iPhone 4 Haqqında Bütün Həqiqətlər

 
iPhone 4 Haqqında Bütün Həqiqətlər

Geyimə görə qarşılayır…

Oxşar dizayndan başqa “yalançı iPhone 4” telefonların orginalla heç bir bənzərliyi yoxdur. Ağ rəngli iPhone 4 hələ istehsal edilməsə də onun ağ rəngli kopiyası artıq satışdadır.

Çinli iPhone 4 Daha Qalındır.

Xarici görünüşdə ilk fərq – telefonun ölçüləridir. Orginal iPhone 4 smartfonlarının eni 9,3 mm-dir. Ən incə iPhone 4 kopiyası isə 10 mm enindədir. Bununla bərabər, 13 mm eni olan Çin istehsalı iPhone 4 telefonuna da rast gəlmək olar. Bu isə dünyanın ən incə smartfonu adını qazanmış telefon üçün çoxdur.

iPhone 4 Haqqında Bütün Həqiqətlər

Korpusu Keyfiyyətsiz Materialdan Hazırlanmışdır.

Orginalın korpusunun hazırlanmasında alminium və dayanıqlı şüşədən (ekran və arxa panel) istifadə edilmişdir. “Klonların” korpusu isə metal və plastikdən hazırlanır. “Yalançı iPhone 4”lərin displeyində və arxa panelində həmişə əl izləri qalır, çünki bu telefonlarda izgötürməyən örtük yoxdur, orginalda isə var.
Çəkisi Daha Azdır.

Çəkidə “çinli” iPhone smartfonları Apple iPhone 4-dən 15-40 qram az gəlir. Orjinal iPhone 4 137 qramdır.
Çinli iPhone 4-ün Displeyi Çox Zəifdir.

Orjinal iPhone 4-ün ekranı 960×640 piksel çözünürlüyə malikdir, yəni hər dyümə 326 piksel düşür. “Klonların” ekranı isə ən yaxşı halda 320×480 pikseldir. iPhone 4-ün çin analoqları Multi-touch (bir neçə klavişin eyni anda basılması) texnologiyasını dəstəkləmir, ekranda barmaqlarla deyil, daha çox stilusla işləmək mümkündür, amma bəzən stilusun toxunuşuna da displey reaksiya vermir.

Ağıla görə yola salırlar.
Çinli iPhone 4 Telefonu 3G Texnologiyasını Dəstəkləmir.


Apple iPhone 4 səsli zəng standartı GSM-dən əlavə üçüncü nəsil rabitəni UMTS-i (3G) dəstəkləyir. 3G şəbəkəsində məlumatların ötürülmə sürəti GSM-dən daha yüksəkdir, ona görə də abunəçi videozəng edə və fasiləsiz videoya baxa bilər. Çin istehsalı iPhone 4 isə ancaq GSM 900/1800 Mhz-lə işləyə bilir.
Çin Telefonları iOS Əməliyyat Sistemi ilə Çalışmır.

Çin telefonlarında “iş stolu” iOS əməliyyat sistemindən (orjinal iPhone 4-də bu əməliyyat sistemi quraşdırılmışdır) kopiyalanmışdır. Əslində isə çin telefonları bu əməliyyat sistemi ilə işləmir. Ona görə də App Store-dən ora xüsusi əlavələr yükləmək mümkün deyil. Çinin iPhone 4 versiyası JAVA 2.0-ni dəstəkləyir, ona görə ora heç olmasa hansısa oyunları əlavə etmək olar. Zəif proqram və aparat tərkibini ört-basdır etmək üçün “çinli iPhone 4” telefonuna bir çox əlavələr edilmişdir: radio, TV tüner, 7 iş stolu, mp3 və mp4 pleyeri, elektron kitab oxuyucusu da bu məqsədlə daxil edilənlərdir.
Yalançı iPhone 4” iki SİM-kartla İşləyir.

Bir çox Çin istehsalı olan kopiyalar iki SİM-kartla iş rejimini dəstəkləyir, SİM-kartların birindən digərinə keçid üçün rəqəmsal klaviaturada xüsusi düymələr vardır. Əsl iPhone 4G isə ancaq 1 SİM kart-la iş rejimini dəstəkləyir.
Yaddaşı Daha Azdır.

Bir çox hallarda yalançı iPhone 4G telefonlarını təsvir edərkən iPhone 4-ün 32 Gb versiyasının dəqiq kopiyası yazılsa da daxili yaddaşı ən yaxşı halda 23,9 Mb-dan çox deyil.
Çinli iPhone 4-ün Kamera İmkanları Çox Zəifdir.

Əsl iPhone 4 smartfonu 5 megapiksel kamera ilə təmin edilmişdir. Çin klonları isə qutusunun üzərində 5 megapikselli videoya sahib olduğu yazılsa da ən yaxşı halda 1.3 megapikselli kameraya malikdirlər. Çin klonu “Air Phone 4” bu uyğunsuzluğa bariz nümunədir. Air phone 4 0,3 megapikselli kameraya malikdir.


Geri dön

Marselo_

  • 14 sentyabr 2011 14:01
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
laughing
Əla telefondu

Just For Legend

  • 16 dekabr 2010 21:25
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
pisdir bu telefon

--------------------

Lindo

  • 15 dekabr 2010 21:56
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

MuslimGirl

  • 15 dekabr 2010 14:31
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Cox sag ol, ne vaxtsa, lazim olar.

Azeri_Gozeli

  • 15 dekabr 2010 00:05
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekurler

--------------------

Baby_Love

  • 15 dekabr 2010 00:03
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Hech xowlamiram da bu telefonu.

Ulya

  • 14 dekabr 2010 23:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 47
Cəmi: 63

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}