Uşaqların normal böyüməsi və tərbiyəsi üçün

 
Uşaqların normal böyüməsi və tərbiyəsi üçün

Möcüzəli dünyası olan uşaqlar nağıllara böyük maraq göstərirlər.

Psixoloqların bildirdiyinə görə, uşaqlar artıq iki yaşından başlayaraq nağılları dərk edirlər.Qayğıkeş ailədə böyüyən uşaqlara adətən həyatının ilk aylarından nağıl danışırlar. Bunun da nəticəsində uşaqlar tədricən nağıllara öyrəşirlər. Nağıllar sayəsində uşaqların həyat, insanlar arasında olan münasibət haqqında ilkin təsəvvürləri formalaşır. Nağıl oyunlar qədər uşaqların normal böyüməsi və tərbiyəsi üçün vacibdir.

Nağıllar vasitəsilə uşağa nəyin pis, nəyin yaxşı olduğunu izah etmək daha asandır.Uşaqda zövqün formalaşması üçün müxtəlif nağılların deyilməsi vacibdir. Psixoloq nəzərə çatdırıb ki, bu gün daha çox uşaqların intellektual səviyyəsinin yüksəldilməsinə diqqət ayrılır. Uşaqlar kiçik yaşlarından dərslər, intellektual çalışmalarla yüklənir. Amma çox kiçik yaşlarında uşaqları yükləmək olmaz. Onlar dərs oxumağa hələ hazır olmurlar. Belə ki, onların normal inkişafı üçün oynamaq, nağıllara qulaq asması vacib amildir. Balacalar mütləq bu mərhələni keçib tədricən böyüməlidirlər.

Nağıl uşağın yaşına və psixoloji inkişafına uyğun seçilməlidir. Artıq iki yaşında uşaq nağılda baş verən sadə hadisələri və obrazları yadında saxlaya bilir. Bu yaşda uşaqlar, xüsusilə də heyvanlarla bağlı nağılları dinləməyi sevir. Onlar həvəslə nağıldakı obrazların hərəkətlərini və sözlərini təkrarlayırlar. Nağıllarda təkrarlanan hadisələr daha yaxşı yadda qaldığından uşaqlar nağılların bu hissələrini xoşlayırlar. Nağıl kitablarının maraqlı və rəngli şəkillərlə tərtib olunması da nağılları daha yaddaqalan edir. Psixoloq məsləhət görür ki, valideynlər özləri nağıl danışarkən şəkil əvəzinə oyuncaqlardan istifadə edə bilərlər. Nağıl obrazı kimi oyuncaqların iştirakı uşaqların çox xoşuna gəlir.

İki və beş yaş arasında olan uşaqların təxəyyülü daha da inkişaf etdiyindən sehirli, macəralı nağıllara qulaq asa bilirlər. Lakin bu dövrdə uşaqda sehirli nağıllardakı mənfi obrazlara qarşı qorxu hissi yarana bilər. Həmsöhbətimizin dediyinə görə, valideynlər nağıl danışarkən uşaqların sevdiyi və sevmədiyi obrazlara fikir verməlidir. "Əgər uşaq hansısa bir obrazdan qorxursa, ona başqa nağıl danışmaq lazımdır. Uşaq nağıldakı hadisələri başa düşməyəndə isə ona hadisələri izah etməyə çalışılmalıdır", - deyən müsahibimiz əlavə edib ki, bəzi valideynlər uşaqlara nağıl danışmır və bunu mənasız bir məşğuliyyət hesab edir: "Bununla da onlar uşağın normal inkişafının qarşısını alırlar. Nəticədə uşaq daha çox böyüklərin baxdığı seriallara, filmlərə maraq göstərir ki, bu da onların gerçəkliyi vaxtından əvvəl yanlış anlamasına, düzgün nəticə çıxarmamasına səbəb olur".

Beş və yeddi yaş arasında olan uşaqlara isə istənilən nağılları danışmaq olar. Beş yaşından başlayaraq, uşaq artıq eşitdiyi nağılları danışmağa başlayır. Psixoloq bildirib ki, əgər uşaq bu dövrdə nağılları yadda saxlayıb danışa bilmirsə, ona nisbətən sadə nağılları danışmağa başlayın: "Əgər uşaq buna baxmayaraq, sözləri deməyə çətinik çəkirsə, demək onun psixoloji inkişafında problemlər var. Bu halda mütəxəssisə müraciət etmək lazımdır".

Onun dediyinə görə, uşaq özü oxumağı öyrənsə belə, ona nağıl danışmaq lazımdır: "Əgər uşaq bunu istəyirsə, onu nağıllardan birdən-birə ayırmayın. Nağılların birgə oxunması həm uşaqlar, həm də böyüklər üçün faydalıdır. Nağıllar böyüklər və balacalar arasında münasibətin düzəlməsinə, bir-birini daha yaxşı başa düşməsinə kömək edəcək".


Geri dön

Shokoladka

  • 23 yanvar 2013 07:15
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
Xebere gore tesekkurler..

--------------------


leyluwka_20

  • 4 yanvar 2013 00:01
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Nağıllar vasitəsilə uşağa nəyin pis, nəyin yaxşı olduğunu izah etmək daha asandır.Uşaqda zövqün formalaşması üçün müxtəlif nağılların deyilməsi vacibdir. Psixoloq nəzərə çatdırıb ki, bu gün daha çox uşaqların intellektual səviyyəsinin yüksəldilməsinə diqqət ayrılır. Uşaqlar kiçik yaşlarından dərslər, intellektual çalışmalarla yüklənir. Amma çox kiçik yaşlarında uşaqları yükləmək olmaz. Onlar dərs oxumağa hələ hazır olmurlar. Belə ki, onların normal inkişafı üçün oynamaq, nağıllara qulaq asması vacib amildir. Balacalar mütləq bu mərhələni keçib tədricən böyüməlidirlər.

--------------------

ZuZuM__

  • 30 dekabr 2012 15:00
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
tewekkurler...melumat ucun

--------------------

solnuska

  • 25 dekabr 2012 21:01
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Artıq iki yaşında uşaq nağılda baş verən sadə hadisələri və obrazları yadında saxlaya bilir. Bu yaşda uşaqlar, xüsusilə də heyvanlarla bağlı nağılları dinləməyi sevir. Onlar həvəslə nağıldakı obrazların hərəkətlərini və sözlərini təkrarlayırlar

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 25 dekabr 2012 19:38
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler...melumat ucun

--------------------

Shokoladka

  • 24 dekabr 2012 23:02
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Xebere gore tskler

--------------------


ღ★ Firuzə ★ღ

  • 24 dekabr 2012 19:10
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
tewekkurler...melumat ucun

--------------------

so_sad

  • 24 dekabr 2012 15:24
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
tesekkurler...

ღ★Diamond★ღ

  • 24 dekabr 2012 12:35
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Nağıl uşağın yaşına və psixoloji inkişafına uyğun seçilməlidir

fatimeyinur

  • 24 dekabr 2012 11:30
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
meqaleye gore tesekkurler...

Prank girl

  • 24 dekabr 2012 10:29
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
oxumadim ama eziyyete gore tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

DILEKLER

  • 24 dekabr 2012 09:37
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
ilk mennen xebere gore twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}