Yeriş vəsiqəsi

 
Yeriş vəsiqəsi


Adamların arxasında nömrələri var idi. Və yol-piyada polisləri “adam 3 milyon-578 sağa dön saxla” deyirdi….

Həmin vaxt ölkədə adamların nömrəsi “adam- 10 milyon-562 min 283”ə qədər idi. Həmin nömrə də hər hansı yeni doğulan körpənin yox, Kürdəmirin Ərəbqubalı kənidində yaşayan, özü isə yaşayıb –yaşamadığının fərqində olmayan Kazım kişinin idi. Belə “ucuz” nömrələr ucqar kəndlərin icra nümayəndəliklərinə 4 gün ərzində əhaliyə paylanması tapşırığı ilə verilmişdi. Nazirlər Kabinetinin “Adamların nömrələnməsi və yeriş vəsiqəsinin verilməsi” barədə qərarında deyilirdi:

Maddə 02.16. “…Bakı və Bakı ətrafı rayonlar, Abşeron, Gəncə, Şəmkir və Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycan ərazisində vətəndaşların nömrələnməsi ən geci 4 gün ərzində başa çatdırılmalıdır…”

İstisna olunan yerlərdə isə nömrələnmə əvvəl çox sürətlə getdi. Çünki “prestijli” nömrələr əvvəldən sifariş verilmişdi. Amma sonra vəziyyət gərginləşdi. Xüsusən də Bakıda. Qalan bir neçə min “bahalı” nömrə üçün qeyri-qanuni aksionda əməlli başlı qırğın gedirdi. Adicə “adam-837” nömrəsinin qiyməti 50 min AZN-ə çatırdı. “Luksdoll” bankının sahibinin oğlu “Adam 600” olmaq istəyirdi. Atası isə buna görə “Piyada Patrul Xidməti”nin tələb etdiyi 1 milyon 200 min manatı vemək istəmirdi. Istəyə qarşı istəksizliyin nəticəsində oğlu heç “adam-10 milyon” da ola bilmədi. Nömrəsi 600-lə bitən “Porshe”sini hirslə divara vurub öldü.

…Küçələrdə milyoner avtoşlar azalmışdı. Çünki bəziləri iddia etdikləri adam nömrələrini hələ almadıqlarından, hələ adam olub çölə çıxa da bilmirdilər. Bahalı adam nömrəsi alanlar isə daha avtomobilə üstünlük vermirdi. Piyada gəzib, arxandakı “adam-300” nömrəsini milyonuncu adamlara nümayiş etdirməyin ləzzəti başqadır. “Mən bu məmləkətdə 300-cü adamam”

“Adam -1000” i almaq üçün mübarizədə isə müxtəlif vaxtlarda, ümumilikdə 8 dəfə bıçaqlanma hadisəsi qeydə alınmışdı…

Nazirlər Kabinetinin adıçəkilən qərarında həmçinin deyilirdi:

“maddə 22.1.3 …”yeriş vəsiqələri”ni verilməsi isə Mədəniyyət və Turizm, Səhiyyə və Daxili İşlər Nazirliyinin mütəxəssilərindən təşkil olunan ekspert qrupunun rəyi əsasında 6 ay müddətinə həyata keçirilməlidir… ”

Həmin ekspert qrupu “şirinliksiz” vəsiqə vermirdi. Hansı ki, dövlət imtahandan keçmək üçün pulsuz “yeriş kursları” da açmışdı. Nə qədər yaxşı yeriyirsən yeri bu “şrinləşməni” eləməsən, yerişin acı görünürdü ekspertlərə və vəsiqə vermirdilər: “yox, çox kobud yeriyirsən, belə yerişlə küçədə adamlara mane olarsan, vətəndaşları tapdalayarsan…”

Həmin qərar Milli Məclisdə müzakirə olunanda deputatlardan birinin “Bu 6 ay müddətində – yəni vəsiqə alana qədər, “yeriş vəsiqəsi almayan” insanlar yeriməsin” təklifi də qərara əlavə edildi.

Hündürmərtəbəli binaların tikilişində fasilə yarandı. Fəhlələrin əksəriyyəti yeriş vəsiqəsi ala bilmirdi.

***

“Adamların nömrələnməsi və yeriş vəsiqəsinin verilməsi” barədə qərara Əlavədən:

“maddə 3. 1.1. Yeriş vəsiqəsi olmayan adam ictimai və ya qeyri ictimai yerdə ayaqüstü hərəkətdə, ayaqüstə hərəkətsiz saxlanılarkən minimum əmək haqqının 5 misli dəyərində cərimələnsin”.

***

Yol-piyada polisləri saxlayanda vəsiqəsi olmayan piyada 50 manatdan az pulla canını qurtara bilmirdi. “Adam qailəri” parklara, səkilərə tökülüşüb gözləri ilə adamların arxasındakı nömrələri yeyirdilər. Adətən vəsiqəsizlər rəqəmlərinin sayı çox olan nömrəli adamlar olurdu.

Yeriş vəsiqəsinə sahib olmayan “adam-7 miyon 345 min 492” nömrəli Sahib müəllim kimi. Oğlu Bakıda tələbə idi. “Əvvəlcə gərək uşağın işini həll eləyim dərsdən qalmasın. Rayon yeridir, neçə ilin müəllimiyəm. Burada polis hələlik mənə güzəşt edər”.

Səhər məktəbə 30 metr qalmış səs eşitdi:

- "adam-7 miyon 345 min 492” ümumi hərəkətə maneçilik yaratmadan saxlayın. – müəllim çönüb arxadan onu səsləyən piyada-yol polisinə baxdı. 5-6 il əvvəl dərs dediyi şagirdlərdən idi. Müəllim 26 illik pedaqoji təcrübəsi dövründə yalnız istedadlı şagirdləri yadında saxlayırdı. Yeni polis forması bu istedadlı eks-şagirdin əyninə bir az dar idi. Əzbərlənmiş sözləri yerə baxa-baxa deyirdi

- “adam-7 miyon 345 min 492” zəhmət olmasa sənədləri təqdim edin.

- Oğlum, mən adam 7 milyon deyiləm, mən Sahib müəlliməm.

- Xahiş edirəm məcəlləyə əməl edib “yeriş vəsiqəsi”ni baxış üçün təqdim edəsiniz.

- Oğlum, Murad, sənə dərs dediyim müddətdə, müəllimlər otağından sinifinizə qədər, sinifinizə daxil olandan sonra, sinifin daxilində yeriyərkən yerişimi görməmisənmi? Pismi yeriyerdim? Əgər yerişim “yeriş vəsiqəsi”nə uyğun deyildisə gərək elə o vaxt deyəydin mənə, girməzdim heç sinifinizə. Heç məktəbə də gəlməzdim.

- Yerişinizin o vəsiqəyə uyğun olub-olmadığını biz yox, ekspert qrupu müəyyən edir.

- O qrupun nümayəndələrinə de ki, Sahib müəllim yeriyə bilməsəydi…

- Xahiş edirəm cərimə qəbzinə qol çəkin….

***

“Adamların nömrələnməsi və yeriş vəsiqəsinin verilməsi” barədə Nazirlər Kabinetinin qərarına Əlavə”dən

(adamların yol hərəkət qaydaları haqqında)

…Bənd 3. Yol hərəkəti tənzimləmələri

1. Nömrəsinin əvvəlində 4, 5 və ya 6 ədəd sıfır rəqəmi olan adamlar hərəkət edərkən digər nömrəli piyadalar onlara yol verməlidir. Bu zaman heç bir istisna hal nəzəzrə alınmır.

2. Nömrəsinin əvvəlində 4, 5 və ya 6 ədəd sıfır rəqəmi olan adamlar hərəkət edərkən

a) həmin səki və ya prospektlə hərəkət edən nömrəsi 100 min və daha yuxarı rəqəmli olan adamlar 200-300 metr

b) həmin səki və ya prospektlə hərəkət edən nömrəsi 10 min və daha yuxarı rəqəmli olan adamlar 100-150 metr

c) həmin səki və ya prospektlə hərəkət edən nömrəsi 5 mindən 10 minə qədər adamlar 50 metr nüfuz məsafəsini təmin etməlidirlər.

d) Bu bənddə göstərilən maddələrə əməl etməyənlər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimələnir.

Adamlar öz nömrələrinə uyğun yeriməyə başlayırdı. Bahalı nömrə görəndə tez məsafəni təmin etmək lazım idi. “Adam -200”lə Adam Milyon qarşı qarşıya gələ bilməzdi. Hərdən bahalı nömrələr içkili olub məsafəni keçəndə də çoxrəqəmlilər cərimə ödəyirdi. Axı Yol Hərəkətində cərimələr onlara xitabən yazılmışdı. Adamlar bir birinə baxa baxa gəzirdi. Yerişlərdəki ehtiyat yerişlərin formasını dəyişirdi. Şəhər sakit və səliqəli görünürdü.

19 gündür hərəkətsiz şəkildə evdə oturan 7 miyon 345 min 492 nömrəli adam – Sahib müəllimin həyət darvazasından çıxan şagirdlər də sakit şəkildə, cərgə ilə hərəkət edirdilər.

- Ay kişi inad eləmə, get imtahana, vəsiqəni al. Görürsən uşaqlar səndən əl çəkmir. Evimiz məktəbə dönüb.

- Məgər evin məktəbə çevrilməsi pisdir ki?

- Axı sən nə vaxta kimi belə oturacaqsan?

- …

- Yeriyə bilirsən axı

- Yeriməyi bacarsaydım vəsiqəm olardı – Nədənsə müəllimin yadına “Böyük Oktyabr inqilabının 50 illiyi” ilə bağlı keçirilən parad düşdü. 1967-ci il 7 noyabr. O vaxt 12 yaşı vardı. Rayon mərkəzindəki Tribunanın qarşısından keçəndə yanı ilə addımlayan sinif yoldaşı Mansur demişdi ki, Sahib addımlarını bir az balaca at da, çatdıra bilmirəm axı. Özünü “şanlı sovet əsgəri” kimi təsəvvür edən Sahibsə addımlarını daha böyük ataraq, Mansura acıq verdi. Sonralar Mansur tanınmış rəqqas oldu. Özbəkistan SSR Dövlət Rəqs Ansamblının ən parlaq üzvü hesab olunurdu. Sahib müəllim Televizyada Mansuru görəndə gülümsəyib deyirdi ki, vaxtında mənim addımlarımla ayaqlaşa bilmirdi, indi maşallah elə oynayır, heç ayaqları görünmür.

- Bax, Sahib, 120 manat deyirlər, cəhənnəmə desinlər. Sən cəmiyyət içində olmalısan. Ziyalısan… - Narının sözləri müəllimi fikirdən ayırdı. Arvad yazıq-yazıq ayaq üstə dayanıb, əlindəki çay dəsmalını əzə-əzə danışırdı. O ayaq üstə dayanmışdı. Hansı ki, yeriş vəsiqəsi yox idi. Yeni qanuna görə Narın da cərimələnməli idi. O dayanmadan danışırdı:

- Bax onsuz da mən evdən bayıra çıxmıram. Mənim nəyimə lazımdır vəsiqə filan. Qurban olum sənə. Dur get imtahana. əsəbiləşmə. Elnən gələn toy-bayramdır….

- Bu toy –bayram deyil….. – Sahib müəllim hirslə ayağa qalxıb həyətə düşdü. Həyət darvazasının çırpılmasından çıxan səs Narını diksindirdi. Radioda xəbərlər proqramı idi:

“Milli Məclisin bu günki iclasında “Adamların nömrələnməsi və yeriş vəsiqəsinin verilməsi” barədə Nazirlər Kabinetinin qərarına yeni əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılıb. Deputatların vahid səs çoxluğu ilə qəbul etdiyi dəyişikliyə görə, gələn ayın 1-dən etibarən vətəndaşların nömrələrinin əvvəlində yazılan “adam” sözü “insan” və ya ingilis dilində“man” sözü ilə əvəz edilə bilər. Lakin bu dəyişikliyi etmək istəyən şəxs xüsusi ekspert qrupuna müraciət etməlidir. Həmin qrup istəyə müsbət cavab verərsə, vətəndaş bu dəyişiklik üçün nəzərdə tutulan məbləği ödəməlidir. Çıxış edənlər bildiriblər ki, bu dəyişiklik dövlət büdcəsinə daxil olmaların həcmini artırmaq, qeyri-leqal gəlirlərin qarşısını almağa hesablanlb. Hesablamalara görə, bununla xeyli adam…”

İmtahan keçirilən binanın qarşısında xeyli adam var idi. Onlara yalnız ayaq üstə - cərgədə gözləməyə icazə verilirdi. Hərəkət etmədən növbəni gözləmək lazım idi. Sahib müəllimdən arxada dayanan qadın hamilə idi. Müəllim tərpənmədən soruşdu

- Bacım, siz ki “ağırayaqsız”. Neynirsiz indi bu vəsiqəni? Mən heç arvad üçün almamışam…. – qadınını astadan, amma əsəbi tonda səsi eşidildi.

- Ayağım yer tutan günə ağır daş düşəydi… işləməsəm olmur… Bəxtəvər sənin arvadının başına. Nə vecinə. Sən işləyirsən də yəqin ki… – Müəllim sualına görə peşiman oldu.

- Vallah kefdən yox, pulsuzluqdan almamışam arvada vəsiqə. O yazıq da neçə vaxtdır evdə dustaq kimidir. Bacım, gəl növbəmizi dəyişək. Sən keç mənim yerimə. Heç olmasa bir az vaxtına qənaət olsun.

- Tərpənmək olmaz axı. – qadının səs tonu yumşalmışdı.

- Eh.. baxan yoxdur. Tez dəyişək.

- Ondansa nəzarətçini çağırın…

Müəllim 15-20 metr kənarda oturub cərgədəki adamlara nəzarət edən oğlana “oğlum bura gəl” demək istədi. Amma “oğlum” sözü dilindən çıxa bilmədi.

- Bura gəl…

İmtahan keçirilən zaldan dəhşətli qışqırıq eşidildi – “siz dəli olmusuz, dəli ol-muuuuuuu-suzz. Axı yeriş necə olar ki, mən 30 ildir 1000-lərlə insana yeriş oyrətmişəm. Həm də rəqs yerişi. Bilirsiz bu necə çətindir?” – Mansurun səsi idi. Müəllim nəzarətçiləri itələyib zala girdi.

Mansur onu görəndə bir anlıq duruxdu, sonra ekspert qrupuna tərəf çönüb yeə də qışqırdı:

- Bax Allah şahidini də yetirdi. Sahib sən Allah bunlara danış görüm mən necə rəqqas olmuşam. A kişilər Uzundərə rəqsində rəqqasın yerişini ilk dəfə mən tətbiq eləmişəm eee. İndi deyirsiz mən şəhərdə adam kimi yeriyə bilmərəm? Siz nə danışdığınızı bilirsiz? Mənə vəsiqə verin eee. – öskürdü – bax gör nə vaxtdır vətəndə deyiləm. Gəzmək istəyirəm ee Bakını – indi mən içərişəhərdə gəzmək üçün pul ödəməliyəm? Siz nə danışırsızz öhhhhö öhö – öskürdü – Canım çıxırdı ee darıxmaqdan… öxxxö – dəli olmu..öhö – öskürə-öskürə qatlandı… Müəllim qacıb onu tutdu ki, yıxılmasın… Ehmalca yerə uzatdı. Ekspert heyəti olanları sakit şəkildə izləyirdi.

- Mansur, özünə gəl. Yaxşısan. – Mansurun gözlərinin ağı qırmızı rənglə əvəz olunmuşdu.

- Mansur yaxşısan?

- Nay,

- Nə?

- Na na na

- Mansur başa düşmürəm

- Na nana nanayya

Müəllim anladı ki, Mansur xırıltılı səslə “Uzundərə”ni oxuyur.

- Özünə gəl, qalx gedək – Mansur gülümsəyərək uzundərəni oxumaqda davam edirdi. Get gedə səsi güclənirdi. Birdən o bu vəziyyətinə uyğun olmayan cəldliklə ayağa sıçradı. Və “Uzundərə”ni oxuya oxuya rəqs eləməyə başladı. Elə oxuyurdu ki, elə bil musiqini balabanda ifa edirlər… ayaqları götünmürdü.. axırdı… Üzündə də təbəssüm… qollarını yana açmışdı… Durnaya oxşayırdı Mansur… Nəzarətçilər yerlərində donmuşdu. Adam belə süzə, belə axa bilməzdi axı. Qəfil Mansurun musiqisi kəsildi. Ağzı üstə yıxılan rəqqsın kürəyində “adam 9 milyon 887 min 651” sözləri ağarırdı.


Geri dön

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 15:54
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
TWK XEBERE GORE MARAQLIDI

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 13 dekabr 2010 22:00
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore

Azeri_Gozeli

  • 13 dekabr 2010 14:40
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
teekkurler yorulmayasan))

--------------------

sevgi yalandir

  • 13 dekabr 2010 14:18
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Sergio Ramos

  • 13 dekabr 2010 00:32
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
axıra kimi xoumadım səbr çatmadı

təşəkkür

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}