Səninlə ikən sənsiz

 
Səninlə ikən sənsiz

SƏNİNLƏ İKƏN SƏNSİZLİK

Bu əzab yox edir, öldürür məni,
Niyə sənlə ikən, belə sənsizəm?
Susuram, deyə bilmirəm sənə dərdimi,
Niyə sənlə ikən, belə sənsizəm?

Ağladır talehin gülən üzü də,
Qıymayır sevgiyə, baxmayır sözə.
Yaşadaraq öldürür ikimizidə,
Niyə sənlə ikən, belə sənsizəm?

Ürəyim dözməyir, acıdır kədər.
Söylə bu kədərə dözüm nə qədər.
Bilmirəm sabahım nələr gətirər,
Niyə sənlə ikən, belə sənsizəm?

Kor olub gözlərim baxmayır sözə,
Heç kəs görünməyir daha bu gözə.
Durub xəyalımla ruhum üz-üzə
Deyir sənlə ikən, belə sənsizəm?

Sevirəm, sevgimdən doya bilmirəm.
Sevirəm, sevgimi deyə bilmirəm.
Sevirəm, üzünü heç güldürmürəm,
Niyə sənlə ikən, belə sənsizəm?

İntizar gözlərdən hər an yaş axır,
Kədərli ürəyim sənsiz darıxır,
Qəlbimdən qelbinə bir cüt göz baxır,
Niyə sənlə ikən, belə sənsizəm?

Dövr edir vaxt, zaman dayanmır bir an.
Çıxıb xatirələrdən gedir çox insan.
Sən heç çıxmayırsan yadımdan inan.
Söylə senlə ikən niyə sənsizəm?
Niyə sənlə ikən, belə sənsizəm?


Müəllif: NƏRGİZ ZEYNALLI


Geri dön

NELLY19

  • 21 may 2011 15:51
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
twk................

MURTUZLU

  • 18 may 2011 14:32
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}

tesekkurler seire gore

::..ONSLAUGHT::..

  • 11 mart 2011 23:47
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
gozel weirdi tewekkur edirem

gozel weirdi tewekkur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 4 mart 2011 17:33
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
gözəl şeirə görə çox sağol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Mr_Unlimited

  • 12 dekabr 2010 21:27
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
tewekkurelr ela weirdi ilk xebrin mubuwdu. muellife derin tewekkurelr gozel yazir))))

only-girl

  • 12 dekabr 2010 10:50
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
coox sagol[center][/center]

--------------------

Sergio Ramos

  • 12 dekabr 2010 01:57
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
bu sizin ilk xəbərinizdi təbrik edirəm ardı gəlsin

--------------------

Azeri_Gozeli

  • 12 dekabr 2010 00:41
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
love beyendim sag ol

--------------------

Alone Girl

  • 11 dekabr 2010 23:35
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
coooox gozel:)

Sergio Ramos

  • 11 dekabr 2010 23:09
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

Just For Legend

  • 11 dekabr 2010 23:07
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
gozel sheire gore minnattaram

--------------------

R_O_M_A

  • 11 dekabr 2010 22:57
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
ela serdir tew

--------------------

Asiyan

  • 11 dekabr 2010 22:50
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
Şe'rləri sevirəm. Təşəkkürlər.
no

Ulya

  • 11 dekabr 2010 22:29
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler seire gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 29

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}