Nuh dövründən qalan müasirliyimiz

 
Nuh dövründən qalan müasirliyimiz

Mövzumuz müasirliyi və “köhnə baxışlı” fikirləri toqquşdurmaqdır.

Müasirlik deyəndə ilk ağıla gələn əyləncə,kef çəkmək,azadlıq,sürətli inkişaf və s.-dir.

Düzü Azərbaycan üçün məhz elə müasirlik və köhnə əqidə bir yerdə cəmləşməlidir.

Çünki Azərbaycan özü strateji mövqeyinə görə Avropa ölkəsidi,

coğrafi mövqeyinə görə isə Asiya.Elə hər şey məhz bu anlaşılmamazlıqdan gedir.

İlk öncə Avropa və Asiya-dan başlayaq.Daha dəqiq şərq və qərbdən.

Əslində elə həyat şərqdə başlayıb desək yanılmarıq.

Daha sonra “şərq fikirlərini” istismar edən yeni dünya ölkələri

inkişafın bütün sahələrində Şərqi ötmüşdür.Elə indinin özündə də

,inkişaf,müasirlik deyəndə ağıla gələn Avropa və okeanın o tayıdır.

Qayıdaq movzunun əsas obyekti Azərbaycana...

Azərbaycanda müasirliyi hər insan öz arşını ilə ölçür.

Amma yenədə hər kəs şəxsi subyektiv fikirdən başqa ümumi

fikir də formalaşdırıb.Müasirlik dedikdə,yeni telefonun,yeni imicin,

yeni stilin, yeni fikirlərin başa düşülür.

Amma biz bu fikirlərin ancaq özümüzə sərf edəni

və ya görmək istədiyimizi görürük.

Amma biz nədənsə müasirliyin məhz mənfi və bizə lazım olmayan

tərəflərini görürük,halbuki, müasirlik dediyimiz həmdə müsbət

mənalarla dolu idealogiyadır. Müasirliyin bəsit nümunələri kimi :

söz azadlığı,təhsilin yüksək metodikası, tədris işlərinin ciddiliyi,

texnologiyanın inkişafı, və.s-ları göstərmək olar.Bu sadalananlar

heç müasirlik dediyimiz düşüncənin 0.01 % belə deyil.

Saysız hesabsız tipik misallar gətirərək,onsuzda sizə və

mənə açıq-aydın görürən nüanslara toxunmaq istəmirəm.

Sadəcə müasirliyi və “köhnə fikirləri” toqquşddurub ideal olmasa

da o-na yaxın bir cəmiyyət yaratmaq elə biz insanların qələbəsi olar.

Əslində idealogiyanın mərkəzində,heç kəsin həyatına müdaxilə etməmək

–adlı ana fikir yerləşir. Hər insan özünə cavabdehdir fikirləşən müasir gənc ,

hər insan özünə və ətrafındakılara cavabdehdir deyən “azərbaycanlı”ya qarşıdır.


Əslində movzumu öz şəxsi subyektiv fikrimlə tamamlamaq istəyirəm.

Keçmişimi danmıram.Və keçmişimdə olan papağı bir az yanaki qoyan

“qədeş” babalarıma da unutmuram.Mən sadəcə insanların qərbdən gələn

müasirlik sözünü səhv anlamalarına göz yuma bilmirəm. Tipik gəncin

“ əgər saçımın ortası qaldırsam və Deivid Beckhama oxşasam müasir olacam”

düşüncəsinin nə qədər səhv və yanlış olduğunu demək istəyirəm.

Halbuki, Avropadaki bənzəmək istədiyin gənc hər həftə bir kitab oxuyur

və öz düşüncəsini genişləndirir sən isə özünəməxsus tərzdə vaxtını

boş keçirmək üçün “hobbi” axtarırsan.Demək ki,

idealogiyanın səhv tərəfini tərənnüm edirsən.

Çox cüzi insan məsləhət ilə yola gəlir vəya düzgün yolu seçir.

Əslində insanı onun özündən yaxın dost/düşmən yoxdur

İnsan özü düşünüb səhv yolda olduğunu anlamalıdır.


Geri dön

Azeri_Gozeli

  • 12 dekabr 2010 19:03
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
tesekkurler winked

--------------------

Ulya

  • 12 dekabr 2010 17:24
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox gozel yazidi

Sergio Ramos

  • 12 dekabr 2010 17:10
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
sənin qəşəng xəbərlərin olur təşəkkür

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 47
Cəmi: 71

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}