Volvo V40 Cross Country: yeni hetçbek-ofrouder

 
Volvo V40 Cross Country: yeni hetçbek-ofrouder

İsveçin Volvo şirkəti Volvo V40 Cross Country hetçbek-ofrouderini buraxır.

O, 1997-ci ildən avtomobil həvəskarlarına yaxşı tanış olan yüksək keçid qabiliyyətli V70 Cross Country universalını əvəz edəcək. Yeni avtomobil istirahət günləri səs-küylü şəhərdən kənara çıxmağı və təbiət qoynuna yollanmağı xoşlayanların ürəyincə olacaq.

Volvo V40 Cross Country versiyası adi Volvo V40-dan klirensinin 40 mm böyüdülməsi ilə fərqlənir. Dizaynda da dəyişikliklər var. Yeni avtomobili buraxmaqda isveçlilərin məqsədi heç də hetçbeki Volvo XC kimi "əzələli" xarici görünüşü ilə seçilən krossoverə çevirmək deyil. V40 Cross Country yaraşıqlı hamar xətləri və ofrouderlər üçün səciyyəvi olan atributları ilə diqqəti cəlb edir.

Hetçbek 19 düymlük təkərlərlə, yenilənmiş radiator barmaqlığı, bamperlərlə və vertikal işıq-diod lampaları ilə təchiz olunub. Avtomobilin kandarlarında və arxa bamperində qoruyucu plastik örtük var. Dizaynda "ofrouder" effektini gücləndirmək üçün tünd rəngli arxa görüntü güzgüləri tətbiq edilib (Volvo V40 2013-də onlar kuzovla eyni rəngdədir). Həmçinin damın üzərində reylinqlər var. Avtomobil bütün görünüşü ilə yolda macəralara hazır olduğunu nümayiş etdirir.

Yeni V40 Cross Country-nin interyeri üçün Volvo yeni rəng variantları təklif edir. Mərkəzi konsolu mis rənginin çalarında boyamaq olar, oturacaqların dəri üzlüyü üçün isə beş rəngdən birini seçmək olar, onların arasında qəhvəyi Espresso Brown rəngi də var. Volvo təmsilçiləri bildirirlər ki, öz V40 Cross Country avtomobilini fərdiləşdirmək istəyən ən tələbkar müştərilərin istəklərini təmin edə bilərlər.

Yeni hetçbek-ofrouder praktikliyi ilə seçilir. Arxa oturacağın kürək hissəsi qatlanır və bunun sayəsində baqaj bölməsinin həcmi artır. Salonda əlavə məkan yaratmaq üçün qabaq oturacağı da qatlamaq olar. Məkanın artırılması və ya əşyaların saxlanması üçün Volvo V40 Cross Country-nin baqaj bölməsinin döşəməsini transformasiya etmək mümkündür. Qabaq kreslolarda dirsək altlıqlarının altında xırda əşyalar üçün bölmə var, transmissiya tunelində isə iki stəkan altlığı və 12 volt gərginlikli iki rozetka var.

Volvo V40 Cross Country-nin mühərrikləri
Mühərriklər arasında ən güclüsü 2,5 litr həcmə malik beş silindrli turbokompressorlu benzin aqreqatıdır. Onun gücü 254 at gücü, fırlanma momenti 400 Nm təşkil edir. 2,5 litr həcmli mühərrik quraşdırılmış Volvo V40 Cross Country modifikasiyası T5 indeksi ilə işarələnir və yalnız 6 pilləli avtomat transmissiya ilə təchiz olunur. Krossover 100 km/saat sürət yığmağa 6,1 saniyə sərf edir, onun orta yanacaq sərfiyyatı isə 100 km məsafəyə 7,8 litr təşkil edir. T5 bəzi avtomobil bazarlarına 2,0 litr həcmə və 213 at gücünə malik motorla (fırlanma momenti 300 Nm) ixrac olunacaq.

V40 Cross Country Т4 versiyasına 1,6 litr həcmli GTDi mühərriki quraşdırılır. Onun gücü 180 at gücünə, maksimal fırlanma momenti 270 Nm-ə bərabərdir. İstehsalçının bildirdiyinə görə, Т4-ün yanacaq sərfiyyatı 100 km məsafəyə 5,5 litr təşkil edir. Bu versiya üçün 6 pilləli mexaniki transmissiya və Powershift avtomat transmissiyası nəzərdə tutulub. Т4-ün bir sıra bazarlara 2,0 litr həcmə və 180 at gücünə malik alternativ motorla ixrac edilməsi nəzərdə tutulur.

Benzin mühərrikləri ilə tanış olduqdan sonra dizel motorlarına keçək. 2,0 litr həcmli D4 modifikasiyası 177 at gücündədir (fırlanma momenti 400 Nm). O, maksimal qənaətcillik məqsədi ilə optimallaşdırılıb və mexaniki transmissiya ilə tandemdə 4,4 litr yanacaq işlədir, avtomat transmissiya ilə tandemdə isə bu göstərici 5,2 litrədək artır. Avtomat transmissiya quraşdırılan hetçbek 100 km/saat sürət yığmağa 8,3 saniyə sərf edir. Mexaniki transmissiya ilə təchiz olunan hetçbekdə isə bu göstərici 8,6 saniyəyə bərabərdir.

Volvo V40 Cross Country D3 modifikasiyasına da 2,0 litr həcmli motor quraşdırılır, amma onun parametrləri fərqlidir. Bu mühərrikin qüvvəsi 200 at gücü təşkil edir, fırlanma momenti isə 350 Nm-dir.
Ən qənaətcil dizel motoru (D2 versiyası) 1,6 litr həcmə və 115 at gücünə malikdir (fırlanma momenti 285 Nm). 115 at gücünə malik mühərriklə hetçbekin orta yanacaq sərfiyyatı 100 km məsafəyə 3,8 litr təşkil edir. D2 versiyası üçün avtomat transmissiya nəzərdə tutulmayıb. Bu versiyaya 6 pilləli mexaniki transmissiya quraşdırılır.

Volvo V40 Cross Country-nin bütün modifikasiyaları sürət qutusunun tipindən asılı olmayaraq "start-stop" sistemi, habelə rekuperativ əyləcləmə sistemi ilə təchiz olunub.
Tam ötürücü yalnız ən güclü mühərrik quraşdırılmış T5 versiyası üçün nəzərdə tutulub, qalan versiyalar isə ön ötürücülüdür. Tam ötürücülü versiya Hill Descent Control sistemi ilə təchiz olunur.

Volvo V40 Cross Country-nin istehsalına 2012-ci ilin noyabrında Belçika zavodunda başlanılacaq.


Volvo V40 Cross Country: yeni hetçbek-ofrouder

Volvo V40 Cross Country: yeni hetçbek-ofrouder

Volvo V40 Cross Country: yeni hetçbek-ofrouder

Volvo V40 Cross Country: yeni hetçbek-ofrouder

Volvo V40 Cross Country: yeni hetçbek-ofrouder


Geri dön

leyluwka_20

  • 2 yanvar 2013 23:36
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
zor mawindiiiiiiiiiiii...

--------------------

Wirinka)

  • 2 yanvar 2013 16:48
  • Məqalə: 0
  • Şərh: 640
  • Bal:
{awards}
Melumat ucun twk...

GuNaY_83

  • 2 yanvar 2013 15:48
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tesekkur edirem...

--------------------

^^KuKuLKa^^

  • 1 yanvar 2013 15:01
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
Qeweng mawindi twk...

--------------------

ZuZuM__

  • 30 dekabr 2012 12:02
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
pis deyil qewengdir

--------------------

solnuska

  • 28 dekabr 2012 21:29
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Volvo V40 Cross Country D3 modifikasiyasına da 2,0 litr həcmli motor quraşdırılır, amma onun parametrləri fərqlidir. Bu mühərrikin qüvvəsi 200 at gücü təşkil edir, fırlanma momenti isə 350 Nm-dir.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ZuZuM__

  • 28 dekabr 2012 16:47
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
pis deyil qewengdir

--------------------

Cənnət çiçəyi

  • 27 dekabr 2012 22:24
  • Məqalə: 2
  • Şərh: 372
  • Bal:
{awards}
pis deyil qewengdir

GuNaY_83

  • 27 dekabr 2012 18:35
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Sitat: fatimeyinur
tesekkur edirem...

--------------------

Shokoladka

  • 27 dekabr 2012 01:48
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Pis deyil qeshengdi :)

--------------------


Nika7

  • 26 dekabr 2012 22:00
  • Məqalə: 0
  • Şərh: 42
  • Bal:
{awards}
Pis deyil.twk

ღ★Diamond★ღ

  • 26 dekabr 2012 21:57
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Volvo V40 Cross Country

ShoKKi_MoKKi

  • 26 dekabr 2012 21:38
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
xebere gore tesekkuurr...

--------------------

fatimeyinur

  • 26 dekabr 2012 21:37
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkur edirem...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}