Kişi ilə qadının namaz qaydaları arasında fərq varmı?

 
Kişi ilə qadının namaz qaydaları arasında fərq varmı?

Namaz qılınma qaydaları sarıdan kişi ilə qadın arasında demək olar ki, ciddi fərq yoxdur. Mövcud fərqlərin ən əsasları da namazın özünə deyil, müqəddəmatına aiddir.Bunların birincisi geyim məsələsinə aiddir. Qadın namaz zamanı sifətini (dəstəmaz zamanı yuduğu ölçüdə), biləkdən aşağı əllərini və topuqdan aşağı ayaqların çıxmaq şərti ilə bütün bədənini örtməlidir. İstər onu naməhrəm kişi görsün, istərsə də görməsin – bu şərt qorunmalıdır.

Kişi isə namaz zamanı abırlı görünəcək səviyyədə bədənini örtməlidir. Ən azı, bədəninin göbəklə diz arasında qalan yerlərini örtsün. Amma, əlbəttə ki, bu, yalnız başqa imkan olmadıqda keçərlidir.

Qadınla kişinin qıldığı namazın müqəddimə şərtlərindən daha biri paklıq məsələlərinə aiddir. Belə ki, qadının hər ay paklığı pozulduğu üçün, bundan əlavə, həm də qadında istihazə halı mümkün olduğu üçün onun paklıq barədə gördüyü tədbirlər fərqli olur. Bunları öyrənmək üçün şəriət kitablarına və ya ibadət edən savadlı və təcrübəli qadınlara müraciət etməyi məsləhət görürük.

Sırf namaz əməllərindəki fərqlərə gəlincə, bunlar müstəhəb qismindən olan qeyri-prinsipial və xırda məsələlərdir. Yəni əgər qadın namaz qılan zaman aşağıda deyiləcək şərtlərə əməl etməsə, namazı qətiyyən pozulmaz. Amma bunlara əməl etsə, savab qazanar.

Müstəhəbdir ki, qadınlar namazda ayaq üstə durarkən ayaqlarını bir-birinə bitişdirsinlər. Kişilər isə pəncələri arasında bir ovucdan bir qarışa qədər məsafə qoysalar, yaxşı olar.

Müstəhəbdir ki, qadınlar rükuda ovuclarını dizlərindən bir qədər yuxarıya qoysunlar. Amma bu zaman diqqət yetrmək lazımdır ki, dizlər ovuca çatıncaya kimi əyilmək lazımdır, çünki rüku bu halda qəbul edilir. Sadəcə olaraq, qadınlar kişilər qədər əyilməli, amma ovuclarını dizləri üstə yox, bir az yuxarıya qoymalıdırlar. Rüku halında qadınlar kişilərdən fərqli olaraq, dizlərini geriyə gərməsələr daha yaxşıdır.

Səcdə zamanı da qadının riayət etməsi müstəhəb olan şərtlər var.Bunlardan biri budur ki, ayaq üstə durduğu vəziyyətdən səcdəyə gedən zaman kişilərin əvvəlcə ovuclarını, daha sonra dizlərini yerə qoymaları müstəhəbdir. Qadınlar isə əvvəlcə dizlərini, sonra ovuclarını yerə qoysalar, daha yaxşıdır. Həmçinin səcdə halında kişinin dirsəyini və qarnını yerdən bir az yuxarı tutması, qadının isə əksinə, dirsəyini yerə yapışdırması, qarnını isə aşağı sıxması müstəhəb sayılır. Qadının səcdə halında bədən üzvlərini bir-birinə sıxması müstəhəbdir.
Həmçinin namazın əvvəlində iftitah təkbirini söyləyərkən kişilərin əllərini qulaqları səviyyəsinə, qadınların isə çiyin bərabərinə qaldırmaları məsləhət görülür.

Daha bir fərq namazın qiraəti ilə bağlıdır. Kişilər sübh namazında, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində Fatihə və surəni uca səslə oxumalıdırlar. Bu zaman səsi nə həddən artıq ucaldıb qışqırıq səviyyəsinə çatdırmaq, nə də həddən artıq azaldıb pıçıltı kimi oxumaq düzgün sayılmır. Zöhr və əsr namazlarının bütün qiraətləri, məğrib namazının üçüncü, işa namazının üçüncü və dördüncü rükətlərinin qiraəti kişilər tərəfindən asta səslə (pıçıltı ilə) oxunur. Bu qaydanı qəsdən və bilərəkdən pozan adamın namazı batildir. Amma qadınlar uca səslə oxunan qiraəti asta səslə də oxuya bilərlər. Əgər səslərini naməhrəm kişi eşidərsə, mütləq asta səslə, yəni pıçıltı ilə oxumalıdırlar.

Qadının kişilərə imamlıq (pişnamazlıq) etməsi düzgün deyil. Əgər qadın kişi ilə eyni otaqda namaz qılırsa, ondan geridə durmalıdır. Belə ki, səcdə zamanı qadının başını qoyduğu yerin səviyyəsi xətt üzrə kişinin dizləri səviyyəsindən geridə olmalıdır.


Geri dön

leyluwka_20

  • 3 yanvar 2013 19:51
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
Qadınla kişinin qıldığı namazın müqəddimə şərtlərindən daha biri paklıq məsələlərinə aiddir. Belə ki, qadının hər ay paklığı pozulduğu üçün, bundan əlavə, həm də qadında istihazə halı mümkün olduğu üçün onun paklıq barədə gördüyü tədbirlər fərqli olur. Bunları öyrənmək üçün şəriət kitablarına və ya ibadət edən savadlı və təcrübəli qadınlara müraciət etməyi məsləhət görürük.

--------------------

Wirinka)

  • 2 yanvar 2013 22:06
  • Məqalə: 0
  • Şərh: 640
  • Bal:
{awards}
ALLAH razi olsun...

ZuZuM__

  • 30 dekabr 2012 13:59
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

solnuska

  • 25 dekabr 2012 20:07
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Müstəhəbdir ki, qadınlar namazda ayaq üstə durarkən ayaqlarını bir-birinə bitişdirsinlər. Kişilər isə pəncələri arasında bir ovucdan bir qarışa qədər məsafə qoysalar, yaxşı olar.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

DILEKLER

  • 25 dekabr 2012 19:32
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

GuNaY_83

  • 25 dekabr 2012 18:48
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ZayNster

  • 24 dekabr 2012 23:14
  • Məqalə: 12
  • Şərh: 2029
  • Bal:
{awards}
Allah razi olsun twkler

Shokoladka

  • 24 dekabr 2012 22:16
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Bele gozel xebere gore Allah razi olsun sizden..

--------------------


★Azerbaijan girl★

  • 24 dekabr 2012 21:11
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun tewekkurlerrr

SaD_AngeL

  • 24 dekabr 2012 21:10
  • Məqalə: 0
  • Şərh: 1033
  • Bal:
{awards}
ALLAH razi olsun..........

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

unfaithful

  • 24 dekabr 2012 21:00
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
Allah razı olsun.........

--------------------

ღ★Diamond★ღ

  • 24 dekabr 2012 20:56
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Müstəhəbdir ki, qadınlar namazda ayaq üstə durarkən ayaqlarını bir-birinə bitişdirsinlər

fatimeyinur

  • 24 dekabr 2012 20:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun...cox sag olun...

so_sad

  • 24 dekabr 2012 20:38
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ღ★ Firuzə ★ღ

  • 24 dekabr 2012 20:31
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ilk sherh mennen

teshekkur

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 51
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 385
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}