Fərruxdan şok açıqlamalar

 
Fərruxdan şok açıqlamalar


Fərrux: "Pişik Günel toya 10 gün qalmış məni başqası ilə dəyişdirdi..."

“Pişik” ləqəbi ilə şou-biznesdə tanınan müğənni Günel Ələkbərovanın toyqabağı yoxa çıxan və bu hərəkəti ilə bağlı indiyədək heç bir açıqlama verməyən müğənni Fərrux Əli nəhayət ki, ürəyindəkiləri dilə gətirdi: “Pişik Günel nə sənəti ilə, nə insaniyyəti ilə Mehrim xanıma tay ola bilməz! İstəməzdim mənim üçün yox olan pişik Güneldən danışım… Lakin gəzən şaiyələr duet ortağım olan Mehrim xanımla aramızda narazılığa səbəb olduğundan açıqlama vermək məcburiyyətindəyəm.”

Qaynar.info-nun məlumatına görə, müğənni G.Ələkbərova ANS Press-ə müsahibəsində baş verənlərə aydınlıq gətirməyin zamanı gəldiyi söyləyib. Fərrux adının duet ortağı Mehrimlə hallanmasının, pişik Günelin verdiyi müsahibənin Mehrimlə yaradıcı münasibətlərində problem yaşadacağından narahat olduğunu deyir: "Mehrim xanım gözəl ana və peşəsinə hörmət edən müğənnidi. Mənim duet ortağımdı və kişi xüsusiyyətli qadın dostumdu. Mehrim əsl dostdu! Bəstəkar tərəfindən bizə mahnı təklif olundu. Seçim etdik və sənətə qayıtdım. Sənətimlə bağlı planlarımı, işbirliyimi qurduğum anda heç kim mənə mane ola bilməz!

Mənim pişik Günellə bağlı saf seçimin valideynlərimi sarsıtdı və mən istəmirəm ki, bu yalan şaiyələr dostlarımı, mənə əziz olan insanlarda mənə qarşı şübhə yaratsın. Mən kişiyəm, əgər bu biabırçılıqdan baş götürüb qaçmışdımsa, demək böyük səbəblər var idi. Nigaha girib, sonra da toydan qaçmaq nə idi? Dəli olmamışam ki… Bunun səbəbləri, mənim sevib-seçdiyim, inandığım Güneldə idi. Kimliyindən asılı olmayaraq onun haqqında mənə çatdırılan şaiyələrə fikir vermədən onunla ZAQS-a ( VVAQ ) getdim, dini kəbin kəsdirdim. Lakin sonradan onun səhflərini və gizli xəyanəti gördüm. Özünü vəziyyətdən çıxarmaq üçün “bəy toydan qaçdı” deməli idi. Bu mənim qərarım idi. Bu qərara heç kimin təsiri altında olmadan təkbaşıma gəldim."

Fərrux xəyanətlə üzləşdikdən sonra bir müddət özünə gələ bilmədiyini söyləyir: "Günelin xəyanəti məni kül etdi və mən sənətdən belə qaçdım. Aylarla bir qaranlıq küncdə depressiya yaşadım. Valideynlərim və dostlarım sağ olsunlar, onların mənəvi dəstəyi olmasaydı, çətin ki,zümə gələrdim!"

Günel müsahibəsində açıq-aydın bildirir ki, Fərrux Allah qarşısında mənim ərimdi. Bəli, Allah xatirinə mən əsl kişi kimi onunla rəsmi nigaha girmişdim. Məni bu addımı atmağa heç kim məcbur etməmişdi və heç kim yolumdan döndərə bilməmişdi. Lakin onun mənə layiq olmadığını və mənə gizli xəyanət etdiyini gördüm. Günel toya 10 gün qalmış məni başqası ilə dəyişdirdiyinə görə tək qaldı… “Gəlinliyim əlimdə qaldı” deyib, efir vasitəsilə mənim dostlarımı günahlandırdı. Dost, qardaş, bacı nə etsin? Xəyanəti edəndə düşünəydi ki, Fərrux gördüyü, tanıdığı dırnaqarası kişilərdən deyil! O ZAQS kağızı ona lazım idi, mənə yox… Dini kəbini isə pozdurmuşam.”

Müğənni Günel Ələkbərova da ( Pişik Günel ) toyqabağı onu qoyub-qaçan eks həyat yoldaşı Fərruxun verdiyi şok açıqlamalara münasibət bildirib. Günel müsahibəsində keçmiş həyat yoldaşına ittihamla cavab verib.

“Əvvala qadının ardınca danışmaq kişiyə yaraşmaz. İkincisi də əgər mən ona xəyanət etmişəmsə, deməli o yaxşı kişi olmayıb. Yaxşı kişinin arvadı ona xəyanət etməz! Ümumiyyətlə onun haqqında danışıb reklam etmək istəmirəm. Bir dəfə onu güclü reklam etdim, bəsidi. Mənə görə onu heç olmasa şəkildən tanıdılar. Sizə məsləhət görürəm ki, onun müsahibəsini verməyəsiz. Kimdi axı o? Fərrux var həyatda?”, - deyə o bildirib.

Günelin Fərruxun ona paxıllıq etdiyini və onun hesabına gündəmə gəlmək istədiyini bildirib: “Fərrux görür ki, Günel gündəmdədi, gündə bir şouya, proqrama dəvət alır, o da mənim hesabıma gündəmə gəlmək istəyir. Kiminləsə duet oxuyub, tutuzdura bilmir, gücləri mənə çatır, mənim adımdan istifadə etmək istəyirlər. Baş tutmayan toydan 2 ilə yaxın keçib, indi ayılıb? Vaxtında çıxıb deyərdi də, mən ona xəyanət etmişəm. Xəyanətimə görə qaçıb yoxa çıxmağını niyə mən efirlərə çıxıb danışanda açıqlamırdı? Kimi isə ləkələməyə nə var ki, həm də 2 ildən sonra... Mən onun həyat yoldaşı olmuşam, ayıb olsun ona!”.


Geri dön

nilayka

  • 6 may 2011 00:27
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
no

--------------------

Humay16

  • 30 aprel 2011 14:28
  • Məqalə: 0
  • Şərh: 309
  • Bal:
{awards}
oxumağa səbrim çatmadı yenədə təşəkkür

--------------------
Əgər günəşi gözdən qaçırdım deyə göz yaşı töksən onda ulduzları da qaçırdarsan

_RONALDO_

  • 18 fevral 2011 18:11
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
ehhhhhhhhhhhhhh

--------------------

pinklove

  • 8 yanvar 2011 16:53
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
eeeeeeeeeeee zehlem gedir gunelden angry

Payner

  • 6 yanvar 2011 02:21
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
hmm gunel xowuma gedir

ugur

  • 24 dekabr 2010 10:56
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
reklamdi bos seydi

persiangirl

  • 23 dekabr 2010 13:10
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
hmm gunelden zehlem gedir

Ulya

  • 23 dekabr 2010 00:02
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
no

Sergio Ramos

  • 22 dekabr 2010 23:56
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
maraqsızdır

--------------------

only-girl

  • 22 dekabr 2010 20:29
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
wink lol wink

--------------------

_MISS ANGEL_

  • 22 dekabr 2010 19:47
  • Məqalə: 0
  • Şərh: 142
  • Bal:
{awards}
bow bow weylerdi hamisi camaatin basini qatmaq ucundur

--------------------

Asiyan

  • 22 dekabr 2010 18:13
  • Məqalə: 0
  • Şərh: 653
  • Bal:
{awards}
boş söhbetlerdireee bunlar.. günelin çox vecinedir

heyif o ad ona

Just For Legend

  • 22 dekabr 2010 18:11
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
essi bosh sohbetlerdir

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 31
Cəmi: 53

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 40
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}