratmaq üçün efirə çıxır.

Məqsədləri oğlana "gördün səndən yaxşısına, pullusuna ərə gedirəm" deməkdir. Yəni bu üsulla oğlanlardan qisas alırlar. Azərbaycan elə böyük ölkə deyil ki, qızların ərə getməsi televiziya vasitəsilə həyata keçirilsin. Dədə-baba qaydası ilə də ərə getmək tam mümkündür. Qız sifariş verir ki, filan cür oğlanla evlənmək istəyirəm.



Bu kənardan çox gülməli görünür. O satlıq mal deyil ki, istədiyini alasan. Gənclər ailə quranda görünüşə yox, xasiyyətə önəm verməlidir. Bir şeyi də qeyd edim ki, ərə getmək istəyən qızların bir çoxu həddindən artıq aqressivdir. Bu da onların problemli həyat sürməsindən irəli gəlir".


Geri dön

Remember_Mee

  • 23 iyun 2011 19:50
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
hamsida maragsizdiiiiiiiiiiiiiiiii wink

qonce

  • 14 iyun 2011 15:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,amma menim ULVIRADAN xosum gelir,kisi qeyretli 1insandir.Oxudum.

DaMLa

  • 8 yanvar 2011 03:05
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Ümumiyyətlə, bir şey deyim də, ora gedən qız yaxud oğlanların ya ağlında problem var, ya da ki ağlı ilə yanaşı əxlaqında.. əxlaqı olan, mənliyinə hörmət qoyan şəxs elə yerlərə getməz deyə düşünürəm. Subyektiv fikrimdir, əlbəttə ki... O cür ağılları ucbatından da özlərini bədbəxt edirlər! Allah ağıl-fikir versin!

--------------------

MiRacLe_GirL

  • 5 yanvar 2011 17:52
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
beyenmirem bu toy verliwlerini bos bos seylerdi

фея

  • 14 dekabr 2010 17:24
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
hediyye cehize gore lol lol

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Ulya

  • 13 dekabr 2010 21:59
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler wink

CandyGirl

  • 13 dekabr 2010 21:36
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
zehlem qedir eee bunlardan

--------------------

..::BLacK_BLooD::..

  • 13 dekabr 2010 20:33
  • Məqalə: 11
  • Şərh: 223
  • Bal:
{awards}
cox dushuy verlishdi bu toy olsun... et tokuller... angry

--------------------
Insan doğulanda Azan oxunular qulağina, amma Namazi qilinmaz... Çunki,doğulanda oxunan Azan, öldüyündə qılınacaq Azansız Namaz üçündür...
İnsan ömrü Azanla Namaz arasindakı zaman qədərdir...

Grace_Angel

  • 13 dekabr 2010 14:41
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore...

--------------------

sevgi yalandir

  • 13 dekabr 2010 14:21
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
hmm tewekkurler mence bura gedenlerin agli yoxdu

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

SerSeRi_RuzGaR

  • 13 dekabr 2010 12:11
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
belay SIzInLE_RAzIYAM))))))))))))[color=#FF0000][/color]DuzDU_TeweKkuR_ediREM
OzUnE_GUVeNeN_XaNImiN_OrDa_Ne-IsI_Var? ??????

--------------------
<<<$aLunKa>>>

Sergio Ramos

  • 13 dekabr 2010 00:30
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
baxmıram bu verilişə və xoşum da gəlmir təşəkkür

--------------------

Azeri_Gozeli

  • 13 dekabr 2010 00:21
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
maraqli idi sag ol

--------------------

MiYasKa KrEoZi

  • 13 dekabr 2010 00:21
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
{awards}
EFiRdE evLenmEkLe pRobLemLi hEsab eTdikLeRi heYaTLarIna sOn qoYacaqLarInI duShunuRLersE evLensiNLer dE ....... no

maRaqLI xEbeRe goRe tEsheKKuRLeeEerrrRR...... winked

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 39

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}