Qədər insanın iradəsini əlindən alırmı?

 
Qədər insanın iradəsini əlindən alırmı?

İnsan da daxil olmaqla bütün canlı və cansız məxluqların xari­qüladə yaradılışı tamamilə Allahın elm və qüdrəti ilə bağlıdır. Buna cəbri qədər deyilir.

İnsanın cinsi, dərisinin rəngi, irqi, ana və atası, uzun və ya qısa boylu olması, çox və ya az istedadlı olması kimi xüsusiyyətlərin hamısı cəbri qədərə daxildir. Burada insan iradəsinin ən kiçik müdaxiləsi belə mümkün deyildir.

Ona görə də insan bu əlamətlərinə görə sorğu-suala çəkilməyəcək. Məsələn: Allah bir insanı qabiliyyətinin azlığına görə cəzalandırmır. Eyni zamanda qabiliyyətin çoxluğu mükafat almaq üçün səbəb deyildir. Lakin insan ona verilən qabiliyyəti, istedadı yaxşı və ya pis istiqamətdə istifadə etdiyinə görə ya qazanır, ya da itirir, mükafata və yaxud cəzaya layiq olur.

Haqq-Təala kainatda hər şeyi Lövhi-Məhfuzda yazdığı kimi, insanın da nə zaman doğulacağını, nə vaxt öləcəyini, əməllərini, cənnətlik, yoxsa cəhənnəmlik olacağını yazmışdır. Amma burada mühüm bir məqam var. Allah insana cüzi iradə vermişdir. İnsan həmin iradə ilə halalla haram, yaxşı ilə pis arasında seçim edir. Allahın əvvəlcədən qədərimizi, taleyimizi yazması bizi yaxşı və ya pis olmağa məcbur etmir, iradəmizi əlimizdən almır. Əlbəttə ki, Allahın diləyi hər şeydən üstündür, ancaq insan cənnətə ilahi lütf və əməlləri sayəsində, cəhənnəmə isə öz əməlləri ilə gedir.

Haqq-Təala keçmişə, bu gün və gələcəyə eyni anda vaqif olan sonsuz elmi ilə bizim necə yaşayacağımızı, nə edəcəyimizi bilir və qədərimizi də bunlara uyğun yazır. Yoxsa Allah elə yazdığına­ görə biz elə etmirik. Məsələn, təqvimlərdə bir il əvvəlcədən günəşin hansı istiqamətdə, nə vaxt doğacağı, nə vaxt batacağı, ay və günəş tutulmasına hansı gün və hansı saatda baş verəcəyi yazılır. Ancaq günəş təqvimlərdə elə yazıldığına görə orada göstərilən saatlarda doğub batmır. Eyni söz ay və günəş tutulmasına da aiddir. Əksinə, elm adamları kainatda müntəzəm dövr edən İlahi qanunlar əsasında astronomik hesablamalar apararaq bunları əvvəlcədən təsbit edir və təqvimdə yazırlar.

Allah bizim qədərimizi də belə yazır. Gizli-açıq hər şeyi bilən, heç bir şey elmindən gizli qalmayan Uca Allah nə edəcəyimizi bilib qədərimizi ona uyğun yazmışdır. Ağlı başında olan hər bir insan bilir ki, ona iki şey arasında seçim etmək, istədiyini seç­mək üçün iradə verilmişdir. Lakin kimi nəfsinə və şeytana aldanıb şər yolunu tutur, cəhənnəmə gedir, kimi də iradəsini xeyirli yola yönəldib Allahın lütfü ilə cənnəti qazanır. Dolayısilə, hər bir insan əməllərinə görə məsuliyyət daşıyır və onların əvəzini görəcək.

Qəlblərə hökm edən Rəbbimiz cüzi iradəni doğru yolda istifadə etməyi nəsib etsin. Hidayətə çatdırandan sonra qəlbimizi başqa səmtə yönəltməsin.


Geri dön

leyluwka_20

  • 3 yanvar 2013 20:21
  • Məqalə: 12
  • Şərh: 5782
  • Bal:
Ona görə də insan bu əlamətlərinə görə sorğu-suala çəkilməyəcək. Məsələn: Allah bir insanı qabiliyyətinin azlığına görə cəzalandırmır. Eyni zamanda qabiliyyətin çoxluğu mükafat almaq üçün səbəb deyildir. Lakin insan ona verilən qabiliyyəti, istedadı yaxşı və ya pis istiqamətdə istifadə etdiyinə görə ya qazanır, ya da itirir, mükafata və yaxud cəzaya layiq olur.

--------------------

Wirinka)

  • 2 yanvar 2013 22:16
  • Məqalə: 0
  • Şərh: 622
  • Bal:
{awards}
ALLAH razi olsun...

ZuZuM__

  • 30 dekabr 2012 14:20
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
Qəlblərə hökm edən Rəbbimiz cüzi iradəni doğru yolda istifadə etməyi nəsib etsin. Hidayətə çatdırandan sonra qəlbimizi başqa səmtə yönəltməsin. AMİN BACIM AMİN İNŞA ALLAH.

--------------------

solnuska

  • 25 dekabr 2012 20:23
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
İnsan da daxil olmaqla bütün canlı və cansız məxluqların xari­qüladə yaradılışı tamamilə Allahın elm və qüdrəti ilə bağlıdır. Buna cəbri qədər deyilir.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 25 dekabr 2012 19:01
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
Allahın əvvəlcədən qədərimizi, taleyimizi yazması bizi yaxşı və ya pis olmağa məcbur etmir, iradəmizi əlimizdən almır. Əlbəttə ki, Allahın diləyi hər şeydən üstündür, ancaq insan cənnətə ilahi lütf və əməlləri sayəsində, cəhənnəmə isə öz əməlləri ilə gedir.

--------------------

ASMIYA

  • 24 dekabr 2012 23:57
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
Qəlblərə hökm edən Rəbbimiz cüzi iradəni doğru yolda istifadə etməyi nəsib etsin. Hidayətə çatdırandan sonra qəlbimizi başqa səmtə yönəltməsin. AMİN BACIM AMİN İNŞA ALLAH.


ÇOXXXXXXXX SAĞ OL.



İNŞA ALLAH
HEÇ KƏS DİGƏR XEYİR GƏTİRMƏYƏN HƏTTA DA GÜNAH QAZANDIRAN ŞEYLƏRİ DEYİL DƏ.


DƏYƏRİ SONSUZ OLAN VƏ İNSANA XOŞ GÜN GÖSTƏRƏCƏK MƏQALƏNİ, KİTABI, BAXMAQ OLSUN XEYRİ OLAN VƏ XEYİR GƏTİRƏNİ ÖYRƏNİB ƏMƏL EDƏNLƏR SIRASINDA OLSUNLAR VƏ BİZLƏRDƏ AYRILMAYAQ NURLU YOLUMUZDAN winked

--------------------


Shokoladka

  • 24 dekabr 2012 22:29
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Allah razi olsun

--------------------


SaD_AngeL

  • 24 dekabr 2012 20:41
  • Məqalə: 0
  • Şərh: 978
  • Bal:
{awards}
Qəlblərə hökm edən Rəbbimiz cüzi iradəni doğru yolda istifadə etməyi nəsib etsin. Hidayətə çatdırandan sonra qəlbimizi başqa səmtə yönəltməsin.....AMIN

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

Angry Boy

  • 24 dekabr 2012 19:38
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
İnsan da daxil olmaqla bütün canlı və cansız məxluqların xari­qüladə yaradılışı tamamilə Allahın elm və qüdrəti ilə bağlıdır. Buna cəbri qədər deyilir.
hmmmm
yaxsi ammma bilmedim sobet neden gedir bilmirem

fatimeyinur

  • 24 dekabr 2012 19:19
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Qəlblərə hökm edən Rəbbimiz cüzi iradəni doğru yolda istifadə etməyi nəsib etsin. Hidayətə çatdırandan sonra qəlbimizi başqa səmtə yönəltməsin. Amin !!!

Allah razi olsun sizden...

ღ★Diamond★ღ

  • 24 dekabr 2012 18:56
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
İnsan da daxil olmaqla bütün canlı və cansız məxluqların xari­qüladə yaradılışı tamamilə Allahın elm və qüdrəti ilə bağlıdır

aksana1993

  • 24 dekabr 2012 18:53
  • Məqalə: 62
  • Şərh: 2058
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

ღ★ Firuzə ★ღ

  • 24 dekabr 2012 18:52
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
tewekkurler maraqli idi

--------------------

★Azerbaijan girl★

  • 24 dekabr 2012 17:58
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Tewekkurlerrrr

Prank girl

  • 24 dekabr 2012 17:42
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

so_sad

  • 24 dekabr 2012 17:20
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
ilk şerh mennen tongue

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 38
Cəmi: 52

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 723
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}