İkiekranlı İnteraktiv Bend Desk Masası

 
İkiekranlı İnteraktiv Bend Desk Masası

Ayrı-ayrı insanlar gördükləri işin xarakterindən asılı olaraq müxtəlifölçülü monitorlara üstünlük verirlər. Bəzən onlayn sörfinq üçün kiçik planşet, netbuk və hətta cib kommunikatorunun ekranı kifayət etsə də, qrafik iş və video seyri üçün displey nə qədər iri olarsa, bir o qədər yaxşıdır.

Almaniyanın RWTH Aachen University universiteti tərəfindən işlənib hazırlanmış Bend Desk qurğusu da elə məhz böyük displeylərə üstünlük verən istifadəçilər üçün nəzərdə tutulmuşdur.

Bu qeyri-adi masa bir qədər əyilmiş şəkildədir, o, bir növ ingilis əlifbasının L hərfinə bənzəyir. Elə bu səbəbdən bu konsept Bend Desk – Əyilmiş Masa adlandırılmışdır.

İkiekranlı İnteraktiv Bend Desk Masası


Bend Desk Masasının Özəllikləri

Bu masanın maraqlı cəhəti odur ki, onun istər üfüqi, istərsə də şaquli hissəsi, mahiyyət etibarilə, multitəç texnologiyasını dəstəkləyən sensor ekranlardır. Bu isə istifadəçi üçün inanılmaz imkanlar açır. Təsvirlər bu displeylərə masanın altında quraşdırılmış iki projektorun köməyilə çıxır. Bend Desk-in təç-skrin səthi eyni zamanda basılan bir neçə nöqtəni izləyə bilir.

Belə bir qurğu, yəqin ki, qrafika və video dizaynerlərinin lap ürəyincə olar. Qeyd edək ki, Bend Desk-in aşağı hissəsində müəyyən təsvir və ya videonu hazırlayaraq yuxarı hissədə montaj etmək mümkündür. Masanın maili (əyilmiş) hissəsi isə bufer rolunu oynaya bilər.

Bend Desk İnteraktiv Masasının Təkmilləşdirilməyə Ehtiyacı Var

RWTH Aachen Universitetinin əməkdaşları olan konsept müəlliflərinin hazırladığı aşağıdakı videoçarxı seyr etsəniz, o zaman anlayacaqsınız ki, bu qurğu mükəmməllikdən hələ çox uzaqdır.

Düzdür, bu, hələ konseptin nümayiş, yəni ilkin versiyasıdır. Görünür, sonrakı versiyayaya bir sıra təkmil xüsusiyyətlər əlavə ediləcək.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 26 noyabr 2011 23:55
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
tesekkurler xebere gore

::..ONSLAUGHT::..

  • 4 aprel 2011 22:27
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Sergio Ramos

  • 21 dekabr 2010 13:55
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
bundan olsaydı əla olardı

--------------------

Angel777

  • 18 dekabr 2010 16:15
  • Məqalə: 3
  • Şərh: 33
  • Bal:
{awards}
uydaaa supper

--------------------

Ucube_cocuk

  • 17 dekabr 2010 19:06
  • Məqalə: 19
  • Şərh: 508
  • Bal:
{awards}
MƏNDƏ İSTİYƏRDİM ÇOX SAĞOL

--------------------
ALLAH insana “onun istədiyini” deyil, “ona lazım olanı verir”. Buna görə də “niyə görə” deyə soruşmayın, “nəyə görə” barəsində düşünün...

Azeri_Gozeli

  • 15 dekabr 2010 00:03
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekurler winked

--------------------

Ulya

  • 15 dekabr 2010 00:02
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 35
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}