Allah niyə bütün insanları bərabər yaratmadı?

 
Allah niyə bütün insanları bərabər yaratmadı?

Allah niyə insanları bərabər yaratmadı? Niyə bəzilərini kasıb, bəzilərini varlı, bəzilərini şikəst, bəzilərini də sağlam xəlq etdi?

Hər şeydən əvvəl qeyd edək ki, belə bir sualı ancaq yaradılışın hikmətini anlamaq üçün verə bilərik. Əks təqdirdə, Allah qorusun, Allahı sorğu-suala çəkmək mənası çıxar ki, buna da heç kimin həddi və haqqı yoxdur. Çünki yaşadığımız dünya, tənəffüs etdiyimiz hava, içdiyimiz su, bizə xidmət edən ay, günəş – hər şey Onun mülküdür. Sahib olduğumuz və ya ola bilmədiyimiz hər şey Ona aiddir. Mülk sahibi mülkünü istədiyi kimi idarə edər.

Bunu belə bir misalla daha yaxşı anlaya bilərik. Olduqca səxavətli bir şəxs üç adamı götürüb üç şərəfəli (minarədə azan oxunan yer) bir minarəyə aparır. Hər şərəfənin pilləkəni ayrıdır. Hər birini bir pilləkənə yönəldir və hər pillədə – borcu olmadığı halda – onlara bir hədiyyə verir. Şərəfəyə çıxanda da hər birini daha böyük hədiyyə ilə mükafatlandırır. Ancaq birinci şərəfənin pilləkənləri ikincidən, ikinci isə üçüncüdən az olduğuna görə birinci adam ikinci və üçüncüdən, ikinci isə üçüncüdən az hədiyyə alır. İndi birinci adam ikinci və üçüncüyə, ikinci isə üçüncü adama baxıb: “Niyə mənim çıxdığım pilləkənlərin sayı azdır? Niyə mənə daha az hədiyyə verdin?” – deyərək o səxavətli insana etiraz edə bilərmi? Əgər edərsə, bu, böyük bir nankorluq və ədəbsizlik sayılmazmı?

Rəbbimiz bizi yoxdan var etmiş, daş, torpaq, ot, yerdə sürünən böcək yaratmağa qadir olduğu halda məhz insan kimi xəlq etmişdir. Bununla kifayətlənməmiş, bizə saysız-hesabsız nemətlər bəxş etmişdir. Bütün kainatı əmrimizə vermişdir. Bunlardan daha önəmlisi bizləri qulluq rütbəsi (məqamı ilə) ilə şərəfləndirmiş və yer üzündə xəlifəsi etmişdir. Bütün bunlardan sonra bir insanın durub: “Mənim malım niyə azdır və ya mən niyə koram, niyə şikəstəm?” – kimi sözlərlə etiraz etməsi Rəbbimizə nankorluq olmazmı? Haşa, Rəbbimizdən bir alacağımız var ki, üstəlik Ona bir etiraz da edək? Bizim vəzifəmiz də Rəbbimizin vermədiyinə deyil, lütf etdiyi saysız-hesabsız nemətlərə baxıb şükür etməkdir.

Allah-Təalanın insanları fərqli vəziyyətlərdə yaratmasının bildiyimiz və bilmədiyimiz bir çox hikmətləri vardır. Bildik­ləri­mizdən bir neçəsindən burada bəhs etməyə çalışaq.

Birincisi: Allahın bir çox isimləri (adları) vardır və bu isimlər də yaradılışda müxtəlifliyi tələb edir. Məsələn: Rəzzaq ismi ruziyə möhtac canlıları, Şafi ismi xəstələrin olmasını tələb edir ki, bu ilahi isimlər təcəlli etsin. Yenə Allah Mucib ismi ilə darda qalanların, Kabiz ismi ilə qəflətə düşənlərin, Bəsit ismi ilə çətinlikdə boğulanların imdadına yetişir. Beləcə Rəbbimiz saysız-hesabsız isimləri ilə bizə Özünü tanıtdırır ki, əslində, bizim yaradılış qayəmiz də məhz Onu tanımaqdır.

İkincisi: hər şey öz əksi ilə məlum olur. Qaranlıq olmasa, gündüzün, xəstəlik olmasa, sağlamlığın, aclıq olmasa, toxluğun, kasıblıq olmasa, zənginliyin, çətinlik olmasa, rahatlığın qiyməti bilinməzdi. Şikəstlər olmasa, bütün üzvləri sağlam və yerində olan insanlar bu nemətin fərqinə varmaz, bir bədən üzvü şikəst və ya olmayanlar da digər orqanların qiymətini tam anlamazlar. Qaldı ki, xəstəlik, şikəstlik və müsibət kimi hallar istisnadır. Xəstəlik və müsibətlər altmış-yetmiş illik insan ömründə çox qısa zaman kəsiyini əhatə edir. Şikəst insanlar da dünya əhalisinin kiçik hissəsini təşkil edir. Digər tərəfdən xəstəlik və şikəstlik hallarının əksəriyyəti də insanların səhlənkarlığından qaynaqlanır.

Üçüncüsü: bu dünya imtahan yurdudur. Allah insanları bəzən var-dövlət, bəzən kasıblıq, bəzən xəstəlik, bəzən də sağlamlıqla imtahan edir. Gözəllik, güc, sərvət, şikəstlik, sağlamlıq – bunların hamısı imtahan vəsiləsidir. “Bəqərə” surəsinin 155-ci ayəsində Uca Allah: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edə­rik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edənlərə müjdə ver!” – buyuraraq bu həqiqəti ifadə edir. Bu ayənin ardınca gələn ayələrdə də səbir edənlərin xüsusiyyətlərindən və Allah qatında böyük mükafat alacağından bəhs olunur. Allah heç kimə gücü çat­mayan yükü yükləməz və kimsəni sahib olmadığı bir şeyə görə də hesaba çəkməz.

Dördüncüsü: Allah mütləq ədalət və sonsuz mərhəmət sahibidir. Qullarına əsla haqsızlıq etməz, amma Allahın ədalətini tam anlamaq üçün dünya və axirəti birlikdə götürmək lazımdır. Dünya fani və müvəqqətidir, əsl həyat axirət həyatıdır. Dünya sadəcə axirətin tarlasıdır. Xəstəliklər və müsibətlər inanan və səbir edən bir insan üçün ibadətə çevrilir, altmış-yetmiş illik qısa ömründə kor olduğuna görə dünyanın fani gözəlliklərindən məhrum qalan bir mömin əgər səbir edərsə, cənnətdə əbədiyyən misilsiz gözəlliklərlə mükafatlandırılar. Allah birini alır, amma əvəzində qat-qat artıq verir. Əsas odur ki, insan buna səmimi qəlbdən inansın və səbirli olsun.

Beşincisi: Allah insanı bu dünyaya qulluq üçün göndərmişdir. Həqiqi hüzur və xoşbəxtlik Allaha yaxın olmaqda, Onun razılığını qazanmaqdadır. Xəstəliklərə, sıxıntılara, bəla və müsibətlərə məruz qalanlar acizliyini – bolluq içində və firavan yaşayanlara nisbətən – daha asan anlayıb mənən Allaha yönəlmə ehtiyacını hiss edir. İbadətlərə daha həssas yanaşır və daha çox savab qazanmağa və yaxşı işlər görməyə çalışırlar. Dünyada əsl qayəmiz bu deyilmi? Əgər bu cür hallar bizim xətalarımızdan qaynaqlanmırsa, cəza kimi başa düşülməməlidir. Əksinə, Allahın bir lütfü olaraq qəbul edilməlidir. Əlbəttə ki, heç kim xəstəlik, bəla və müsibəti arzu etməz, amma başa gələndə də kamil bir mömin: “Biz Allaha məxsusuq və (vaxtı çatanda) Onun yanına (Onun hüzuruna) qayıdacağıq!” – deyib səbir edər. (“Bəqərə” surəsi, 156)

Rəbbimiz bizi bolluqda, qıtlıqda, xəstəlikdə, sağlamlıqda – hər halımızda Ona üz tutan və mələklərin cənnətdə: “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gö­zəl­dir!” – deyib qarşılayacağı bəxtəvər qullarından eləsin. (“Rad” surəsi, 24)

meneviyat.az

Allah niyə bütün insanları bərabər yaratmadı?Allah niyə bütün insanları bərabər yaratmadı?


Geri dön

leyluwka_20

  • 3 yanvar 2013 00:24
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
Maraqlidir................

--------------------

Wirinka)

  • 2 yanvar 2013 17:43
  • Məqalə: 0
  • Şərh: 640
  • Bal:
{awards}
ALLAH razi olsun...

GuNaY_83

  • 2 yanvar 2013 16:33
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH razı olsun......

--------------------

ZuZuM__

  • 30 dekabr 2012 13:19
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
Maraqli idi Alah razi olsun..

--------------------

solnuska

  • 29 dekabr 2012 20:44
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Bəqərə” surəsinin 155-ci ayəsində Uca Allah: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edə­rik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edənlərə müjdə ver!”

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Shokoladka

  • 28 dekabr 2012 02:15
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Maraqli idi Alah razi olsun..

--------------------


aksana1993

  • 27 dekabr 2012 01:00
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

unfaithful

  • 26 dekabr 2012 17:39
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
ALLAH razı olsun......

--------------------

Prank girl

  • 26 dekabr 2012 16:08
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

TAYNA VOSTOKA

  • 26 dekabr 2012 01:29
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Allah niyə insanları bərabər yaratmadı? Niyə bəzilərini kasıb, bəzilərini varlı, bəzilərini şikəst, bəzilərini də sağlam xəlq etdi?

--------------------

SaD_AngeL

  • 25 dekabr 2012 23:14
  • Məqalə: 0
  • Şərh: 1033
  • Bal:
{awards}
ALLAH razi olsun......

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

ღ★ Firuzə ★ღ

  • 25 dekabr 2012 21:58
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN !!!

--------------------

ShoKKi_MoKKi

  • 25 dekabr 2012 21:36
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...deyerli meqale ucun coox sagolun..

--------------------

Friendly_Girl

  • 25 dekabr 2012 21:30
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

canim ablamin ilk hediyesi

R.M Fanatı...

  • 25 dekabr 2012 20:58
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

solnuska

  • 25 dekabr 2012 20:55
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
“Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gö­zəl­dir!”

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

fatimeyinur

  • 25 dekabr 2012 20:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Cox Sag Olun...

Angry Boy

  • 25 dekabr 2012 20:35
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
allah butun insanlari eyni yaradib ancaq insan ozu tebeqeler yaradib

GuNaY_83

  • 25 dekabr 2012 20:28
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Sitat: dilekler
ne bilim meselen meni agilli yaradib gunay 83 deli

tongue ..............ozunsen

--------------------

ღ★Diamond★ღ

  • 25 dekabr 2012 20:28
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edə­rik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edənlərə müjdə ver!”

DILEKLER

  • 25 dekabr 2012 20:23
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
ne bilim meselen meni agilli yaradib gunay 83 deli wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 50
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}