Müasir Azərbaycanda dinlər

 
Müasir Azərbaycanda dinlər

MÜASİR AZƏRBAYCANDA DİNLƏR

Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və

etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir.

Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir.

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən,

hər bir şəxs vicdan azadlığına malikdir. Dinə münasibətini müstəqil

müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə

etiqad etmək və ya heç bir dinə eitqad etməmək, dinə münasibəti ilə

əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir.

Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki,

Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar

qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan,

insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır.

Eyni zamanda dövlət təhsil sistemi də dünyəvi xarakter daşıyır.

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu

(1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və

ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

Yəhudilik

Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi

yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur.

Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir.

Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda,

4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır.

Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda

və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir.

Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında

çoxluq təşkil edir. Onların dili tat dilidir,

lakin nitqlərində çoxlu türk, fars və rus sözləri vardır.

Dini əqidələrinə görə, dağ yəhudiləri rəbbanilərdir.

Onlar Əhdi-ətiqlə yanaşı, Təlmudu və ravvin rəvayətlərini də

dinin əsas mənbələri sırasında götürürdülər. Uzun müddət ali ruhani

təhsil ala bilmədikləri üçün Təlmud qaydalarını bir qədər təhrif edilmiş

şəkildə izah etmiş, Qafqaz xalqlarının bütpərəstliklə bağlı bəzi təsəvvürlərini

mənimsəmişlər. Meşədə yaşayan, hamilə qadınların ürəyini və

ciyərini çıxarıb yeyən qadın Dedey-ol, yeni doğulmuş uşaqları

himayə edən İlan-Əjdəha (Əjdəhaye-mar) ilə bağlı təsəvvürlər,

habelə Pasxadan iki həftə qabaq tonqal qalayıb üstündən atılmaq

ayini yəhudiliklə deyil, yerli inanclarla bağlıdır.

Dağ yəhudiləri əqidə məsələlərində əşkinazi yəhudilərlə müqayisədə

daha ortodoksaldırlar. Ümumiyyətlə, Azərbaycandakı yəhudilər XVIII əsrdən

etibarən Polşa və Ukrayna yəhudiləri arasında özünü göstərən

xasidilik dini-siyasi axınından, həmçinin reformist yəhudilikdən uzaqdırlar.

Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir.

Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ

yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir.

Avanın 9-da matəm orucu günü dünyanın hər yerindən dağ yəhudiləri

buraya gəlirlər ki, vacib ibadətləri yerinə yetirsinlər,

yaxınlarının qəbirlərini ziyarət etsinlər.

Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva vardır.

Əşkinazi yəhudilər Avropa yəhudiləridir,

əslən orta əsrlər Almaniyasındandırlar.

Gürcü yəhudiləri icması sayca kiçik olsa da, fəaldır.

1997-ci ildə "Coynt" yəhudi komitəsinin maliyyə yardımı ilə

gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları

daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini

möhkəmlətmiş, öz dini məktəblərini-iyeşivalarını, mədəniyyət mərkəzlərini

(məs., Yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini

(məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti),

klublarını (məs., Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu),

qəzetlərini (məs., Az-İz, Başnya, Amişav) yaratmışlar.

Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri

Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq,

sinaqoqlara yardım göstərmək və

müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur.

2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır.

Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından

Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.

Xristianlıq

Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və

protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur.

Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması vardır.

Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə

təmsil olunmuşdur. Ölkədəki rus pravoslav kilsələri

2000-ci ildə təsis edilmiş Bakı və Xəzəryanı Yeparxiyasında birləşir.

Azərbaycanda həmçinin pravoslavlıqdan çıxmış köhnə ayinçiliyə

mənsub 11 malakan icması da fəaliyyət göstərir.

Malakanların kilsəsi yoxdur, ehkamları xüsusi "ayin kitablarında"

verilmişdir. Onlar xüsusi səlahiyyətə malik kilsə iyerarxiyasını rədd edirlər.

Alban-udi kilsəsi

Alban-udi xristian dini icmasının qeydə alınması formal olaraq

digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter,

məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar

bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı

dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində,

o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Niç kəndində yaşayır.

Tarixən udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə

qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzərsahili torpaqlarda yaşamış,

sonralar xristianlığı qəbul etmiş və

bu dini Qafqaz Albaniyasında yaymışlar.

Kiş kilsəsi (Şəki rayonu, Kiş kəndi) ilk xristian kilsəsi,

"xristian kilsələrinin anası" hesab olunur.

Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə

uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir,

Alban məbədləri, kilsəyə aid olan bütün avadanlıq və sənədlər

erməni apostol kilsəsinə verilir. Bu şəraitdə udilər ya qriqoryanlığı

qəbul edib erməni olmalı, yaxud dinsiz, kimsəsiz "dərvişlərə"

çevrilməli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 160 ildən

çox bir dövrdə öz dininə, adət-ənənələrinə, dininə, tarixi vətəninə

sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən

tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar.

Nəzəri cəhətdən çoxdan sübuta yetirilmiş tarixi faktlar Alban-udi xristian

icmasının bərpası ilə artıq maddiləşmiş və ədalət,

udilərin haqqı qismən də olsa bərpa edilmişdir.

Katolisizm.

Xristianlığın bu qolu Bakıda Roma Katolik

icması ilə təmsil olunmuşdur.

İslam

SSR-i dağıldıqdan sonra sovet məkanında mövcud olan

bütün müsəlman dini təşkilatları böhrana məruz qaldığı,

parçalandığı halda, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi

1980-ci ildə şeyxülislam seçilmiş axund Allahşükür Paşazadənin sədrliyi

altında öz fəaliyyət dairəsini daha da genişləndirir, Azərbaycanın

müstəqilliyi illərində Qafqaz Müsəlmanları İdarəsi adı altında

nüfuzunu bütün Qafqaza yaymağa cəhd göstərir.

1998-ci ildə Qafqaz müsəlmanlarının Bakıda keçirilən X qurultayında

bu cəhdləri reallaşdırmaq istiqamətində addımlar atılır.

QMİ-nin Gürcüstanda və Dağıstanda nümayəndəliklərinin

açılması da bu sahədə diqqəti cəlb edən addımlardandır.

QMİ-nin sədri İdarənin beynəlxalq islam təşkilatları ilə əlaqəsini ardıcıl

şəkildə təmin edir, qonşu müsəlman ölkələri ilə dini zəmində sıx

əlaqələr yaratmağa nail olur. Bu gün QMİ öz səlahiyyətləri çərçivəsində

Azərbaycanda islam dini icmalarına rəhbərlik edir, şəri qayda-qanunların

düzgün yerinə yetirilməsinə nəzarət edir, 1991-ci ildə yaradılmış

Bakı İslam Universiteti vasitəsilə ruhani kadrların yetişdirilməsi

sahəsində xeyli işlər görür, ölkənin dini həyatında gedən proseslərin

məsuliyyət yükünü daşıyır. Bakı Dövlət Universitetinin

İlahiyyat fakültəsində də 1992-ci ildən ilahiyyatçı

və islamşünas mütəxəssislər hazırlanır.

Azərbaycanda islam şiə-imami, sünni-hənəfi və şafii məzhəbləri ilə

təmsil olunmuşdur. Son zamanlar ölkənin açıqlığı bir sıra

digər məzhəblərin və sufi təriqətlərinin də

bölgəyə yol tapmasına şərait yaratmışdır.

Müstəqillik illərində Azərbaycanda gedən islamlaşma prosesində müqəddəslərə

pərəstişin gücləndiyi müşahidə olunur - ənənəvi pirlərlə yanaşı

təzə pirlər də yaradılır. Bəhailik öz məhfəlini yaratmış

və fəaliyyətini ildən-ilə genişləndirir.

Ölkəyə qeyri-ənənəvi dinlərin nüfuzu güclənir.

Heç vaxt Azərbaycanda mövcud olmayan Beynəlxalq Krişna Şüuru cəmiyyəti

artıq 10 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir.

Bir sıra protestant təmayüllü dini icmalar ilk dəfə Azərbaycanda

90-cı illərin ortalarında dövlət tərəfindən qeydiyyata

alınaraq öz dini ideyalarını yayırlar.

Azərbaycanda dövlət-din münasibətləri 2001-ci ildə Prezident Heydər

Əliyevin fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tənzim edilir.


Geri dön

Ulya

  • 14 dekabr 2010 23:37
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
tesekkur xebere gore

..::BLacK_BLooD::..

  • 14 dekabr 2010 20:24
  • Məqalə: 11
  • Şərh: 223
  • Bal:
{awards}
DINIMIZ ISLAM DINIDI... tshk melumatchun...

--------------------
Insan doğulanda Azan oxunular qulağina, amma Namazi qilinmaz... Çunki,doğulanda oxunan Azan, öldüyündə qılınacaq Azansız Namaz üçündür...
İnsan ömrü Azanla Namaz arasindakı zaman qədərdir...

MuslimGirl

  • 14 dekabr 2010 19:07
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Tesekkurler. Maraqli idi

Sergio Ramos

  • 14 dekabr 2010 18:19
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
dəyərli xəbərdi təşəkkür edirəm

--------------------

only-girl

  • 14 dekabr 2010 18:02
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Cox sagolun twk ela idi

--------------------

Azeri_Gozeli

  • 14 dekabr 2010 17:16
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allahima min sukurki muselmanam))tsk xebere gore

--------------------

CandyGirl

  • 14 dekabr 2010 17:03
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
yaxsi xeber idi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 49

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}